Month: November 2025

  • Suriya prezidentinə qarşı sui-qəsdlərin qarşısı alınıb

    Suriya hakimiyyəti İŞİD terror təşkilatının ölkə Prezidenti Əhməd əş-Şaraaya qarşı iki sui-qəsd planını pozub.

    Bu barədə “Reuters” agentliyi Suriya Təhlükəsizlik Xidmətindəki mənbəyə və Yaxın Şərq ölkəsindən olan anonim məmura istinadən xəbər verir.

    Sui-qəsd planları son bir neçə ayda ifşa edilib. Təşkilatın sui-qəsdlərindən birinin Suriya liderinin iştirak edəcəyi “əvvəlcədən elan edilmiş nişan mərasimi” zamanı həyata keçirilməsi planlaşdırılırdı. Planın digər detalları dəqiqləşdirilir.

  • В Балакене пастушья собака загрызла 83-летнего мужчину

    В селе Махамалар Балакенского района пастушья собака загрызла 83-летнего мужчину.

    Местный житель Мухаммед Атаев (1942 г.р.), проходя мимо фермы, расположенной неподалеку от села, подвергся нападению оставшегося без присмотра животного.

    В результате полученных тяжелых травм 83-летний мужчина скончался на месте происшествия.

    Отмечается, что несколько месяцев назад эта же собака уже нападала на М.Атаева и причинила ему ранения.

  • Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb

    Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.

    Hadisə rayonun Mahamalar kəndində baş verib.

    Belə ki, rayon sakini, 1942-ci il təvəllüdlü Məhəmməd Atayev kəndin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən nəzarətsiz qalan çoban iti ona hücum edib. Ağır xəsarətlər alan 83 yaşı M.Atayev hadisə yerində ölüb.

    Məlumata görə, it bir neçə ay əvvəl də M.Atayevə hücum edərək onu yaralayıb.

  • Израиль ликвидировал еще одного члена руководства “Хезболла”

    Беспилотный летательный аппарат ВВС Израиля нанес удар по автомобилю в окрестностях города Сайда на юге Ливана, в результате погиб член руководства радикального движения “Хезболла” Самир Али Факих.

    Об этом сообщил новостной портал Janoubia.

    По его информации, беспилотник выпустил по машине две ракеты на участке южного шоссе между Сарафандом и Бейсарией. Радикальный руководитель скончался на месте от полученных ранений, в больницу доставлен находившийся с ним боец.

  • İsrail ordusu “Hizbullah”ın rəhbərlərindən birini öldürüb

    İsrail ordusu “Hizbullah” hərəkatının rəhbərlərindən biri olan Samir Əli Fəqihi öldürüb.

    Median.Az bu barədə “Janoubia” portalına istinadən xəbər verir.

    Bildirilir ki, o, İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatının (PUA) Livanın Sayda şəhəri ətrafındakı avtomobilə zərbə endirməsi nəticəsində məhv edilib.

    PUA-nın avtomobilə iki raket buraxdığı qeyd edilir. Fəqih aldığı yaralardan hadisə yerində keçinib, yanındakı döyüşçü isə xəstəxanaya yerləşdirilib.

  • Qubada 34 yaşlı kişi baltalandı: Şübhəli qadın saxlanıldı

    Quba rayon sakini baltalanıb.

    Oxu.Az xəbər verir ki, hadisə Qubanın Çartəpə kəndində qeydə alınıb.

    İlkin məlumata görə, Çartəpə kənd sakini, 34 yaşlı Kamran Rüstəmova yaşadığı evdə qohumu 43 yaşlı qadın G.Nəcəfova tərəfindən kəsici alətlə xəsarətlər yetirilib.

    Yaralı şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

    Hadisəni törətməkdə şübhəli bilinən qadın G.Nəcəfova saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ərini və uşaqlarını atıb başqa kişi ilə qaçdı, oğlu tərəfindən öldürüldü

    Abşeron rayonunda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 2008-ci təvəllüdlü Səid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Oxu.Az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə S.Əliyev 7 il 6 ay azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə Abşeron rayonunun Məmmədli kəndində baş verib. Salyan rayon sakini, 1986-cı il təvəllüdlü Rəfiqə Əliyeva ailəsi ilə birlikdə Bakıda kirayə qalıb və ticarət mərkəzlərindən birində xadimə işləyib.

    O, xadimə işlədiyi dövrlərdə başqa bir kişi ilə tanış olub və aralarında sevgi münasibətləri yaranıb. Bir müddətdən sonra R.Əliyeva ailəsindən xəbərsiz evi tərk edib və həmin tanış olduğu kişi ilə qaçıb. Ailə üzvləri onu bir neçə ay axtarsalar da, tapa bilməyib.

    Atası Səid və onun qardaşlarını Salyan rayonundakı ata evinə köçürüb, özü isə Dağıstana işləməyə gedib. 3 aydan sonra Rəfiqə oğlu Səidə zəng vuraraq, başqa kişi ilə yaşadığını və geri qayıtmayacağını bildirib. Səid anasından evlərinə qayıtmasını xahiş etsə də, qadın onların yanına qayıtmayacağını bildirib.

    Bir neçə gündən sonra Səid evlərindən bıçaq götürərək, Bakıya gəlib, anasına zəng edərək onunla görüşmək istədiyini deyib. Anası onunla görüşə razı olub və onlar Məmmədi kəndində, yolun kənarında görüşüblər. S.Əliyev anasını söhbətə tutaraq, onu insanların az hərəkət etdiyi dalanlardan birinə aparıb. O, anasından geri qayıtmasını istəyib. Anası isə yenə də onun sözünə baxmayıb və geri qayıtmayacağını bildirib. Həmin vaxt əsəblərini cilovlaya bilməyən yeniyetmə üzərindəki bıçaqla anasına 10 zərbə endirib. O, anasının tam öldüyünə əmin olduqdan sonra hadisə yerindən uzaqlaşıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə S.Əliyev şübhəli şəxs qismində tutularaq, istintaqa təhvil verilib.

  • Bakı–Qazax yolundakı sıxlıq aradan qaldırılıb

    Bakı–Qazax magistral yolunun 90-cı kilometrindən başlayaraq aparılan təmir işləri ilə əlaqədar olaraq yaranmış nəqliyyat sıxlığı aradan qaldırılıb.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, hazırda qeyd olunan istiqamətdə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən davam etdirilir.

    “Sürücülərdən xahiş olunur ki, yol hərəkəti hərəkəti qaydalarına əməl etsinlər və əks istiqamətli hərəkət zolağına çıxmasınlar”, – deyə qurumdan bildirilir.

  • Bakıda mənzildə iki nəfərin MEYİTİ TAPILDI

    Paytaxtda bağlı qapı arxasında iki nəfərin meyiti tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan müraciət əsasında Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə Binəqədi rayonunda yerləşən mənzilə baxış keçiriblər.

    Həyata keçirilən tədbirlər nəticəsində iki nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Признание от ЮНЕСКО: Азербайджан избран членом ICPRCP

    Азербайджан избран членом Межправительственного комитета по содействию возвращению культурных ценностей странам их происхождения или их реституции в случае незаконного присвоения (ICPRCP) на период 2025-2029 годов.

    Об этом сообщает Median.Az со ссылкой на публикацию Министерства иностранных дел Азербайджана в Facebook.

    “Сегодня на 43-й сессии Генеральной конференции ЮНЕСКО, проходящей в Самарканде, Азербайджан был избран членом Межправительственного комитета по содействию возвращению культурных ценностей странам их происхождения или их реституции в случае незаконного присвоения (ICPRCP) на период 2025-2029 годов. Это избрание стало признанием активной и последовательной политики Азербайджана в сфере защиты и восстановления культурного наследия”, – отметили в МИД.