Month: November 2025

  • Paşinyan: “Azərbaycandan Türkiyəyə yüklərin tranzitini təmin etməyə hazırıq”

    Ermənistan Azərbaycandan Türkiyəyə və əks istiqamətdə avtomobil yolu ilə yüklərin tranzitini təmin etməyə hazır olduğunu təsdiqləyib.

    Median.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan noyabrın 6-da hökumətin iclasında bildirib:

    “Bir daha təsdiq edirəm ki, Ermənistan bu gündən və sabahdan etibarən Marqaradan Kornidzora və əks istiqamətə – Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana avtomobil yolu ilə yüklərin tranzitini təmin etməyə hazırdır. Biz tam hazırıq. Əgər yarım saat ərzində həm Kornidzor tərəfindən, həm də Marqaran tərəfindən sərhəd məntəqəsinə yük maşını yaxınlaşarsa, biz sərhəd keçid məntəqəsinə xidmət etməyə hazırıq”.

    O, həmçinin Rusiya buğdasının Azərbaycan vasitəsilə Ermənistana çatdırılmasını tarixi hadisə adlandırıb.

    “İndi Qazaxıstan-Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu ilə ikinci qatarı gözləyirik”, – deyə Paşinyan qeyd edib.

    Onun sözlərinə görə, bu, Vaşinqtonda əldə edilmiş razılaşmaların həyata keçirilməsi baxımından mühüm mərhələdir.

  • Лейла Алиева и Арзу Алиева посетили Центр талассемии – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева и руководитель Baku Media Center Арзу Алиева посетили Центр талассемии Национального центра гематологии и трансфузиологии.

    Соответствующими фотографиями Л.Алиева поделилась в своем Instagram-аккаунте.

  • Leyla və Arzu Əliyevalar Talassemiya Mərkəzində olublar – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Talassemiya Mərkəzində olublar.

    Bununla bağlı L.Əliyeva rəsmi “Instagram” hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

  • “Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovla bağlı qərar verildi

    “Tərtər işi” ilə bağlı təqsirləndirilən general-mayor Bəkir Orucov və digər şəxslər barəsində olan hökmdən verilən kassasiya şikayəti təmin edilməyib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə hakim İlqar Qılıcov sədrliyi ilə keçirilən prosesdə verilib.

    Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov və digərləri ötən il cinayət məsuliyyətinə cəlb ediliblər.

    Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

    Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Ziya Kazımov və Ülvi Rəşidov 9 il 6 ay, İntiqam Məmmədov və Rahib Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.

    Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə B.Orucovun cəzası 6 il 6 aya endirilib.

  • Начальнику сектора образования вынесен выговор

    Центрально-Аранское региональное управление образования применило дисциплинарное взыскание в отношении начальника сектора образования города Мингячевир Севиндж Гасановой.

    Как сообщает Oxu.Az, согласно решению управления, в соответствии со статьей 186 Трудового кодекса С.Гасановой вынесен выговор.

    В структуре отметили, что в ходе проведенных расследований в её деятельности были выявлены нарушения правил управления и дисциплины.

  • Təhsil sektorunun müdirinə TÖHMƏT VERİLDİ

    Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir Şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənovaya qarşı intizam tənbehi tətbiq edib.

    Regional idarənin qərarına əsasən, Sevinc Həsənovaya Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq töhmət verilib.

    Qurumdan bildirilib ki, aparılmış araşdırmalar zamanı onun fəaliyyətində idarəetmə və nizam-intizam qaydalarının pozulması halları aşkarlanıb.
    //oxu.az

  • Polis Akademiyası kursantlarından “Zəfər təntənəsi” – Video

    Polis Akademiyasının kursantları 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər təntənəsi” adlı kompozisiya təqdim ediblər.

    Kompozisiyada Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə, qəhrəman şəhidlərimizin əziz xatirəsi və Azərbaycan xalqının tarixi salnaməsi yüksək vətənpərvərlik ruhunda əks olunub.

    Kursantlar ifalarında “Vətən marşı”nı səsləndirərək həm Zəfər Gününün qürurunu, həm də dövlətə və xalqa sədaqət andlarını nümayiş etdiriblər.

  • Türkiyə F-16-ları Bakıda keçiriləcək paradda iştirak edəcək

    Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 Bakıda noyabrın 8-də baş tutacaq Zəfər paradında uçuş edəcək.

    Bu barədə Türkiyə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.

  • Кабмин Армении выделит дополнительно 11 миллионов долларов на оборонные нужды

    Правительство Армении на заседании в четверг приняло решение дополнительно выделить 4 миллиарда 371 миллион драмов (около 11 миллионов долларов) на оборонные нужды.

    Как передает Median.Az со ссылкой на Sputnik Армении, в пояснительной записке отмечается, что эта сумма будет направлена на обеспечение безопасности и неприкосновенности границ.

    Напомним, в 2025 году, по сравнению с 2024-м, в бюджете Армении выросли оборонные расходы (на 115 миллиардов драмов, или примерно на 300 миллионов долларов), составив 660 миллиардов драмов (1 миллиард 717 миллионов долларов). В 2026-м планируется снижение на 100 миллиардов драмов, до 560 миллиардов (1 миллиард 455 миллионов долларов).

  • Ermənistan hökuməti müdafiə ehtiyacları üçün əlavə 11 milyon dollar ayıracaq

    Ermənistan hökuməti cümə axşamı keçirilən iclasda müdafiə ehtiyacları üçün əlavə 4 milyard 371 milyon dram (təxminən 11 milyon dollar) ayırmaq qərarı qəbul edib.

    Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

    Qeyd olunur ki, bu məbləğ sərhədlərin təhlükəsizliyinin və toxunulmazlığının təmin edilməsinə yönəldiləcək.

    Xatırladaq ki, 2025-ci ildə 2024-cü illə müqayisədə Ermənistan büdcəsində müdafiə xərcləri 115 milyard dram (300 milyon dollar) artaraq 660 milyard dram (1 milyard 717 milyon dollar) təşkil edib. Amma 2026-cı ildə 560 milyard drama (1 milyard 455 milyon dollar) qədər azalma planlaşdırılır.