Month: November 2025

  • Dörd milyonluq dələduzluq cinayəti: Elariz Məmmədoğlunun kürəkəninə hökm oxundu

    İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən son söz deyərkən özünü təqsirli bilməyib və məhkəmədən bəraət istəyib.

    Daha sonra məhkəmənin hökmü elan edilərək təqsirləndirilən Nizami Alışan 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər – Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

    İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

    Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

    Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

    Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

    Babək Məmmədzadə “Aztelecom” MMC-nin sabiq direktoru Məhəmməd Məmmədovun oğludur.

  • Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi

    Qusarda kənd sakinlərindən hədə-qorxu yolu ilə dəfələrlə rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs həbs edilib.

    Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Hil meşəbəyliyinin meşə gözətçisi Zahid Abuyevin qanunsuz əməllərinə dair çoxsaylı vətəndaş şikayəti əsasında Qusar rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

    Həyata keçirilmiş çoxsaylı istintaq hərəkətləri nəticəsində Zahid Abuyevin 2016-cı ildən 2025-ci ilin aprel ayınadək Hil meşəbəyliyinin meşə gözətçisi vəzifəsində işlədiyi müddətdə öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşmaqla Qusar rayonunun Kirig, Cibir və Ləcət kəndlərinin 40-a yaxın sakininin qanun pozuntuları barədə meşəbəyliyə və ya aidiyyəti qurumlara məlumat verməməsi müqabilində hədə-qorxu yolu ilə onlardan dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitləri və digər maddi nemətlər almasına dair əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Zahid Abuyev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.2 və 311.3.4-cü (hədə-qorxu ilə təkrarən rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Qusar rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    İbtidai istintaq davam etdirilir.

  • Ильхам Алиев: Сохранение чистоты азербайджанского языка должно быть делом каждого гражданина Азербайджана

    Сохранение чистоты азербайджанского языка должно быть делом каждого гражданина Азербайджана.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в выступлении на собрании, посвященном 80-летнему юбилею Национальной академии наук Азербайджана.

    “Государство, ученые, лингвисты, писатели, поэты, журналисты, все, кто занимается политикой, должны уделять этому большое внимание”, – подчеркнул Президент.

  • İlham Əliyev: “Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşımızın işi olmalıdır”

    “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib.

    “Dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar – yəni bu məsələyə çox böyük diqqət verməlidirlər”, – deyə Prezident vurğulayıb.

  • Ermənistan vətəndaşlarının məhkəməsində prokurorlar ittiham çıxışına başladı

    Noyabrın 3-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduqları cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

    Məhkəmədə ittiham çıxışı üçün dövlət ittihamını müdafiə edən prokurorlara söz verilib.

    Baş Prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, bir ilə yaxın müddət ərzində 100-ə yaxın məhkəmə iclası keçirilib. 500 saatdan artıq müddət ərzində sənədlər və sübutlar tədqiq olunub. Dövlət ittihamını müdafiə edən prokuror daha sonra deyib: “Təqsirləndirilən şəxslər, zərərçəkmişlər və şahidlər dindirilib. İbtidai istintaq zamanı toplanmış, həmçinin müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə iclaslarında bir-bir nəzərdən keçirilib. İttiham tərəfi olaraq hesab edirik ki, hazırkı proses üzrə təqsirləndirilən şəxslərin 1988-ci ildən etibarən törədilmiş çoxsaylı cinayət əməllərinə görə təqsirləri təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapıb”.

    Qeyd edilib ki, çıxışda təqsirləndirilən şəxslərə verilmiş ittihamlar bir daha nəzərdən keçiriləcək.

    Ermənistan dövləti və onun formalaşdırdığı cinayətkar birlik tərəfindən törədilmiş cinayətlər, həmin cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin rolunu təsdiqləyən sübutlar yenidən təhlil edilərək qiymətləndiriləcək.

    Dövlət ittihamını müdafiə edən prokuror bildirib ki, hazırkı məhkəmə qarşısında duran təqsirləndirilən şəxslər qeyd edilən çoxsaylı cinayətlərin törədilməsində rol sahibi olan şəxslərin yalnız bir qismidir.

    Diqqətə çatdırılıb ki, ümumilikdə təqsirləndirilən şəxslər şərti olaraq 15 fəslə bölünmüş, Ermənistan dövləti və onun formalaşdırdığı cinayətkar birlik tərəfindən 1988-ci ildən etibarən 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində törədilmiş cinayətlərdə onların fəaliyyətini əhatə edən dövrlərə müvafiq şəkildə bilavasitə və ya dolayı yolla iştirak etməkdə ittiham olunurlar.

    V.Əliyev ittiham çıxışının 6 hissədən ibarət olduğunu bildirib.

    Əvvəlcə Azərbaycan Respublikasının suveren ərazilərinin işğalını ehtiva edən cinayətkar niyyətin yaranmasını və cinayətkar birliyin ilkin mərhələdə formalaşdırılmasını təsdiqləyən sübutlar elan edilib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Ильхам Алиев: За последние 10 лет средства, выделяемые азербайджанской науке, увеличились более чем вдвое

    За последние десять лет средства, выделяемые азербайджанской науке, увеличились более чем вдвое.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев в выступлении на собрании, посвященном 80-летнему юбилею Национальной академии наук Азербайджана.

    “В период моего президентства внимание к этому направлению, то есть развитию азербайджанской науки, также уделялось в соответствии с политикой Великого лидера. Было предпринято много шагов”, – добавил глава государства.

  • Prezident İlham Əliyev: “Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb”

    “Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirib.

    “Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni Azərbaycan elminin inkişafına göstərilən diqqət ulu öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Президент: Уверен, что азербайджанские ученые и впредь будут вносить свой вклад в успешное развитие нашей страны

    Уверен, что Национальная академия наук Азербайджана (НАНА), азербайджанские ученые и впредь будут вносить свой вклад в успешное развитие нашей страны.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в выступлении на собрании, посвященном 80-летнему юбилею НАНА.

    “За 80 лет Академия прошла большой путь, она, можно сказать, сыграла ведущую роль в развитии науки в Азербайджане”, – отметил глава государства.

  • Prezident: “Əminəm ki, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər”

    “Əminəm ki, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib.

    Dövlətimizin başçısı bildirib:

    “Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynayıb”.

  • Министр обороны Турции прибудет в Баку для участия в параде Победы

    Министр обороны Турции Яшар Гюлер совершит визит в Азербайджан.

    Как сообщает Report, министр в составе турецкой делегации прибудет в Баку для наблюдения за военным парадом.

    Отметим, что 8 ноября на площади Азадлыг в Баку пройдет военный парад, посвященным 5-й годовщине Победы в Отечественной войне.