Month: November 2025

  • Abşeronda marketlərə qənim kəsilən şəxs SAXLANILDI – Video

    Abşeron rayonunda yerləşən marketlərdə silsilə talama cinayətləri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda rayonun Saray qəsəbəsindəki marketlərə daxil olaraq 9 270 manat nağd pul, 580 manat dəyərində tütün məmulatları və 400 manatlıq lotereya biletləri oğurlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Abşeron Rayon Polis Şöbəsinin Saray Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 30 yaşlı Xəyal Rüstəmov saxlanılıb.

    Saxlanılan şəxsin marketlərə daxil olması, eyni zamanda pul, tütün məmulatları, eləcə də lotereyaları oğurlama anı və hadisə yerindən uzaqlaşması təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

    Faktlarla bağlı X.Rüstəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Goranboyda çökən binanın sakinləri ilə bağı QƏRAR

    Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində bir bloku çökən qəzalı yaşayış binası tamamilə boşaldılıb.

    Bu barədə Oxu.Az-a Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov məlumat verib.

    O bildirib ki, hazırda Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən 60 mənzilli qəzalı vəziyyətdə olan beşmərtəbəli bina sakinlərinin hər biri kirayə mənzillərə köçürülüb:

    “Köçürülən sakinlərin kirayə haqları dövlət tərəfindən qarşılanacaq. Qəzalı binada aparılan işlər yekunlaşdıqdan sonra qəzalı vəziyyətdə olduğu müəyyən edilən, Cəfər Cabbarlı küçəsi, 6 ünvanında yerləşən 16 mənzilli ikimərtəbəli yaşayış binasının sakinlərinin də köçürülmə işlərinə başlanacaq. Hazırda bu bina beşmərtəbəli yaşayış binasının vəziyyətində deyil. Ona görə də proses mərhələli şəkildə icra edilir.

    Söküləcək binanın yerində bir kompleksin daxilində 76 mənzilli bina inşa ediləcək, sakinlər həmin binada mənzillə təmin olunacaqlar”.

    Xatırladaq ki, ötən gün Goranboy rayon icra başçısı Məhərrəm Quliyev məlumat vermişdi ki, Cəfər Cabbarlı küçəsində bir bloku çökən qəzalı yaşayış binasının yerində yenisi tikiləcək.

  • Adolf Hitler Namibiya seçkilərində beşinci dəfə qalib gəldi

    59 yaşlı Adolf Hitler Uunona adlı siyasətçi Namibiyada seçkilərdə yenidən qalib gəlib.

    Qaynarinfo “Nexta” portalına istinadən xəbər verir ki, bu, onun Ompunja rayonunda keçirilən regional seçkilərdə ardıcıl beşinci qələbəsidir.

    Adolf Hitler Uunona 2004-cü ildən bəri rayona rəhbərlik edir. Siyasətçi əvvəllər atasının ona bu adı tarixi əhəmiyyətini başa düşmədən verdiyini izah etmişdi.

    “Uşaq vaxtı bunun tamamilə normal bir ad olduğunu düşünürdüm. Yalnız böyüdükdə başa düşdüm ki, bu adam bütün dünyanı fəth etmək istəyib. Mənim bu şeylərlə heç bir əlaqəm yoxdur. Hitler qlobal miqyasda insanları əsir götürüb öldürən şübhəli bir şəxsiyyət idi, mən onun kimi deyiləm”, deyə siyasətçi 2020-ci ildə Almaniyanın “Bild” qəzetinə bildirib.

    Adolf Hitler Uunona adını dəyişdirməyi planlaşdırmır və qeyd edir ki, bu, artıq bütün rəsmi sənədlərdə qeyd olunub.

  • Bakıda xadimə işlədiyi evi qarət etdi

    Bakıda xadimə işlədiyi evdən oğurluq edib.

    Oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

    Ev sahibi polisə müraciət edərək 5 000 manat dəyərində qızıl-zinət əşyaları və 220 manat pulunun oğurlandığını bildirib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü S.Dadaşova saxlanıb.

    Araşdırmalarla müəyyən edilib ki, o, noyabr ayının 1-dən 25-dək müddətdə xadimə kimi çalışdığı həmin evdən hissə-hissə qızıl-zinət əşyalarını oğurlayıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Передача Вюсали Ализаде была неожиданно прервана – Видео

    Сегодня транслируемая на Xəzər TV передача İncə səhər была прервана.

    Как сообщает Qafqazinfo, гостями программы были известные певцы – Алмаханым Ахмедли, Парвиз Абдуллаев и Намиг Гасымов.

    Передача, которая обычно идет по будням с 10:00 до 12:30, сегодня в 11:40 ушла на рекламу, но после этого не продолжилась. Ведущая Вюсаля Ализаде не предоставила никакой информации о преждевременном завершении программы.

    Канал также пока не сделал официального заявления о прерывании передачи.

  • Vüsalə Əlizadənin verilişi yarımçıq dayandırıldı – Video

    Bu gün “Xəzər” TV-də efirə gedən “İncə səhər” verilişi yarımçıq dayandırılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, proqramın qonaqları tanınmış müğənnilər – Almaxanım Əhmədli, Pərviz Abdullayev və Namiq Qasımov olublar.

    Həftəiçi hər gün saat 10:00-dan 12:30-dək davam edən veriliş bu gün saat 11:40-da reklama ayrılsa da, sonradan davam etməyib. Proqramın vaxtından tez yekunlaşması ilə bağlı aparıcı Vüsalə Əlizadə heç bir məlumat verməyib.

    Verilişin dayandırılması barədə kanal tərəfindən də hələlik hər hansı rəsmi açıqlama verilməyib.

  • 40 yaşlı Şuşa sakini Bakıda küçədə öldü

    Bakı 40 yaşlı kişinin meyiti küçədə tapılıb.

    Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

    Şuşa rayon sakini, 1985-ci il təvəllüdlü Vüqar Ramiz oğlu Səfərovun üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilib. Əvvəllər məhkumluq həyatı yaşamış V.Səfərovun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Президент Ильхам Алиев принял участие в открытии завода по производству минеральной каменной ваты AZWOOL – ФОТО

    Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в открытии завода по производству минеральной каменной ваты AZWOOL компании “Матанат-А” в Гарадагском районе Баку.

    Как сообщает АЗЕРТАДЖ, министр экономики Микаил Джаббаров и председатель Наблюдательного совета компании “Матанат-А” Эльхан Баширов проинформировали главу государства о деятельности завода.

    Сначала Президенту Ильхаму Алиеву была предоставлена информация о компании “Матанат-А”, основанной в 2000 году. В компанию, которая на протяжении 25 лет функционирует в секторе производства строительных материалов, входят заводы по производству сухих строительных смесей “Матанат-А”, по производству гипсокартона и изделий на основе гипса AĞDAĞ, по производству извести, оборудования и станков AZERLİME и машиностроительный завод ELBERG. В общей сложности на предприятиях компании создано около 1 000 рабочих мест.

    Завод по производству минеральной ваты AZWOOL располагается на территории площадью 10 гектаров. На предприятии установлено современное оборудование производства США, Германии и Турции. Годовая производственная мощность завода составляет 1.5 миллиона кубометров минеральной каменной ваты. Продукция производится в основном из местного сырья.

    Инвестиционная стоимость завода по производству минеральной каменной ваты составляет 43 миллиона манатов. Фонд развития предпринимательства Азербайджана при Министерстве экономики выделил на реализацию проекта льготный кредит в размере 10 миллионов манатов. Кроме того, на основании документа о поощрении инвестиций предприятию предоставлены льготы на сумму около 4 миллионов манатов при импорте техники, технологического оборудования и установок. На заводе создано 180 рабочих мест.

    Экологически чистая минеральная каменная вата, используемая в строительном секторе, не только обеспечивает тепло- и звукоизоляцию, но и позволяет экономить энергию. Минеральная каменная вата – один из местных продуктов, обладающих конкурентными преимуществами. Она пользуется большим спросом на внутреннем и внешнем рынках. Открытие завода будет способствовать развитию местного производства, удовлетворению потребностей внутреннего рынка и повышению конкурентоспособности азербайджанской продукции на внешнем рынке. Предприятие обеспечит потребности нашей страны в минеральной каменной вате, значительно снизив зависимость от импорта. Производимая здесь продукция также будет экспортироваться в Грузию, страны СНГ и Ближнего Востока.

    Президент Ильхам Алиев также ознакомился с продукцией, производимой на предприятиях компании “Матанат-А”. Было сообщено, что на заводах компании выпускается свыше 3 тыс. наименований продукции под более чем 200 торговыми марками. Помимо удовлетворения внутреннего спроса, продукция экспортируется в Казахстан, Грузию, Ирак, Украину, Узбекистан и другие зарубежные страны под брендом Made in Azerbaijan.

    Глава государства ввел завод в действие.

    Отметим, что благодаря проводимой под руководством Президента Ильхама Алиева работе по диверсификации и развитию ненефтяного сектора в нашей стране создаются новые производственные участки. Все это также вносит большой вклад в открытие новых рабочих мест и повышение занятости населения.



















  • İlham Əliyev AZWOOL mineral daş yunu zavodunun açılışında iştirak edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “Matanat A” şirkətinin AZWOOL mineral daş yunu zavodunun açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Matanat A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlətimizin başçısına zavodun fəaliyyəti barədə məlumat veriblər.

    Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan “Matanat A” şirkəti barədə məlumat verilib. İnşaat materiallarının istehsalı sektorunda 25 ildir fəaliyyət göstərən şirkətin tərkibinə “Matanat A” Quru İnşaat Qarışıqları, AĞDAĞ gipskarton və gips əsaslı məhsulların istehsalı, AZERLİME Əhəng, Avadanlıq və dəzgahların istehsalı və ELBERG maşınqayırma zavodları daxildir. Şirkətin müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb.

    Ərazisi 10 hektar olan AZWOOL mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur. Müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır.

    Mineral daş yunu zavodunun investisiya dəyəri 43 milyon manatdır. Layihənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bununla yanaşı, müəssisə investisiya təşviqi sənədi ilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 4 milyon manat güzəşt əldə edib. Zavodda 180 iş yeri yaradılıb.

    Tikinti sektorunda istifadə olunan, ekoloji cəhətdən təmiz mineral daş yunu istilik və səs izolyasiyasını təmin etməklə yanaşı, enerjiyə qənaətə imkan yaradır. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsullardan biridir. Ona daxili və xarici bazarda böyük tələbat var. Zavodun açılışı yerli istehsalın təşviqi, daxili bazarın tələbatının ödənilməsi və xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Müəssisə ölkəmizin mineral daş yununa tələbatını ödəməklə yanaşı, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstana, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək.

    Prezident İlham Əliyev “Matanat A” şirkətinin müəssisələrində istehsal edilən məhsullarla da tanış olub. Bildirilib ki, şirkətin zavodlarında 200-dən artıq ticarət markası ilə 3 mindən çox çeşiddə məhsul istehsal edilir. Məhsullar daxili tələbatı ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər xarici ölkələrə ixrac olunur.

    Dövlətimizin başçısı zavodu işə salıb.

    Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun şaxələndirilməsi və inkişafı istiqamətində aparılan işlər nəticəsində ölkəmizdə yeni-yeni istehsal sahələri yaradılır. Bütün bunlar isə, eyni zamanda, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına böyük töhfə verir.



















  • Yırtıcılar təsərrüfatda böyük fəsadlara səbəb olurlar – Video

    Son vaxtlar ölkədə canavar hücumlarının sayı artıb. Yırtıcılar təsərrüfatlarda böyük fəsadlara səbəb olurlar.

    Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov mövzu ilə bağlı Baku TV-yə müsahibəsində bildirib ki, hücumların daha çox baş verməsinin əsas səbəblərindən biri yırtıcıların, xüsusilə də canavarların sayının artmasıdır:

    “Son 20 ildə biomüxtəlifliyin qorunmasına çox ciddi diqqət yetirilir. Xüsusilə milli parkların ərazisi genişləndirilir. Canavarların və digər yırtıcı heyvanların öldürülməsinə qarşı çox sərt cəzalar tətbiq edilir. Bunun nəticəsində belə hallar baş verir”.

    Coğrafiya elmləri doktoru Səid Cəfərov da əsas səbəbin ekoloji tarazlığın pozulması olduğunu vurğulayıb:

    “Canavar meşədə özünə qida tapa bilmədiyi üçün ehtiyacdan kənar ərazilərə hücum edir. Qarşısına çıxan da insanlar və təsərrüfatdakı heyvanlar olur”.

    Daha ətraflı videomaterialda: