Month: November 2025

  • “Ramiz Mehdiyev işi” ilə əlaqədar Əli Kərimlinin evində axtarış aparılıb

    Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin yaşadığı mənzildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən axtarış aparılıb.

    Median.Az-ın əldə etdiyi məlumata görə, Əli Kərimli barəsində araşdırma Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.

    Əldə etdiyimiz məlumata görə, Ə.Kərimli saxlanılmayıb.

  • İstanbuldan Bakıya 2 milyonluq qızıl-brilyant keçirmək istədilər – Fotolar

    İstanbuldan Bakıya külli miqdarda qızıl məmulatlarının qanunsuz yollarla keçirilməsi cəhdinin qarşısı alınıb.

    Median.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının “Terminal 1”- gömrük postunun gömrük nəzarəti zonasında əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.

    Yoxlama zamanı çamadanın içərisindən gömrük orqanına bəyan edilməyən, xüsusilə külli miqdarda, 2 milyon 440 min 344 manat dəyərində, ümumi kütləsi 10 kiloqram 883,82 qram təşkil edən qızıldan hazırlanmış məmulatlar və 0,60 qram çəkidə 3 karat brilyant qaş aşkar olunub.

    Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.

    Müəyyən edilib ki, qeyd olunan qızıl məmulatları izi azdırmaq məqsədilə Dubaydan İstanbula, oradan isə digər şəxs tərəfindən Bakıya gətirilib.

    Hazırda qeyd olunan faktda iştirakları olan bütün şəxslərin, eləcə də bu halın baş verməsinə şərait yaradan şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Танкер Virat вновь подвергся атаке беспилотников у берегов Турции

    Танкер Virat под флагом Гамбии вновь подвергся нападению с использованием беспилотников у берегов Турции.

    Как передает Median.Az, об этом сообщил со ссылкой на источники телеканал NTV.

    Ранее поступила информация о том, что на танкере в пятницу вечером возник пожар, предположительно, после поражения беспилотным летательным аппаратом. Все находившиеся на борту судна 20 членов экипажа были эвакуированы.

    По данным NTV, в субботу утром стало известно о том, что танкер Virat получил небольшие повреждения на правом борту над ватерлинией в результате новой атаки беспилотных морских аппаратов.

    Минтранс Турции подтвердил информацию о нападении на танкер.

    “По имеющимся сведениям, пожара на судне нет, состояние здоровья экипажа хорошее. Спасательные команды находятся на безопасном расстоянии от судна, поскольку с него не поступало никаких запросов”, – говорится в сообщении ведомства.

    Virat находится в 35 морских милях от турецкого побережья в Черном море. В пятницу вечером пожар возник и на танкере Kairos, также у берегов Турции, на его борту были 25 моряков. Министр транспорта и инфраструктуры республики Абдюлькадир Уралоглу не исключил, что оба инцидента произошли из-за внешнего вмешательства, возможно подрыва на мине или нападения с использованием дрона. Оба судна следуют в Новороссийск, нефти у них на борту нет.

  • Türkiyə sahillərində “Virat” tankeri yenidən hücuma məruz qalıb

    Qambiya bayrağı altında üzən “Virat” tankeri Qara dənizin Türkiyə sahillərində pilotsuz dəniz aparatlarından (PUA) istifadə edilməklə yenidən hücuma məruz qalıb.

    Median.Az bildirir ki, bu barədə məlumatı NTV telekanalı mənbələrə istinadən verir.

    Məlumata görə, noyabrın 29-da səhər saatlarında yenidən hücuma məruz qalmış tankerin su xəttinin üzərindəki sağ bort kiçik zədə alıb.

    Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumatı təsdiqləyib. Qurum gəmidə yanğının baş vermədiyini, ekipaj üzvlərinin səhhətinin yaxşı olduğunu bəyan edib.

    Daha əvvəl cümə günü gecə saatlarında tankerdə ehtimal ki, pilotsuz uçuş aparatının zərbəsindən sonra yanğın baş verdiyi barədə məlumat daxil olmuşdu. Gəmidəki 20 ekipaj üzvünün hamısı təxliyə edilmişdi.

  • Yanğında həlak olan Könül Vəlibəylinin qızının vəziyyəti açıqlandı

    Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğında xəsarət alan 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq “Yeni klinika”nın Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, hazırda pasiyentin vəziyyəti ağır stabildir:

    “Ağciyər göstəricilərində az müsbət dinamika izlənilir”.

    Məlumat üçün bildirək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

    Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib.

  • Azərbaycanda bu xəstəlik yayılıb – Bunları edin

    Son zamanlar həm dünyada, həm də ölkəmizdə respirator (tənəffüs yolu) və qastrointestinal (mədə-bağırsaq) infeksiyalarının sayında əhəmiyyətli bir artım qeydə alınır. Həkimlər bu vəziyyətin, mövsüm keçidi, iqlim dəyişikliyi, sosial məsafənin azalması və yeni virus variantlarının yayılması kimi bir neçə amillə əlaqəli ola biləcəyini bildirirlər.

    İnfeksionist-hepatoloq Mərdan Əliyev açıqlamasında deyib ki, hazırda kəskin respirator virus infeksiyaları çox yayılıb:

    “Tənəffüs yolu infeksiyaları həm uşaqlar, həm də böyüklər arasında geniş yayılıb. Bu infeksiyalar adətən bir neçə gün davam edən qızdırma ilə müşahidə olunur və nisbətən ağır keçir. Ümumiyyətlə, ağır keçən virus infeksiyalarının böyük hissəsi qrip olur. El arasında bütün respirator infeksiyalara “qrip” deyilir. Amma qrip virusu ayrı bir infeksiyadır. Burun axması və tutulması kimi zökəm əlamətləri isə müşahidə olunmur. Hətta kənardan baxanda insanın qrip olduğunu anlamaq çətindir. Bununla yanaşı, digər virus infeksiyaları da mövcuddur və payız mövsümü başlayandan ard-arda bu infeksiyalarla rastlaşırıq”.

    Ekspert bildirib ki, insanlar arasında yayılan bir sıra viruslar mövcuddur:

    “Rinovirus – ən çox rast gəlinən və daha yüngül keçən formadır. Burun axması, tutulması, öskürək və az qızdırma ilə müşahidə olunur. Böyüklərdə bəzən ümumiyyətlə qızdırma qeydə alınmır.
    Adenovirus – burada gözlərdə qızartı müşahidə olunur. Burun axması, burun tutulması və qızdırma ilə keçir.
    Paraqrip – bu da başqa bir virus infeksiyasıdır və yüksək qızdırma verə bilir.
    Respirator-sinsitial virus (RSV)- xüsusilə uşaqlarda daha ağır keçir. Öskürəklə, boğulma tutmaları ilə müşahidə olunur və qızdırma verə bilər.
    Rotavirus – daha çox bağırsaq infeksiyasıdır. Uşaqlarda qusma və qarın işləməsi ilə müşahidə olunur. Böyüklərdə də rast gəlinə bilər. Bir neçə gün davam edən qızdırma, qusma və ishal halları olur. Uşaqlar çox vaxt nə yeyə, nə içə bilirlər. Maye qəbul etdikdə belə qusma baş verir. Payızın gəlməsi, günəş aktivliyinin azalması, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların yayılmasına səbəb olur”.

    İnfeksionist xəstəlikdən qorunmağın yollarını da vurğulayıb:

    “İlk növbədə çox insanın toplandığı yerlərdə mümkün qədər az olmaq lazımdır. Çünki qapalı məkanlarda insanlar arasında mütləq 1–2 nəfər xəstə olur və onlardan yoluxma daha asandır. Belə yerlərdə maskadan istifadə etmək tövsiyə edilir. Belə infeksiyalar hava-damcı yolu ilə yayılır və maska yoluxma riskini azaldır. Üçüncü məsələ əl gigiyenasıdır. Çünki infeksiyalar təkcə hava yolu ilə deyil, kontakt yolu ilə də keçir. Xəstə şəxslə təmasdan sonra əlləri yumaq vacibdir. Bundan əlavə, immun sistemini güclü saxlamaq vacibdir. Axşamlar meyvə yemək, xüsusən alma və kivi tövsiyə olunur. Kivi C vitamini ilə zəngindir və araşdırmalara görə, kivi bu xəstəliklərin simptomlarını azaldır və daha yüngül keçməsinə səbəb olur. Eyni zamanda, D vitamini çatışmazlığı varsa, D vitamini qəbul etmək də respirator infeksiyaların daha yüngül keçməsinə kömək edir”.//azxeber

  • ABŞ-də 10 uşaq COVID-19 peyvəndinin vurulması nəticəsində ölüb

    ABŞ-də azı 10 uşaq COVID-19 əleyhinə peyvəndin vurulması nəticəsində ölüb.

    Median.Az bildirir ki, bu barədə məlumatı “The New York Times” qəzeti ABŞ Qida və Dərman Administrasiyasının (FDA) xidməti sənədinə istinadən verib.

    Ölümün bilavasitə səbəbinin ürək əzələsinin iltihabı olduğu müəyyən edilib.

    Sənəddə ölənlərin yaşı və onlarda hər hansı bir sağlamlıq problemlərinin olması barədə məlumat verilmir.

    Peyvəndi istehsal edən şirkətin adı da qeyd edilməyib.

  • Причал Каспийского трубопроводного консорциума поврежден при атаке ВСУ в Новороссийске

    Каспийский трубопроводный консорциум (КТК) сообщил о значительных повреждениях одного из своих выносных причалов – ВПУ-2 – в результате атаки безэкипажных катеров (БЭК) в акватории морского терминала, передает Median.Az.

    Инцидент произошел 29 ноября 2025 года в 04:06 мск (05:06 по Баку – ред.). По данным компании, после взрыва капитан морского порта Новороссийск приостановил все погрузочные операции, а танкеры были отведены за пределы акватории. Пострадавших среди персонала и подрядчиков не зафиксировано.

    Аварийная система защиты перекрыла соответствующие трубопроводы, благодаря чему нефтяные загрязнения в Черном море, по предварительным данным, не наблюдаются. Ведется отбор проб морской воды и экологический мониторинг, а также действует план по предупреждению и ликвидации аварийных разливов нефти и нефтепродуктов (ЛАРН).

    В КТК отметили, что дальнейшая эксплуатация ВПУ-2 невозможна, и отгрузки на терминале будут возобновлены только после устранения угроз со стороны беспилотных и безэкипажных катеров. Компания подчеркнула, что атака на инфраструктуру стала уже третьим актом агрессии против ее гражданских объектов, находящихся под защитой международного права. До этого пострадали нефтеперекачивающая станция “Кропоткинская” и административный офис КТК в Новороссийске.

    КТК объединяет крупнейшие предприятия ТЭК России, США, Казахстана и ряда стран Западной Европы, обеспечивая транспортировку нефти с месторождений Тенгиз, Кашаган и Карачаганак. В 2024 году объем перевалки достиг около 63 млн тонн, при этом почти три четверти приходились на зарубежных грузоотправителей, включая Тенгизшевройл, ЭксонМобил, Казмунайгаз, Эни и Шелл.

  • Pilotsuz katerlərin hücumu nəticəsində Xəzər Boru Kəməri Konsorsiumunun qurğusu zədələndi

    Xəzər Boru Kəməri Konsorsiumu dəniz terminalının akvatoriyasında pilotsuz katerlərin hücumu nəticəsində yanalma qurğularından birinin əhəmiyyətli dərəcədə zədələndiyi barədə məlumat yayıb.

    Median.Az xəbər verir ki, hadisə noyabrın 29-da saat 04:06-da (Bakı vaxtı ilə 05:06-da – red.) baş verib.

    Şirkətin məlumatına görə, partlayışdan sonra Novorossiysk dəniz limanının kapitanı bütün yükləmə əməliyyatlarını dayandırıb və tankerlər akvatoriyadan kənara aparılıb.

    İşçilər və podratçılar arasında zərərçəkən olmayıb.

  • Maradonanın nəvəsi Messini babasından daha üstün hesab edir

    Əfsanəvi futbolçu Maradonanın nəvəsi Benyamin Messinin babasından daha üstün olduğunu deyib.

    Median.Az xəbər verir ki, Benyamin “Messi, yoxsa Maradona?” sualına birincinin adını çəkməklə cavab verib.

    O buna səbəb kimi Messini canlı olaraq izlədiyini lakin babasının oyununu izləmədiyini vurğulayıb.

    Qeyd edək ki, Benyamin “Mançester Siti”nin və Argentina millisinin sabiq hücumçusu Serxio Aqueronun oğludur. Lionel Messi isə Benyaminin xaç atasıdır.