Month: November 2025

  • Abbas Əraqçı: “İran uranın zənginləşdirilməsini davam etdirəcək”

    “İran rəhbərliyi uranın dinc məqsədlərlə zənginləşdirilməsini davam etdirmək niyyətindədir”.

    Bunu İranın xarici işlər naziri Abbas Əraqçı “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

    “Biz uranın zənginləşdirilməsini dayandıra bilmərik. Rəsmi Tehran özünün raket proqramı ilə bağlı danışıqlar aparmayacaq. Heç bir sağlam düşüncəli adam hərbi komponentindən imtina etməyə razı olmaz”, – deyə nazir müsahibəsində bildirib.

  • Во Вьетнаме из-за наводнений погибли почти 30 человек

    По меньшей мере 28 человек погибли, 6 пропали без вести из-за проливных дождей и наводнения в центральной части Вьетнама.

    Об этом сообщил департамент управления дамбами и предотвращения стихийных бедствий при Министерстве сельского хозяйства и охраны окружающей среды Вьетнама.

    По данным ведомства, большинство жертв зарегистрировано в городах Хюэ (12 человек) и Дананг (11 человек). Тысячи людей были вынуждены покинуть свои дома, многие из которых в результате наводнений и оползней оказались разрушенными и затопленными.

    Порядка 80 участков на автомагистралях по всему центральному региону остаются заблокированными из-за оползней. Чрезвычайные службы прилагают усилия по их расчистке. В общей сложности 245 тыс. жителей центра страны остаются без электричества в результате последствий стихии.

    Непрекращающиеся с 25 октября дожди и наводнения в центральной части Вьетнама нанесли серьезный ущерб, затопив и повредив свыше 128 тыс. жилых домов и зданий, порядка 4.9 тыс. га посевных площадей, занятых рисом и другими сельскохозяйственными культурами, и еще свыше 790 га фруктовых плантаций. В результате наводнения погибли 17.7 тыс. голов крупного рогатого скота и птицы.

    Национальный центр гидрометеорологического прогнозирования Вьетнама сообщил, что сильные дожди в центре страны продолжатся до ночи 4 ноября, что угрожает новыми наводнениями.

  • Vyetnamda daşqınlar 28 nəfərin həyatına son qoydu

    Vyetnamın mərkəzi hissəsində qeydə alınan leysan yağışları və daşqınlar nəticəsində azı 28 nəfər ölüb, daha altı nəfər itkin düşüb.

    Bu barədə Vyetnam Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi məlumat yayıb.

    Məlumata görə, zamanı minlərlə insan sel və torpaq sürüşməsi nəticəsində su basmış, dağılmış evlərini tərk etmək məcburiyyətində qalıb.

    245 mindən çox sakinin işıqsız qaldığı vurğulanır.

    Oktyabrın 25-dən başlayan güclü yağışların noyabrın 4-dək davam edəcəyi proqnozlaşdırılır.

  • Astarada qanunsuz ov edən şəxslər saxlanılıb

    Polis əməkdaşları tərəfindən təbiətin mühafizəsi və qanunsuz ov hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ərçivan qəsəbəsi, Şiyəkəran və Kələdəhnə kəndlərinin ərazisində keçirilən növbəti tədbirlər zamanı çöl quşlarının qanunsuz ovu ilə məşğul olan R.Feyziyev, R.Mahmudov, X.Məmmədov və Ş.Feyziyev saxlanılıblar.

    Onlardan qanunsuz ovladıqları müxtəlif növ çöl quşları, ov alətləri və digər ləvazimatlar aşkar olunaraq götürülüb.

    Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

  • Moskvada miqrantlar üçün patentin qiyməti artırıldı

    Moskvada miqrantlar üçün patentlərin aylıq qiyməti 8 900 rubldan (190 manat) 10 000 rubla (210 manat) qədər artırılacaq.

    Moskva Şəhər Duması bu gün növbədənkənar plenar iclasında bununla bağlı müvafiq qərar qəbul edib.

    Məlumata görə, qərarın icrasına 2026-cı ildən başlanacaq.

    Bildirib ki, patentlərin qiymətinin artırılması miqrantlarla Rusiya vətəndaşları arasında vergi yükünün eyniləşdirilməsinə yol açacaq.

  • Vacib sirr açıldı: Günəşin atmosferi onun səthindən niyə daha istidir?

    Onilliklər boyu elm adamları Günəşin xarici atmosferi – koronasının niyə bu qədər yüksək temperatura malik olduğunu anlamağa çalışıblar. Günəşin səthində istilik cəmi 5500°C olduğu halda, koronanının temperaturu milyonlarla dərəcəyə çatır.

    Qaynarinfo xəbər verir ki, “Daily Galaxy”nin yazdığına görə, bu sualın cavabı artıq tapılıb.

    1942-ci ildə isveçli fizik Hannes Alfven Günəş atmosferini istiləndirən maqnit dalğalarının mövcud ola biləcəyi barədə nəzəriyyə irəli sürmüşdü. Lakin uzun illər bu fikir təsdiqlənməmiş qalmışdı, çünki mövcud texnologiyalar bu dalğaları birbaşa müşahidə etməyə imkan vermirdi.

    İndi isə Günəşin öyrənilməsi üçün qurulmuş ən böyük yerüstü teleskop olan DKIST bu dalğaları aşkar etməyə imkan verib. Tədqiqatın rəhbəri, fizik Riçard Morton bildirib ki, teleskopun “Cryo-NIRSP” adlı xüsusi cihazı Günəşin koronasında ilk dəfə olaraq “alfven dalğaları” adlanan maqnit dalğalarını qeydə alıb.

    “Bu dalğalar daim mövcuddur və böyük miqdarda enerji daşıyır, bu da Günəş atmosferinin qızmasına səbəb olur”, deyə alim qeyd edib.

    Lakin mütəxəssislər vurğulayırlar ki, bu, tablonun yalnız bir hissəsidir. Günəş atmosferinin qızmasında “maqnit rekonek­siyası” adlı hadisə də mühüm rol oynayır. Bu proses zamanı maqnit sahələri bir-birinə qarışaraq bağlanır və nəticədə güclü enerji partlayışları yaranır.

    NASA-nın “Parker Solar Probe” və Avropa Kosmik Agentliyinin “Solar Orbiter” missiyalarının məlumatları göstərir ki, həm alfven dalğaları, həm də maqnit rekonek­siyası eyni anda baş verir və bir-biri ilə qarşılıqlı təsir göstərərək Günəş koronasının inanılmaz dərəcədə yüksək temperaturunu qoruyur.

    Günəş atmosferinin qızma mexanizmini anlamaq praktiki baxımdan da böyük əhəmiyyət daşıyır. Bu biliklər Günəş küləklərinin, alovlanmaların və kütləvi koronal atılmaların daha dəqiq proqnozlaşdırılmasına, həmçinin onların Yer orbitindəki peyklərə, rabitə sistemlərinə və enerji şəbəkələrinə təsirinin azaldılmasına kömək edəcək.

    DKIST teleskopunun nəticələri Günəş fizikası sahəsində böyük elmi irəliləyiş kimi qiymətləndirilir. Bu kəşf təkcə Günəşin təbiətini daha dərindən anlamağa deyil, həm də digər ulduzların davranışını izah etməyə imkan verir.

    Alimlərin fikrincə, bu tədqiqatlar kosmik hava şəraitinin proqnozlaşdırılmasından tutmuş Yerə təsir göstərə biləcək ulduz hadisələrinə qarşı texnoloji müdafiə sistemlərinin təkmilləşdirilməsinə qədər yeni bir dövrün başlanğıcını qoyacaq.

  • “Zirə” “Karvan”a qalib gəldi

    Misli Premyer Liqasının X turunda “Zirə” “Karvan-Yevlax”a qalib gəlib.

    Şamaxı şəhər stadionunda keçirilən oyun Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin 3:2 hesablı üstünlüyü ilə bitib.

    Bölgə təmsilçisinin qollarını İmani Barker (29) ilə Kayl Spens (62) vurublar. “Qartallar”ın heyətində isə Brahim Konate (57), Leroy Mikels (74) və Ayron Qomis (87) dəqiq zərbə müəllifi olublar.

    “Zirə” 19 xalla turnir cədvəlində ikinci sırada yer alıb. “Karvan-Yevlax” isə 5 xalla onbirincidir.

    Qeyd edək ki, turun açılış qarşılaşmasında “Qarabağ” “İmişli”ni iki cavabsız qolla üstələyib.

  • Naxçıvan polisi əməliyyat keçirdi – Narkotacirlər saxlanıldı (FOTO)

    Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən edilərək saxlanılıblar.

    Bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər məhkum olunmuş, 50 yaşlı Azadi Babayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda heroin aşkar edilərək götürülüb. A.Babayev narkotik vasitəni satış məqsədilə əldə edib saxladığını etiraf edib.

    Digər əməliyyat tədbirləri nəticəsində 30 yaşlı Atay Elçin, Sahib Zeynalov və 33 yaşlı Elvin Mehrəliyev də müəyyən edilərək saxlanılıblar. S. Zeynalova məxsus avtomobilə baxış zamanı oradan külli miqdarda metamfetamin aşkarlanaraq götürülüb.

    Bundan əlavə, keçirilən növbəti əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuş, 63 yaşlı Fazil Kərimov da saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluqla yetişdirilən 87 ədəd çətənə kolları aşkarlanıb.

    Faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

  • Задержан второй подозреваемый в убийстве 41-летнего мужчины в Загатальском районе

    Задержан еще один подозреваемый в избиении и убийстве 41-летнего жителя Загатальского района Искендера Мусаева.

    Как передает Oxu Az, в результате мероприятий, проведенных сотрудниками полиции, был задержан и передан следствию 34-летний Хафиз Гаджиев.

    Отметим, несколько дней назад правоохранительные органы уже задержали первого подозреваемого – Расима Аббасова.

    Напомним, И.Мусаев, который в конце октября был жестоко избит знакомыми в Загатальском районе, скончался в больнице. После этого его отец Юсиф Мусаев, не выдержав того, что сын впал в кому, умер от сердечной недостаточности.

  • Zaqatalada 41 yaşlı kişini öldürməkdə təqsirləndirilən daha bir şəxs saxlanıldı

    Zaqatalada 41 yaşlı kişini döyüb öldürməkdə təqsirləndirilən daha bir nəfər saxlanılıb.

    Oxu Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri, 34 yaşlı Hafiz Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

    Qeyd edək ki, əməli törədən şəxslərdən digəri Rasim Abbasov da bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılıb.