Month: November 2025

  • В Турции перевернулся перевозивший студентов автобус, есть пострадавшие

    В Бейшехирском районе провинции Конья в Турции перевозивший студентов автобус съехал с дороги и перевернулся.

    Об этом сообщает Report со ссылкой на TRT Haber.

    В результате ДТП пострадали 29 человек, которые были доставлены в Бейшехирскую государственную больницу.

    По факту начато расследование.

  • Türkiyədə tələbələri daşıyan avtobus aşıb, 29 nəfər yaralanıb

    Türkiyənin Konya əyalətinin Beyşehir rayonunda tələbələri daşıyan avtobus yoldan çıxaraq aşıb.

    “Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

    Bildirilib ki, hadisə nəticəsində 29 nəfər yaralanıb. Əraziyə təcili tibb yardım briqadaları göndərilib. Yaralılar Beyşehir Dövlət Xəstəxanasına yerləşdirilib.

    Məlumata əsasən, onların sağlıq durumları yaxşıdır.

    Konya Valiliyinin yaydığı məlumata görə, hadisə ilə bağlı istintaq başlayıb.

  • Завтра в Азербайджане осадков не ожидается

    25 ноября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Будет преобладать умеренный северо-западный ветер.

    Температура воздуха ночью составит 10-13, днем – 15-18 градусов тепла. Атмосферное давление повысится с 762 до 765 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 80-85, днем – 65-75%.

    В районах Азербайджана преимущественно без осадков, временами не исключается туман. Будет преобладать восточный ветер.

    Температура воздуха ночью составит 5-10, днем – 17-21, в горах ночью 3-8, днем – 13-18 градусов тепла.

  • Sabah hava yağmursuz olacaq

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-75 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-10, gündüz 17-21, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

  • Трамп опубликовал свое изображение на троне, сгенерированное ИИ

    Президент США Дональд Трамп опубликовал в своей соцсети Truth Social изображение себя на троне, сгенерированное искусственным интеллектом.

    На своей странице в своей соцсети он выложил скриншот публикации одного из пользователей.

    На фото изображен Трамп, сидящий в золотых доспехах на огромном троне. У его сидят двое мужчин и одна женщина.

    Издание Daily Beast утверждает, что у ног политика изображены лидер демократического меньшинства Чак Шумер, сенатор от штата Массачусетс Элизабет Уоррен и сенатор-демократ от штата Калифорния Адам Шифф, в отношение которого власти ведут расследование по поводу ипотечного мошенничества.

  • Tramp taxt üzərində oturmuş şəklini paylaşıb

    ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkəsi “Truth Social”da süni intellekt vasitəsilə yaradılan özünün taxt üzərində oturmuş şəklini paylaşıb.

    O, öz sosial şəbəkəsindəki səhifəsində istifadəçilərdən birinin paylaşımının ekran görüntüsünü yerləşdirib.

    Fotoda Tramp qızıl zirehli geyimdə böyük bir taxtda əyləşmiş vəziyyətdə təsvir olunub. Onun qarşısında iki kişi və bir qadın əyləşib.

    “Daily Beast” nəşri iddia edir ki, siyasətçinin ayaqları qarşısında azlıqların lideri Çak Şumer, Massaçusets ştatından olan senator Elizabet Uorren və Kaliforniya ştatından olan demokrat senator Adam Şiff təsvir edilib. A.Şiffin barəsində hakimiyyət orqanları ipoteka fırıldaqçılığı ilə bağlı araşdırma aparır.

  • Azərbaycanda məlumat anbarı və gölü yaradılacaq

    Azərbaycanda məlumat anbarı və gölünün yaradılması nəzərdə tutulur.

    Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidməti hazırlıqlara başlayıb.

    Bu işlər çərçivəsində Hesabat və Proqnozlaşdırma Sistemləri qurulacaq, istifadəçi səviyyəli vizual analitika sistemi və rəhbərlik üçün qərarvermə interfeysləri hazırlanacaq.

  • Azərbaycanda növbəti torpaq hərracları elan edilib

    Dekabrın 24-də Azərbaycanın müxtəlif regionlarında 31 torpaq hərracı keçiriləcək.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.

    Hərraclar Dövlət Xidmətinin Sumqayıt, Şirvan, Mingəçevir, Lənkəran, Ucar, Bərdə, Qazax, Xaçmaz,Beyləqan, Şəki və Qəbələ ərazi şöbələrində təşkil olunacaq. Satışa bələdiyyə orqanlarına məxsus 31 torpaq sahəsi çıxarılacaq.

    Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

  • Gəncədə evdən 10 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

    Gəncə şəhərində evdən 10 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

    Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakininə məxsus evdən 8 min manat pul və 2 min 500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı C.Mamedov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • FHN: Ötən həftə 252 yanğın olub, 6 nəfərin meyiti tapılıb

    Ötən həftə 252 yanğın olub, 6 nəfərin meyiti tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən həftə ərzində 252 yanğına çıxış, 30 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 partlayış və 1 binada uçqun faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 70 nəfər xilas edilib, 12-si azyaşlı olmaqla 93 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, hadisələrdə 6 nəfər ölüb.