Month: November 2025

  • Hesablama Palatası: “Yalnız bir rayon büdcədən dotasiya alacaq”

    “2026-cı ilin dövlət büdcəsi layihəsində gələn il şəhər və rayonların yerli gəlirləri və xərcləri üzrə azalma proqnozlaşdırılıb”.

    Bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində öz əksini tapıb.

    Bildirilir ki, 2026-cı ilin dövlət büdcəsi layihəsində yerli gəlirlər 758.3 milyon manat, yerli xərclər isə 759.1 milyon manat həcmində müəyyən edilib. Bu göstəricilər 2025-ci illə müqayisədə müvafiq olaraq 36.7 milyon manat (4.6%) və 41.2 milyon manat (5.1%) azdır.

    Təhlil göstərir ki, 2026-cı ilin büdcəsində yerli gəlirlər əksər şəhər və rayonlar üzrə azalma ilə proqnozlaşdırılıb. Bununla belə, şəhər və rayonların cəmi gəlirləri – yəni yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissə də daxil olmaqla – 9.1% artımla nəzərdə tutulub.

    Qanun layihəsinə əsasən, gələn il 66 şəhər və rayon (Cəbrayıl, Xocalı, Kəlbəcər və Yardımlı rayonları da daxil olmaqla) öz xərclərini dövlət büdcəsindən dotasiya almadan, tam şəkildə yerli gəlirləri hesabına qarşılayacaqlar.

    Yalnız Xocavənd rayonu üçün mərkəzləşdirilmiş xərclərdən 0.8 milyon manat həcmində maliyyə yardımı (dotasiya) ayrılması planlaşdırılıb.

    Hesablama Palatası bildirir ki, son illərdə dövlət büdcəsindən ayrılan dotasiyaların həm məbləği, həm də dotasiya alan rayonların sayı üzrə azalma tendensiyası müşahidə olunur.

    Rəyə əsasən, 2026-cı ilin dövlət büdcəsində yerli xərclərin əsas istiqamətləri belə bölüşdürülüb:

    – Əməyin ödənişi xərcləri – 394.1 milyon manat (2025-ci ilin proqnozu ilə müqayisədə 1.9 dəfə artım);

    – Ətraf mühitin mühafizəsi – 246.8 milyon manat;

    – İcra hakimiyyəti orqanlarının saxlanılması – 218.6 milyon manat;

    – Mənzil və kommunal təsərrüfatı – 212.1 milyon manat;

    – Nəqliyyat və rabitə – 47.1 milyon manat;

    – Hərbi qulluqçulara kirayə kompensasiyası – 15.5 milyon manat;

    – Mədəniyyət, gənclər və idman sahələri – 5,7 milyon manat;

    – Digər xərclər – 13.3 milyon manat.

  • Bakıda 25 il əvvəl üç nəfərin qətlində ittiham edilərək axtarışda olan şəxsə HÖKM OXUNDU

    Cinayətkar birlik (banda) təşkil edərək bandanın digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməkdə təqsirləndirilən, uzun müddətdir axtarışda olan Xalid Tağıyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən sonuncu prosesdə prokuror dövlət ittihamını müdafiə edərkən təqsirləndirilənin 15 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

    Müşavirədən sonra hökm elan edilərək Xalid Kərimov 14 il azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, məlumata görə, Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan olunmuş Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq idarəsində araşdırma aparılıb.

    İstintaqla Xalid Tağıyevin 1995-1999-cu illər ərzində cinayətkar birlik (banda) təşkil edərək bandanın digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.

    Belə ki, onun 1998-ci il sentyabrın 2-də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə basqın etməsinə, ev sahibi Məmməd Hacıyevi, həmin ilin sentyabr ayının sonunda Sabunçu rayonu, Bilgəh qəsəbəsində Arif Quliyevi, 1999-cu ilin sentyabr ayının 11-də isə Zahid Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, Xalid Tağıyevin həmin cinayətkar dəstənin tərkibində oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, vəzifəli şəxsin adını özbaşına mənimsəmə, dövlət əmlakını oğurlama, müvafiq icazə olmadan odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə və saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etmə hallarında da iştirakı ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

    01.07.2000-ci il tarixdə Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək barəsində beynəlxalq axtarış elan edilmiş Xalid Tağıyev cari il fevralın 12-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib, növbəti gün ona rəsmi ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    2025-ci il aprelin 29-da təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 70, 94-cü maddəsinin 1, 6, 7, 8-ci bəndləri, eləcə də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə yeni ittiham irəli sürülüb.

    //oxu.az

  • Dabaq xəstəliyinə görə bu rayonda karantin tətbiq edildi – Türkiyədə

    Ölkəmizdə olduğu kimi qardaş Türkiyə də dabaq xəstəliyi ilə mübarizə aparırır.

    Bolu vilayətinin Mudurnu rayonunda dabaq xəstəliyi aşkar edilib. Bu səbəbdən 18 kənd və 4 məhəllədə genişmiqyaslı karantin tətbiq edilib.

    Bildirilir ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün Mudurnu Heyvan Bazarı növbəti xəbərdarlığa qədər bağlanıb. Səlahiyyətlilər istehsalçıları və vətəndaşları karantin qaydalarına ciddi əməl etməyə və xəstəlik əlamətləri olan heyvanlar barədə dərhal aidiyyatı qurumlara məlumat verməyə çağırıb.
    //unikal.az

  • Hakim Rasim Sadıxov son hökmünü oxudu – FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxov təqaüdə göndərilir.

    Median.Az E-huquq.az-a istinadla xəbər verir ki, R.Sadıxov bu gün son hökmünü oxuyub.

    Belə ki, hökmə əsasən, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyev 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilənlərin yaşı və səhhəti nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, onlara 5 il sınaq müddəti seçilməklə şərti cəza təyin edilib.

    Yaş həddi ilə əlaqədar artıq R.Sadıxovun icraatına yeni cinayət işləri verilmir. Hazırda onun daxil olduğu məhkəmə tərkibinin araşdırdığı son işlər yekunlaşdıqdan R.Sadıxovun hakimlik fəaliyyətinə son qoyulacaq.

    Qeyd edək ki, R.Sadıxov 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. O, bir çox səs-küylü cinayət işlərini araşdırıb.

  • Bakı-Qazax yolunda yük maşını aşdı – VİDEO

    Bakı–Qazax yolunda qəza olub.

    DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu gün saat 05:50 radələrində Bakı–Qazax avtomobil yolunun 248-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

    İlkin məlumata görə, İsmayıl İsmayılovun idarə etdiyi “Mercedes” markalı, 77-DU-358 dövlət qeydiyyat nişanlı yük avtomobili idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə yerinə dərhal Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində dizel yanacağı daşıyan nəqliyyat vasitəsinin yanmasının qarşısı alınıb.

    Faktla bağlı araşdırma aparılır.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək xatırladır ki, xüsusilə iri tonnajlı və yanacaq daşıyan nəqliyyat vasitələrinin idarə olunması zamanı yüksək diqqət, məsuliyyət və ehtiyatlılıq vacibdir: “Belə nəqliyyat vasitələrinin texniki sazlığının yoxlanılması, sürət həddinə və məsafə intervalına əməl edilməsi, eləcə də yorğun və yuxusuz halda sükan arxasına əyləşməmək həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir”.

  • Синоптики предупреждают об ухудшении погоды

    В Баку и на Абшеронском полуострове до полудня 5 ноября временами ожидаются дожди, в отдельных частях полуострова – ливни, а в ночь с 4 на 5 ноября и утром местами осадки примут интенсивный характер.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Было отмечено, что в районах Азербайджана до полудня 5 ноября местами ожидаются дожди, местами – ливни. Кроме того, повысится водность рек.

  • Bəzi yerlərə yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında noyabrın 5-də gündüzədək arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, noyabrın 4-dən 5-nə keçən gecə və səhər isə bəzi yerlərdə yağışın intensivləşəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 5-də gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.

  • Лейла Алиева побывала в Европейско-Азербайджанской школе – Видео

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева побывала в Европейско-азербайджанской школе.

    Соответствующей публикацией она поделилась в своем Instagram-аккаунте.

  • Leyla Əliyeva Avropa-Azərbaycan məktəbində olub – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Avropa-Azərbaycan məktəbində olub.

    L.Əliyeva bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

  • 16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

    “16 yaşlı ana sığınacaqdan xəbər etmədən sevgilisi ilə gedib”.

    Median.Az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib.

    Onun sözlərinə görə, 16 yaşında ana olan qız ata-anasını itirib:

    “O, ata və anasını itirən, sevgiyə, qayğıya möhtac bir qızdır. Qız onun-bunun himayəsində böyüyüb. Görünür, oğlan ona bu sevgini göstərib, yaxud manipulyasiya edib və qız da körpəsini qoyaraq qaçıb. Oğlan azyaşlı ilə münasibətə girdiyi üçün haqqında cinayət işi başladılıb və araşdırma aparılır. Körpə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə verilib. Qızın özündən böyük bacısı var, lakin həyat yoldaşı yanında qalmasına icazə verməyib. Hazırda sevgilisi ilə qaçan 16 yaşlı qızın harada olduğu bilinmir”.

    Qeyd edək ki, Bakıda 16 yaşlı qız ana olub. O, körpəsində və sığınacaqda qalmasından imtina edib. Körpənin atasının 27 yaşı olduğu deyilir.