Month: November 2025

  • Белый дом: Обновленный проект мирного соглашения с Украиной готов

    В Женеве 23 ноября 2025 года состоялись переговоры представителей Украины и США по мирному предложению Соединённых Штатов. Переговоры прошли конструктивно и целенаправленно, подчеркнув общую приверженность достижению справедливого и долгосрочного мира.

    Об этом говорится в заявлении Белого дома по итогам женевских переговоров.

    Стороны отметили высокую продуктивность консультаций, подчеркнув значительный прогресс в согласовании позиций и определении чётких дальнейших шагов. Был подготовлен обновлённый и доработанный проект мирного соглашения, который, как заявили участники, полностью гарантирует суверенитет Украины и обеспечивает устойчивый и справедливый мир.

    Украинская делегация выразила благодарность США и лично президенту Дональду Трампу за неустанные усилия по прекращению войны и предотвращению гибели людей.

    Стороны договорились продолжить интенсивную работу над совместными предложениями в ближайшие дни и поддерживать тесный контакт с европейскими партнёрами в ходе дальнейшего процесса.

    Окончательные решения в рамках проекта будут приниматься президентами Украины и США. При этом обе стороны подтвердили готовность продолжать совместную работу для обеспечения мира, который гарантирует безопасность, стабильность и восстановление Украины.

  • Ağ Ev: Ukrayna ilə yenilənmiş sülh müqaviləsi layihəsi hazırdır

    Cenevrədə 23 noyabr 2025-ci ildə Birləşmiş Ştatların sülh təklifi ilə bağlı Ukrayna və ABŞ nümayəndələri arasında danışıqlar aparılıb. Danışıqlar konstruktiv və məqsədyönlü olub, ədalətli, davamlı sülhə nail olmaq üçün ortaq öhdəlik vurğulanıb.

    Bu barədə Cenevrə danışıqlarından sonra Ağ Evin bəyanatında bildirilib.

    Tərəflər məsləhətləşmələrin yüksək məhsuldarlığını qeyd edərək, mövqelərin uyğunlaşdırılmasında və növbəti addımların müəyyənləşdirilməsində əhəmiyyətli irəliləyişləri vurğulayıblar. İştirakçılar qeyd ediblər ki, Ukraynanın suverenliyinə tam zəmanət verən, davamlı və ədalətli sülhü təmin edən yenilənmiş, təkmilləşdirilmiş sülh müqaviləsi layihəsi hazırlanıb.

    Ukrayna nümayəndə heyəti müharibəyə son qoymaq və insan itkisinin qarşısını almaq üçün yorulmaz səylərinə görə ABŞ-yə və şəxsən Prezident Donald Trampa minnətdarlığını bildirib.

    Tərəflər yaxın günlərdə birgə təkliflər üzərində intensiv işi davam etdirmək və proses boyunca Avropa tərəfdaşları ilə sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.

    Layihə ilə bağlı yekun qərarları Ukrayna və ABŞ Prezidentləri verəcək. Eyni zamanda, hər iki tərəf Ukraynanın təhlükəsizliyinə, sabitliyinə və bərpasına zəmanət verən sülhün təmin edilməsi üçün birgə işi davam etdirməyə hazır olduğunu təsdiqləyiblər.

  • Zaqatala sakini sanatoriyada ölüb

    Naftalanda sanatoriyada ölüm hadisəsi olub.

    Hadisə Naftalan şəhərində yerləşən sanatoriyaların birində qeydə alınıb.

    Belə ki, sanatoriyada istirahət edən Zaqatala rayon sakini, 1959-cu il təvəllüdlü İ.Murtuzovun qəfildən halı pisləşib.

    Əraziyə təcili tibbi yardım briqadası çağırılsa da, onun vəfat etdiyi məlum olub.

    İlkin məlumata əsasən, İ.Murtuzov ürək çatışmazlığından dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • UEFA Gənclər Liqası: “Qarabağ” – “Napoli” oyunu çexiyalı hakimə tapşırıldı

    UEFA Gənclər Liqasının əsas mərhələsində “Qarabağ”ın U-19 komandasının İtaliyada “Napoli”yə qarşı keçirəcəyi oyunun təyinatları bəlli olub.

    Qarşılaşmanı çexiyalı hakim Dominik Starı idarə edəcək.

    Ona Lukaş Slavitsek və Jozef Suma kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.

    Qeyd edək ki, qarşılaşma noyabrın 25-də, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

  • Умер музыкант группы ABBA Ян Клинг

    Музыкант шведской группы ABBA Ян Клинг, сыгравший флейтовое вступление к песне группы Fernando, умер в возрасте 85 лет. Информацию подтвердил его сын Матиас, передает Median.Az со ссылкой на издание Aftonbladet.

    Клинг играл на духовых и лабиальных инструментах – саксофоне, флейте, кларнете. Композиции с его участием есть в альбомах ABBA Arrival (1976), Voulez-vous (1979), Super Trouper (1981) и The Visitors (1981).

    Группа ABBA была создана в 1972 году и просуществовала десять лет. У коллектива девять студийных альбомов, включая последний, вышедший в 2021 году.

    Основной состав знаменитого квартета – Бьорн Ульвеус, Анни-Фрид Лингстад, Агнета Фальтског и Бенни Андерссон. Развод двух супружеских пар внутри группы стал главной причиной распада ABBA.

  • Əfsanəvi ABBA qrupunun musiqiçisi Yan Klinq vəfat etdi

    İsveçin əfsanəvi ABBA-nın qrupunun “Fernando” mahnısına fleyta ilə giriş edən musiqiçi Yan Klinq 85 yaşında vəfat edib.

    Median.Az “Aftonbladet” nəşrinə istinadla xəbər verir ki, musiqiçinin oğlu Matias bu faktı təsdiqləyib.

    Klinq saksofon, fleyta, klarnet kimi nəfəsli alətlərdə ifa edib. Onun iştirakı ilə kompozisiyalar ABBA-nın “Arrival” (1976), “Voulez-vous” (1979), “Super Trouper” (1981) və “The Visitors” (1981) albomlarında yer alıb.

    1972-ci ildə yaradılmış ABBA qrupu on il fəaliyyət göstərib. Kollektivin doqquz studiya albomu var. Bu albomların sonuncusu 2021-ci ildə çıxıb.

    Məşhur kvartet Byorn Ulveus, Anni-Frid Linqstad, Aqneta Faltskoq və Benni Anderssondan ibarət olub. dur. Qrup daxilində iki evli cütün boşanması ABBA-nın dağılmasına gətirib çıxarıb.

  • Ceyhun Bayramov İtaliyaya yola düşüb

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Taca və İtaliyaya rəsmi səfərə yola düşüb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, nazirin noyabrın 25-27-də həyata keçirəcəyi səfər çərçivəsində Vatikanda və İtaliyada xarici işlər nazirləri, digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin, beyin mərkəzində çıxışı və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

  • Prezident İlham Əliyevin 8 yaşında çəkdiyi – Rəsm (FOTO)

    Prezident İlham Əliyevin 8 yaşında çəkdiyi rəsm yenidən sosial şəbəkələrdə gündəm olub.

    Bir neçə il əvvəl AzPost hərbi mövzuda çəkilmiş rəsmin SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Semyon Sviqunun həyat yoldaşı Rozalina Sviquna hədiyyə edildiyini yazıbmış.

    Həmin şəkildə qırmızı mürəkkəblə “Əziz və çox qiymətli Roza xalaya İlhamdan. 1969-cu il” sözləri qeyd edilib.

    Bildirilib ki, rəsm barədə illər sonra general Sviqunun nəvəsi Violetta Niçkova paylaşım edib. V.Niçkova nənəsinin Bakıda keçirdikləri illərlə bağlı generaltsvigun.ru saytında yayımlanan xatirələrində Əliyevlər ailəsi ilə dostluq münasibətlərindən bəhs edib.

    O qeyd edib ki, ailəsi Heydər Əliyevin həmin illərdə göndərdiyi təbrik məktublarını qoruyub saxlayıb: “Ailə arxivimizdə Əliyevlərin babama yazdıqları məktublar, teleqramlar bu gün də qalıb. Nənəmin Bakıda yaşadığı illərdə yazdığı gündəlikdə həmin dostluq münasibətləri barədə çoxlu maraqlı xatirələr var. Onlardan biri Heydər Əliyevin oğlu, 8 yaşlı İlhamın Sviqunlar ailəsinə göndərdiyi şəkildir”.

  • Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qaradağ rayonunun Qobustan qəsəbəsində salınmış yeni parkın açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun 60-cı kilometrliyində, yaşayış evlərinin qarşısında yerləşən yeni istirahət məkanının ümumi sahəsi 10 350 kvadratmetrdir. Qobustan qəsəbəsi sakinləri üçün sağlam və keyfiyyətli istirahət məkanı formalaşdırmaq, yaşayış mühitini daha da yaxşılaşdırmaq məqsədilə parkda geniş abadlaşdırma işləri aparılıb. Yaşıllaşdırma işləri çərçivəsində park ərazisində müxtəlif növ ağaclar, kol bitkiləri və güllər əkilib, qazon salınıb. Sakinlərin və xüsusən də uşaqların rahatlığı üçün ərazidə söhbətgahlar, uşaq oyun meydançaları quraşdırılıb, həmçinin işıq dirəkləri, oturacaqlar və zibil qabları yerləşdirilib.

    Açılış tədbiri çərçivəsində xüsusi ağacəkmə aksiyası keçirilib. Leyla Əliyeva və IDEA könüllülərinin iştirakı ilə parkın müxtəlif hissələrində sərv ağacları əkilib.

    Daha sonra Leyla Əliyeva parkdakı uşaqlara müxtəlif oyuncaqlar hədiyyə edib, onlarla birlikdə xatirə şəkilləri çəkdirib.















  • Prezident Azərbaycanla Türkiyə arasında statistika sahəsində anlaşma memorandumunu təsdiqlədi

    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında statistika sahəsində Anlaşma Memorandumu” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

    Fərmana əsasən,1-ci hissədə göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

    Qeyd edək ki, memorandum bu ilin oktyabrın 3-də Ankarada imzalanıb.