Month: November 2025

  • AQTA: Son günlər şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlanıb

    Son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb.

    Bu barədə AQTA məlumat yayıb.

    Bildirilib ki, bununla bağlı AQTA ictimai iaşə müəssisələrinə bildiriş məktubları ünvanlayıb və məsul şəxslərə yalnız mənşəyi və keyfiyyəti sənədlərlə təsdiqlənmiş ət məhsullarından istifadə etmələri bir daha xatırladılıb.

    Hazırda Agentlik respublika üzrə ictimai iaşə obyektlərində və şadlıq saraylarında nəzarət tədbirlərini gücləndirib. Qanunvericiliyin tələblərinə əməl etməyən müəssisələr barəsində inzibati tədbirlər görülür.

    “Qida təhlükəsizliyi tələblərinə görə, eyni zamanda dünyada yayılan yoluxucu heyvan xəstəliklərini nəzərə alaraq, mənşə və keyfiyyəti təsdiqlənməyən heyvan mənşəli məhsulların istehlaka təqdim edilməsi qanunvericiliklə qadağandır və bu hallar insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

    Eyni zamanda, Agentlik istehlakçıları heyvan mənşəli ət məhsulları alarkən və ya ictimai iaşə müəssisələrində istehlak edərkən, müvafiq baytarlıq sənədlərinin mövcudluğunu tələb etməyə çağırır”, – məlumatda qeyd olunub.

  • В Зардабе задержаны отец и сын за охоту на краснокнижных птиц

    В Зардабском районе задержаны отец и сын за охоту на диких птиц, занесенных в Красную книгу.

    Как сообщили в ширванской региональной группе пресс-службы МВД, в ходе мероприятий по пресечению незаконной охоты сотрудниками Зардабского РУП задержаны Александр Мирзалиев и его сын Роман Мирзалиев.

    Задержанные охотились на территории поселка Беимлы. У них обнаружены и изъяты охотничье ружье и патроны.

    По факту возбуждено уголовное дело, ведется расследование.

  • Zərdabda adları “Qırmızı kitab”a düşən quşları ovlayan ata və oğul saxlanılıb

    Zərdab rayonunda adları “Qırmızı kitab”a düşən quşları ovlayan ata və oğul saxlanılıb.

    Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

    Tədbirlər zamanı rayonun Bəyimli qəsəbəsi ərasizində adları “Qırmızı Kitab”a düşən çöl quşları ovlayan Aleksandr Mirzəliyev və oğlu Roman Mirzəliyev saxlanılıblar.

    Həmin şəxslərdən ov tüfəngi və patronlar aşkarlanaraq götürülüb.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  • Первый в Азербайджане реципиент сердца от посмертного донора завершил стационарное лечение

    19-летний Рашад Мамедалиев, ставший первым в Азербайджане пациентом, которому пересадили сердце от посмертного донора, уже выписан из больницы.

    Как сообщает Report, об этом заявила председатель правления Координационного центра по донорству и трансплантации органов Егана Аббасова.

    По ее словам, состояние молодого человека оценивается как удовлетворительное, он уже выписан из Центральной клиники и находится дома.

    “Его состояние остается под постоянным наблюдением. Раз в месяц и раз в год данные о состоянии здоровья лиц, перенесших трансплантацию органов, вносятся в единую информационную систему, что позволяет отслеживать их состояние в долгосрочной перспективе”, – отметила Аббасова.

    Пересадка сердца от посмертного донора 19-летнему пациенту стала первой подобной операцией в Азербайджане и во всем регионе. Операция была проведена в Центральной клинике Баку под руководством главного врача, профессора Кямрана Мусаева. Донорское сердце было успешно пересажено молодому жителю Товузского района.

  • Azərbaycanda meyit donordan ürək köçürülən şəxsin son durumu açıqlanıb

    Bakıda meyit donordan ürək köçürülən 19 yaşlı Rəşad Məmmədəliyev xəstəxanadan evə buraxılıb.

    Bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “Report”un sualını cavablandırarkən deyib.

    Onun sözlərinə görə, R.Məmmədəliyevin vəziyyəti kafidir:

    “Pasiyent artıq Mərkəzi Klinikadan evə buraxılıb. Hələ də onun durumu nəzarətdə saxlanılır. Ayda və ildə bir dəfə orqan transplantasiyası edilmiş şəxsin vəziyyəti haqqında məlumatlar vahid informasiya sisteminə daxil olur. Bununla da onun durumu daim diqqətdə saxlanılır”.

  • В Ереванском метро произошел сбой в электроснабжении

    В Ереванском метро произошел сбой в электроснабжении, из-за чего возникли технические проблемы.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщили в пресс-службе Ереванского метрополитена.

    “Сейчас на месте работают специалисты, поезда вернутся к привычному режиму следования в течение получаса”, – сообщили в ведомстве.

    По данным СМИ, поезд высадил пассажиров на станции “Сасунци Давид” и вернулся обратно.

  • İrəvan metrosunda elektrik enerjisi təchizatında problem yaranıb

    İrəvan metrosunda elektrik enerjisinin verilişində problem yaranıb.

    Bu barədə İrəvan metropoliteninin mətbuat xidmətindən bildirilib.

    “Hazırda mütəxəssislər hadisə yerində işləyirlər, qatarların normal hərəkət rejimi yarım saat ərzində bərpa olunacaq”, – qurumdan bildirilib.

  • Ordubadda çörək sexinin fəaliyyəti dayandırılıb

    Ordubadda işində nöqsanlar aşkar edilən çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb.

    Naxçıvan Muxtar Respublikasının (MR) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Ordubad şəhərində fəaliyyət göstərən çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar müəyyən olunub.

    Yoxlama zamanı müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə edilmədiyi, dezinfeksiya işlərinin aparılmadığı və obyektin təmirə ehtiyacı olduğu aşkar edilib.

    Aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə sahibkara müvafiq göstərişlər verilib, inzibati protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

  • СК Армении: Имеются доказательства по делу о госперевороте

    Лицо, арестованное по делу о государственном перевороте в Армении, назвало свои действия терроризмом.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом заявил глава Следственного комитета Армении Артур Погосян, комментируя вопрос депутата Анны Григорян во время бюджетных слушаний в парламенте.

    Депутат заявила, что арестантам (включая священнослужителей) искусственно пытаются приписать намерение государственного переворота на основе слов о необходимости “прихлопнуть двоих-троих”, из прослушки телефонных разговоров архиепископа Баграта Галстаняна.

    “Вы, как должностное лицо, имея полную информацию, выбрали всего одну фразу, чтобы запугать общество… Если есть такие факты, почему они не обнародованы”, – сказала она.

    В ответ на это глава СК сказал, что расследования факта прослушки не было, при этом не уточнил, каким образом была получена запись разговора. Он отметил, что в расписанных планах предполагаемых действий, найденных при обыске, прямо записано слово “терроризм” и говорится о захвате зданий (включая полицейские здания). “Не хочу забегать вперед, пока не завершилось следствие, но на публичном судебном процессе вы и во всем убедитесь”, – заявил Погосян. Напомним, что 18 представителей движения “Священная борьба” проходят по делу о “подготовке теракта и попытке захвата власти”. Лидер движения, архиепископ Галстанян и его сторонники были арестованы в конце июня. Тогда СК Армении заявил о предотвращении попытки вооруженного захвата власти. 21 августа Галстаняну продлили арест на 3 месяца.

  • Ermənistan İstintaq Komitəsi dövlət çevrilişi işi üzrə sübutlar əldə edib

    Ermənistanda dövlət çevrilişi ilə bağlı iş üzrə həbs edilmiş şəxs öz əməllərini terror adlandırıb.

    Bunu ölkənin İstintaq Komitəsinin rəhbəri Artur Poqosyan parlamentdə büdcə dinləmələri zamanı deputat Anna Qriqoryanın sualını şərh edərkən bildirib.

    Deputat bəyan edib ki, arxiyepiskop Baqrat Qalstanyanın telefon danışıqlarının dinlənilməsi zamanı “iki-üç nəfəri öldürməyin lazım olması” ifadəsi əsasında dövlət çevrilişi niyyətini həbs olunanların (din xadimləri də daxil olmaqla) üzərinə qoymağa çalışırlar.

    “Siz vəzifəli şəxs olaraq, tam məlumata malik olduğunuz halda, cəmiyyəti qorxutmaq üçün sadəcə bir ifadə seçmisiniz… Əgər belə faktlar varsa, niyə onlar açıqlanmır”, – o bildirib.

    Buna cavab olaraq İstintaq Komitəsinin rəhbəri dinləmə faktının araşdırılmadığını bildirib, lakin o, söhbətin qeydinin necə əldə edildiyini dəqiqləşdirməyib. A.Poqosyan qeyd edib ki, axtarış zamanı tapılmış ehtimal olunan fəaliyyət planlarında birbaşa “terrorizm” sözü yazılıb və binaların (polis binaları da daxil olmaqla) ələ keçirilməsindən danışılıb. “İstintaqı qabaqlamaq istəmirəm, lakin açıq məhkəmə prosesində hər şeyə əmin olacaqsınız”, – o bəyan edib.