Month: November 2025

  • Türkiyədə 5,2 bal gücündə zəlzələ olub

    Türkiyənin Balıkesir vilayətində 5,2 maqnitudalı zəlzələ olub.

    Bu barədə Median.Az yerli mətbuata istinadən xəbər verir.

    Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 21:20-də alınıb.

    Zəlzələ ocağı 8,5 km. dərinlikdə yerləşib.

    Yeraltı təkanlar bir çox vilayətlərdə hiss olunub.

    Bu, Balıkesir vilayətində son 4 gündə qeydə alınan 3-cü zəlzələdir.

    Daha əvvəl Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) vilayətdə 4,5 maqnitudada zəlzələnin baş verdiyini bildirib.

  • Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazandı

    Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

    Median.Az xəbər verir ki, o, kişilərin 200 metr məsafəyə kəpənək üsulla üzmə yarışında fərqlənib.
    İdmançı 2.01.16 nəticə ilə 2-ci olub.

  • 1 manat 70 qəpiklik möcüzə — Bazarda hamı bu meyvəni soruşur

    Son günlər bazarlarda feyxoa bolluğu müşahidə olunur. Həm dadı, həm də sağlamlığa təsiri ilə seçilən bu meyvə mövsümün ən çox satılan məhsullarından biridir.

    Median.Az xəbər verir ki, “Yeni Sabah.az” sözügedən meyvənin insan orqanizminə faydalarını araşdırıb.

    Mütəxəssislər bildirirlər ki, feyxoa orqanizm üçün çox xeyirlidir. Onun tərkibindəki yüksək lif bağırsaqların fəaliyyətini tənzimləyir, həzm sistemini gücləndirir və qəbizliyin qarşısını alır.

    Kaliumla zəngin olduğu üçün qan təzyiqini normallaşdırır, ürək-damar sistemini qoruyur. Feyxoa həmçinin güclü antioksidant hesab olunur.

    C və B qrupu vitaminləri sayəsində immuniteti möhkəmləndirir, sinir sistemini sakitləşdirir, dərinin və saçların sağlamlığına müsbət təsir göstərir.

    Mütəxəssislər qeyd edirlər ki, feyxoa yod baxımından da zəngindir və qalxanvari vəz funksiyasını dəstəkləyir.

    Bu səbəbdən, xüsusən yod çatışmazlığından əziyyət çəkən şəxslərə bu meyvəni rasionlarına daxil etmək tövsiyə olunur. Lakin həkimlər xəbərdarlıq edirlər ki, şəkərli diabet və piylənmədən əziyyət çəkən şəxslər feyxoanı çox yeməsinlər.
     
    Meyvənin tərkibində şəkər miqdarı nisbətən yüksək olduğundan artıq qəbulu məsləhət görülmür. Tireotoksikozu (qalxanvari vəzin həddindən artıq aktivliyi) olan insanlar da diqqətli olmalıdırlar.

    Mütəxəssislər feyxoanı təzə halda, həmçinin şirə və ya mürəbbə kimi istifadə etməyi tövsiyə edirlər. Onların fikrincə, bu meyvə payızın soyuq günlərində orqanizmi xəstəliklərdən qorumağın ən dadlı yollarından biridir.

    Hazırda paytaxt bazarlarında feyxoanın bir kiloqramı orta hesabla 1,5 – 1,7 manat arasında dəyişir.

    Mövsümün əvvəlində qiymətlər bir qədər yüksək olsa da, məhsul bolluğu səbəbindən son günlər eniş müşahidə edilir.

  • Boşansalar da, eyni evdə yaşayırmışlar… – Bakıdakı qətlin təfərrüatı – Video

    Biləcəri qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

    Median.Az xəbər verir ki, 69 yaşlı Yaşar Bədəlov yaşadığı mənzildə ailə münaqişəsi zəminində özündən 10 yaş kiçik həyat yoldaşı Nərminə Bədəlovanı balta ilə qətlə yetirib.

    Daha sonra onun da meyiti həmin mənzildə tapılıb.

    Hadisə ilə bağlı qonşular bildiriblər ki, cütlük uzun müddət ailə kimi yaşayıb, lakin məhkəmə qərarı ilə boşanıblar. Boşandıqdan sonra kişi evdən çıxıb, təxminən 6 ay ayrı yaşayıb. Sonradan yaşayış hüququ əldə etdikdən sonra yenidən eyni mənzildə, lakin ayrı otaqlarda yaşamağa başlayıblar.

    “Bir evdə sakit yaşayırdılar, kişi ayrı, qadın ayrı otaqda qalırdı. Aralarında yenidən mübahisə yaranıb, kişi qadını balta ilə vurub, yəqin ki, şah damarını kəsib”, – deyə qonşulardan biri bildirib.

    Daha ətraflı Baku TV-nin videomaterialında:

  • Ağ Evdə Tramp və Əl Şaraa arasında görüş başladı

    Ağ Evdə ABŞ Prezidenti Donald Trampla suriyalı həmkarı Əhməd Əl Şaraa arasında görüş başlayıb.

    Bu barədə Median.Az “Al Jazeera” telekanalına istinadən xəbər verir.

    Daha əvvəl SANA dövlət agentliyi xəbər verib ki, Suriya lideri bazar ertəsi Ağ Evdə ABŞ-dən olan həmkarı Donald Trampla görüşəcək.

    ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barak Əl Şaraanın Vaşinqtona gözlənilən səfərini ilk dəfə 1 noyabrda Bəhreyndə keçirilən Manama dialoqu çərçivəsində açıqlayıb. O, Suriyanın ABŞ-nin rəhbərlik etdiyi İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya qoşulmağı gözlədiyini bildirib.

    Suriya lideri əvvəllər də ABŞ-yə səfər edib. Onun səfəri bu ilin sentyabrında BMT Baş Assambleyasının (BA) 80-ci sessiyasında iştirakı çərçivəsində baş tutub.

  • Şəhidin qardaşı arı sancması nəticəsində ölüb – TƏFƏRRÜAT

    Şahbuz rayonunun Kükü kəndində 66 yaşlı Aftandil Həsənovun arı sancması nəticəsində ölməsinin təfərrüatı məlum olub.

    “Əvvəl də bir neçə dəfə onu arı sancıb. Hər dəfə halı pisləşirdi. Bu dəfə isə həyətdə arı pətəyinin yanında dayanmışdı. Bu zaman arı gözündən sancıb. İki-üç addım yeriyəndən sonra yerə yıxıldı. Rəngi qaralmışdı. Xəstəxanaya apardıq, həkimlər nə qədər çalışsalar da, onu həyata qaytara bilmədilər”, – qohumlardan biri söyləyib.

    “Bir neçə ay öncə ürəyindən əməliyyat olunmuşdu, bu da şok vəziyyətini daha da ağırlaşdırmış ola bilər”, – digər bir qohum bildirib.

    Qeyd edək ki, Aftandil Həsənov Sədərək döyüşləri şəhidi Müşviq Həsənovun qardaşı idi.

  • Скандал в турецком футболе: 1 024 игрока уличены в участии в ставках

    Турецкая футбольная федерация (TFF) официально обнародовала имена 1 024 футболистов, которые являются подозреваемыми в рамках расследования в связи с незаконными ставками.

    Как сообщает Median.Az со ссылкой на Haber Global, в соответствии со статьей 57 Дисциплинарного регламента TFF с 10 ноября 2025 года эти игроки будут направлены в Дисциплинарный совет профессионального футбола Турции (PFDK) – это будет сделано в качестве превентивной меры.

    При этом матчи Суперлиги TFF и Первой лиги TFF будут продолжаться в соответствии с запланированным графиком. Дисциплинарные меры в отношении 47 игроков, уличенных лишь в однократном участии в ставках, будут оцениваться на основе ответов соответствующих организаций и дополнительных доказательств для предотвращения дальнейшего ущерба.
    TFF продолжает контактировать с официальными структурами, и на основании их ответов расследование будет расширено.


  • Türkiyədə mərc qalmaqalı: 1024 oyunçunun adı açıqlandı

    Türkiyə Futbol Federasiyası (TFF) davam edən araşdırma çərçivəsində mərc oyunlarında iştirakına görə 1024 futbolçunun adını rəsmi olaraq açıqlayıb.

    Median.Az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

    Qeyd olunur ki, TFF Futbol İntizam Direktivinin 57-ci maddəsinə uyğun olaraq, 10 noyabr 2025-ci il tarixindən etibarən qüvvədə olan ehtiyat tədbiri olaraq, bu oyunçuları Türkiyə Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərmək qərarına gəlib.

    Eyni zamanda, TFF Super Liqası və TFF 1-ci Liqa yarışları planlaşdırıldığı kimi davam edəcək. Yalnız bir mərc fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş 47 oyunçunun intizam tədbirləri müvafiq qurumların cavabları və daha çox zərərin qarşısını almaq üçün yeni dəlillər əsasında qiymətləndiriləcək.
    TFF rəsmi qurumlarla yazışmağa davam edir və cavablarına əsasən araşdırmanı genişləndirəcək.

  • Azərbaycanda bəzi yerlərdə ətin qiyməti ENDİ

    Bölgələrdə heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlardan sonra mal ətinə tələbat azalıb. Bu isə mal ətinin qiymətinin enməsinə səbəb olub. Satıcılar ucuzlaşmanın təxminən 2 manat civarında olduğunu bildirirlər.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, məsələn, Tovuzda iri və xırdabuynuzlu heyvan ətinin qiyməti enib.

    İribuynuzlu heyvan ətinin 1 kiloqramı əvvəl 17 manat idisə, indi 15 manata təklif olunur. Xırdabuynuzlu heyvan ətində də 1-2 manatlıq ucuzlaşma müşahidə edilir. Əvvəllər 20 manata satılan quzu əti isə indi 18 manata təklif olunur.

    Cəlilabadda da ətin qiymətində 1 manat-1 manat 50 qəpik arası enmə qeydə alınıb. Satıcıların sözlərinə görə, əvvəllər 16-16,50 manata satılan mal əti indi ucuzlaşıb. Hazırda mal ətinin 1 kiloqramı müştərilərə 15 manata təklif olunur. Satıcılar əlavə edirlər ki, qiymətlər düşsə də, alıcı sayı hələ də azdır.

    Satıcılar bildirirlər ki, ətin qiymətinin aşağı düşməsinin bir səbəbi xəstəliklə əlaqələndirilsə də, digər səbəbi ölkəyə ucuz heyvan ətinin idxal olunmasıdır.
    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • В Сирии предовратили покушение на президента

    Власти Сирии сорвали два заговора “Исламского Государства”, целью которых было убийство президента страны Ахмеда аш-Шараа.

    Об этом Reuters сообщил источник из сирийской службы безопасности и неназванный чиновник из стран Ближнего Востока.

    По данным Reuters, заговоры раскрывали в последние несколько месяцев. В одном из случаев покушение, как утверждается, планировалось на “заранее объявленной помолвке”, на которой должен был присутствовать Ахмед аш-Шараа. Другие детали не уточняются.

    10 ноября Ахмед аш-Шараа прибыл в Вашингтон, где впервые встретится с президентом США Дональдом Трампом. Как рассказали источники NBC News, во время визита он объявит о присоединении сирийских сил к коалиции США по борьбе с ИГ. Сирийские чиновники на условиях анонимности пояснили Reuters, что власти Сирии уже несколько месяцев координируют свои действия в этом направлении с американскими военными, но предполагается, что официальное присоединение станет важным шагом в развитии отношений между странами.