Month: November 2025

  • Müxtəlif dövrlərdə xəstəliklə bağlı əsgərlikdən möhlət alanlar yenidən yoxlanılır

    Müxtəlif illərdə hərbi xidmətə çağırışla bağlı möhlət hüququ alan şəxslərin sağlamlıq vəziyyəti yenidən yoxlanılır.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayev vətəndaş cəmiyyətinin üzvləri ilə görüşü zamanı deyib.

    O bildirib ki, son bir il ərzində müxtəlif dövrlər üzrə hərbi xidmət çağırışla bağlı müəyyən xəstəliklərlə bağlı möhlət hüququ alan şəxslər arasında təkrar yoxlanışdan sonra səhhətində ciddi problem aşkarlanmayanlar hərbi xidmətə cəlb olunur.

  • ABŞ-də sığınma prosesi müvəqqəti dayandırıldı

    ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətləri (USCIS) Direktoru Joseph Edlow ölkədə bütün sığınma müraciətlərinə dair qərarların müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

    Median.Az xəbər verir ki, Edlow sosial media hesabında bildirib ki, “USCIS hər bir xaricinin müraciətini ən yüksək səviyyədə incələyib yoxladığından əmin olana qədər bütün sığınma qərarlarını dayandırıb. Amerika xalqının təhlükəsizliyi həmişə birinci yerdədir”.

    Mütəxəssislər qərarın miqrasiya proseslərinə təsirini izləyir və ABŞ-da sığınma müraciətlərinin müvəqqəti dayandırılmasının gələcəkdəki prosedurlar üçün nümunə ola biləcəyini qeyd edirlər.

  • Bakı-Moskva-Tehran üçtərəfli saziş imzalayıb

    Azərbayca, Rusiya və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin genişləndirilməsi ilə bağlı yeni üçtərəfli saziş imzalayıblar.

    Ölkə.az “mehr”ə istinadən xəbər verir ki, MDB sammiti çərçivəsində İran, Rusiya və Azərbaycan dəmir yollarının rəhbərləri uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə dair anlaşma memorandumu imzalayıblar.

    Nəşrin məlumatına görə, MDB Nəqliyyat Şurasının 83-cü iclası 15 üzv dövlətin rəhbərləri və nümayəndə heyətlərinin iştirakı ilə Bakıda keçirilib.

    Bu memorandum Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin qərb marşrutu üzrə yükdaşımaları üçün sabit qiymətlərin müəyyən edilməsi, rəqabətqabiliyyətli vahid tariflərin müəyyən edilməsi və logistik xidmətlərin genişləndirilməsi kimi sahələri əhatə edir.

    “Bu memorandum çərçivəsində üç ölkə sabit və qarşılıqlı faydalı ikitərəfli və çoxtərəfli əməkdaşlığa sadiqliklərini təsdiqləyib və Şimal-Cənub Dəhlizinin qərb marşrutunu aktiv regional tranzit marşrutuna çevirməyi qarşıya məqsəd qoyublar”, -nəşr yazıb.

  • Pambıq çubuqlarla qulaq təmizləmək karlığa səbəb ola bilər

    Qulaqları pambıq çubuqlarla təmizləmək karlığa səbəb ola bilər.

    Median.Az “The Daily Mail”ə istinadla xəbər verir ki, bu barədə həkim Suraj Kukadia danışıb.

    Həkim pambıq çubuqlarının istifadəsini əsas qulaq gigiyena səhvi kimi müəyyən edib. O izah edib ki, onlar qulaq kirini yaxşı təmizləmir, lakin qulaq kanalına asanlıqla zərər verə və hətta eşitmənin tam itkisinə səbəb ola bilər. “Bu, daxili qulaqdakı kokleanın tük hüceyrələrinin zədələnməsi səbəbindən baş verir. Əvvəlcə tinnitus qalan tük hüceyrələrinin həddindən artıq gərginləşməsi səbəbindən görünür. Nəticədə bu, xroniki eşitmə itkisinə səbəb olur”.

    Bundan əlavə, pambıq çubuqlarının istifadəsi infeksiyaya və qulaq pərdəsinin zədələnməsi səbəbindən müvəqqəti eşitmə itkisinə səbəb ola bilər. Həkim vurğulayıb ki, düzgün qulaq gigiyenası qulaqların içini təmizləməyi tələb etmir. Sadəcə xarici qulağı su ilə yaxalamaq və ya həkimlə məsləhətləşdikdən sonra xüsusi qulaq damcılarından istifadə etmək kifayətdir.

  • Salyanda yol qəzası olub, xəsarət alan var

    Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın Mil-Muğanbürosunun məlumatına görə, Ələt–Astara magistralının Salyandan keçən hissəsində avtomobil qəzası qeydə alınıb.

    Masallıdan Bakıya hərəkət edən “Ford” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə ağır xəsarət alan “Ford”un sürücüsü Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
    Faktla bağlı araşdırma aparılır.

  • Məsim Məmmədov: “Laçın şəhərində konqres-konsert zalının tikintisi planlaşdırılır”

    “Laçın şəhərində konqres-konsert zalının tikintisi planlaşdırılır. Ümid edirəm ki, gələcək əməkdaşlıq kontekstində kino sənayesinə sərmayə qoyulacaq və faydasını da görəcəyik”.

    Oxu.az-ın Laçına ezam olunan əməkdaşının məlumatına görə, bunu Laçın şəhərində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Mədəniyyət Nazirliyi və Xüsusi nümayəndəliyin təşkilatçılığı ilə keçirilən “MDB ölkələrində müasir kino istehsalının inkişafı” adlı dəyirmi masada çıxışı zamanı deyib.

    Xüsusi nümayəndə bildirib ki, Laçın şəhəri kino sahəsində Qarabağın mədəni irsini təbliğ edən ilk məkanlardan biridir:

    “Laçın şəhəri üçün bir il ərazində MDB-nin mədəniyyət paytaxtı kimi çıxış etmək böyük şərəfdir. Əlbəttə ki, Laçında kino sənayesinin artıq inkişaf etdiyini demək üçün çox tezdir. Lakin müəyyən işlər görülür, inkişaf üçün addımlar atılır. Məsələn, ilk növbədə, biz şəhərdə kinoteatrı və kinopavilyonu bərpa etmişik. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Laçındakı “Hoçazfilm” yaradıcılıq studiyasında artıq 2 film çəkilib”.

  • AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb

    Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparılıb.

    APA-nın xəbərinə görə, bu, DTX-da aparılan araşdırma çərçivəsində həyata keçirilib.

    Qeyd edək ki, bu gün AXCP sədri Əli Kərimlinin də evində axtarış aparılıb.

    Bu tədbirlər Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

  • AZAL “Airbus” təyyarələri ilə bağlı mümkün gecikmə ehtimalına münasibət bildirib

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) “Airbus” markalı sərnişin təyyarələri ilə bağlı mümkün gecikmə ehtimalına münasibət bildirib.

    Median.Az xəbər verir ki,aviaşirkətdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, “Airbus” şirkətindən rəsmi direktivlər daxil olan kimi təyyarə parkında operativ şəkildə texniki yoxlamalar aparıb.

    Yoxlamanın nəticələrinə əsasən, korreksiya tədbirlərinin görülməsi tövsiyə olunan üç təyyarə müəyyən edilib. Tövsiyələrə uyğun olaraq həmin təyyarələrin proqram təminatı əvvəlki stabil versiyaya qaytarılıb.

    Direktivləri “Airbus” A320 ailəsinə aid təyyarələrin idarəetmə sistemi ilə bağlı müəyyən nasazlıqlar aşkarlanandan sonra göndərib. İstehsalçının məlumatına görə, güclü günəş şualanması zamanı uçuşun idarə olunmasıda istifadə edilən bəzi məlumatlarda təhrif yarana bilər. Bununla əlaqədar olaraq, proqram təminatının növbədənkənar yenilənməsi başlanılıb və hava gəmisinin istismarçılarına müvafiq göstərişlər verilib.

    AZAL bütün texniki məsələləri vaxtında və tam şəkildə həll edib. Hazırda aviaşirkətin bütün təyyarələri ştat rejimdə fəaliyyət göstərir.

    AZAL üçün uçuşların təhlükəsizliyi hər zaman əsas prioritet olaraq qalır. Aviaşirkətin reysləri istehsalçının tələblərinə və beynəlxalq mülki aviasiya standartlarına tam uyğun şəkildə yerinə yetirilir.

  • Airbus 6 min təyyarəsini geri çağırır: Qlobal uçuş şəbəkəsi təhlükədə

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) “Airbus” markalı sərnişin təyyarələri ilə bağlı mümkün gecikmə ehtimalına münasibət bildirib.

    Median.Az xəbər verir ki,aviaşirkətdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, “Airbus” şirkətindən rəsmi direktivlər daxil olan kimi təyyarə parkında operativ şəkildə texniki yoxlamalar aparıb.

    Yoxlamanın nəticələrinə əsasən, korreksiya tədbirlərinin görülməsi tövsiyə olunan üç təyyarə müəyyən edilib. Tövsiyələrə uyğun olaraq həmin təyyarələrin proqram təminatı əvvəlki stabil versiyaya qaytarılıb.

    Direktivləri “Airbus” A320 ailəsinə aid təyyarələrin idarəetmə sistemi ilə bağlı müəyyən nasazlıqlar aşkarlanandan sonra göndərib. İstehsalçının məlumatına görə, güclü günəş şualanması zamanı uçuşun idarə olunmasıda istifadə edilən bəzi məlumatlarda təhrif yarana bilər. Bununla əlaqədar olaraq, proqram təminatının növbədənkənar yenilənməsi başlanılıb və hava gəmisinin istismarçılarına müvafiq göstərişlər verilib.

    AZAL bütün texniki məsələləri vaxtında və tam şəkildə həll edib. Hazırda aviaşirkətin bütün təyyarələri ştat rejimdə fəaliyyət göstərir.

    AZAL üçün uçuşların təhlükəsizliyi hər zaman əsas prioritet olaraq qalır. Aviaşirkətin reysləri istehsalçının tələblərinə və beynəlxalq mülki aviasiya standartlarına tam uyğun şəkildə yerinə yetirilir.

  • В доме Али Керимли проведен обыск в рамках уголовного дела против Рамиза Мехтиева

    Служба государственной безопасности (СГБ) провела обыски в доме председателя партии “Народный фронт Азербайджана” (ПНФА) Али Керимли.

    По данным oxu.az, расследование в отношении А.Керимли проводится в рамках уголовного дела против бывшего главы Администрации Президента Рамиза Мехтиева.

    Отметим, что сам Али Керимли задержан не был.