Month: November 2025

  • Импортная продукция подорожала в Азербайджане на 25%

    В августе 2025 года индекс цен на импортируемую продукцию вырос на 1.6% по сравнению с июлем и на 25.9% по сравнению с аналогичным месяцем предыдущего года.

    Как сообщает Median.Az со ссылкой на информацию Государственного комитета статистики Азербайджана, в январе-сентябре 2025 года индекс цен на импортные товары составил 124.8% по сравнению с соответствующим периодом 2024-го.

    За отчетный период средняя цена одной тонны продовольственной пшеницы, импортируемой в страну, составила 381.95 маната.

  • İdxal olunan məhsullar 25 faiz bahalaşıb

    2025-ci ilin avqust ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1.6%, əvvəlki ilin eyni ayı ilə müqayisədə isə 25.9% artıb.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında idxal məhsullarının qiymət indeksi ötən ilin müvafiq dövrünə nisbətən 124.8% olub.

    Hesabat dövründə ölkəyə idxal edilən ərzaqlıq buğdanın bir tonunun orta qiyməti 381.95 manat təşkil edib.

  • Президент США не пойдет на сделку с демократами для завершения шатдауна

    Президент США Дональд Трамп заявил, что не планирует поддаваться на шантаж со стороны оппозиционной ему Демократической партии и идти на сделку для завершения приостановки финансирования работы федерального правительства (шатдауна).

    Об этом он сказал в интервью телеканалу CBS News.

    Журналистка отметила, что ранее Трамп искусно находил компромиссы и избегал шатдаунов. “Я очень хорош в этом. Но я не буду делать этого, поддаваясь шантажу со стороны демократов, которые сбились с пути. С этими людьми что-то не так”, – сказал хозяин Белого дома.

    “[Лидер демократического меньшинства Сената Конгресса США Чак] Шумер – это безнадежный случай. И ему нечего терять. Он превратился в пилота-камикадзе”, – добавил американский президент. В то же время Трамп выразил уверенность, что вскоре шатдаун завершится и финансирование американского правительства будет возобновлено. “Мы решим это. В конце концов, им придется проголосовать”, – сказал хозяин Белого дома.

    Частичная приостановка работы федерального правительства США началась в полночь на 1 октября (08:00 по Баку) в связи с отсутствием финансирования. Это произошло из-за того, что представители правящей Республиканской и оппозиционной Демократической партий в Конгрессе не смогли прийти к согласию относительно ряда статей расходов, в том числе в сфере здравоохранения. Демократы и республиканцы обвиняют друг друга в провоцировании шатдауна и его затягивании в политических целях.

    С 1977 года финансирование работы федерального правительства прерывалось в связи с разногласиями между администрацией и Конгрессом более 20 раз. Самый продолжительный период составил 35 дней – с 22 декабря 2018 года по 25 января 2019 года (в первый президентский срок Дональда Трампа).

  • Donald Trampdan şatdaunla bağlı qərar

    ABŞ Prezidenti Donald Tramp bildirib ki, müxalif Demokratlar Partiyasının şantajına boyun əyməyəcək və federal hökumətin maliyyələşdirilməsinin dayandırılmasına (şatdaun) son qoyulması üçün onlarla sövdələşməyə getməyəcək.

    O, bunu “CBS News” televiziya kanalına müsahibəsində deyib.

    Jurnalist qeyd edib ki, əvvəllər Tramp məharətlə kompromislər tapır və şatdaunlardan qaçırdı. Bunun cavabında Tramp: “Mən bu məsələdə çox yaxşıyam. Amma bunu etməyəcəyəm, yollarını azmış demokratların şantajına boyun əyməyəcəyəm. Bu insanlarda nəsə düz deyil”, – cavabını verib.

    “Şumer (ABŞ Konqresi Senatının demokrat azlığının lideri Çak Şumer – red.) düzələn adam deyil. Onun itirəsi heç nəyi yoxdur. O, kamikadze pilota çevrilib”, – deyə Tramp əlavə edib.

    Eyni zamanda, Tramp əmin olduğunu bildirib ki, şatdaun tezliklə başa çatacaq və ABŞ hökumətinin maliyyələşdirilməsi bərpa olunacaq:

    “Biz bunu həll edəcəyik. Nəticədə, onlar səs verməli olacaqlar”.

    Xatırladaq ki, oktyabrın 1-i gecəyarısından etibarən (Bakı vaxtı ilə 08:00) maliyyələşdirmənin olmaması səbəbindən ABŞ federal hökumətinin işi qismən dayandırılıb. Bu, Konqresdə hakim Respublikaçılar və müxalif Demokratlar partiyalarının nümayəndələrinin səhiyyə sahəsi də daxil olmaqla, xərclərlə bağlı bir sıra maddələrlə əlaqədar razılığa gələ bilməməsi səbəbindən baş verib. Demokratlar və respublikaçılar bir-birini siyasi məqsədlərlə şatdauna təhrik etməkdə və onu uzatmaqda günahlandırırlar.

    1977-ci ildən etibarən federal hökumətin işinin maliyyələşdirilməsi administrasiya və Konqres arasındakı fikir ayrılıqları səbəbindən 20 dəfədən çox dayandırılıb. Ən uzun müddət 35 gün olub və 2018-ci il dekabrın 22-dən 2019-cu il yanvarın 25-dək davam edib. Maraqlıdır ki, həmin şatdaun da Donald Trampın birinci prezidentliyi dövrünə təsadüf edib.

  • Ötən il cərimələrdən dövlət büdcəsinə 380 milyon manat daxil olub

    2024-cü ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan 380.1 milyon manat vəsait daxil olub.

    Median.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu məbləğin 277.7 milyon manatı və ya 73.1%-i büdcə təşkilatlarının büdcədənkənar gəlirləri kimi formalaşdırılaraq, həmin qurumların büdcədənkənar xərclərinin maliyyələşdirilməsinə yönəldilib.

    Rəsmi hesabatlara əsasən, büdcədənkənar gəlirlərə aid edilən maliyyə sanksiyaları və cərimələrin 81.7%-i yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin, 17.7%-i vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarının, 0.6%-i isə əmək, miqrasiya və gömrük sahələrində pozuntulara görə kəsilən cərimələrin payına düşür.

    Bu vəsaitlərin əsas hissəsi müvafiq orqanların əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur.

  • Noyabr bu BÜRCLƏR üçün çətin keçəcək

    2025-ci ilin noyabr ayı bəzi bürclər üçün dərin emosional dəyişikliklər dövrü olacaq. 
     
    Bəzi bürclər prioritetlərini yenidən qiymətləndirməyə, keçmişdən imtina etməyə və yeni imkanlar kəşf etməyə kömək edəcək çətin vəziyyətlərdən keçməli olacaqlar. 
     
    Bu siyahıya kimlər daxil olub?
     
    Buğa
     
    Noyabr ayı emosional dalğalanmalar və buğa üçün prioritetlərinizi yenidən qiymətləndirmək ehtiyacı gətirəcək. İşdə və ya şəxsi həyatınızda səbir və diplomatiya tələb edən münaqişələr mümkündür.
     
    Təsadüfən xərcləməmək üçün maliyyə qərarları da diqqətlə nəzərdən keçirilməlidir.
     
    Məsləhət: sakit qalın və anın qızğın vaxtında qərar verməkdən çəkinin; planlaşdırmaya daha çox vaxt ayırın.
     
    Əkizlər
     
    Əkizlər üçün bu ay sizi rahatlıq zonanızdan çıxara biləcək dəyişikliklər və yeni tanışlıqlarla dolu olacaq.
     
    Sürətli uyğunlaşma və intuisiyanıza qulaq asmaq bacarığı tələb edən vəziyyətlər yarana bilər. Peşəkar həyatınızda gözlənilməz çətinliklər mümkündür.
     
    Məsləhət: çevik və yeni imkanlara açıq olun və yaxınlarınızdan kömək istəməkdən çəkinməyin.
     
    Xərçəng
     
    Xərçənglər, xüsusən də ailə sahəsində daxili mübarizələr və emosional gərginliklə qarşılaşacaqlar. Şəxsi münasibətlər dürüst ünsiyyət və güzəşt tələb edə bilər.
     
    İşdə stressi idarə etmək və həmkarların həddindən artıq tənqidindən qaçınmaq vacibdir.
     
    Məsləhət: istirahətə və sağalmağa daha çox vaxt ayırın, meditasiya və ya nəfəs məşqləri edin.
     
    Şir
     
    Noyabr ayı Şir bürcü üçün aktiv sosial və peşəkar həyat dövrü olacaq, eyni zamanda ünsiyyətdə çətinliklər və həmkarlarınız və ya dostlarınızla anlaşılmazlıqlar mümkündür.
     
    Vəziyyəti idarə etmək istəyiniz münaqişələrə səbəb ola bilər.
     
    Məsləhət: səbirli olun, başqalarının fikirlərini dinləyin və öz baxış bucağınızı qəbul etdirməyə çalışmayın. /Lent.az

  • Bakıda ev YANDI

    Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsində ev yanıb.

    Median.Az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

    Məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

    Yanğının başvermə səbəbləri araşdırılır.

  • Daha bir icra hakimiyyətində əməliyyat – Müavin həbs edildi

    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb. 

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib. 
    Məhkəmə N.Muradov barəsində 4 aylıq həbs-qətimkan tədbiri qərarı verib.

  • Sumqayıtda avtomobil işıq dirəyinə çırpılaraq aşıb

    Sumqayıtda avtomobil aşıb.

    Median.Az xəbər verir ki, hadisə şəhərin Çerkassı küçəsində qeydə alınıb.

    Məlumata görə, “Chevrolet Aveo” markalı minik avtomobili idarəetməni itirərək işıq dirəyinə çırpılıb və daha sonra aşıb.

    Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib.
    Hadisənin baş vermə səbəbləri araşdırılır.//oxu.az

  • “ChatGPT”yə iki mövzuda məsləhət vermək qadağan edilib

    ChatGPT” çatbotunun aid olduğu “OpenAI” şirkəti süni intellektə iki mövzuda istifadəçilərə məsləhət verməyi qadağan edib.

    Bu barədə şirkətin saytında bildirilib.

    Qeyd olunub ki, “OpenAI” müştərilərin çatbotdan məsləhət ala bilməyəcəyi hallar siyahısını yeniləyib.

    Bunların arasında lisenziyalı peşəkarın müvafiq iştirakı olmadan hüquqi və ya tibbi məsləhət kimi lisenziya tələb edən ixtisaslaşmış məsləhətlər verə bilməyəcək .

    Bundan əlavə, xidmət artıq istifadəçilərə milli təhlükəsizlik, təhsil, mənzil, məşğulluq və bir sıra digər mövzularla bağlı məlumat verilməyəcək.//report