Month: November 2025

  • “Neftçi” klubu 2500 manat cərimələndi

    AFFA İntizam Komitəsi “Neftçi” klubunu cərimələyib.

    Buna Misli Premyer Liqasının X turunda “Kəpəz”lə matçın 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olması səbəb olub.

    “Ağ-qaralar” bu səbəbdən 2500 manat ziyana düşüb.

    Gəncə təmsilçisi isə sözügedən qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ödəyəcək.

    “Turan Tovuz” “Şamaxı” ilə dueldə 4 oyunçusu sarı vərəqə aldığı üçün, “Sumqayıt” isə “Araz-Naxçıvan”la görüşdə eyni hal yaşandığna görə 700 manat cərimələnib.

  • “2030-cu ilə qədər Aİ-yə üzv olmaq istəyirik” – Kobaxidze

    Brüsselin tənqidlərinə baxmayaraq, Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına qoşulmaq niyyətindədir.

    Median.Az xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze deyib.

    Hökumət başçısının sözlərinə görə, Aİ Gürcüstanın daxili siyasətindən narazılığını bildirsə belə, Tbilisi Avropa yolundan əl çəkməyəcək: “Bütün bunlar, əlbəttə ki, ikili standartlardan və ədalətsizlikdən xəbər verir. Bu o deməkdir ki, Avropa bürokratiyasının ciddi problemləri var. Bir daha təkrar edirəm ki, Avropa İttifaqındakı son dəyişikliklərlə bağlı fərqli gözləntilərimiz var. Biz 2030-cu ilə qədər Avropa İttifaqının üzvü olmaq istəyirik və ümid edirik ki, o vaxta qədər Aİ-də vəziyyət kökündən dəyişəcək”.

    Qeyd edək ki, Gürcüstan 2022-ci ildə Aİ üzvlüyünə müraciət edib. /unikal

  • Qəbul və buraxılış imtahanlarında “köməklik” göstərən şəxslərin cinayət işi məhkəməyə göndərildi

    Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

    Baş Prokurorluqdan bildirilib ki, ibtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abutriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlara əsasən İslam Babayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Ayxan Məmmədov və Murad Məmmədov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

    Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib.

    Oxşar xarakterli cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

  • Mühafizəçi direktorun evindən antik əşyalar oğurlayıb – 200 minlik cinayətin DETALLARI

    Ali Məhkəmədə Əməkdar mədəniyyət işçisi, Səttar Bəhlulzadə adına sərgi salonunun direktoru, əntiq və qədimi əşyaların satışı ilə məşğul olan məşhur kolleksioner Elçin Orucovun evindən oğurluq etməkdə təqsirləndirilən Üzeyir Kərimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

    İttihama görə, Üzeyir Kərimov Əməkdar mədəniyyət işçisinin yaşadığı binada mühafizəçi vəzifəsində işləyib. Təqsirləndirilən şəxs işlədiyi dönəmdə Elçin Orucovun etimadını qazanaraq, onun evinin qarajından 200 min manatdan artıq əşyaları oğurlayıb.

    Üzeyir Kərimov ilk oğurluqda zərərçəkmişin mülkiyyətində olan ümumi dəyəri 5800 manat dəyərində ayaqqabıları, 4 fotoaparatı, kişi üçün nəzərdə tutulmuş qış kürkünü və 400 manat dəyərində qab-qacaq dəstini, xəz şubanı aparıb.

    Bundan sonra təqsirləndirilən şəxs yay ayında Elçin Orucovun bağ evinə köçməsindən istifadə edərək, ümumi dəyəri 196 000 manatlıq əşyaları oğurlayıb. Onun oğurladığı əşyalar arasında:

    – Bir ədədi 2000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XIX əsrə aid olan “Molniya” markalı cib saatı;

    – Bir ədəd qızılı rəngli üzərində qədimi naxışlar olan 750 manat dəyərində qab;

    – Üzərində “Azerbaijan Carpet” yazısı olan göy rəngli bir ədəd çantanın içərisində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən, Cənubi Azərbaycan Təbriz xalçaçılıq məktəbinə aid 165×110 ölçüsündə və XX əsrin sonlarına (1990-2000-ci illərə) aid olan, qarışıq ipək saplarla toxunmuş bir ədəd böyük və iki ədəd kiçikölçülü ümumilikdə 5000 manat dəyərində xalçanı;

    – Hər biri 2000 manat dəyərində olan, xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XX əsrin birinci yarısına aid olan 2 ədəd şamdan;

    – Hər biri 3000 manat dəyərində olan, xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XX əsrin birinci yarısına aid şüşə materialından tutacaqlı və qapaqlı 2 ədəd qrafin;

    – 1000 manat dəyərində gümüş 2 ədəd çaxır badəsi;

    – Bir ədəd 500 manat dəyərində suvenir xəncər;

    – Bir ədəd qara rəngli, 21 000 manat dəyərində xəz gödəkçə;

    – Bir ədəd qara rəngli, 13 000 manat dəyərində “Roberto Cavalli” markalı xəz gödəkçə;

    – Bir ədəd qara rəngli, 7000 manat dəyərində “Francesco Scognaniglio” markalı xəz gödəkçə;

    – Brend markalı, ümumi dəyəri 10 000 manat təşkil edən 8 ədəd qadın ətiri;

    – Bir ədəd içərisindəki sənədin üzərində “Orucova” soyadı qeyd olunmuş original “Rolex” saatı;

    – Brend markalı, ümumi dəyəri 10 000 manat olan 3 ədəd qadın ziyafət donu və digər qiymətləri əşyaları oğurlayıb.

    Məhkəmədə Üzeyir Kərimov ona elan olunmuş ittiham üzrə ifadəsində Elçin Orucovun evinə girməyini və oradan bəzi əşyaları oğurladığını təsdiq edib. Məhkəmədə verilən suallara cavab olaraq bildirib ki, Elçin Orucovun evinə 3-4 dəfə girib. Evin açarını qarajdan açar qabından götürüb. Qarajın pultu isə daima onda olub. Oğurlanan xalçanın və bakalın tarixi əhəmiyyətli olmasını bilməyib.

    Məhkəmənin hökmü ilə Üzeyir Kərimov Cinayət Məcəlləsinin 177.3.2 və 183.1-ci maddələri ilə təqsirləndirilib və 8 il müddətə azadlıqdan məhrum edilib.

  • “Sovetski”dəki 50-dən artıq binaya tarixi bina statusu veriləcək

    “50-dən artıq binaya da tarixi bina statusu verilməsi nəzərdə tutulur”.

    Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.

    “70-dən artıq tarixi bina mövcuddur. Son bir neçə ay ərzində “Sovetski” ərazisində müvafiq qurumlar tərəfindən köçürülmə, qorunma və s. işlər nəzərdə tutulub. Ərazidə bir çox binaların sökülməsi müvafiq qurumlar tərəfindən həyata keçirilib. Bu ərazidən 400-ə yaxın ailə köçürülüb. Proses davam edəcək”, – o bildirib.

    Riad Qasımov həmçinin deyib ki, sözügedən ərazilərdə heç bir tarixi əhəmiyyət daşımayan bir çox binanın qəzalı və baxımsız vəziyyətdə olduğu müşahidə edilib: “Bu halda onların saxlanılması məqsədəuyğun sayılmır”.

  • Япония подняла войска из-за медведей: без солдат местные не могли отбиться от хищников

    В среду 5 ноября японские военные отправились в северную часть страны, где много гор, чтобы помочь в отлове медведей. Армию пришлось поднимать по просьбе местных властей, которые столкнулись с большим количеством нападений хищников на местных жителей.

    Как передает Median.Az, об этом сообщает Reuters.

    Операция началась в городе Казуно. Жители этого города уже несколько недель получают советы избегать густых лесов, не выходить на улицу после наступления темноты и носить колокольчики, чтобы отпугивать медведей, которые иногда приходят искать еду рядом с домами.

    “Горожане каждый день ощущают опасность. Это повлияло на то, как люди живут, заставив их перестать выходить из дома или отменять мероприятия”, говорит мэр Казуно Синдзи Сасамото.

    По данным Министерства окружающей среды, с начала года в Японии произошло более 100 нападений медведей, в результате которых погибли 12 человек. Половина этих случаев случилась в префектурах Акита и Иватэ, где находится Казуно.

    Военные будут устанавливать и проверять ловушки для медведей, но убивать их будут профессиональные охотники с подходящим оружием. Губернатор префектуры Акита сказал, что в этом году встречи с медведями увеличились в шесть раз и превысили 8 000. Поэтому они обратились за помощью к Силам самообороны Японии. После Казуно военные отправятся в города Одатэ и Китаакита. Это соглашение будет действовать до конца месяца.

  • Yaponiyada ordu ayılara görə səfərbər edildi

    Yaponiya hərbçiləri ayı ovuna kömək məqsədilə ölkənin şimal dağlıq ərazilərinə göndəriliblər.

    Median.Az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ordu qüvvələri sakinlərə qarşı çoxsaylı ayı hücumları ilə əlaqədar yerli hökumət orqanlarının müraciəti əsasında əraziyə çağırılıb.

    Yerli əhalidən bir neçə həftədir ki, sıx meşəliklərə getməmək və hava qaraldıqdan sonra evdən çıxmamaq xahiş olunur.

    Məlumata görə, ilin əvvəlindən bəri Yaponiyada insanlara qarşı 100-dən çox ayı hücumu qeydə alınıb, nəticədə 12 nəfər həyatını itirib.

    Əməliyyata Kazuno şəhərindən start verilib. Qeyd olunur ki, hadisələrin təxminən yarısı məhz Kazunonun yerləşdiyi bölgədə baş verib.

    Hərbçilərin vəzifəsi ayılara tələ qurmaqdan ibarət olacaq. Peşəkar ovçular isə vəhşi heyvanları zərərsizləşdirmək üçün silaha əl atacaqlar.

    Bildirilir ki, Yaponiya hərbçiləri Kazunodan sonra Odate və Kitaakita şəhərlərinə də göndəriləcək. Əməliyyatların ayın sonuna qədər davam edəcəyi planlaşdırılır.

  • İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, NATO nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasının əhəmiyyətini vurğulayan Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürk dövlətimizin başçısının NATO mənzil-qərargahına səfərlərini məmnunluqla xatırladı.

    O, Azərbaycanın hazırkı inkişafının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə daha da gücləndiyini vurğulayıb.

    Qonaqlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibəti ilə Prezident İlham Əliyevə təbriklərini çatdırıblar.

    Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib və əldə olunmuş razılaşmaların regionun inkişafı üçün geniş imkanlar açdığını deyib.

    Prezident İlham Əliyev də öz növbəsində NATO mənzil-qərargahına səfərlərini xatırladaraq qeyd edib ki, Əfqanıstandakı əməliyyatlara dəstək Azərbaycan-NATO əməkdaşlığının vacib hissəsi olsa da, ölkəmizlə alyans arasında regional inkişaf, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq da gündəmdədir.

    Dövlətimizin başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb. Bu xüsusda ölkəmizlə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxunub.

    Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı – torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayaraq qeyd edib ki, ordumuzun müasiriləşdirilməsi prosesi bundan sonra da davam edəcək.

    Dövlətimizin başçısı NATO nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına ümidvarlığını bildirib.

    Söhbət zamanı Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı olduğu vurğulanıb, Silahlı Qüvvələrimizin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidmətləri, bu xüsusda ölkəmizin regional nəqliyyat və logistika mərkəzi kimi töhfələri yüksək qiymətləndirilib, sülhməramlılarımızın Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olduğu qeyd edilib.

    Azərbaycanın alyans üzvləri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinə toxunulub, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində ölkəmizin 1994-cü ildən alyansın proqramlarında fəal iştirak etdiyi bildirilib.

    Görüşdə Azərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə olunub, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.





  • 6 noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür

    Hər il noyabrın 6-sı ölkəmizdə radio və televiziya işçilərinin peşə bayramı – Azərbaycan Televiziyası və Radiosu Günü kimi qeyd olunur. Bu gün Azərbaycan televiziyasının 69, radiosunun isə 99 yaşı tamam olur.

    Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günündə ekranda Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” kəlməsi ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi göstərilib.

    Median.Az xatırladır ki, Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

    Polad bloklardan yığılmış 180 metrlik ilk televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı ilin 14 fevralında ilk dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə “AzTV1” efirə çıxıb.

    1957-ci il iyunun 28-də ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib.

    1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyaları, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiyası və studiya qurulub.

    1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli TV (SECAM) yayıma keçid baş tutub.

    1997-ci ildə I Respublika və Araz radioproqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanıb.

    2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyası qurulub və IPTV kontentin provayderlərə ötürülməsinə başlanılıb.

    Həmin ildə “Azərbaycan” və “İctimai” radioları, eləcə də “İctimai” televiziya proqramlarının HD formatlı yayımı həyata keçirilib.

    Ölkə ərazisində analoq TV yayımı 20 dekabr 2016-cı il tarixində tam dayandırılıb və rəqəmsal TV yayımına keçid tam başa çatdırılıb.

    Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramının qəbuluna imkan yaratmasıdır.

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat) Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (Teleradio) İstehsalat Birliyi Fatmayı – Sumqayıt – Xızı – Dağbilici (Şabran) – Yergüc – Quba istiqamətində, 185 km uzunluğunda radio-rele xəttinin rəqəmsal rekonstruksiyasını 2019-cu ildə başa çatdıraraq istismara verib. Bu, respublika ərazisində dövlət, ictimai, özəl və regional radio-TV proqramlarının region stansiyalarına çatdırılması üçün istismar olunan analoq radio-rele xətt şəbəkəsinin rəqəmsal rekonstruksiyası işləri çərçivəsində baş tutub.

    2016-cı ildə fors-major hallarında və Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz radio-televiziya yayımının təmin olunması məqsədilə radiostansiyada əsaslı təmir-bərpa və rekonstruksiya işləri aparılmaqla, 1 nömrəli radiostansiyanın bazasında Alternativ radio-televiziya yayım stansiyası təşkil olunub.

    “Teleradio” İB tərəfindən 2019-cu ilin avqust ayından ölkədə ilk dəfə olaraq, Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartı ilə rəqəmli radionun test yayımına başlanılıb. Hazırda Bakı şəhəri və Abşeron yarımadasının istənilən nöqtəsində 218.6 MHz (11B) tezliyində bir paketdə 12 radio proqramın rəqəmli qəbulu mümkündür.

  • Ученые развеяли популярный миф о занятиях спортом

    Австралийские исследователи из кардиологического института имени Виктора Чанга доказали, что регулярные физические упражнения не ускоряют износ сердца, а наоборот укрепляют его.

    Как передает Median.Az, работа опубликована в журнале JACC: Advances.

    По словам ученых, распространенное мнение о том, что повышенная частота сердечных сокращений при тренировках “изнашивает” сердце, не соответствует действительности. Напротив, у людей, ведущих активный образ жизни, скорость пульса в покое в среднем на 10% ниже, чем у тех, кто не занимается спортом.

    Исследование показало: у участников частота сердечных сокращений составляла около 68 ударов в минуту, тогда как у малоподвижных – около 76. Таким образом, сердце тренированных людей совершает примерно на 11.5 тысячи ударов меньше в сутки. Отмечается, что для большинства здоровых взрослых людей нормальная частота пульса в покое составляет 60-100 ударов в минуту.

    Руководитель исследования, профессор Ла Жерш подчеркнул, что медленный пульс в состоянии покоя выступает показателем хорошей физической формы и долгосрочного здоровья.

    “Хотя во время занятий сердце действительно работает активнее, более низкий пульс в покое полностью компенсирует эту нагрузку”, – отметил ученый.