Month: November 2025

  • “Bu problem MDB ölkələri üçün aktualdır” – Putin

    Su ehtiyatları məsələsi Rusiyanın qonşu ölkələri üçün getdikcə aktuallaşır.

    “Unikal” xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin açıqlayıb.

    “Su ehtiyatları məsələsi bizim üçün getdikcə aktuallaşır. Allaha şükürlər olsun ki, burada hər şey qaydasındadır, lakin qonşularımız, MDB ölkələri üçün bu, çox aktualdır”, – Rusiya lideri iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevlə görüşü zamanı deyib.

  • Ağdaş sakini yaşadığı evdə ölü tapıldı

    Ağdaşda 54 yaşlı kişi yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb.

    “Unikal”ın məlumatına görə, hadisə Bulaqotağı kəndində baş verib.1972-ci il təvəllüdlü kənd sakini Natiq İsmayılov yaşadığı evdə ölmüş vəziyyətdə aşkarlanıb.

    Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

  • В трёх государственных школах Армении будут введены курсы азербайджанского языка

    В 2025-2026 учебном году в трёх государственных школах Армении будут введены курсы азербайджанского языка.

    Об этом сообщает panorama.am со ссылкой на министерство образования, науки, культуры и спорта РА.

    Согласно программе, азербайджанский и турецкий языки смогут изучать учащиеся 10-12 классов, тогда как персидский и грузинский языки разрешено вводить, начиная с 5-го класса. Обучение будет добровольным и зависит от наличия квалифицированных преподавателей.

    Инициатива реализуется в рамках государственной образовательной программы.

    Региональные языки в армянских школах начали преподавать ещё в 2022-2023 учебном году как третий иностранный язык или внеурочную дисциплину.

  • Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili tədris olunacaq

    2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.

    Bu barədə Panorama.am Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə istinadən məlumat verir.

    Proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.

    Təşəbbüs dövlət təhsil proqramı çərçivəsində həyata keçirilir.

  • “Neftçi” “Kəpəz”ə qalib gəldi

    Misli Premyer Liqasının X turunda “Neftçi” “Kəpəz”lə qarşılaşıb.

    “Palms Sports Arena”da keçirilən oyunda ev sahibləri 5:1 hesablı qələbəyə sevinib.

    “Ağ-qaralar”ın qollarını Emin Mahmudov (19-pen), Vensan Abubakar (23), Bassalo Sambo (74, 86) və Freddi Varqas (90+1) vurublar. Qonaqlardan isə Sadiq Şəfiyev (77) fərqlənib.

    Turnir cədvəlində “Neftçi” 15 xalla altıncıdır. 3 xalı olan “Kəpəz” isə, sonuncu – onikincidir.

    Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “İmişli”ni 2:0, “Zirə” isə “Karvan-Yevlax”ı 3:2 hesabı ilə məğlub edib.

  • Mbappe penaltini vura bilmədi, azarkeşin ürəyi dayandı

    İspaniya çempionatında “Barselona” ilə görüşün 52-ci dəqiqəsində Kilian Mbappenin penaltini dəqiq yerinə yetirə bilməməsi “Real Madrid” azarkeşinin ölümünə səbəb olub.

    Fransalı hücumçu real qol vəziyyətindən yararlana bilməyib.

    Həmin vaxt tribunada olan israilli azarkeş huşunu itirib. Yaxınlıqdakı azarkeşlər və “Real Madrid”in belçikalı qapıçısı Tibo Kurtua hakimə oyunu dayandırmaq üçün işarə versələr də, matç dayandırılmayıb.

    Azarkeşə stadionun tibb işçiləri tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra xəstəxanaya çatdırılan fanatın həyatını xilas etmək mümkün olmayıb.

    Xatırladaq ki, oktyabrın 26-da Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutan qarşılaşma “Real”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

  • Azərbaycanda zəlzələ oldu – FOTO

    İsmayıllıda zəlzələ olub.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Məlumata görə, yerli vaxtla saat 18:03-də qeydə alınan zəlzələnin maqnitudası 3.4 olub. Yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib.

  • В ноябре 2025 года в Азербайджане будет 12 нерабочих дней

    В ноябре 2025 года в Азербайджане будет 12 нерабочих дней.

    Поскольку 8 ноября – День Победы выпадает на субботу, а 9 ноября – День государственного флага на воскресенье, то согласно производственному календарю, 10 и 11 ноября также определены как нерабочие дни.

    Таким образом, в текущем месяце с учетом суббот и воскресений 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 и 30 ноября являются нерабочими днями.

  • Noyabrda 12 gün İŞ OLMAYACAQ

    Noyabr ayında 12 gün qeyri-iş günü olacaq.

    8 noyabr – Zəfər Günü şənbə gününə, 9 noyabr – Dövlət Bayrağı Günü isə bazar gününə düşdüyü üçün istehsalat təqviminə əsasən, 10 və 11 noyabr tarixləri də qeyri-iş günü kimi müəyyən edilib.

    Beləliklə, bu ay şənbə və bazar günləri də nəzərə alınmaqla 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr tarixləri istirahət günləridir.

  • В Иране не намерены отказываться от обогащения урана

    Руководство Ирана намерено продолжать обогащение урана в мирных целях и исключает возможность обсуждения будущего своей ракетной программы.

    Об этом в интервью телеканалу Al Jazeera заявил министр иностранных дел исламской республики Аббас Арагчи.

    “Мы не можем прекратить обогащение урана, и то, чего [противник] не получил военным путем, не добиться политическим”, – отметил Арагчи.

    Он подчеркнул, что Тегеран “не будет вести переговоры по своей ракетной программе, потому что ни один здравомыслящий человек не согласится отказаться от ее военного компонента”.