Month: November 2025

  • “Qarabağ”ın U-19 komandasının məşqçisi: “Azərbaycanda futbolçu qıtlığı xüsusilə aşağı yaş qruplarında özünü göstərir”

    “Qarabağ” klubunun 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Rəşad Sadiqov “Çelsi”yə 5:0 hesabı ilə məğlub olduqları oyundan sonra futbolçu çatışmazlığı və qarşıya çıxan problemlərlə bağlı danışıb.

    Bu barədə baş məşqçi oyundan sonra mətbuat konfrasında məlumat verib.

    Qarabağın U-19 komandasının məşqçisi: Azərbaycanda futbolçu qıtlığı xüsusilə aşağı yaş qruplarında özünü göstərir

    Mütəxəssis futbolçu yetişdirməyin çətinliklərinə toxunaraq bildirib: “Bir yaş qrupunda ortalama 20-24 futbolçu olur. Lakin onların seçimi yalnız fiziki göstəricilərlə məhdudlaşmır. Məsələn, “Benfika” klubunun müxtəlif yaş qruplarında – U-19, U-23, əsas komanda və B komandasında eyni vaxtda çıxış edən oyunçular olur. Bu da seçim imkanlarını çox genişləndirir. Bizdə isə bu resurs yoxdur və bu da işimizi xeyli çətinləşdirir”.

    Sadiqov qeyd edib ki, Azərbaycanda futbolçu qıtlığı xüsusilə aşağı yaş qruplarında özünü göstərir: “Əsas problem ondan ibarətdir ki, yaş artdıqca futbolçular sistemdən itirlər. Bunun başlıca səbəblərindən biri hərbi xidmətlə bağlıdır. Ali məktəbə qəbul ola bilməyənlər məcbur əsgərliyə gedir və bir il yarım fasilədən sonra həmin futbolçudan əvvəlki fiziki forması ilə oyun gözləmək çətindir”.

    Məşqçi eyni zamanda təhsil amilinin də prosesə ciddi təsir etdiyini vurğulayıb: “Bir çox gənc ya səhər, ya da günorta dərsdə olur və məşqləri buraxır. Elələri var ki, həftədə 3-4 məşqə belə qatıla bilmir. Biz də onları digər yaş qrupuna göndərməyə məcbur qalırıq, bu isə kollektivin komplektləşməsində çətinlik yaradır. Komandanın içində uyğunlaşma pozulur”.

    Sonda R.Sadiqov Azərbaycan futbolunda gənc istedadların inkişafının nə qədər çətin və məsuliyyətli proses olduğunu bu cür ifadə edib: “Təhsil, hərbi xidmət, məhdud imkanlar – bütün bunlar futbolçu yetişdirməyi olduqca ağırlaşdırır”.
    //oxu.az

  • Türkiyə aviaşirkəti bu ölkəyə uçuşu ləğv etdi

    Türkiyənin “Pegasus Airlines” aviaşirkəti Ankara və İzmirdən Monteneqroya uçuşları müvəqqəti olaraq ləğv edib.

    Bu barədə Monteneqro Hava Limanı (ACG) məlumat yayıb.

    “Türkiyənin aşağı büdcəli aviaşirkəti “Pegasus Airlines” noyabrın 29-dək Ankara və İzmirdən Podqoritsaya planlaşdırılan bütün uçuşları ləğv edib. Şirkət Podqoritsa – Sabiha Gökçen istiqamətində aviareysləri isə davam etdirir”, – deyə açıqlamada bildirilir.

    Bundan başqa, Podqoritsa ilə Tivat və İstanbul aeroportu istiqamətində uçuşlar hazırda “Air Montenegro” və “Turkish Airlines” tərəfindən həyata keçirilməyə davam edir.

    Qeyd edək ki, Türkiyə Serbiyadan sonra Monteneqro Aerodromu üçün ən vacib bazardır.

  • Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

    Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb

    Görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

    Görüşdə Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq platformaları və alətləri üzrə danışıqların əhəmiyyəti diqqətə çatdırılıb.

    İki tərəf arasında yüksək səviyyədə təmasların və son aylarda keçirilmiş dialoqların məmnunluq doğurduğu, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

    Xüsusi nümayəndə Vaşinqton Zirvə görüşü çərçivəsində əldə edilmiş nailiyyətlərə dəstək verilməsi istiqamətində Avropa İttifaqının hazırlığını ifadə edib.

    Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə qarşı tərəfə məlumat verib, ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

    Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər – FOTO

    Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını ziyarət ediblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva stendlərə baxış keçirib, arıçıların təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsulları ilə maraqlanıb, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər.

    Qeyd edək ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermer iştirak edir. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc arıçı” layihəsinin iştirakçıları yarmarkada fəal şəkildə iştirak ediblər. Yarmarkaya 4 “Gənc arıçı” ailəsi tərəfindən ümumilikdə, 1 128 kiloqram bal təqdim edilib.

    Xocalı rayonunda fəaliyyət göstərən “Güllü Yaylaq” arıçı kooperativi yarmarkada ilk dəfə təmsil olunub. Kooperativin yaradıcısı – Xocalı rayonunun Ballıca kəndindən olan Qənirə Əsədova uzun illərdir arıçılıqla məşğuldur. Kooperativin məqsədi qadınların kənd təsərrüfatında məşğulluğunu artırmaq, yerli arıçılıq ənənələrini qorumaq və ekoloji cəhətdən təmiz məhsulların istehsalını təşviq etməkdir. Hazırda “Güllü Yaylaq” kooperativi 5 üzvdən ibarətdir və yarmarkaya 6 növ arıçılıq məhsulu daxil olmaqla 400 kiloqram məhsul təqdim edib.

    Həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə bu ilin sentyabrında Kəlbəcər rayonunda keçirilmiş “Kəlbəcər bal festivalı 2025″in iştirakçıları yarmarkada məhsullarını təqdim ediblər.

    Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin çıxışlarında Kəlbəcər balına göstərdiyi diqqət və dəstək bu bölgənin balının keyfiyyətinə və tanınmasına verilən ən yüksək dəyərin göstəricisidir. Bu gün Kəlbəcər balı öz təbii xüsusiyyətləri və keyfiyyəti ilə seçilərək, Azərbaycanın milli brendlərindən birinə çevrilməkdədir.

    Qeyd edək ki, yarmarkada 100 tondan çox bal və 15 növdən çox müxtəlif arıçılıq məhsulu satışa çıxarılıb.




  • Sabunçuda Hindistan vətəndaşlarını saxlayan pakistanlı tutuldu

    Bakıya 31 Hindistan vətəndaşını işləmək adı ilə gətirən pakistanlı həbs edilib.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, məlumatına görə, 1978-ci ildə Pakistanın Haripur şəhərində anadan olmuş İrşad Muhammad barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318-1.2.3-cü maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.

    Məlum olub ki, İrşad Muhammad azərbaycanlı qızla ailə həyatı quraraq Bakıda yaşayıb və işləyib. O, Hindistanın “Surjit” adlı turizm şirkətinin müdiri Surcit Sinq ilə Bakıda tanış olub. Daha sonra tərəflər razılığa gələrək işbirliyinə başlayıblar. Razılaşmaya əsasən, Surcit hər bir Hindistan vətəndaşından 1 000 ABŞ dolları almaqla onları Bakıya işləməyə göndərəcək, Bakıda isə həmin şəxslər Beynəlxalq Dəniz Limanında aylıq 800 dollar maaşla işlə təmin ediləcəklər.

    Bakıya gəldikdən sonra 31 hindistanlı İrşad Muhammadın Sabunçu rayonunda kirayələdiyi evdə bir aydan artıq qalıb. Təqsirləndirilən şəxs onların hər birindən əlavə olaraq 2 500 dollar alıb. Sabunçuda gizli yaşayan hindistanlılar ərazidəki sakinlərin şikayəti əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən aşkar ediliblər.

    Məhkəmədə İrşad Muhammad elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, Hindistan və Pakistan arasında gərgin münasibətlərə istinad edərək, hindistanlıların ondan qisas almaq məqsədilə istintaqa yalan ifadələr verdiklərini iddia edib.

    Aparılan araşdırma nəticəsində İrşad Muhammadın həqiqətən də Surcit Sinq ilə cinayət əlaqəsinə girərək, 31 Hindistan vətəndaşının ölkədə qalma müddəti bitdikdən sonra onların qanunsuz şəkildə Azərbaycanda qalmasını təmin etdiyi və təkrarən qanunsuz miqrasiyanı təşkil etdiyi sübuta yetirilib.

    Məhkəmənin hökmü ilə İrşad Muhammad 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

  • На каких улицах Баку 5 ноября наблюдаются транспортные заторы?

    Центр интеллектуального управления транспортом Министерства внутренних дел Азербайджана обнародовал информацию о текущей ситуации на столичных дорогах.

    В настоящее время затруднено движение транспорта на:

    1) проспекте 8 Ноября, от пересечения с улицей Сулеймана Ахмедова в направлении центра столицы;

    2) проспекте Бабека, в направлении центра столицы;

    3) шоссе Баку – Сумгайыт, в направлении станции метро “20 Января”;

    4) улице Алы Мустафаева, в направлении проспекта Зии Буниятова;

    5) проспекте Гара Гараева, от одноименной станции метро в направлении станции метро “Кёроглу”;

    6) улице Микаила Алиева, мимо нефтеперерабатывающего завода в направлении станции метро “Кёроглу” (до круговой развязки);

    7) шоссе Сабунчи – Забрат, в направлении станции метро “Кёроглу”;

    8) проспекте Зии Буниятова, от пересечения с улицей Ахмеда Раджабли до пересечения с проспектом Ататюрка;

    9) улице Абдулвахаба Саламзаде, в направлении проспекта Зии Буниятова;

    10) улице Рашида Бейбутова, в направлении Центрального банка;

    11) Тбилисском проспекте, от станции метро “20 Января” в направлении центра;

    12) улице Микаила Мушфига, от транспортной развязки в Бадамдаре в направлении школы №20;

    13) 1-я Приозерная дорога, в направлении проспекта Зии Буниятова;

    14) улице 28 Мая, между пересечениями с улицами Александра Пушкина и Рашида Бейбутова.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Xətai prospekti, “Şərq bazarı” istiqamətində;

    2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    3. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    9. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    10. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

    11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    12. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    13. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Həsən Əliyev küçəsi istiqamətində;

    14. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    15. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

    16. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    17. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    18. Mirzə Qədim İrəvani küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;

    19. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    20. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

  • Azərbaycanın bir qrup alimi təltif edildi – SƏRƏNCAM

    Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslər təltif edilib.

    Median.Az President.az-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

    Təltif edilən şəxslər aşağıdakılardır:

    “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

    Əfəndiyev Qalib Məmməd oğlu

    Əliyev Adil Abas Əli oğlu

    Kərimov Raqub Şahmar oğlu

    Məmmədbəyli Eldar Hüseynqulu oğlu

    Məmmədzadə İlham Ramiz oğlu

    “Şöhrət” ordeni ilə

    Əlquliyev Rasim Məhəmməd oğlu

    Feyzullayev Əkpər Əkpər oğlu

    Hüseynova İradə Məmməd qızı

    Şükürov Kərim Kərəm oğlu

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Abasov Səfa İslam oğlu

    Ayda Zadə Kamil Rəcəb oğlu

    Əliyev Əlövsət Qaraca oğlu

    Əliyev İmir İlyas oğlu

    Əsədov Mirsəlim Mirələm oğlu

    Əzizova Fəridə Əhəd qızı

    Qasımov Oktay Kazım oğlu

    Mehdiyev Arif-Ala Əli-Ovsəd oğlu

    Mədətov Rəhim Səlim oğlu

    Mustafayev İslam İsrafil oğlu

    Mustafayev Tehran Əlişan oğlu

    Rəsulov Mahir Əbdüləli oğlu

    Sərdarlı Rauf Mədət oğlu

    Şahmuradov İlham Əyyub oğlu

    “Tərəqqi” medalı ilə

    Abbasov Eldar Mehdi oğlu

    Abdullabəyova Gülər Həsən qızı

    Bağırov Əkrəm Daxil oğlu

    Bəhramov Cəbi Əmirvar oğlu

    Bunyatzadə Könül Yusif qızı

    Əliyev Təvəkkül Rəsul oğlu

    Əliyeva Nuray Yadigar qızı

    Xavəri Sərxan Abbas oğlu

    İbadullayeva Səyyarə Cəmşid qızı

    Qafarov Ramazan Oruc oğlu

    Quliyeva Xatirə Nəcəfqulu qızı

    Qurbanov Füzuli Məhəmməd oğlu

    Mahmudov Məsud Əhməd oğlu

    Məmmədli Əliağa Əyyub oğlu

    Məmmədli Tahir Yadigar oğlu

    Rzayev Seyfəddin Gülverdi oğlu

    Seydəliyev Nəriman Fərman oğlu

    Şükürlü Yusif Hacıbala oğlu

    Şükürov Ağahüseyn Məmmədhüseyn oğlu.

    Azərbaycan elminin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:

    Həmidov İmamverdi Yavər oğlu

    Mustafazadə Tofiq Teyyub oğlu

    Şərifov Kamandar Kazım oğlu.

  • Qanunsuz ov edən Suriya və Qətər vətəndaşları saxlanıldılar

    Hacıqabul və Qobustan rayonlarının həmsərhəd çöllük ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıblar.

    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Bildirilib ki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Suriya və Qətər vətəndaşları olduğu müəyyən edilib. Saxlanılan şəxslərin 90-CM-510 dövlət qeydiyyat nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş bir Şahin quşu, üç göyərçin və dörd cələ aşkar olunub.

    Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraq hər birinə 2 000 manat məbləğində cərimə tətbiq edilib. Götürülmüş quşlar Şirvan Milli Parkının ərazisinə buraxılıb.

  • Fatih Terimə Avropadan təklif gəlib

    Təcrübəli baş məşqçi Fatih Terim yenidən Avropada işləyə bilər.

    Median.Az TGRT-yə istinadən xəbər verir ki, 72 yaşlı təcrübəli mütəxəssis Çexiya millisinin yeni baş məşqçisi ola bilər.

    İddiaya görə, o burada İvan Haşeki əvəz edə bilər.

    Qeyd edək ki, Avropada “Fiorentina”, “Milan”, “Panatinaikos” kimi klubların baş məşqçisi olmuş F.Terim son olaraq Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubunda çalışıb.