Month: November 2025

  • Çinlilər Azərbaycanda villadan 357 min manatlıq oğurluq edib

    Sumqayıtda “Villa Badam” yaşayış kompleksində yerləşən villadan külli miqdarda oğurluq edən Çin vətəndaşları 1981-ci il təvəllüdlü Wei Zhinjian və 34 yaşlı Wei Hongfunun məhkəmə prosesi başa çatıb.

    Teleqraf-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Wei Zhinjian 7 il 6 ay, onunla cinayət əlaqəsinə girən tanışı isə 2 il müddətinə azadlqıdan məhrum edilib.

    Onlar sözügedən ünvandakı dəmir seyfdən 134500 ABŞ dolları, 10 min manat pul və qiymətli qızıl-zinət əşyaları aparmaqla zərərçəkənə ümumilikdə 357.194 manat dəyərində ziyan vurublar.

    Məhkəmədə Wei Hongfu ifadəsində bildirib ki, Bakıya işləmək üçün gəliblər:

    “Wei He bizi işləmək üçün Bakıya çağırmışdı. O, bizə iş tapmaq üçün ikimizin də pasportunu götürdü, lakin bizə iş tapa bilmədiyinə görə evdən oğurluq etməyimizi istədi. Wei He bizə evə girib axtarmağı, nəsə bir şey varsa götürməyi və əgər dediyini etməsək, pasportlarımızı geri qaytarmayacağını söylədi. Evə girdikdən sonra, seyf də daxil olmaqla tapdığımız hər şeyi götürdük. Daha sonra seyfi açdılar və seyfin içərisində də nə var idisə, hamısını götürdük. Wei He bizə təxminən 80000 ABŞ dolları pul verdi və Dubaya getməyimizi söylədi. Bundan sonra hava limanına getdik və bizi tutdular”.

    Məhkəmədə zərərçəkən Tofiq Məmmədov (ad-soyad şərtidir) bildirib ki, oğurlanan pul vəsaitləri və qızıl-zinət əşyalarının məbləği əslində ittiham aktında qeyd olunan 357194 manatdan çoxdur:

    “Elə zinət əşyaları var idi ki, onların qiyməti baha idi və onları “lom” qiyməti ilə hesablamaq olmazdı. Mənim evimi təqsirləndirilən şəxslərə kimin göstərdiyini bilmirəm. “Villa Badam” yaşayış kompleksində 170 villa var. Həmin vaxt mənim evim kimi işığı yanmayan onlarla villa var idi. Mən 45 il dövlət qulluğunda işləmişəm və mənim heç bir xarici ölkə ilə əlaqəm olmayıb.”

  • Иностранцы извинились перед азербайджанским народом за свои неэтичные действия на Аллее шехидов в Баку – Видео

    В Сабаильском районном суде Баку продолжился судебный процесс по делу трех граждан Саудовской Аравии, обвиняемых в совершении неэтичных действий на Аллее шехидов и публикации этих видеоматериалов в социальных сетях.

    На судебном заседании обвиняемым – Альзаману Махди Али, Альгабру Мохаммаду Хуссейну и Альгабру Махди Мохаммаду – были разъяснены их права и обязанности.

    При уточнении анкетных данных обвиняемых выяснилось, что Альгабр Мохаммад Хуссейн работает следователем в Министерстве внутренних дел Саудовской Аравии.

    Затем в суде было зачитано обращение всех троих к азербайджанскому народу, семьям шехидов и ветеранам.

    В своем обращении все трое заявили, что совершили эти действия, не осознавая значимости места, где они находились.

    “Азербайджан для нас дружественная и родная страна. Мы не знали, что это место священно для азербайджанского народа. Поэтому приносим свои извинения азербайджанскому народу, семьям шехидов и ветеранам”, – заявили обвиняемые.

    В ходе дальнейшего разбирательства государственный обвинитель зачитал обвинительный акт.

    Согласно обвинению, указанные лица 16 августа этого года около 17:00 прибыли на Аллею шехидов и совершили неэтичные действия над могилами нескольких героев.

    Обвиняемые не признали себя виновными в предъявленном обвинении.

    Отметим, что в ходе расследования было установлено, что эти лица прибыли в Баку как туристы 13 августа этого года на пять дней и распространили в социальных сетях видео, снятое на Аллее шехидов.

    По данному факту было возбуждено уголовное дело по статье 245 (оскорбительные действия над могилой) Уголовного кодекса. В результате мер, принятых полицейскими, все трое были задержаны и привлечены к следствию.

  • Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycan xalqından üzr istəyiblər (Video)

    Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Səbail Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilənlər – Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammada hüquq və vəzifələri izah olunub.

    Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyində tədqiqatçı işləyir.

    Daha sonra onların Azərbaycan xalqına, eləcə də şəhid ailələri və qazilərə etdiyi müraciət məhkəmədə elan olunub.

    Hər üç şəxs müraciətində bildirib ki, onlar olduqları yerin mahiyyətini dərk etmədiklərindən bu hərəkətə yol veriblər.

    “Azərbaycan bizim üçün dost və doğma ölkədir. Həmin yerin Azərbaycan xalqı üçün müqəddəs olduğunu bilməmişik. Buna görə də Azərbaycan xalqından, şəhid ailələrindən və qazilərdən üzr istəyirik”.

    Prosesin davamında dövlət ittihamçısı ittiham aktını elan edib.

    İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da, saat 17 radələrində Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər.

    Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər.

    Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin bu ilin avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri və Şəhidlər xiyabanında çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.

  • Azərbaycan və Sloveniya birbaşa hava əlaqəsinin açılmasını müzakirə edirlər

    Azərbaycan və Sloveniya iki ölkə arasında birbaşa hava əlaqəsinin açılmasına imkan verəcək sazişin imzalanması barədə danışıqlar aparır.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Sloveniyanın iqtisadiyyat, turizm və idman naziri Matyaj Han bəyan edib.

    Onun sözlərinə görə, birbaşa reyslər iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün mühüm addım olacaq.

    M.Han vurğulayıb ki, ölkələr arasındakı münasibətlər müsbət istiqamətdə inkişaf edir və son illərdə xüsusilə logistika, nəqliyyat marşrutları, energetika, rəqəmsallaşma və əczaçılıq sahələrində əməkdaşlıq aktiv şəkildə artır.

    Nazir xatırladıb ki, hal-hazırda Sloveniya və Azərbaycan arasında müntəzəm uçuşlar yoxdur, lakin müvafiq saziş üzrə danışıqlar davam edir: “Müntəzəm hava əlaqəsi ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə kömək edəcək”.

    Bundan əlavə, turist axını hələ də aşağı səviyyədə qalır: 2025-ci ilin yanvar-avqust aylarında Sloveniyadan Azərbaycana cəmi 553 turist səfər edib. Bu baxımdan nazir iki ölkənin turizm idarələrinə jurnalistlər, influenserlər və tur operatorları üçün tanışlıq səfərlərinin təşkili də daxil olmaqla, daha sıx əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi təklif edib.

  • Onlara 4000 manat məvacib veriləcək (SİYAHI)

    Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.

    Belə ki, sözügedən məvacib komissiya üzvlərinə 2025-ci il üzrə dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsində layihələrin qiymətləndirilməsinə görə veriləcək.

    Məlumata görə, aşağıdakı kinoşünasların hər birinə 4000 manat məbləğində məvacib ödəniləcək:

    1. Quliyev Elçin Musa oğlu,
    2. Salayev Ayaz Ramiz oğlu,
    3. Məmmədova Şəfiqə Haşımovna,
    4. Məmmədov Nəriman Kamileviç,
    5. Məmmədov Hikmət Baba oğlu,
    6. Məmmədov Vüsal Fəxrəddin oğlu.

  • Bu il yeni doğulan uşaqlara ən çox hansı adlar qoyulub?

    Bu il yeni doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, cari ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Melisa adı qoyulub.

    Uşaqlara ən çox qoyulan oğlan adları siyahısında ilk onluqda Uğur (1 569), Raul (1 166), Hüseyn (1 050), Əli (1 028), Yusif (986), Miran (746), Ömər (692), Ayxan (675), Tunar (625), Murad (607) adları yer alıb.

    Qız uşaqlarına qoyulan adlar siyahısında ilk onluqda Melisa (1 073), Zeynəb (1 015), Məryəm (1 014), Nilay (993), Aylin (964), Ayla (944), Zəhra (942), İnci (846), Alisa (835), Fatimə (715) yer alıb.

    Son beş ildə oğlanlara ən çox Uğur (8 721), qızlara isə Zəhra (7 629) adı qoyulub.

  • Еще два азербайджанских боксера вышли в полуфинал чемпионата Европы

    В столице Венгрии Будапеште завершился этап 1/4 финала чемпионата Европы по боксу среди спортсменов до 23 лет.

    По итогам прошедших поединков еще два представителя сборной Азербайджана пробились в полуфинал.

    Субхан Мамедов (50 кг) продемонстрировал превосходство над итальянским спортсменом Сальватором Аттративо, одержав победу во всех трех раундах со счетом 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). В полуфинальном поединке азербайджанский боксер встретится с представителем Ирландии Луисом Руни.

    Сабухи Ализаде (+90 кг) также завершил бой в 1/4 финала в свою пользу. Воспитанник Гянджинской школы бокса одержал полную победу над Ильей Зиньковским (Украина) во втором раунде. На пути к финалу представитель Азербайджана проведет бой против Марко Перковича (Хорватия).

    Таким образом, число наших спортсменов, вышедших в полуфинал чемпионата Европы, увеличилось до трех. Ранее это право завоевал Таги Насибов (60 кг).

    Отметим, что боксеры, вышедшие в полуфинал, обеспечили себе как минимум одну бронзовую медаль. Поединки этого этапа пройдут 28 ноября.

  • Avropa çempionatı: Azərbaycanın daha iki boksçusu yarımfinala yüksəlib

    Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

    Döyüşlərin yekununa əsasən, Azərbaycan millisinin daha iki idmançısı yarımfinala yüksəlib.

    Sübhan Mamedov (50 kiloqram) Salvator Attrattivonu (İtaliya) hər 3 raundda məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, yarımfinalda Luis Runi (İrlandiya) ilə üz-üzə gələcək.

    Səbuhi Əlizadə (+90 kiloqram) də 1/4 final döyüşünü öz xeyrinə bitirib. Gəncə boks məktəbinin yetirməsi İliya Zinkovskiyə (Ukrayna) ikinci raundda tam üstünlüklə qalib gəlib. Boksçumuz finala gedən yolda Marko Perkoviçi (Xorvatiya) sınağa çəkəcək.

    Beləliklə, Avropa çempionatında yarımfinala yüksələn idmançılarımızın sayı 3-ə yüksəlib. Daha öncə Tağı Nəsibov (60 kq) bu hüquqa yiyələnib.

    Qeyd edək ki, yarımfinala vəsiqə qazanan boksçular özləri üçün azı bürünc medalı təmin ediblər. Bu mərhələnin görüşləri noyabrın 28-də olacaq.

  • Пашинян: Диалог между армянами и азербайджанцами нацелен на изменение риторики

    Диалог между армянами и азербайджанцами нацелен на изменение риторики.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом в беседе с журналистами 27 ноября заявил премьер-министр Армении Никол Пашинян.

    По его оценке, две встречи экспертов не могут решить все проблемы. Он добавил, что должен быть процесс, чтобы произошли изменения.

    “Отсутствие диалога приводит к тому, что жители Армении видят, что в риторике определенных кругов Азербайджана ничего не меняется, а азербайджанцы видят, что, по их оценке, в риторике определенных кругов Армении также ничего не меняется”, – отметил Пашинян.

  • Nikol Paşinyan: “Ermənilər və azərbaycanlılar arasında dialoq ritorikanı dəyişdirməyə yönəlib”

    “Ermənilər və azərbaycanlılar arasında dialoq ritorikanı dəyişdirməyə yönəlib”.

    Median.Az Ermənistan mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 27-də jurnalistlərlə söhbəti zamanı bildirib.

    Erməni baş nazirin fikrincə, ekspertlərin iki görüşü 37 illik münaqişənin bütün problemlərini həll edə bilməz, dəyişikliklərin baş verməsi üçün proses olmalıdır.

    “Dialoqun olmaması nəticəsində Ermənistan sakinləri elə düşünürlər ki, Azərbaycanın müəyyən dairələrinin ritorikasında heç nə dəyişməyib, azərbaycanlılar isə hesab edirlər ki, Ermənistanın müəyyən dairələrinin ritorikasında heç nə dəyişməyib”, – deyə Paşinyan vurğulayıb.