Month: November 2025

  • Erməni katolikosun qardaşı həbs edildi

    Ermənistanda katolikosun qardaşı Georg Nersisyan məhkəmənin qərarı ilə həbs edilib.

    “Unikal” xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

    Hazırda Gevorq Nersisyanın oğlu Hambardzumun həbsi ilə bağlı vəsatət də araşdırılır.

    Onu da qeyd edək ki, katolikosun qardaşı və bacısı oğlu dünən, noyabrın 2-də Vaqarşapatda “Respublika” partiyasının namizədi Arutyun Mkrtçyanın Nersisyan və oğlunun onun seçki kampaniyasına mane olmağa çalışdığı bəyanatı əsasında həbs edilib.

  • 12 milyonluq mənimsəmədə təqsirləndirilən şəxs: “Maaşımdan əlavə vəsaitlər də almışam”

    “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əskərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər ifadə veriblər.

    Rəşad Bədəlov bildirib ki, Dəniz Kənarı Bulvar İdarəsində və qurumun tabeliyindəki müxtəlif idarələrdə bir sıra vəzifələrdə çalışıb:

    “Əvvəl Dövlət Bayrağı Meydanının tabeliyində olan müəssisədə iqtisadçı kimi çalışmışam. 2016-cı ildən həmin müəssisənin direktor müavini vəzifəsinə təyin olunmuşam. 2018-ci ildə İlqar müəllimin köməkçisi, 2019-cu ilin sonundan etibarən isə Dəniz Kənarı Bulvar İdarəsinin müxtəlif idarələrində rəis vəzifəsində çalışmışam. İbtidai istintaq zamanı dedim ki, ittihamda göstərilənlərin mənə aidiyyəti yoxdur. Heç bir cinayət əməlində iştirakım olmayıb. Mənə nə tapşırıblarsa, icra etmişəm”.

    Rəşad Bədəlov onu da vurğulayıb ki, işlədiyi zaman maaşından əlavə vəsaitlər də alıb. Şahidin sözlərinə görə, bu pul qeyri-büdcə vəsaitlərindən əldə edilən maliyyə hesabına verilib.

    Prosesdə ifadə verən digər təqsirləndirilən Fuad Babayev gül təsərrüfatı ilə məşğul olmaq istədiyi barədə İlqar Mustafayevə məlumat verib:

    “O, mənə dedi ki, işləmək istəyirsənsə, tenderə qoşul. Daha sonra mən də “GİRASOL” MMC-ni yaratdım. Mənə “Maraş dondurma”dan və digər sahələrdən pullar verilirdi. Mən bu pulları təchizat idarəsində Zamin Xəlilova verirdim. Sonra tələbnamə gəlirdi. Həmin tələbnamədə pulun hansı təyinat üzrə xərclənməsi göstərilirdi. Türkiyədən tenderlərlə güllər gətirirdik, həmin güllərin gömrük bəyannaməsi də var. Dəniz Kənarı Bulvar İdarəsindən başqa, digər qurumlara da güllər vermişəm. “GİRASOL” MMC ilə idarə arasında maliyyə əməliyyatları nağdsız formada olub. Vergi orqanı bizdə hər hansı bir yoxlama aparmayıb”.

    Növbəti proses dekabrin 8-nə təyin edilib.

    Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

    Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

    Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

  • В Баку назначение нового директора лицея вызвало протест

    Учителя бакинского технико-гуманитарного лицея №147 отказались посещать занятия.

    Как сообщает Oxu.Az, причиной стало назначение нового директора.

    Ранее лицей временно возглавляла учительница по имени Вюсаля, при которой показатели школы улучшились. Из-за этого коллектив не сразу принял новое назначение. В знак протеста учителя отказались вести уроки.

    В ответ на запрос Oxu.Az в Управлении образования города Баку сообщили, что согласно приказу Государственного агентства дошкольного и общего образования Азербайджана, на должность директора лицея №147 назначена Кямаля Шахмирова. Учебный процесс в учреждении продолжается в обычном режиме.

  • Paytaxtda direktor təyinatı NARAZILIĞA SƏBƏB OLDU: Müəllimlər dərsə girməkdən imtina ediblər

    Paytaxtın 147 nömrəli texniki və humanitar fənlər liseyində müəllimlər dərsə girməkdən imtina ediblər.

    Buna səbəb liseyə yeni direktorun təyin olunması olub.

    Belə ki, sözügedən məktəbdə direktor əvəzi kimi fəaliyyət göstərən Vüsalə adlı müəllimənin dövründə məktəbin göstəriciləri yaxşılaşıb, məhz bu səbəbdən müəllimlər bir anda direktor təyinatını qəbul edə bilməyiblər. Kütləvi narazılıq ifadə etmək məqsədilə müəllimlər dərsə girməkdən imtina ediblər.

    Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən 147 nömrəli texniki və humanitar fənlər liseyinin direktoru vəzifəsinə Kəmalə Bayram qızı Şahmirova təyin edilib. Təhsil müəssisəsində tədris prosesi normal qaydada davam edir.

  • Посол Казахстана в Азербайджане Алим Байель награждён орденом “Курмет”

    Посол Казахстана в Азербайджане Алим Байель награждён орденом “Курмет”.

    От имени президента Республики Казахстан Касым-Жомарта Токаева государственную награду вручил министр иностранных дел Ермек Кошербаев. В своей поздравительной речи глава внешнеполитического ведомства отметил стратегическое партнёрство и тесное сотрудничество между Казахстаном и Азербайджаном.

    В свою очередь посол Алим Байель заявил, что посольство в Азербайджане продолжит работу по выполнению задач, направленных на эффективную реализацию внешней политики Казахстана и укрепление казахско-азербайджанских союзнических отношений.

    За благотворительную деятельность орденом “Курмет” также награжден азербайджанский предприниматель Амиль Юсифов. Он подарил квартиры родственникам граждан Казахстана, погибших в авиакатастрофе самолета азербайджанской авиакомпании AZAL под Актау, а также автомобили спасателям, больнице и станции скорой помощи города Актау.

  • Tokayev Qazaxıstanın Azərbaycandakı səfirini təltif etdi

    Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel “Hörmət” ordeni ilə təltif olunub.

    Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev adından dövlət mükafatını xarici işlər naziri Yermek Köşerbayev təqdim edib.

    Xarici siyasət qurumunun rəhbəri təbrik nitqində Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığı və sıx əməkdaşlığı qeyd edib.

    Öz növbəsində Alim Bayel Azərbaycandakı Səfirliyin Qazaxıstanın xarici siyasətinin səmərəli həyata keçirilməsinə və Qazaxıstan-Azərbaycan müttəfiqlik münasibətlərinin gücləndirilməsinə yönəlmiş vəzifələrin icrasını davam etdirəcəyini bildirib.

  • Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu – VİDEO

    Xəzər dənizində köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları xilas edilib.

    Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

    Bildirilib ki, oktyabrın 31-də saat 15:35-də Sahil Mühafizəsinin Astara sahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində üç nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.

    Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi müəyyən edilib koordinatlar üzrə dərhal hərəkətə keçib və operativ şəkildə hadisə yerinə çatıb.

    Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 17:15-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları, Astara rayon sakinləri – 1980-ci il təvəllüdlü Ağabalayev Ruhid Murtuza oğlu, 1985-ci il təvəllüdlü Həsənov Namik Xanhüseyn oğlu və 1974-cü il təvəllüdlü Həsənov Arif Sürət oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.

  • Türkiyə Ermənistanla sərhədi açır?

    “Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsi münasibətlərin normallaşması prosesindən asılı olacaq”.

    Bunu rəsmi Ankaranın diplomatik mənbəsi məlumat yayıb.

    Qeyd olunur ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması üzrə danışıqlar prosesi davam edir.

    Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, Türkiyə ilə sərhədin açılmasına ciddi maneə yoxdur.

  • Goranboyda kişi qardaşının evini əxlaqsızlıq yuvasına çevirdi

    Goranboyda kişi qardaşının evini əxlaqsızlıq yuvasına çevirib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb.

    Belə ki, rayonda əxlaqsızlıqla məşğul olan qadın 34 yaşlı Fuad Mirzəyevə (adı və soyadı şərtidir) zəng edərək, ona birsaatlıq ev lazım olduğunu deyib. Fuad da qazanc əldə etmək məqsədilə qadınla razılaşıb və qardaşına məxsus evi 50 manat qarşılığında cütlüyə verib.

    Fuad Vidadi küçəsində yerləşən və qardaşına məxsus mənzilin açarlarını əxlaqsızlıq edən qadınla onun yanındakı oğlana verəndən sonra küçədə polis əməkdaşları tərəfindən saxlanılıb. Şöbədə onun aldığı 50 manat maddi sübut kimi götürülüb. Polis əməkdaşları həmin evə yoxlama üçün gedəndə qadın və oğlanı cinsi əlaqədə olarkən yaxalayıblar.

    Bu əməlinə görə, Fuad Mirzəyev barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi açılıb.

    Təqsirləndirilən şəxs əvvəllər evi əxlaqsızlıqla məşğul olan şəxslərə vermədiyini, lakin 1-2 gün gecələmək istəyənlərə verdiyini deyib. Evi əxlaqsız qadına verməsini isə mənzil sahibi olan qardaşı bilməyib. O, əməlindən peşman olduğunu bildirib.

    Goranboy Rayon Məhkəməsinin qərarı ilə Fuad Mirzəyev aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il 11 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum edilib.

  • Мошенничество на 4 миллиона: вынесен приговор зятю Элариза Мамедоглу

    В Бакинском суде по тяжким преступлениям завершилось дело Низами Алышана, обвиняемого в хищении крупных сумм у трёх человек под видом валютных инвестиций.

    Заседание проходило под председательством судьи Айтен Алиевой. Подсудимый не признал вину в последнем слове и просил суд его оправдать, однако ему назначили наказание в виде 10 лет лишения свободы.

    Согласно материалам дела, Н.Алышанов мошенническим путем присвоил 1.3 млн долларов у Бабека Мамедзаде, 945 000 – у Зейнала Усубова, 200 000 долларов – у Ядигара Исрафилова. Общий ущерб составляет 2 445 000 долларов (4 156 500 манатов).

    Ему предъявлено обвинение по статье 178.4 (мошенничество с причинением особо крупного ущерба) Уголовного кодекса АР.

    Отметим, что Низами Алышан является племянником бывшего председателя AzTV Арифа Алышанова и зятем певца Элариза Мамедоглу, который сейчас проживает в США.

    Бабек Мамедзаде – сын бывшего директора ООО Aztelecom Магомеда Мамедова.