Month: November 2025

  • Sabiq icra başçısı oğlu ilə bağlı məhkəmədə ifadə verdi

    Sabiq icra başçısı Lütvəli Babayevin oğlunun külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyən şəxslər, sabiq baş həkim Aruz Əliyev və tanışı Ehtiram Kərimovun cinayət isi üzrə növbəti məhkəmə iclası keçirilib.

    Oxu.Az-ın məlumatina görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən proses eks-icra başçısı Lütvəli Babayevin ifadəsi ilə işini davam etdirib.

    O, oğlunun vergi ilə bağlı heç bir probleminin olmadığını deyib: “Babaəlinin vergi ilə bağlı problemi olmayıb, çekləri var, bununla bağlı yayılan məlumatlar əsassızdır. Babaəlinin borclu olduğunu Aruz demişdi. Lakin sonradan oğlum dedi ki, onun heç bir borcu yoxdur. Bu məsələ 2017-ci ildən üzə çıxmışdı. Aruzla oğlumun alver məsələsindən xəbərim olmayıb. Aruz hər görüşdə öz borclarını etiraf edərək 2 aya qaytaracağını deyirdi. Bir dəfə dedi ki, etibarnamə Ehtiramdadır, yerdə qalanını da mən qaytararam. Oğlumun Ehtiram və Aruzla olan iş görüşməsindən ancaq ev satışından sonra bilmişəm”.

    Məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin edilib.

    Xatırladaq ki, Babaəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata satıb pulu mənimsəməkdə ittiham olunur. Bu hadisə baş verməzdən əvvəl isə Babaəli Babazadənin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənməli olduğu xatırladılıb. Məsələ ilə bağlı Babaəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub. İddia olunur ki, Aruz Əliyev külli miqdarda vergi borcu yaranmış Babaəli Babazadəyə ölkədən çıxmağı məsləhət bilib.

    O, tanışı Ehtiram Kərimovla əlbir şəkildə eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasını təşkil ediblər. Babaəli Babazadə Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruz Əliyevə etibarnamə verib, əmlaklar satışa çıxarılıb.

    Onun dediyinə görə, Aruz Əliyev onun etibarından sui-istifadə edib. Aruz Əliyev və Ehtiram Kərimov Babaəli Babazadənin əmlakını ümumilikdə 2 milyon manata satıblar, pulu sahibinə vermədən şəxsi mənafeləri üçün sərf ediblər. A.Əliyev bu cinayətin üstü açılana kimi “Uniklinika”nın baş həkimi olub.
    Zərərçəkmiş şəxsin şikayəti əsasında Aruz Əliyev və Ehtiram Kərimov tutulublar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.4 maddəsi (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ittiham irəli sürülüb.

    Qeyd edək ki, Babaəli Babazadənin atası Lütvəli Babayev 2005-2007-ci illərdə Mingəçevirin, 2007-2019-cu illərdə isə Zərdab rayonun icra başçısı olub.

  • Вниманию граждан: на некоторых территориях не будет газа

    28 ноября в связи с ремонтными работами в двух районах города Баку на ряде территорий будет приостановлена подача газа.

    Об этом сообщает Median.Az со ссылкой на ПО “Азеригаз”.

    Согласно информации, с 10:00 будет ограничено газоснабжение некоторых частей Сураханского и Ясамальского районов столицы.

  • Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

    Sabah paytaxtın bir sıra ərazilərində qaz olmayacaq.

    Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

    “Təmir-quraşdırma işlərinin aparılması məqsədilə 28 noyabr saat 10:00-dan etibarən Suraxanı və Yasamal rayonlarında bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda qeyd olunub.

  • Лейла Алиева поделилась кадрами поездки в Лянкяранский район – Видео

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель общественного объединения IDEA Лейла Алиева посетила Лянкяранский район.

    Кадрами поездки Лейла Алиева поделилась на своей странице в İnstagram.

  • Leyla Əliyeva Lənkəran rayonuna səfərindən görüntülər paylaşdı – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Lənkəran rayonuna səfər edib.

    L.Əliyeva səfərlə bağlı görüntüləri rəsmi “Instagram” hesabında paylaşıb.

    Həmin paylaşımı təqdim edirik:

  • В Азербайджане изменен порядок регулирования цен на лекарства

    Изменен порядок регулирования цен на лекарственные средства.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Согласно изменению, при первоначальном установлении условных цен на лекарственные средства для внутренних оптовых фармацевтических предприятий или пересмотре этих цен Тарифный совет также должен будет получать заключение Государственного агентства по антимонопольному контролю и надзору за потребительским рынком.

    Напомним, что до сегодняшнего дня заключения выдавались Министерством экономики, Министерством здравоохранения, Государственный таможенным комитетом, Государственным агентством по обязательному медицинскому страхованию и TƏBIB.

  • Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydasında dəyişiklik edilib

    Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydasında dəyişiklik edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Dəyişikliyə əsasən, dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Tarif Şurası Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin də rəyini almalı olacaq.

    Xatırladaq ki, bu günə qədər İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in rəyləri alınırdı.

  • “Barselona”nın futbolçusu iki həftə yaşıl meydanlardan kənarda qalacaq

    İspaniyanın “Barselona” klubunun futbolçusu Fermin Lopes iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

    Median.Az “Marca”ya istinadən xəbər verir ki, buna 22 yaşlı yarımmüdafiəçinin zədələnməsi səbəb olub.

    İspaniyalı oyunçu bu gün məşqdə sağ ayağından zədə alıb.

    Əvəzində Kataloniya təmsilçisinin digər yarımmüdafiəçisi Pedri artıq məşqlərə başlayıb.

  • Прикаспийские страны продлили на 2026 год запрет на вылов осетров

    Прикаспийские страны (Азербайджан, Россия, Казахстан, Иран, Туркменистан) договорились продлить на 2026 год запрет на коммерческий промысел осетровых в Каспийском море.

    Об этом сообщило Росрыболовство.

    Решение о продлении запрета принято по итогам 9-й сессии комиссии по сохранению, рациональному использованию водных биоресурсов Каспийского моря и управлению их совместными запасами, которая состоялась в Туркменистане.

    Вылов осетровых видов рыб в 2026 году, как и прежде, будет осуществляться только в научно-исследовательских целях и в целях искусственного воспроизводства.

    Кроме этого, прикаспийские страны планируют создать единые Правила рыболовства для общего пространства Каспийского моря. Это позволит обеспечить более рациональную эксплуатацию совместных запасов водных биоресурсов и повысить эффективность рыбоохранных мероприятий.

    На заседании представители пяти стран также согласовали объемы вылова совместных водных биоресурсов на 2026 год.

  • Xəzəryanı ölkələr nərə balığının ovuna qoyulmuş qadağanı 2026-cı ilə qədər uzadıblar

    Xəzəryanı ölkələr (Azərbaycan, Rusiya, Qazaxıstan, İran, Türkmənistan) 2026-cı il üçün Xəzər dənizində nərə balıqlarının kommersiya məqsədli ovuna qoyulmuş qadağanı uzatmaq barədə razılığa gəliblər.

    Bu barədə “Rosrybolovstvo” məlumat yayıb.

    Qadağanın uzadılması barədə qərar Türkmənistanda keçirilmiş Xəzər dənizinin su bioresurslarının qorunması, onların səmərəli istifadəsi və ümumi ehtiyatların idarə olunması üzrə komissiyanın 9-cu sessiyasının yekunları əsasında qəbul olunub.

    2026-cı ildə də, əvvəlki kimi, nərə balığı növlərinin ovuna yalnız elmi-tədqiqat məqsədləri və süni çoxaldılma üçün icazə veriləcək.

    Bundan əlavə, Xəzəryanı ölkələr dənizin ümumi akvatoriyası üçün vahid balıqçılıq qaydaları yaratmağı planlaşdırırlar. Bu, su bioresurslarının ümumi ehtiyatlarının daha səmərəli istifadəsini təmin edəcək və balıqçılıq mühafizəsi tədbirlərinin effektivliyini artıracaq.

    İclasda beş ölkənin nümayəndələri həmçinin 2026-cı il üçün ümumi su bioresurslarının ov həcmlərini razılaşdırıblar.