Month: November 2025

  • Григорян: Представители гражданского общества Армении вскоре посетят Азербайджан

    Представители гражданского общества Армении вскоре посетят Азербайджан с ответным визитом.

    Как сообщает Median.Az cо ссылкой на армянские СМИ, об этом заявил секретарь Совета национальной безопасности Армении Армен Григорян на международной конференции в Брюсселе.

    Он напомнил, что 21-22 октября 2025 года впервые делегация представителей гражданского общества Азербайджана посетила Армению для участия в двустороннем круглом столе.

    “Ожидается, что представители гражданского общества Армении также посетят Азербайджан с ответным визитом в ближайшее время. До участия представителей гражданского общества глава Службы национальной безопасности Армении посетил Баку для участия в международном форуме по безопасности. Подобные визиты и обмены будут способствовать укреплению взаимного доверия и взаимопонимания между двумя обществами, а также укреплению мира между Арменией и Азербайджаном”, – добавил Григорян.

  • Armen Qriqoryan: “Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcəklər”

    “Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri tezliklə Azərbaycana cavab səfəri edəcəklər”.

    Median.Az-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə beynəlxalq konfransda deyib.

    Onun sözlərinə görə, cari il oktyabrın 21-22-də Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət nümayəndə heyəti ikitərəfli dəyirmi masada iştirak etmək üçün ilk dəfə olaraq Ermənistana səfər edib.

    “Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin də tezliklə Azərbaycana cavab səfəri edəcəkləri gözlənilir. Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakına qədər Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri beynəlxalq təhlükəsizlik forumunda iştirak etmək üçün Bakıya səfər edib. Bu cür qarşılıqlı səfərlər iki cəmiyyət arasında qarşılıqlı etimad və anlaşmanın, eləcə də Ermənistan və Azərbaycan arasında sülhün güclənməsinə töhfə verəcək” , – deyə Qriqoryan əlavə edib.

  • В Гималаях при сходе лавины погибли трое, еще восемь пропали без вести

    В Непале в результате схода лавины погибли трое альпинистов, еще восемь числятся пропавшими без вести.

    Об этом сообщает CNN со ссылкой на заявление полиции.

    Отмечается, что инцидент произошел северо-восточнее Катманду на горе Ялунг-Ри-Химал, высота которой составляет 5630 метров.

    Личности погибших и пострадавших пока не раскрываются.

    “На место происшествия направлены наземные поисково-спасательные группы из военных и полицейских. Мы ждем дальнейшего развития событий”, – сообщили в полиции.

  • Himalayda qar uçqunu nəticəsində üç nəfər ölüb, səkkiz nəfər itkin düşüb

    Nepalda qar uçqunu nəticəsində üç alpinist həlak olub, səkkiz nəfər isə itkin düşüb.

    Bu barədə CNN məlumat yayıb.

    Hadisə Katmandudan şimal-şərqdə, hündürlüyü 5630 metr olan Yalunq-Ri-Himal dağında baş verib.

    Həlak olanların və xəsarət alanların şəxsiyyətləri hələ ki açıqlanmır.

    “Hadisə yerinə hərbi və polis qüvvələrindən ibarət axtarış-xilasetmə qrupları göndərilib”, – məlumatda bildirilib.

  • Əfqanıstanda zəlzələdə ölənlərin sayı artdı

    Əfqanıstanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 27-yə çatıb.

    850-dən çox insan yaralanıb.

    Qeyd edək ki, Əfqanıstanın şimalında 6,3 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, episentr Holm bölgəsindən 35 km aralıda yerləşib.

  • Paşinyan da namizəd oldu

    Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il parlament seçkilərində iştirak etmək niyyətini açıqlayıb.

    Bu barədə o, sosial şəbəkə hesabında bildirib.

    Paşinyan rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyasının proporsional siyahısının bir hissəsi olaraq namizədliyini təsdiqləyən məktubun ekran görüntüsünü paylaşıb.

    Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayına təyin edilib. Əvvəllər iştirak etmək niyyətini açıqlayan digər şəxslər arasında ikinci prezident Robert Köçəryan, keçmiş insan haqları müdafiəçisi Arman Tatoyan (“Birlik Qanadları” təşəbbüsünün bir hissəsi kimi) və ideoloji lideri iş adamı və xeyriyyəçi Samvel Karapetyan olan “Bizim Yolumuz” hərəkatı da var.

  • Bu dondurmalar torpağa basdırıldı – Video

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” vasitəsilə San Marino mənşəli “Special Frutta” əmtəə nişanlı dondurma istehsalı üçün nəzərdə tutulmuş yarımfabrikat məhsullarda metal qırıqlarının aşkar olunması barədə məlumat daxil olub.

    AQTA tərəfindən həmin məhsulu ölkəyə idxal edən “Virtus Commerce” MMC-də mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq plandankənar yoxlama aparılıb. Nəticədə müəssisəyə məxsus anbar sahəsində ümumilikdə 480 kiloqram dondurma istehsalı üçün yarımfabrikat məhsul aşkar edilib və bu məhsulların məhv edilməsi barədə qərar qəbul olunub.

    Fiziki çirklənməyə məruz qalmış məhsulların məhv edilməsi “Təmiz Şəhər” ASC-nin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda torpağa basdırılmaqla həyata keçirilib.

    Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində tədbirləri davam etdirir.

  • Bu avtomobillər üçün aksiz dərəcəsi artırılır

    Gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır.

    Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi minik avtomobillərinin mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0, 30 manat, mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat, mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 70 manat olmaqla hesablanır. Mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə isə mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat, mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 20600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 40 manat, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 80 manat aksiz dərəcəsi tətbiq edilir.

    Hazırda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi yuxarıda qeyd edilən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.

    Layihəyə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.

  • Təhsil krediti üçün 83 mindən çox müraciət oldu

    Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən (2021-ci il) bu günə qədər quruma 83 min 672 müraciət daxil olub.

    Həmin müddətdə qeydə alınan müraciətlərdən 67 min 566 müraciət rəsmiləşdirilib.

    Rəsmiləşən müraciətlərdən 23 min 467-si sosial, 44 min 99-u isə standart təhsil krediti olub.

  • Monqolustandan gətirilən ətlərə etibar etmək olar? – AİB sədri cavab verdi

    “Monqolustandan Azərbaycana gətirilən mal ətlərinin təhlükəsizliyi tam təmin olunub”.

    Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Sədrin sözlərinə görə, dondurulmuş ətlərə Azərbaycan istehlakçıları tələbat yaratmır.

    Eyyub Hüseynovun fikirincə, Monqolustan ətləri sanitar-gigiyenik qaydalara uyğundur:

    “İran Monqolustan ətlərini Azərbaycandan dəfələrlə çox alır. İstehlakçılar Monqolustan ətlərinə etibar edə bilərlər”.

    Sədr ətin keyfiyyətsiz olması ilə bağlı Azad İstehlakçılar Birliyinə şikayət daxil olmadığını vurğulayıb.

    “Neçə vaxtdır Monqolustandan Azərbaycana quzu əti gətirilir. Qiyməti ucuzdur, alanlar var, hələ ki, ondan ölüm faktı qeydə alınmayıb”.

    Bu sözləri isə bir qədər əvvəl Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli Monqolustandan Azərbaycana gətirilən və satışı təşkil olunan quzu ətindən danışarkən deyib.

    Ekspert bildirib ki, Monqolustandan gətirilən quzu əti yerli heyvanların dadını vermir:

    “Ondan yaxşı kabab bişirmək olmur. Yoxlamaq üçün aldım, qoxusu, dadı çox fərqlidir. Əgər kimsə keyfiyyətli və sağlam ət almaq istəyirsə, yerli qoyunların ətini alsın. İnsan ət yeyəndə onun dadından ləzzət almalıdır. Ləzzət yoxdursa, onun orqanizmə faydası da yoxdur”.