Month: November 2025

  • Siyəzəndə yeni doğulan körpə ÖLÜB

    Siyəzəndə yeni doğulan körpə ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, noyabrın 3-ü saat 06 radələrində 2025-ci il təvəllüdlü Tunar Ehtiram oğlu Yusifov yaşadığı Siyəzən şəhəri Xətai küçəsi ev 83-də ölüb.

    Uşağın vaxtından əvvəl doğulduğu bildirilib.

    Araşdırmalar aparılır.

  • Növbəti il üçün dövlət büdcəsinin gəlir və xərcləri – Açıqlandı

    Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat proqnozlaşdırılır.

    Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

    Bu da ÜDM-in 28,8 faizi həcmində olmaqla, 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur.

    Layihəyə əsasən, 2026-cı il dövlət büdcəsinin xərcləri 41703,6 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 296,0 milyon manat və ya 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3990,0 milyon manat və ya 10,6 faiz çoxdur.

    Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31,1 faiz təşkil edəcək.

  • Sumqayıtda top mərmisi tapıldı – Video

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Kimyçılar qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 2 ədəd OF350 76 mm-lik yivli top mərmisi olduğu müəyyən edilib.

    Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

  • “E-Polis” tətbiqində bu arayışı bir neçə saniyəyə almaq olur – Video

    Vətəndaş məmnunluğunun təmin edilməsi, göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və vaxt itkisinə yol verilməməsi məqsədilə Daxili İşlər Nazirliyi təqdim etdiyi elektron xidmətləri daim təkmilləşdirir.

    DİN-dən bildirilib ki, gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş Məhkumluq haqqında arayışın elektron əldə olunması prosesi tam avtomatlaşdırılıb. Artıq “E-Polis” mobil tətbiqində və “e-xidmet.mia.gov.az” portalında “Məhkumluq haqqında arayış”ı elektron qaydada, cəmi bir neçə saniyə ərzində əldə etmək mümkündür.

    Əvvəllər bu arayışı almaq üçün sənədlərin təqdim edilməsi, yoxlanılması və arayışın hazırlanması müəyyən vaxt tələb etdiyindən vətəndaşlar bir müddət növbədə gözləməli və dövlət orqanına getməli olurdular. Beləliklə indiyədək təqribən 1 günə alınan arayışın real vaxt rejimində və heç bir quruma yaxınlaşmadan alınması mümkündür.

    Yeni imkan sayəsində fiziki növbələr aradan qalxır, vaxt itkisi minimuma enir, xidmətin operativliyi və şəffaflığı artır. Eyni zamanda dövlət orqanları arasında məlumat mübadiləsi daha da sürətlənir, sənədlərin fiziki daşınmasına və arxivləşdirməyə ehtiyac qalmır.

    Daxili İşlər Nazirliyi rəqəmsal dövlətə keçidin real nümunələrini yaratmaqda, vətəndaş məmnunluğunu artıran faydalı yenilikləri tətbiq etməkdə davam edir.

  • Bakı küçələrində bunu etsəniz, 300 manat cərimələnəcəksiniz

    Bir müddət əvvəl ictimai yerlərdə siqaret çəkmək qanunla qadağan olunsa da, bəzi vətəndaşlar hələ də bu qaydaların hansı məkanlara şamil edildiyini tam şəkildə bilmirlər.

    Median.Az milli.az-a istinadən xəbər verir ki, paytaxt ərazisində aparılan sorğular göstərib ki, siqaret qadağası barədə məlumatı olanlar da var, bundan xəbərsiz qalanlar da.

    Şəhərin müxtəlif yerlərində siqaret kötüklərinin atılması üçün xüsusi tullantı qabları yerləşdirilib. Lakin bəzi şəxslər siqareti tam söndürmədən həmin qablara atır, bu isə yanğın təhlükəsi yaradan hallardan biridir.

    Məsələ ilə bağlı hüquqşünas Ellada Bayramova bildirib ki, qanunvericiliyə əsasən, siqaret çəkmək təhsil və tərbiyə müəssisələrində, tibb ocaqlarında və onların ətrafında, idman arenalarında, eləcə də ictimai iaşə obyektlərində kafe, restoran və ticarət mərkəzlərində qəti qadağandır. Bu qaydanı pozan şəxslər 30 manat məbləğində cərimə olunur.

    “İnzibati Xətalar Məcəlləsinə əsasən, siqaret kötüyünü küçəyə və ya yerə atmaq 300 manat cərimə ilə nəticələnir. Kötüyü yerə təkrar atmaq isə 700 manat cərimə nəzərdə tutulub”.

    Mütəxəssislər hesab edirlər ki, ictimai yerlərdə siqaret çəkməyə nəzarətin gücləndirilməsi, eləcə də maarifləndirmə tədbirlərinin artırılması bu kimi halların qarşısını almaqda mühüm rol oynayacaq.

    Onların sözlərinə görə, təkcə cərimə ilə deyil, həm də vətəndaş məsuliyyəti və mədəni davranış vərdişlərinin formalaşdırılması ilə ictimai yerlərdə siqaret çəkməyin qarşısını almaq mümkündür.

    Həmçinin vətəndaşlardan xahiş olunur ki, siqaret kötüklərini ətrafa atmaqla ətraf mühitə və digər insanların sağlamlığına zərər verməsinlər.

  • “10 manatlıq bileti 50-dən aşağı satan yoxdur” – VİDEO

    Məlum olduğu kimi, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun biletləri satışa çıxarıldığı an bir neçə saniyə ərzində satılıb.

    Minlərlə bilet qısa zamanda alındıqdan sonra bütün yerlər dolub.

    Məlumata görə, sözügedən problemdən sonra biletlər “qara bazar”da 2-3 dəfə baha qiymətə təklif olunur:

    “10 manatlıq bileti 35 manata satırlar. Oyun müddəti yaxınlaşdıqca qiymətlər daha da qalxır. İndi 10 manatlıq bileti 50-dən aşağı satan yoxdur”.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, neqativ halların qarşısını almaq üçün polis tərəfindən tədbirlər görülür.

    Xatırladaq ki, bundan öncə “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev də vurğulamışdı ki, qanunsuz bilet satışı klub və hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.

    Qeyd edək ki, “Qarabağ” – “Çelsi” qarşılaşması noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

    Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:

  • Пашинян: В деятельности миссии ЕС не будет изменений до подписания мира с Баку

    Изменения в деятельности гражданской мониторинговой миссии Евросоюза не произойдут до подписания документа об установлении отношений между Арменией и Азербайджаном.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил в Ереване армянский премьер-министр Никол Пашинян.

    “В деятельности мониторинговой группы [ЕС] не ожидается содержательных изменений как минимум до подписания мирного соглашения и установления межгосударственных отношений между Арменией и Азербайджаном. После подписания и ратификации соглашения, конечно же, могут быть определенные изменения в формате деятельности, и они произойдут. У нас состоялись партнерские обсуждения этой темы с ЕС”, – сказал глава правительства.

  • Paşinyan: “Bakı ilə sülh imzalanana qədər Avropa İttifaqının missiyasının fəaliyyətində dəyişiklik olmayacaq”

    “Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulması haqqında sənəd imzalanana qədər Avropa İttifaqının (Aİ) mülki monitorinq missiyasının (EUMA) fəaliyyətində dəyişiklik olmayacaq.

    Median.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda bəyan edib.

    “Monitorinq qrupunun fəaliyyətində ən azı Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana və dövlətlərarası münasibətlər qurulana qədər məzmunlu dəyişikliklər gözlənilmir. Saziş imzalandıqdan və ratifikasiya olunduqdan sonra, əlbəttə ki, fəaliyyət formatında müəyyən dəyişikliklər ola bilər və onlar baş verəcək. Bu mövzuda Aİ ilə tərəfdaş müzakirələri aparmışıq”, – deyə Paşinyan bildirib.

  • 712 heyvan kəsimi və ət satışı mağazası cəzalandırılıb

    “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezidentin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.

    Tədbirlər çərçivəsində bu ilin əvvəlindən 3 noyabr tarixinədək olan dövr ərzində respublika üzrə 4748 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib.

    Monitorinq zamanı 712 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 67-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb.

    Bundan başqa, 1276 halda ətlərin soyuducuda saxlanılmadığı, 1297 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib.
    //oxu.az

  • Hesablama Palatası: “Vergi borcları və artıq ödəmələr büdcəyə təzyiq yaradır”

    Hesablama Palatasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinə verdiyi Rəydə 2025-ci ilin ilk doqquz ayının nəticələri əsasında büdcə gəlirləri ilə bağlı narahatedici məqamlar əksini tapıb.

    Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin kassa əsaslı vergi daxilolmalarında artıq ödəmələrin həcmi artıb. İlin əvvəlinə nisbətən sentyabrın sonuna qədər artıq ödəmələrin məbləği 290.2 milyon manat olub. Hesablama Palatasının Rəyində bu halın ortamüddətli dövrdə vergi daxilolmalarının icrasına əlavə təzyiq yaradacağı bildirilib.

    Həmçinin, rəydə həmçinin dövlət büdcəsinə olan vergi borclarının da artdığı vurğulanır. Belə ki, 2025-ci ilin doqquz ayında büdcəyə vergi borcları ilin əvvəlinə nisbətən 452.6 milyon manat və ya 14.3% artıb. Borcun əsas hissəsi qeyri-neft qaz sektorunun payına düşür.

    Hesablama Palatası qeyd edir ki, borc artımına həm əsas məbləğ, həm də maliyyə sanksiyası və faizlər təsir edib. Borc artımının 60.3%-i əsas məbləğə, 25.3%-i isə faizlərə aiddir. Dövrün sonuna olan ümumi borcun 35.1%-nin maliyyə sanksiyası və faizlərdən ibarət olması vergi inzibatçılığının gücləndirilməsini zəruri edir.