Month: November 2025

  • Nəsimidə gecə saatlarında sakinlərin rahatlığını pozanlar CƏZALANDIRILDILAR – Video

    Bakının Nəsimi rayonunda gecə saatlarında vətəndaşların rahatlığını pozan və yol hərəkəti qaydalarına əməl etməyən nəqliyyat vasitələri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Əcəmi dairəsi” və digər ərazilərdə keçirilən tədbirlərlə avtoxuliqanlıq, həmçinin konstruksiya dəyişikliyinə yol verən, eləcə də sərxoş halda avtomobil idarə edən 9 sürücü müəyyən olunub. Avtomobilləri duracağa yerləşdirilən sürücülər barəsində qanunvericiliyin tələbinə uyğun məsuliyyət tədbirləri görülüb.

    Bununla yanaşı, tütün məmulatlarının istifadəsi qaydalarına əməl etməyən, tullantıları urnalardan kənara atan, küçə ticarəti ilə məşğul olan, xırda xuliqanlıq və digər hüquqpozmalara yol verən şəxslər də müəyyən olunublar.

    Həyata keçirilən profilaktik tədbirlərin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması və avtoxuliqanlığa qarşı mübarizənin gücləndirilməsidir.

    Vətəndaşları narahat edən bu kimi halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

  • Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatıb

    Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularının iştirakı ilə keçirilən “Dağ komando kursu” başa çatıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu münasibətlə keçirilən buraxılış mərasimində çıxış edənlər hərbi qulluqçuları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, kurs müddətində qazanılan bilik və bacarıqların onların döyüş vərdişlərinin artırılmasında, eləcə də peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsində xüsusi rol oynayacağını vurğulayıblar.

    Sonda məzunlara sertifikatlar təqdim olunub.

    Qeyd edək ki, “Dağ komando kursu”nda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitlərdə müasir döyüş aparma üsulları, həmçinin yeni texnologiyaların imkanları öyrədilib.

  • Премьер Канады Карни извинился перед Трампом за антитарифную рекламу

    Премьер-министр Канады Марк Карни подтвердил, что извинился перед президентом США Дональдом Трампом за фейковую антитарифную рекламную кампанию с американским экс-президентом Рональдом Рейганом.

    Об этом 1 ноября сообщает агентство Bloomberg.

    “Я извинился перед президентом (Трампом – ред.). Его обидела эта реклама”, – приводит издание слова Карни с саммита Азиатско-Тихоокеанского экономического сотрудничества (АТЭС).

    Премьер Канады добавил, что видел рекламу до выхода в эфир и просил премьер-министра Онтарио Дуга Форда не публиковать ее, отмечает агентство.

    Также издание напомнило, что Трамп сообщал, что получил от Карни извинения, но предположил, что торговые переговоры между двумя странами возобновляться не будут.

  • Kanadanın baş naziri Trampdan üzr istəyib

    Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampdan üzr istədiyini təsdiqləyib.

    Median.Az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

    Bildirilib ki, baş nazir saxta antitarif reklam kampaniyası zamanı sabiq ABŞ prezidenti Ronald Reyqanın çıxışından istifadə edildiyinə görə Trampdan üzr istəyib.

    “Prezidentdən üzr istədim. Bu reklam onu incitmişdi”, – deyə Karni vurğulayıb.

    Karni, həmçinin qeyd edib ki, reklam efirə buraxılmazdan qabaq onu görməyib və Ontario əyalətinin baş naziri Duq Forddan onu yayımlamamağı xahiş edib.

  • Azərbaycanda bu sahələr daha çox gəlir gətirəcək (SİYAHI)

    Azərbaycan şirkətləri yaxın beş ildə tikinti və xammal sektorunun, o cümlədən nəqliyyat və logistika sahələrinin daha çox böyüyəcəyini proqnozlaşdırır. Bu barədə “Azərbaycanda biznes perspektivləri” adlı makroiqtisadi hesabatın doqquzuncu buraxılışındakı “Biznes etimadı sorğusu”nda qeyd edilib. Sorğunun nəticələrinə görə, şirkətlər yaxın beş ildə Azərbaycanda ən sürətli inkişafın tikinti və xammal sektorunda (20 %), eləcə də nəqliyyat və logistika sahələrində (20 %) olacağını proqnozlaşdırır. Bu proqnozlar real iqtisadi trendlərlə nə dərəcədə üst-üstə düşür? Növbəti beş ildə ölkədə daha çox hansı sahələrin inkişaf edəcəyi gözlənilir?

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, növbəti beş ildə əsas hədəflər idxalın əvəzlənməsi ilə bağlı olacaq: “Çünki məqsəd yerli istehsalın genişləndirilməsidir. Bu, həm qiymətlərin optimallaşdırılması, həm də valyutanın ölkədə qalması baxımından vacibdir. Emaledici qida sənayesinin daha da inkişaf etdiriləcəyi gözlənilir. Yüngül sənayedə də üstünlüklər mövcuddur. Bu sahələr növbəti beş ildə əsas prioritetlər siyahısındadır”.

    V.Bayramovun fikrincə, növbəti beş ildə inkişaf edəcək sektrolardan biri də nəqliyyat-logistikadır: “Çünki bir tərəfdən Orta Dəhlizin imkanları genişlənir, digər tərəfdən Azərbaycan və Qazaxıstan bu istiqamətdə kifayət qədər geniş miqyaslı əməkdaşlıq nümayiş etdirir. Bu da nəqliyyat və logistikanın inkişafına ciddi şərait yaradacaq. Ona görə gözlənilir ki, Azərbaycan növbəti beş ildə nəqliyyat və logistika sahəsindən daha çox gəlir əldə etmək imkanı qazanacaq. Bu da iqtisadi artıma təsirsiz ötüşməyəcək. İqtisadiyyatı inkişaf etdirən digər amillər infrastrukturun inkişaf etdirilməsi, elektronlaşmadır. Bütün bunlarla yanaşı geosiyasi vəziyyət və regiondakı yeni düzən də Azərbaycan üçün yeni imkanlar yaradır. Qarabağ münaqişəsinin həlli regiona daha çox sərmayənin cəlb edilməsi, daha çox yüklərin daşınması baxımından da vacibdir. Dövlət siyasəti islahatların dərinləşməsi istiqamətindədir. Nəqliyyat və logistika, qeyri-neft sektorunun inkişafı üçün daha çox sərmayənin cəlb olunması üçün işlər növbəti beş ildə daha da artacaq. Qeyri-neft sektorunun inkişafı əsas hədəflərdəndir”.

    İqtisadçı Elçin Əkbərov bildirib ki, proqnozlar real mənzərəni əks etdirir: “Mən bu siyahıya alternativ enerji sektorunu da əlavə etmək istərdim. Son illər bu sektora ciddi xarici investisiyalar cəlb edilir və bu, hazırda da davam edir. Növbəti beş il ərzində azı yeddi QVt yaşıl enerji gücləri istifadə oluna biləcək və bunun 70 faizindən çoxu ixraca yönəldiləcək. Bu məqsədlə hazırda Avropaya müxtəlif marşrutlarla enerji təchizatının yeni xəritəsi tərtib edilir”.

    E.Əkbərov digər inkişaf edəcək sahələrə də toxunub: “İnşaat sektorunun inkişafının davam etməsi qaçılmaz prosesdir və fikrimcə, inşaat sektorunun xüsusi çəkisində qeyri-yaşayış, emal, istehsalat, soyuducu anbar kompleksi yönümlü tikintilər artacaq. Xammal sektoru ilə yanaşı emal və istehsalat sektorları da inkişaf edəcək, çünki ölkəmizdə böyük həcmlərdə aqrar məhsul yetişdirilir və çox az hissəsi emal olunaraq satışa çıxarılır və ya ixrac olunur. Bu da məhsulun saxlanma müddətini azaldır və uzun yol qət etməsini çətinləşdirir. Ancaq emal və istehsalat sektorlarının inkişafı ilə bu problemlər aradan qaldırılacaq və ölkəmiz daha çox əlavə dəyər yarada bilən məhsullar ilə dünya bazarında payını artıracaq. Nəqliyyat sektorunun inkişafı qaçılmazdır, bunu dəmir yolları və gəmi-bərə daşımaları nümunəsində real olaraq görürük”.

    Ekspertin fikrincə, bu sahələrin inkişafı üçün müəyyən işlər görülməlidir: “Biznesə başlama müddətinin qısa, xərclərinin minimal olması, xidmətlərin maksimal elektronlaşması texniki baxımdan prosesləri sürətləndirib. Ancaq Qarabağın demək olar ki, sıfırdan bərpası, yenidən qurulması, regional kommunikasiyaların maksimal açılması ilə tranzit yükdaşımaların artması və ölkədən daha çox sərnişin və yük keçidi, vergi və gömrük stimullaşdırıcı tədbirləri, ixrac imkanlarının genişlənməsi və qeyri-neft sektoruna diqqət və marağın artması inkişafa gətirib çıxaracaq”.

    E.Əkbərov inkişaf edən sahələrə dövlət dəstəyinin vacibliyindən də bəhs edib: “Dövlət dəstəyini regional, sektoral və ərazi üzrə qruplaşdırmaq olar. Regional olaraq Qarabağ ərazisində bizneslərə 10 illik vergi güzəştləri verilir. Sektoral və regional əsasda yanaşsaq, investisiya təşviqi sənədi, aqrar subsidiyalar, həmçinin sənaye parkları və sənaye məhəllələri ciddi dəstəklər təklif edir. Sektoral baxımdan dəstəklərin hamısı qeyri-neft sektoruna və xüsusilə aqrar, istehsalat sektorlarına yönəlib”.

    Mənbə: “Kaspi” qəzeti

  • Təbrizdə təyyarə qəzaya uğradı

    “Şahin Bal Aseman” şirkətinə məxsus yüngül mühərrikli təyyarə Təbriz hava limanının uçuş-enmə zolağına enərkən idarəetməni itirib və hava limanının yan binalarından biri ilə toqquşub.

    Bu barədə İran mətbuatı yazıb.

    Məlumata görə, pilot qəzadan salamat çıxmağı bacarıb.

    Qəzadan dərhal sonra hava limanının təhlükəsizlik və yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanacaq sızmasının qarşısını almaq üçün təhlükəsizlik halqası yaradılıb.

    Qəzanın dəqiq səbəbləri araşdırılır.
    //unikal.az

  • Buzovna sahilində köməksiz qalan balıqçılar belə xilas edildi – Video

    Xəzər rayonunun Buzovna qəsəbəsində dənizdə köməksiz qalan üç balıqçı xilas edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu sahildən təxminən 500 metr məsafədə dənizdə qayalıq ərazidə köməksiz vəziyyətdə qalan balıqçıları – 1985-ci il təvəllüdlü Azər Elxan oğlu Məmmədov, 1990-cı il təvəllüdlü Namiq Şükür oğlu Həsənov və 1985-cı il təvəllüdlü Cəmaləddin Nuhin oğlu Cəfərovu sahilə çıxarıblar.

  • Ötən ay 511 nəfər ölkədən qaçmağa çalışıb

    Ötən ay Azərbaycandan çıxışı qadağan edilmiş 511 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2025-ci ilin oktyabr ayının icmalında qeyd edilib.

    Bildirilib ki, sözügedən dövrdə sərhəd rеjim qaydalarını pоzduqlarına görə 757 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 329 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

    Ölkədən çıxışı qadağan edilmiş 511 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 48 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

  • “Ramiz Mehdiyev mənim bütün ailəmi terror altında saxlayırdı” – Gültəkin Hacıbəyli

    Milli Şuranın üzvü Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad olunmasına münasibət bildirib.

    Bu barədə sabiq deputat sosial şəbəkədə paylaşım edib:

    “Vaxtilə məni dərs dediyim Qafqaz Universitetindən işdən çıxaran Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevanı bu gün dərs dediyi Tibb Universitetindən işdən çıxarıblar. Düzdür, arada böyük fərqlər var. Nigarın qayınatasının günahı vətən xaini olmasıdır. Mən bir insanın toyuğuna daş atmamışdım, Mehdiyev minlərlə ev yıxıb. Ramiz Mehdiyev mənim bütün ailəmi terror altında saxlayırdı, Nigarın əri Teymur Mehdiyev hələ bu gün də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun müavinidir. Mənim ailəmin yeganə çörək ağacını Ramiz Mehdiyev Ziya Məmmədov vasitəsilə zorla, şantaj, təhdid, hədə-qorxu ilə əlimizdən almışdı, Mehdiyevlərin isə hələ də dəyəri milyardlarla ölçülən biznes imperiyası yerindədir”.

  • Xaçmazda yeniyetmə anasını bıçaqlayıb öldürdü

    Xaçmaz rayonunun Çaykənarı kəndində 1983-cü il təvəllüdlü Həqiqət Məmmədova bıçaq xəsarətləri nəticəsində həyatını itirib.

    Median.Az Milli.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, qadını onun 17 yaşlı oğlu qətlə yetirib.

    Hadisənin ailə-məişət zəminində, qısqanclıq səbəbindən baş verdiyi ehtimal olunur. Qonşular bildiriblər ki, ana ilə oğul arasında telefon üstündə mübahisə yaranıb.

    Ağır yaralanan Həqiqət Məmmədova təcili yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Xəstəxananın həkimi Orxan Şeydayevin verdiyi məlumata görə, qadın çoxsaylı bıçaq xəsarətləri ilə tibb müəssisəsinə gətirilib: “Pasiyentdə döş qəfəsi və qarın nahiyəsində dərin kəsilmiş-deşilmiş yaralar, həmçinin sol dirsək oynağı, sağ said və sol əlin ovuc hissəsində çoxsaylı kəsiklər aşkar edilmişdi. Bütün reanimasiya tədbirlərinə baxmayaraq, qadın oktyabrın 30-da axşam saatlarında vəfat edib”.

    Qətli törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.