Month: November 2025

  • Azərbaycanda vəzifəli şəxs videosu ilə şantaj edilib – MƏHKƏMƏ

    Ağdaşda vəzifəli şəxsləri şantaj edən iki nəfər həbs edilib. Zərərçəkmişlər arasında həkimlər və Ədliyyə Nazirliyinin Ağdaş Rayon Qeydiyyat Şöbəsinin rəisi də var.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, həbs edilən şəxslərdən biri özünü “Cinayət və Olay” qəzetinin və saytının təsisçisi və baş redaktoru kimi təqdim edən Təbriz Dəmirovdur. O, dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il müddətinə azadlıqdan məhrum edilib.

    Onunla birlikdə həbs edilən digər şəxs isə tanışı Əhməd Əzizov olub. Əhməd Əzizov Latviya vətəndaşıdır və onun barəsində yeddi il müddətinə həbs cəzası təyin edilib.

    İttihama görə, Dəmirovla Əzizov ayrı-ayrı vəzifəli şəxsləri rüşvət almaqda ittiham edərək onlardan pul tələb ediblər. Vəzifəli şəxslərin videolarını gizli şəkildə çəkərək şantaj ediblər.

    Məlum olub ki, Təbriz Dəmirov arvadından boşanmaq üçün Qeydiyyat Şöbəsinə müraciət edib. Lakin arvadı ölkədə olmadığı üçün boşanma mümkün olmayıb. Təbriz Dəmirov arvadı Rusiyada olduğu halda boşanmanın onsuz rəsmiləşdirilməsini istəyib. Buna görə də şöbənin rəisi Teymur Mustafayevin işçisi Mətanətə rüşvət verib. Daha sonra həmin məlumat və görüntülərlə Teymur Mustafayevi şantaj edərək ondan pul tələb ediblər. Əvvəlcə razılıq əldə etmədiklərinə görə hazırladıqları videonu prokurorluğa göndəriblər, lakin cinayət tərkibi olmadığı üçün işə xitam verilib. Bir müddət sonra Dəmirov və Əzizov rəisi yenidən şantaj ediblər və ondan iki dəfə 1 000 manat pul alıblar.

    Şantaj edilənlər arasında Ağdaş Rayon Mərkəzi Xəstəxanasının laborantı da olub. Onlar xəstəxanaya gedərək həkimlərə özləri “şirinlik” təklif ediblər, prosesi lentə alıb, daha sonra onlardan pul tələb ediblər. Laborantdan əvvəlcə 20 min manat istəyib, sonra məbləği beş min manata endiriblər. Sonda həmin şəxsdən iki min manat alıblar.

    Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevtindən də 1 000 manat aldıqları müəyyən edilib.

    Həmin xəstəxanada həkim-oftalmoloq kimi çalışan İradə Əhmədova da qurbanlardan biri olub. Təbriz Dəmirov müalicə üçün müraciət etdiyi xəstəxanada ona pul verərək prosesi lentə alıb, daha sonra videonu yayımlamaqla hədələyərək həkimin ərindən 2 000 manat alıb.

    Təbriz Dəmirov ifadəsində bildirib ki, hadisələrdə əsas günahkar Əhməddir. Özünün jurnalist kimi araşdırma apardığını və məlumatları hüquq-mühafizə orqanlarına təqdim etdiyini deyib. O, görüntüləri əldə edən və zərərçəkmiş şəxsləri şantaj edən şəxsin Əhməd olduğunu bildirib. Həmçinin Əhməddən qorxduğu üçün onun dediklərinə razılaşdığını qeyd edib.

    Zərərçəkmiş şəxslərin ifadələrindən məlum olub ki, Əhməd Əzizov Ağdaş şəhərində müxtəlif şəxslərin adından dövlət orqanlarına əsassız müraciətlər və şikayətlər göndərən, dövlət qurumlarının rəhbərlərini və əməkdaşlarını şantaj etməyə meyilli şəxs kimi tanınıb. Həmçinin o, daim xarici dövlət nömrə nişanı olan avtomobil idarə edib.

    Həkim İradə Əhmədova ifadəsində göstərib ki, istirahətə yola düşən zaman ona sosial şəbəkədə belə mesaj göndərilib: “Rüşvət almağınız barədə fakt Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndəriləcək. Xanım, sizə xeyirli istirahətlər!”

    Əhməd Əzizov isə özünü qismən təqsirli bilib. Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxslərlə barışıq əldə edilib.

  • Gürcüstandan 31 nəfər çıxarılıb: Aralarında Azərbaycan vətəndaşları da var

    Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 31 xarici vətəndaşı ölkədən çıxarıblar.

    Bu barədə Gürcüstan DİN məlumat yayıb.

    Məlumata görə, son günlərdə həyata keçirilən kompleks tədbirlər proqramı nəticəsində Hindistan, Türkiyə, Kuba, Misir, Çin, Pakistan, Rusiya, Konqo, Azərbaycan, Türkmənistan, Nigeriya, Tailand, Küveyt, İsrail və Qana vətəndaşları – ümumilikdə 31 nəfər – ölkədən çıxarılıblar.

    Bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq, çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib.

    Qeyd edək ki, bu il Gürcüstan Miqrasiya Departamentinin əməkdaşları artıq 1000-dən çox xarici vətəndaşı ölkədən çıxarıblar ki, bu da indiyədək rekord yüksək rəqəmdir və son üç ildəki ümumi deportasiyaların sayından xeyli çoxdur.

  • Врали своим клиентам: европейские водители собираются судиться с BMW

    Голландские автомобилисты будут судиться со знаменитым автоконцерном BMW из-за его программного обеспечения, с помощью которого компания целенаправленно дезинформировала о якобы экологичности ее машин.

    Об этом сообщает Median.Az со ссылкой на сайт ассоциации.

    “Фонд защиты интересов автомобилистов (Car Claim Foundation) при поддержке Ассоциации потребителей (Consumentenbond) подает в суд на BMW за использование мошеннического программного обеспечения”, – гласит заявление. “Автопроизводитель вводил потребителей в заблуждение, создавая впечатление, что его дизельные автомобили экологичнее, чем они есть на самом деле”, – подчеркнули в ассоциации.

    Как оказалось, вышеупомянутый фонд провел множество исследований, выявивших, что BMW врал пользователям его авто. Так, программное обеспечение дизельных двигателей концерна в ходе тестов демонстрировало заниженные показатели выбросов азота, которые затем преподносились автомобилистам как показатель экологичности машин BMW.

  • Niderlandlı avtomobil sahibləri BMW-ni məhkəməyə verəcəklər

    Niderlandlı avtomobil sahibləri BMW konsernini məhkəməyə verəcəklər.

    Median.Az bu barədə Niderland İstehlakçılar Assosiasiyasının saytına istinadən xəbər verir.

    Məhkəmədə iddianın qaldırılmasına səbəb kimi konsernin proqram təminatı göstərilir. Avtomobil sahiblərinin fikrincə, şirkət onun vasitəsilə avtomobillərinin ekoloji cəhətdən təmiz olduğuna dair dezinformasiya yayıb.

    “Avtomobil istehsalçısı dizellə işləyən avtomobillərin ekoloji cəhətdən təmiz olduğuna dair təsəvvür yaradaraq istehlakçıları yanıldıb”, – deyə məlumatda qeyd edilib.

    Avtomobilçilərin maraqlarını qoruyan fond çoxsaylı araşdırma apararaq müəyyən edib ki, BMW konsernin avtomobillərindən istifadə edənlərə yalan danışıb.

    Belə ki, konsernin dizel mühərriklərinin proqram təminatı testlər zamanı azot emissiyaları üzrə aşağı salınmış nəticələr göstərib və bu, daha sonra BMW avtomobillərinin ekoloji cəhətdən təmizliyinin göstəricisi kimi sürücülərə təqdim edilib.

  • В Турции произошло ещё одно землетрясение

    В турецкой провинции Балыкесир произошло новое землетрясение.

    Как передает Median.Az со ссылкой на Управление по борьбе со стихийными бедствиями и чрезвычайными ситуациями при правительстве Турции (AFAD), подземные толчки магнитудой 4.1 были зафиксированы на глубине 8.12 км.

    Напомним, 27 октября в Балыкесире произошло землетрясение магнитудой 6.1, в результате которого были разрушены три здания, 19 человек получили ранения. После этого в регионе зафиксировали серию афтершоков различной силы.

  • Balıkesirdə növbəti zəlzələ baş verib

    Türkiyənin Balıkesir bölgəsində yeraltı təkanlar səngimir.

    Növbəti zəlzələ barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Məlumata görə, zəlzələ 4.1 bal gücündə olub. Təkanların 8.12 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

    Xatırladaq ki, oktyabrın 27-də Balıkesirdə 6.1 ballıq zəlzələ olub, üç bina dağılıb, 19 nəfər xəsarət alıb. Bundan sonra ərazidə müxtəlif maqnitudalı bir neçə zəlzələ olub.

  • Donald Tramp: “Hazırda Ağ Ev Si Cinpini qəbul etmək üçün münasib deyil”

    ABŞ Prezidenti Donald Trampın fikrincə, Ağ Ev binasının indiki durumu böyük dövlət tədbirlərinə, o cümlədən ÇXR Sədri Si Cinpini qəbul etməyə imkan vermir.

    Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

    “İndi biz əgər Çin Sədri Si Cinpini qəbul etsək və ya hər hansı bir böyük dövlət tədbiri keçirsək, bunun üçün sadəcə yerimiz olmayacaq”, – deyə o, telekanala müsahibəsində bildirib.

    ABŞ prezidenti oktyabrda Çin lideri ilə danışıqlarından sonra gələn ilin aprelində Pekinə səfər etmək niyyətində olduğunu bəyan edib. Bildirilir ki, Çin lideri Si Cinpin bundan sonra Florida ştatındakı Palm-Biç malikanəsinə və ya Vaşinqtona səfər edə bilər.

    Bu ilin iyulunda Tramp Administrasiyası Ağ Evdə 200 milyon dollarlıq bal salonu inşa edilməsi barəsində qərar qəbul edib. Yeni məkan Ağ Evin 1902-ci ildə tikilmiş şərq qanadının yanında yerləşməlidir. Tədbirlər zamanı 650-yə qədər insan qəbul edə biləcək salonun sahəsi 8.4 min kvadratmetr olacaq. İnşasına oktyabrda start verilən məkan 2029-cu ilin yanvarında – Trampın ikinci prezidentlik müddətinin sonuna qədər hazır olmalıdır.

  • Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı

    Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng aşkar edərək götürüblər.

  • Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ

    Naxçıvan Duz Muzeyi ləğv edilib.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, muzey artıq fəaliyyətini dayandırıb.
    Muzeyin ləğvedilmə səbəbi məlum deyil.
    Ləğv barədə qərarın iki ay ərzində icra ediləcəyi bildirilir.
    Qeyd edək ki, Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzey 2017-ci ildə Vasif Talıbovun qərarı ilə yaradılmışdı. Muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun əhəmiyyətini diqqətə çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub-saxlanılmasını və təbliğini təmin etməkdir.
    Muzeydə daş alətlər, daş çəkic və çapacaqlar, duz saxlamaq və ya duzu müxtəlif yerlərə daşımaq üçün istifadə olunmuş duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə, dəstər və digər dəyərli eksponatlar qorunub-saxlanılırdı.
    Xatırladaq ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma dayandırılıb.

  • DYP bayramdan sonra bölgələrdən paytaxta dönən sürücülərə müraciət edib

    Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.

    Bu barədə İdarədən məlumat verilib.
    Bildirilib ki, bayramlarla əlaqəli qeyri-iş günlərində bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarında hərəkət intensivliyi artacaqdır.
    Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək tətil günlərinin xoş əhvali-ruhiyyə ilə başa çatması üçün təhlükəsizlik qaydalarına əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun, yuxusuz sükan arxasına əyləşməməyi xahiş edir:
    “Xüsusilə, sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq”.