Month: November 2025

  • “Food Factory”də tanışının kartından 15 500 manat oğurladı

    “Food Factory” kulinariya və şirniyyat evində oğurluq baş verib.

    Qaynarinfo xəbər verir ki, müştərilərdən biri tanışı olan digər müştərinin mobil telefonundakı bank tətbiqinə daxil olaraq oradan öz hesabına 15 500 manat pul köçürüb.

    Zərəçəkmişin şikayəti əsasında həmin şəxs saxlanılıb. Məlum olub ki, saxlanılan Cəsarət İbadov (şərti) başqa bir şəxsə qarşı da dələduzluq əməli törədib.

    O, həmin şəxsə hərraca çıxarılmış “Çinar” soyuducu zavodunun 8000 manata, “Niva” markalı avtomobilin isə 5000 manata alınmasında ona köməklik ecəcək. Zərəçəkmiş Cəsarət İbadova inanaraq onun kart hesabına 13 000 manat pul göndərib. Lakin o, verdiyi vədi yerinə yetirməyib. Cəsarət İbadov dələduzluq cinayəti üzrə dəymiş ziyanı ödədiyindən və tərəflər barışdığından işə xitam verilib.

    Oğurluq faktı ilə bağlı isə ona Cinayət Məcəlləsinin 177.2.3-1 (Oğurluq – elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) və 177.2.4-cü (Oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

    Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Sahilə Bağırovanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Cəsarət İbadov verilmiş ittiham üzrə özünü təqsirli bilib.

    Məhkəmənin hökmü ilə ona 2 il 10 ay müddətə azadlığın məhdudlaşdırılmasına cəzası təyin edilib. Onun şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 8 ay 9 gün müddət bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 5 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Parlament prospektində yeni piyada keçidi istifadəyə verilib

    Parlament prospektində eynisəviyyəli nizamlanan piyada keçidi təşkil edilib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, nəticədə ərazidə təhlükəsizlik səviyyəsi artırılıb, piyadaların rahatlığı təmin olunub.

  • Əməkdar artistə ağır itki

    Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyevə ağır itki üz verib.

    Bu barədə sənətşünas Turan Etibaroğlu məlumat verib.

    O bildirib ki, aktyorun anası Rəfiqə xanım vəfat edib.

    Allah rəhmət eləsin!

  • Sabiq komitə sədri direktor vəzifəsindən çıxarıldı

    “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin “Naxçıvan Yol Təmir Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru işdən çıxarılıb.

    Qaynarinfo-nun məlumatına görə, Muxtərov Cəfər Məhərrəm oğlu müvafiq əmrlə vəzifəsindən azad olunub. Onu MMC-nin direktor müavini Hidayət İmanov əvəz edir.

    Qeyd edək ki, Cəfər Muxtərov vaxtilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışıb. 2016-cı ildə Ali Məclisin o vaxtkı sədri Vasif Talıbov tərəfindən vəzifəsindən azad edilib.

    Xatırladaq ki, bu ilin fevral ayında “Şərur Yol Təmir Tikinti İstismar” MMC, “Culfa Yol Təmir Tikinti İstismar” MMC, “Kəngərli Yol Təmir İstismar” MMC, “Babək Yol Təmir İstismar” MMC, “Sədərək Yol Təmir İstismar” MMC, “Şahbuz Yol Təmir İstismar” MMC, “Ordubad Yol Təmir İstismar” MMC “Naxçıvan Yol Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşdirilib. MMC-nin qanuni təmsilçisi Muxtərov Cəfər Məhərrəm oğlu seçilmişdi.

  • Mikayıl Cabbarov bu vəzifəyə yenidən seçildi

    Azərbaycan Güləş Federasiyasının (AGF) ümumi yığıncağı keçirilib.

    Tədbirdə AGF prezidenti vəzifəsinə səsvermə həyata keçirilib.

    Mikayıl Cabbarov növbəti 4 il üçün yenidən federasiyanın prezidenti seçilib.

    Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev isə növbəti dəfə vitse-prezident vəzifəsinə seçilib.

    Həmçinin İcraiyyə Komitəsinin üzvləri səsvermə yolu ilə müəyyənləşiblər: Mikayıl Cabbarov, Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov.

  • Суд в Екатеринбурге оставил под арестом братьев Сафаровых

    Свердловский областной суд (Россия) оставил под арестом до 29 декабря уроженцев Азербайджана Аяза Сафарова, Бакира Сафарова и Кямала Сафарова, обвиняемых в соучастии в убийстве.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом сообщили в пресс-службе судов Свердловской области.

    Кроме них, в СИЗО до 29 декабря останется Мазахир Сафаров, однако он ранее не обжаловал свой арест – по данным источника “Коммерсантъ-Урал”, он дал показания против соучастников. Другие фигуранты вину отрицают.

    27 июня в Екатеринбурге прошли массовые задержания азербайджанцев. Всего в отдел доставили свыше 50 человек. Двое скончались после того, как к ним ворвались полиция и спецназ. Это братья Гусейн и Зияддин Сафаровы. Еще двое фигурантов – Азиз Абасов и Кямал Сафаров – были помещены в больницу в тяжелом состоянии.

  • Yekaterinburq məhkəməsi Səfərov qardaşlarını həbsdə saxladı

    Rusiyanın Sverdlovsk vilayət məhkəməsi qətldə iştirakda ittiham olunan Azərbaycan vətəndaşları Ayaz Səfərov, Bəkir Səfərov və Kamal Səfərovu dekabrın 29-dək həbsdə saxlayıb.

    Median.Az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin mətbuat xidməti məlumat verib.

    Onlarla bərabər, Məzahir Səfərov da dekabrın 29-na qədər təcridxanasında qalacaq, lakin o, daha əvvəl həbs olunmasına etiraz etməyib.

    “Kommersant-Ural” nəşrinin mənbəyinin məlumatına görə, Məzahir Səfərov ifadə verərək öz cinayət ortaqlarını ifşa edib. İşin digər iştirakçıları günahlarını inkar ediblər.

    Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda azərbaycanlılar kütləvi həbs ediliblər. Ümumən 50-dən çox adam polis şöbəsinə gətirilib. Polis və xüsusi təyinatlıların basqınından sonra iki nəfər – Hüseyn və Ziyəddin Səfərov qardaşları vəfat ediblər. Digər iki şəxs – Əziz Abasov və Kamal Səfərov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

  • 10 il sonra qətlə görə tutulmuşdu – Hökm oxundu (FOTO)

    Ukraynanın Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qətlində təqsirləndirilən İlham Məmmədova hökm oxunub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.

    Bildirilib ki, cinayət hadisəsi 2015-ci ilin avqustunda törədilib. Ukrayna vətəndaşı, 1992-ci ildə Luqanskda doğulmuş Naim Balakişi oğlu Allahverdiyev və 1973-cü il təvəllüdlü İlham Qalib oğlu Məmmədov İ.Tağıyevə qarşı bir neçə dəfə quldurluq və soyğunçuluq əməli törətdikdən sonra onu qətlə yetiriblər.

    Həmin ərəfədə N. Allahverdiyev tutulsa da, İ.Məmmədov qaça bilib. İlham Məmmədov 10 il sonra, bu ilin fevralında tutulub.

    Qeyd edilib ki, bu cinayətlə bağlı daha əvvəl Ukraynada iki erməniəsilli şəxs də saxlanılıb.

    Bu qrupun daha iki azərbaycanlı iş adamı Vüqar Nuruşov və Təbriz Ələkbərovu da öldürdüyü iddia edilib.

    Məhkəmə İlham Məmmədovu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11, 126.3, 178.2.2, 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5, 181.3.3, 182.3.3-cü maddələri üzrə təqsirli bilib. Ona 18 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Qeyd edək ki, 2016-cı ildə ovaxtkı baş prokuror Zakir Qaralov ukraynalı həmkarı Yuriy Lutsenkoya həmin ölkədə azərbaycanlı sahibkarların qətli ilə bağlı müraciət etmişdi.

    Fotoda İlham Tağıyev



  • Restoranda baytarlıq nəzarəti olmadan saxlanılan heyvanlar aidiyyəti üzrə təhvil verilib

    Təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə epizootoloji komissiyanın üzvləri ilə birgə Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yerləşən “Fədək” restoranında monitorinq keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, monitorinq zamanı restoranda müəyyən edilmiş quşlara baytar həkim tərəfindən kliniki baxış keçirilib və aidiyyəti üzrə təhvil verilib. Ərazi dezinfeksiya, dezinseksiya və deratizasiya olunaraq müvafiq tədbirlər görülüb.

  • Bu imtahan ödənişli olacaq – Baş nazirdən qərar

    “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydası və sınaq imtahanında iştirak haqqı müəyyənləşib

    Nazirlər Kabineti bu barədə qərar verib.

    “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydasının, o cümlədən sınaq imtahanında iştirak haqqının məbləğinin və davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmi”inin təsdiqlənməsi barədə qərara əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiya imtahanının sınaq imtahanında iştirak haqqının məbləği tibb və ya səhiyyə ixtisasları üzrə ali təhsili olan tibb mütəxəssisləri üçün 35 manat, orta ixtisas təhsili olan tibb mütəxəssisləri üçün 25 manat təsdiq edilib.

    Davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmi hər il orta hesabla 50 kredit olmaqla 5 il ərzində minimum 250 kredit təsdiq edilib. Bu Qərar qüvvəyə mindiyi günədək sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddəti başa çatmamış tibb mütəxəssisləri minimum 250 kreditdən hər il üzrə nəzərdə tutulmuş orta illik hesabla 50 krediti topladıqda, sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddətinə bir ildən az qalmış tibb mütəxəssisləri 50 krediti topladıqda şəhadətnamə əldə etməlidirlər.