Month: November 2025

  • Объявлен тендер на 17 млн манатов для города Физули

    Объявлен новый тендер на строительство магистральных водопроводов, канализационных и дождевых коллекторов, а также инженерных сооружений в городе Физули.

    Предполагаемая стоимость проекта составляет 17 450 725 манатов.

    Закупка, проводимая юридическим лицом публичного права “Дирекция строящихся объектов”, завершится 20 ноября.

    Проект предусматривает разработку проектно-сметной документации и строительство магистральных водопроводов, канализационных и дождевых коллекторов, а также соответствующих сооружений в городе Физули.

  • Füzuli şəhəri üçün 17 milyon manatlıq tender elan edilib

    Füzuli şəhərində magistral su xətlərinin, tullantı və yağış kollektorlarının, həmçinin mühəndis qurğularının tikintisi ilə bağlı yeni tender elan olunub.

    Layihənin ehtimal olunan dəyəri 17 milyon 450 min 725 manatdır.

    “Tikilməkdə olan obyektlərin müdiriyyəti” publik hüquqi şəxsi (PHŞ) tərəfindən keçirilən satınalmaya noyabrın 20-də yekun vurulacaq.

    Layihədə Füzuli şəhərinin magistral su xətlərinin, tullantı və yağış kollektorlarının, eləcə də müvafiq qurğuların layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi nəzərdə tutulub.

  • Türkiyə və Pakistan hərbçiləri Zəfər paradında iştirak edəcək – Video

    Noyabrın 8-də paytaxtda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş Zəfər paradı keçirilıcək.

    “Unikal” xəbər verir ki, paradda Azərbaycan Ordusunun şəxsi heyəti ilə yanaşı Türkiyə və Pakistan hərbçiləri də iştirak edəcək.

    Qardaş ölkənin hərbçiləri təlim-məşq prosesində iştirak ediblər.

  • Bakıda məşhur şadlıq evində nöqsanlar aşkarlandı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 33 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehman Tağı oğlu Nağıyevə məxsus “Qızıl Qaya” şadlıq evində plandankənar yoxlama keçirib.

    Bu barədə AQTA məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulması faktları müəyyən edilib.

    Belə ki, qida obyektinin isti mətbəx sahəsində tavanın və döşəmənin tamlığının pozulduğu, xammal olaraq istifadə olunan mal və toyuq ətlərinin keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığı, doğrama lövhələrinin istifadəyə yararsız olduğu, soyuducunun rəflərinin korroziyaya uğradığı, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmadığı və digər nöqsanlar aşkarlanıb.

    Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

  • “Qarabağ”ın oyunçuları “Çelsi” ilə oyuna görə mükafat alacaqlar – MƏBLƏĞ

    “Qarabağ”ın rəhbərliyi Çempionlar Liqasının 4-cü turunda “Çelsi” ilə 2:2 hesablı heç-heçə edən komandanı mükafatlandırıb.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, əvvəlcədən futbolçulara yüksək ödəniş vəd edən Ağdam klubunun rəhbərliyi sözünü artıqlaması ilə tutub.

    Qələbə halında futbolçulara 120 min manat, heç-heçə olacağı təqdirdə 65-70 min manat civarında mükafat vəd edən rəhbərlik ötən gecə sərgilənən oyundan olduqca razı qalıb. London klubu ilə heç-heçə qələbəyə bərabər tutulub. Futbolçuların döyüşkənliyi, qələbə üçün mübarizə aparmaları və bu oyunun dünyada böyük marağa səbəb olması “Qarabağ”ın rəhbərliyini razı salıb.

    Nəticədə heç-heçə üçün nəzərdə tutulan mükafat artırılıb. Azərbaycan çempionunun üzvləri “Çelsi” ilə oyuna görə 80-90 min manat arası mükafat alacaqlar.

    Qeyd edək ki, cari mövsümdə UEFA Çempionlar Liqasında iki qələbə qazanan Ağdam təmsilçisi “Benfika” zəfərinə görə oyunçularına 100 min manatın üstündə ödəmə edib. “Kopenhagen” qalibiyyəti isə onları 70 min manatdan artıq irəli salıb.

  • Kadi Borgeslə bağlı BƏD XƏBƏR: Yaşıl meydanlara gələn il qayıdacaq

    “Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Kadi Borges 8-10 həftə yaşıl meydanlardan uzaq qalacaq.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, Kadi Borgesin futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

    Qeyd edək ki, Kadi Borges dünən keçirilən “Qarabağ” – “Çelsi” (2:2) qarşılaşmasının 31-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.

  • Ailəvi istirahət mərkəzindəki quşlar aidiyyəti üzrə təhvil verildi

    Hacıqabul rayonuda “Qədir Xum” ailəvi istirahət mərkəzində vəhşi quşlar daşınaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, ictimai iaşə müəssisələrində və ailəvi istirahət mərkəzlərində vəhşi heyvan və quşların saxlanılması, nümayiş etdirilməsi hallarında yarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Hacıqabul rayonunda ailəvi istirahət mərkəzində epizootoloji komissiyanın üzvləri ilə birgə monitorinq keçirilib.

    Monitorinq zamanı “Zoonoz xəstəliklərin başvermə riskinin aradan qaldırılması üçün baytarlıq nəzarətinin gücləndirilməsi haqqında” müvafiq Qərara uyğun olaraq, vəhşi quşlara baytar həkim tərəfindən kliniki baxış keçirilib və istirahət mərkəzindən daşınaraq aidiyyəti üzrə təhvil verilib. İstirahət mərkəzinin ərazisində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görülüb.

  • Həbs olunan direktor aldığı rüşvəti kimlərlə böldüyünü açıqladı – DETALLAR

    Rüşvət alma, dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən Vurğun Mənsimovun cinayət işi üzrə yekun məhkəmə iclası keçirilib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, o, 1 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək Yardımlı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işləyib.

    Vurğun Mənsimov 71445 manat büdcə vəsaitini mənimsəyib, 8000 manat dələduzluq edib, 3 000 manat rüşvət alıb.

    İstintaq orqanı tərəfindən V. Mənsimovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 311.1 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

    “Heç kimdən pul almamışam”

    Lənkəran Ağır Cinayətlər Məhkəməsində ifadə verən V.Mənsimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 2011-2022-ci illərdə Yardımlı rayon Uşaq-Gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işləyib:

    “2022-ci ildə öz ərizəmlə işdən çıxdım. Yardımlı rayonun Ostair kənd sakinindən 2000 manat, Məlikli kənd sakinindən isə 5000 manat məbləğində pulu borc almışam. Sonra hər ay ödəniş etməklə borcları qaytarmışam. Mənim direktor kimi təşkilati-sərəncam vermə səlahiyyətim olsa da, hansısa şəxsi işə götürmək ixtiyarım olmayıb. Məktəbin pedaqoji, texniki heyətinin işə qəbulu Yardımlı rayon Təhsil Şöbəsi tərəfindən həyata keçirilib.

    Kimisə işə götürmək adı ilə heç kimdən pul almamışam, heç kimi də aldatmamışam. Ona görə mənə verilmiş ittihamda göstərilənləri qəbul etmirəm. Belə hal olubsa da, aldığım pulu Yardımlı rayon Təhsil Şöbəsinin keçmiş müdirinə vermişəm”.

    “Direktor müavini cavabdehlik daşıyıb”

    Təqsirləndirilən şəxs qeyd edib ki, ittiham aktında adları keçən və şahid olan müəllimləri tanıyır, həmin şəxslər Yardımlı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin müəllimləridir: “Məktəbdə çalışan müəllimlər tələblərə uyğun işləyib, vaxtlı-vaxtında dərsləri tədris edib və intizam-intizam qaydalara riayət ediblər.

    Məktəb əvvəllər, yəni 2022-ci ilədək Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən, sonrakı dövrdə isə Lənkəran-Astara Təhsil İdarəsi tərəfindən maliyyələşib. Sənədlərdə heç saxtakarlıq olmayıb. Direktor olaraq əməkhaqlarının ödənilməsi üçün tərtib olunan smeta cədvəlini aidiyyəti üzrə göndərmişəm.

    Məktəbdə artıq işçilərin əməkhaqlarının ödənilməsi məsələsini təhsil və maliyyə idarələri həll edib. Mənim bundan xəbərim olmayıb. Məktəbdə dərslər tədris olunarkən qeydiyyat aparılan jurnallara mən yox, direktor müavini cavabdehlik daşıyıb”.

    “Əmrləşmə aparılmayıb”

    Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, məktəbin binası kiçik və tədris üçün əlverişsiz olduğundan məşğələlər müxtəlif məktəblərdə təşkil edilib:

    “Məşqçi-müəllimlər, texniki işçilər Yardımlı rayon Təhsil Şöbəsinin müdirinin təqdimatı, mənim isə əmrim əsasında işə götürülüb. Təhsil şöbəsi təqdimat vermədiyi halda heç kəsi işə götürə bilməmişik.

    Etiraf edirəm ki, bəzi işçilər təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin təqdimatı, mənim isə əmrim əsasında işə götürülsələr də, vəzifə funksiyalarını yerinə yetirmədikləri halda onlara tərəfimdən maaş buraxılması halları olub.

    Həmçinin şahidlərdən biri məktəbə məşqçi-müəllim təyin edilsə də, onun heç bir qrupu olmayıb və dərs keçməyib. Lakin aylıq maaşını alıb. Daha bir neçə müəllim dərs keçsə də, onların barəsində tərəfimdən əmrləşmə aparılmayıb”.

    “Məqsədim müddət udmaq olub”

    V.Mənsimovun ifadəsinə görə, 2022-ci ilin fevral ayında keçmiş iş yoldaşı, Yardımlı rayon Alçabulaq kənd orta məktəbinin direktoru onunla əlaqə saxlayıb, Əfqan İbayev və qardaş oğlu Fərahim İbayevi işə götürməsinin mümkün olub-olmadığını soruşub: “Həmin vaxt pula ehtiyacım olduğundan onları işə götürə biləcəyimi bildirdim. Bir neçə gün sonra Sırıq kəndinin ərazisində bunun üçün 5000 manat aldım.

    Fikrim Yardımlı rayon Təhsil Şöbəsinin müdiri ilə razılaşaraq həmin şəxsləri işə götürmək idi. Onda təhsil şöbəsinin müdiri Manaf Səmədzadə məzuniyyətdə idi. O, məzuniyyətdən qayıtdıqdan dərhal sonra işdən çıxdığından bu plan alınmadı. 5000 manat pulu öz şəxsi ehtiyaclarım, o cümlədən tibbi xərclərim üçün sərf etdim.

    Zərərçəkmiş şəxsdən 5000 manatı aldığım vaxt ona Fərahim və Əfqanı şahmat kursuna göndərəcəyimi, kurs bitdikdən sonra işə götürəcəyimi demişəm. Amma onları hər hansı şahmat kursuna göndərmək fikrim olmayıb. Məqsədim guya şahmat kursunun ödənişi kimi 5000 manat məbləğində pulu almaq, daha sonra isə onların işə qəbul edilməsinə cəhd etmək olub.

    Zərərçəkmiş şəxs tez-tez kurs məsələsini soruşduğu üçün müddət qazanmaq və onu özümə inandırmaq məqsədi ilə əslində olmayan 29 nömrəli əmrdən saxta çıxarışlar tərtib edərək imzalamışam”.

    Məhkəmənin hökmü ilə V. Mənsimov 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququ məhdudlaşdırılmaqla 5 il azadlıqdan məhrum edilib.

    Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini və barəsində daha ədalətli, humanist qərar qəbul edilməsini xahiş edib.

    Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti qismən təmin olunub. Cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilib.

    Təqsirləndirilən şəxs 1 il 9 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunub, cəzası 4 il 9 aya endirilib.

    Bu qərardan təqsirləndirilən şəxsin müdafiəçisi kasasiya şikayəti verib. Şikayətə Ali Məhkəmədə baxılıb və təmin edilməyib.

  • Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu ödənişli olacaq

    “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu istifadəyə verildikdən sonra ödənişli olacaq”.

    Median.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Avtomobil Yolları Nəzarət Firmasının mütəxəssisi Ziyyəddin Həsənov deyib.

    Onun sözlərinə görə, hazırda yolun ödənişsiz alternativ marşrutu istifadədə olsa da, yeni inşa edilən əsas magistral yol üzrə ödənişli sistemin tətbiqi planlaşdırılır:

    “Hazırda ödənişli sistem işə salınmayıb, lakin layihə üzrə bu yolun ödənişli olması nəzərdə tutulur. Bu, regionda ilk dəfə müasir standartlara uyğun ödənişli avtomobil yolu kimi fəaliyyət göstərəcək”.

    Z.Həsənov qeyd edib ki, ödənişli yolun paralelində Horadiz-Cəbrayıl-Zəngilan istiqamətində 2-ci texniki dərəcəyə uyğun olaraq alternativ, pulsuz yol artıq çəkilib və istismara verilib.

    “Alternativ yol hazırda tam istifadədədir və sürücülər üçün heç bir ödəniş tələb olunmur. Yeni ödənişli magistral isə birinci texniki dərəcəyə uyğun tikilir və daha yüksək təhlükəsizlik, hərəkət rahatlığı və sürət təmin edəcək”, – deyə Həsənov vurğulayıb.

    Qeyd edək ki, Horadiz-Zəngilan-Ağbənd avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometr təşkil edir və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.

  • Пашинян: Армения уже сегодня готова обеспечить транзит грузов из Азербайджана в Турцию

    Армения готова обеспечить транзит грузов из Азербайджана в Турцию и из Турции в Азербайджан по маршруту Маргара – Корнидзор, начиная с сегодняшнего дня.

    Как передает Median.Az со ссылкой на Armenpress, готовность РА подтвердил премьер-министр Никол Пашинян на заседании правительства 6 ноября.

    Он напомнил, что сегодня первая партия зерна поступила в Республику Армения по железнодорожному маршруту Россия – Азербайджан – Грузия – Армения.

    Премьер-министр назвал это важным и историческим событием. Теперь ожидается новая партия пшеницы из Казахстана, также через территорию Азербайджана.

    “Это также важная веха в реализации договорённостей, достигнутых в Вашингтоне, и пунктов Вашингтонской декларации. Я ещё раз подтверждаю готовность Армении обеспечить грузоперевозки из Азербайджана в Турцию и из Турции в Азербайджан по маршруту Маргара – Корнидзор, начиная с сегодняшнего дня. Если грузовик подъедет к КПП в течение получаса, будь то со стороны Корнидзора или Маргары, мы готовы обслужить его переезд”, – заявил Пашинян.