Month: November 2025

  • Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin dördillik üzvü seçilib

    Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrə üzvü seçilib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Parisdə Ümumdünya Mədəni və Təbii İrsin Qorunması üzrə 1972-ci il Konvensiyasına Tərəf Ölkələrin Baş Assambleyasının 25-ci sessiyası keçirilib.

    Tədbir çərçivəsində Ümumdünya İrs Komitəsinin 2025-2029-cu illər üzrə üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa regionu üçün ayrılmış bir yer uğrunda Azərbaycanla birgə beş ölkə mübarizə aparıb. Azərbaycan səsvermənin ilk mərhələsində 160 ölkədən 92-nin dəstəyini təmin edərək Komitəyə üzv seçilib.

    Xatırladaq ki, 21 üzv ölkədən ibarət olan Komitə UNESCO-nun Ümumdünya İrs Konvensiyasının həyata keçirilməsinə nəzarəti həyata keçirən əsas icra orqanıdır.

    Komitənin başlıca vəzifəsi UNESCO Ümumdünya İrs Siyahısının formalaşdırılması, dünya əhəmiyyətli mədəni və təbii irsin tanınması, qorunması və gələcək nəsillərə ötürülməsi üzrə fəaliyyətləri tənzimləməkdir.

    Komitə həmçinin Ümumdünya İrs Fondunun vəsaitlərinin istifadə istiqamətlərini müəyyən edir və tərəflərin müraciəti əsasında layihələrə maliyyə dəstəyi ayırır.

    Bu dəstək konservasiya işlərindən tutmuş idarəetmə planlarının hazırlanmasına, fövqəladə hallarda yardım və müvafiq strukturların potensialının gücləndirilməsi kimi önəmli sahələri əhatə edir.

    Qeyd edək ki, Azərbaycan 2015-2019-cu illərdə də UNESCO Komitəsinin üzvü olub və onun fəaliyyətlərinə əhəmiyyətli töhfələr verib.

    Eyni zamanda, 2019-cu ilin iyul ayında Komitənin 43-cü sessiyasına ev sahibliyi edib.

    “Report”un məlumatlı mənbədən əldə etdiyi xəbərə görə, Azərbaycan seçkilərdə 92 səs toplamaqla Çexiya (28 səs), Ermənistan (21 səs), Polşa (11 səs) və Sloveniyanı (9 səs) üstələyib.

  • “8-ci km” bazarında quş kəsimi yerinin fəaliyyəti dayandırılıb – Video

    Bakıda “8-ci km” bazarında qanunsuz quş kəsimi yerinin fəaliyyəti məhdudlaşdırılıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, nəzarət tədbirləri zamanı süd və süd məhsullarının, müxtəlif növ turşuların və diri balıqların satış bölmələrində məhsulların açıq şəraitdə, tələb olunan soyuducu avadanlıqlar olmadan, temperatur rejiminə əməl edilmədən və baytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib.

    Eyni zamanda, bazarın daxilində diri quşların satışı və kəsiminin qanunsuz şəkildə həyata keçirdiyi məlum olub. Aşkarlanan faktlar heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə yanaşı, ərazidə ümumi sanitariya vəziyyəti üçün də ciddi risk yaradır.

    Müəyyən edilmiş nöqsanlarla bağlı qida subyekti barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

  • Полицейские изъяли в Сумгайыте 28 кг наркотиков

    В Сумгайыте предотвращена реализация более 28 кг марихуаны, обогащенной психотропными веществами.

    Об этом сообщили в МВД.

    В ходе проведенной сотрудниками полиции операции задержаны ранее судимый 34-летний Туран Ахмедзаде и его 25-летний знакомый Орхан Абдуллаев. У них было изъято 28 кг 200 г марихуаны. Задержанные признались, что приобрели наркотики с целью дальнейшей продажи.

    По факту возбуждено уголовное дело.

  • Sumqayıtda 28 kiloqramdan çox narkotikin satışının qarşısı alınıb

    Sumqayıtda tərkibinə zərərli maddələr əlavə olunmuş 28 kiloqramdan çox narkotikin satışının qarşısı alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Turan Əhmədzadə və tanışı 25 yaşlı Orxan Abdullayev saxlanılıblar.

    Onlardan ümumilikdə 28 kiloqram 200 qram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Путин завтра отправится с госвизитом в Кыргызстан

    Президент России Владимир Путин с 25 по 27 ноября посетит Кыргызстан с государственным визитом.

    Об этом сообщил заведующий отделом внешней политики администрации президента Кыргызстана Сагынбек Абдумуталип.

    По его словам, визит состоится по приглашению президента Кыргызстана Садыра Жапарова и станет важным событием в развитии стратегического партнерства и союзнических отношений между двумя странами.

    “В ходе визита запланированы переговоры на высшем уровне, будут рассмотрены ключевые вопросы двустороннего сотрудничества, а также взаимодействие в рамках ЕАЭС, СНГ, ШОС и ОДКБ. Особое внимание будет уделено укреплению торгово-экономических связей, расширению инвестиционного и промышленного взаимодействия, развитию военно-технического и культурно-гуманитарного сотрудничества, а также вопросам региональной безопасности”, – подчеркнул Абдумуталип.

    По итогам визита планируется подписание совместного заявления глав государств и ряда двусторонних документов, направленных на углубление взаимодействия в торгово-экономической, финансовой и других сферах.

  • Putin sabah Qırğızıstana səfər edəcək

    Rusiya Prezidenti Vladimir Putin noyabrın 25-27-də Qırğızıstana dövlət səfəri edəcək.

    Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqınbek Abdumutalip bildirib.

    Onun sözlərinə görə, səfər Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə baş tutacaq və iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında mühüm hadisə olacaq.

    “Səfər çərçivəsində yüksək səviyyəli danışıqların keçirilməsi planlaşdırılır. İkitərəfli əməkdaşlığın əsas məsələləri, həmçinin Aİİ, MDB, ŞƏT və KTMT çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə ediləcək. Ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, investisiya və sənaye qarşılıqlı fəaliyyətinin genişləndirilməsinə, hərbi-texniki və mədəni-humanitar əməkdaşlığın inkişafına, həmçinin regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək”, – o vurğulayıb.

    Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının və ticari-iqtisadi, maliyyə və digər sahələrdə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

  • Şahbuzda gölməçədə 3 nəfərin boğularaq ölmələri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

    Şahbuzda gölməçədə 3 nəfərin boğularaq ölmələri ilə bağlı istintaq olunan cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

    Qeyd olunub ki, sentyabrın 4-də, saat 22 radələrində Naxçıvan şəhər sakinləri 2011-ci il təvəllüdlü Ceyran Hüseynova, anası 1983-cü il Sevinc Hüseynova və nənəsi 1947-ci il təvəllüdlü Səkinə Məmmədovanın Şahbuz rayon Ayrınc kəndində yerləşən fərdi yaşayış evində istirahətdə olarkən həyətyanı sahədə yerləşən gölməçədə kustar üsulla düzəldilmiş üzən platformanın aşması nəticəsində boğularaq ölmələri ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsində araşdırma aparılaraq cinayət işi başlanılıb.

    İbtidai istintaqla Hikmət Qurbanlının daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyət növü üzrə fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə vəzifəli şəxs kimi işə vicdansız və ya laqeyd münasibəti nəticəsində ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Hikmət Qurbanlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, yəni ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    İbtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Şahbuz Rayon Məhkəməsinə göndərilib.
    //report

  • Песков: РФ не получала информации от США об итогах переговоров по Украине

    Российская сторона пока не получала никакой официальной информации от США об итогах переговоров по Украине в Женеве.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом заявил журналистам пресс-секретарь президента РФ Дмитрий Песков.

    “Нет, мы пока не получали никакой информации. Мы, разумеется, очень внимательно отслеживаем сообщения СМИ, которые обильно шли в прошедшие несколько дней из Женевы в том числе. Но официально мы пока ничего не получили”, – сказал он.

  • Peskov: Rusiya ABŞ-dən Ukrayna üzrə danışıqların nəticələri barədə məlumat almayıb

    Rusiya tərəfi hələ ki ABŞ-dən Cenevrədə Ukrayna üzrə danışıqların nəticələri barədə heç bir rəsmi məlumat almayıb.

    Median.Az-ın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

    “Xeyr, biz hələlik heç bir məlumat almamışıq. Əlbəttə ki, biz Cenevrədən gələn KİV məlumatlarını çox diqqətlə izləyirik. Lakin rəsmi olaraq hələ heç nə almamışıq”, – o qeyd edib.

  • Azərbaycan binalarda təbii qazla işləyən avadanlıqlardan imtina edəcək

    Azərbaycan 2035-ci ilə qədər binalarda təbii qazla işləyən avadanlıqlardan imtina edərək onları bərpa olunan elektrik enerjisi (BOEM) ilə işləyən sistemlərlə əvəz etməyi planlaşdırır.

    “Report” bu barədə yenilənmiş “Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr” (NDC 3.0) hesabatına istinadən xəbər verir.

    Hesabata əsasən, binalarda elektrikli hava-su istilik nasosları və elektrik plitələrinin quraşdırılması nəzərdə tutulur. Təbii qazla işləyən sistemlərdən təxminən üç dəfə daha səmərəli olan istilik nasosları həm istilik, həm də isti su təminatını həyata keçirəcək, bununla da təbii qazdan asılılığı azaldacaq. Elektromaqnit enerjisindən istifadə edən elektrik plitələri isə qaz plitələrini əvəz edərək enerji itkisini minimuma endirəcək.

    “Binaların enerji səmərəliliyinin artırılması 2035-ci ilə qədər dekarbonizasiya hədəfinə çatmaq üçün kritik əhəmiyyət kəsb edir. lk olaraq, binaların yüksək səmərəli izolyasiya materialları – müasir istilik izolyasiyası və ikiqat şüşəli pəncərələrdən istifadə olunmaqla modernləşdirilməsi gözlənilir. Təkmilləşdirilmiş izolyasiya enerji səmərəliliyini artıracaq, qızdırma və soyutmaya olan enerji tələbatını azaldacaq.

    İkincisi, LED işıqlandırmaya keçid və yüksək səmərəli məişət texnikasının – soyuducu, paltaryuyan və qabyuyan maşınların – təşviqi enerji istehlakını daha da azaldacaq. Nəhayət, qlobal enerji standartlarına uyğun hazırlanmış yüksək səmərəli kondisioner sistemlərinin quraşdırılması daha az elektrik enerjisi sərf etməklə soyutma səmərəliliyini artıracaq”, – hesabatda vurğulanıb.

    Hesabatda qeyd edilir ki, 2035-ci ilə qədər dekarbonizasiya hədəflərinə çatmaq üçün tikinti sektorunda həm mövcud, həm də yeni binaların istilik nasosları, elektrik plitələri, müasir izolyasiya, LED işıqlandırma və enerjiyə qənaətcil cihazlarla təchiz olunması üçün böyük kapital yatırımları tələb olunacaq. İlkin xərclər yüksək olsa da, elektrikli istilik nasosları qaz qazanları ilə müqayisədə təxminən üç dəfə yüksək enerji səmərəliliyinə malik olduqları üçün əməliyyat xərclərində uzunmüddətli qənaət təmin edəcəklər.

    “Təbii qaz hazırda binalar üçün əsas enerji mənbəyidir. 2022-ci ildə yaşayış sektoru təxminən 4 milyard kubmetr, kommersiya, institusional və sənaye sektoru isə 0,5 milyard kubmetr qaz istehlak edib. Bu həcm ümumilikdə təxminən 10 milyon ton CO₂ ekvivalenti tullantıya səbəb olub və binaları ölkədə tullantıların 14 %-i ilə ikinci ən böyük mənbəyə çevirib”, – hesabatda qeyd edilib.