Month: November 2025

  • Honkonqda çikunqunya qızdırmasına tutulanların ümumi sayı 70 nəfərə çatıb

    Honkonqda çikunqunya qızdırmasına yoluxmuş daha iki nəfər qeydə alınıb. Bununla da 2025-ci ildə burada sözügedən qızdırmaya yoluxanların ümumi sayı 70 nəfərə çatıb.

    Bu barədə məlumatı TASS yayıb.

    Yerli səhiyyə mərkəzinin məlumatına görə, bu rəqəm əvvəlki illər ərzində qeydə alınmış yoluxma faktlarının ümumi sayından təqribən üç dəfə çoxdur.

    “Çikunqunya qızdırmasına Honkonqun hüdudlarından kənardan gətirilmiş daha iki yoluxma faktı qeydə alınıb. Bir kişi və bir qadın Çinin materik hissəsinə səfər zamanı bu xəstəliyə yoluxublar. Bununla da ilin əvvəlindən şəhərdə təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 70-ə çatıb”, – deyə məlumatda bildirilir.

    Qeyd edək ki, tibdə bu virusa qarşı nə dərman, nə də peyvənd mövcuddur. Onun inkubasiya dövrü adətən 3-12 gün çəkir. Xəstəliyin başlanğıcı həmişə qəfil olur – temperatur kəskin şəkildə yüksəlir, üşütmə, bel və oynaq ağrıları, səpgi əmələ gəlir. Xəstəliyin daşıyıcıları “Aedes aegypti” və “Aedes albopictus” ağcaqanadlarıdır.

  • Salyanın bəzi hissələrində qaz təchizatı dayandırılacaq

    Salyan şəhər mərkəzinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Salyan şəhər mərkəzində yerləşən “Şahmat” məktəbinin təbii qazla təmin edilməsi ilə bağlı yeni çəkilmiş qaz xəttinin qaz təchizatı şəbəkəsinə birləşdirilməsi məqsədilə əlaqədar 25.11.2025-ci il saat 9:30-dan etibarən işlər başa çatanadək şəhər mərkəzinin bir hissəsində (ümumən 3 981 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

  • Soyğunçuluq və narkokuryerlik edən şəxslər ƏLƏ KEÇDİLƏR – Video

    Paytaxtın Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, naməlum şəxsin gündüz saatlarında zərərçəkənə məxsus mağazadan 600 manat pul vəsaitini açıq talama yolu ilə ələ keçirməsi barədə polisə məlumat daxil olub.

    Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də eyni talama cinayətlərinə görə məhkum edilmiş 37 yaşlı Fariz Səfərov saxlanılıb. Onun obyektdən əldə etdiyi pulları hadisədən sonra necə sayması da təhlükəsizlik kameraları vasitəsilə görüntülənib.

    Bölmə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 29 yaşlı Bəhruz Əliyev də saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı bir kiloqramdan artıq marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. B.Əliyev ifadəsində taksi sürücüsü görüntüsü yaradaraq narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşı vasitəsilə rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birindən götürdüyünü və bükümlərə ayıraraq satmağı planlaşdırdığını bildirib.

    Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

  • Сына экс-президента Кыргызстана Атамбаева арестовали за попытку свержения власти

    В Кыргызстане арестовали сына бывшего президента страны Алмазбека Атамбаева и нескольких бывших депутатов.

    Как передает Median.Az, об этом сообщает 24.kg.

    Как пишет издание, против задержанных возбуждено дело о массовых беспорядках.

    Среди тех, кого суд отправил под стражу, Кадырбек Атамбаев, сын экс-главы Кыргызстана, а также бывшие депутаты Эрмек Эрматов, Кадырбек Атамбаев, Кубанычбек Кадыров и бизнесмен Урмат Барыктабасов. Все они водворены в СИЗО до 17 января.

    Кроме того, позже Кадырбек Атамбаев сообщил, что дело против него переквалифицировали на более тяжкую статью – ему вменяют попытку насильственного свержения власти.

    Напомним, ранее МВД Кыргызстана сообщало о задержании членов деструктивной группы, готовившей массовые беспорядки после выборов в Жогорку Кенеш.

    По версии следствия, в состав группы входили политические деятели, экс-депутаты, бывшие госслужащие и сотрудники силовых структур, привлекавшие сторонников, включая ОПГ и спортивные сообщества, для провокаций и силовых столкновений.

    Согласно заявлению МВД, все пятеро задержанных планировали “после подведения итогов выборов в парламент республики инициировать серию митингов, стремясь создать видимость массового недовольства”. В частности, по версии ведомства, задержанные собирались выдвинуть “антиконституционные требования” и предпринять “попытки захвата административных зданий, телеканалов, объектов силовых структур, оружия и учреждений пенитенциарной системы”. Силовое сопровождение этих действий должны были обеспечить “криминальные элементы”, говорится в сообщении МВД.

    “В ходе обысков изъяты оружие, боеприпасы, гранаты, средства связи, документы о финансировании, планы действий, наркотические средства, а также денежные средства в размере 150 тысяч долларов”, – написала пресс-служба ведомства в Бишкеке. Задержанным предъявлены обвинения по статье “Приготовление к организации массовых беспорядков” УК страны.

    На допрос в МИД Кыргызстана 22 ноября были вызваны жена и сын экс-президента Атамбаева. В тот же день правоохранительные органы страны провели обыски в рамках дела о массовых беспорядках. По данным местных СМИ, задержан и бывший руководитель Государственной службы по борьбе с экономическими преступлениями Сыймык Жапыкеев.

    Обыски прошли и у бывших депутатов парламента Кубанычбека Кадырова и Шайлообека Атазова. Дочь бывшего главы государства Алия Шагиева описала происходящее как “политическое преследование, нарушение прав человека, нарушение свободы слова”.

  • Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin oğlu həbs edildi

    Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin oğlu və bir neçə keçmiş deputat həbs edilib.

    Bu barədə 24.kg məlumat yayıb.

    Bildirilir ki, saxlanılanlara qarşı kütləvi iğtişaşlarla əlaqədar cinayət işi açılıb.

    Məhkəmə tərəfindən həbs edilmişlər arasında Qırğızıstanın sabiq prezidentinin oğlu Kadırbek Atambayev, habelə Qırğızıstan parlamentinin sabiq deputatları Ermek Ermatov, Kubanıçbek Kadırov və biznesmen Urmat Barıktabasov var. Onların hamısı yanvarın 17-dək istintaq təcridxanasına yerləşdiriliblər.

    Bundan əlavə, Kadırbek Atambayev məlumat verib ki, ona qarşı hakimiyyəti zorla devirməyə cəhd kimi daha ağır maddə ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, daha əvvəl Qırğızıstan DİN Joqorku Keneşə (parlament) seçkidən sonra kütləvi iğtişaşlar hazırlayan cinayətkar qrupun üzvlərinin saxlanılması barədə məlumat yayıb.

    İstintaqın versiyasına görə, qrupa siyasi xadimlər, keçmiş deputatlar, sabiq dövlət qulluqçuları, habelə təxribatlar və silahlı qarşıdurma üçün tərəfdarlar, o cümlədən mütəşəkkil cinayətkar qrupları və idman icmalarını cəlb edən güc strukturlarının əməkdaşları daxildir.

    “Saxlanılanlar seçkilərin nəticələri açıqlandıqdan sonra əvvəlcə ölkənin cənubunda, daha sonra Bişkekdə və vilayətlərdə kütləvi narazılıq görüntüsü yaradan mitinqlər planlaşdırırmışlar.

    Onların planına konstitusiyaya zidd çağırışlar, habelə inzibati binaların, televiziya kanallarının, güc strukturları obyektlərinin, silah və penitensiar sistem müəssisələrinin ələ keçirilməsi daxil olub”, – deyə DİN-dən bildiriblər.

  • В рамках инициативы “Мост мира” будут организованы взаимные визиты делегаций Баку и Еревана

    В рамках инициативы “Мост мира” будут организованы взаимные визиты в Баку и Ереван представителей гражданского общества и экспертов Азербайджана и Армении на постоянной основе.

    Как передает Median.Az со ссылкой на армянскую прессу, об этом сегодня на пресс-конференции заявил член группы представителей гражданского общества Арег Кочинян, посетивший Баку 21-22 ноября в составе группы из четырех человек.

    Он отметил, что как в Армении, так и в Азербайджане в организации визита и обеспечении безопасности участвовали соответствующие структуры:

    “Мы спросили наших азербайджанских коллег, как они себя чувствуют в Ереване. Они ответили, что вполне безопасно. То же самое я могу сказать и о нашей безопасности”.

    По его словам, представители гражданского общества также встретились в Баку с помощником Президента Азербайджана Хикметом Гаджиевым.

    “Он просил донести до армянского общества, что война окончена, что для Азербайджана больше нет войны. Армяно-азербайджанский конфликт для них окончен. Им крайне важно донести посредством нас до армянского общества, что они хотят построить всеобъемлющий и долгосрочный мир с Арменией и готовы двигаться вперед по этому пути. Крайне важно и то, что у Азербайджана нет никаких территориальных претензий к Армении”, – заключил Кочинян.

  • Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində qarşılıqlı səfərləri təşkil ediləcək

    “Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin və ekspertlərinin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Bakıya və İrəvana daimi əsasda qarşılıqlı səfərləri təşkil ediləcək”.

    Median.Az Ermənistan mediasına istinadla xəbər verir ki, bunu noyabrın 21-22-də dörd nəfərdən ibarət qrupun tərkibində Bakıya səfər etmiş Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri qrupunun üzvü Areq Koçinyan bu gün keçirilmiş mətbuat konfransında bəyan edib.

    O qeyd edib ki, Ermənistanda da, Azərbaycanda da səfərlərin təşkilində və təhlükəsizliyin təmin edilməsində müvafiq qurumlar iştirak ediblər.

    “Biz azərbaycanlı həmkarlarımızdan İrəvanda özlərini necə hiss etdiklərini soruşduq. Onlar cavab verdilər ki, özlərini tam təhlükəsizlikdə hiss edirlər. Mən də bizim təhlükəsizliyimiz barəsində eyni sözləri deyə bilərəm”, – deyə o bildirib.

    Koçinyanın sözlərinə görə, vətəndaş cəmiyyəti nümayəndələri Bakıda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə də görüşüblər.

    “O, Ermənistan cəmiyyətinə bunu çatdırmağı xahiş etdi: müharibə başa çatıb, Azərbaycan üçün artıq müharibə yoxdur. Onlar üçün Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb. Ermənistanla hərtərəfli və uzunmüddətli sülh qurmaq istədiklərini və bu yolda irəliləməyə hazır olduqlarını bizim vasitəmizlə Ermənistan cəmiyyətinə çatdırmaq onlar üçün son dərəcə əhəmiyyətlidir. Son dərəcə vacib olan digər məqam isə budur ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur”, – deyə Koçinyan bildirib.

  • В следующем году в Азербайджане некоторые операции и лекарства станут бесплатными

    В следующем году пакет медицинских услуг в рамках системы обязательного медицинского страхования (ОМС) пополнится новыми направлениями в сфере сердечно-сосудистых заболеваний, нейрохирургии, общей хирургии, урологии, офтальмологии, травматологии и лабораторных исследований, а также планируется расширение ассортимента существующих услуг.

    Как сообщает Milli.Az со ссылкой на информацию Госагентства по ОМС, новый перечень будет включать сложные хирургические вмешательства, такие как операции на сосудах без разрезов, травматологические вмешательства, операции на брюшной полости, головном мозге и глазах.

    Кроме того, с 2026 года планируется поэтапное внедрение системы компенсации стоимости лекарственных средств, выписываемых по рецептам в амбулаторных условиях, за счет обязательного медицинского страхования. На первом этапе в пакет услуг будут включены препараты для лечения сердечно-сосудистых заболеваний.

    “Отметим, что Кабинет министров принял ряд решений по регулированию лекарственного обеспечения с целью улучшения снабжения населения лекарственными средствами, повышения прозрачности и финансовой устойчивости системы медицинского страхования. Этими решениями определены механизм компенсации лекарственных средств за счет ОМС, критерии их включения в пакет услуг и исключения из него”, – говорится в сообщении госагентства.

    В настоящее время ведется разработка позитивного списка, в который будут включены антигипертензивные препараты, используемые при сердечно-сосудистых заболеваниях. После утверждения списка вся информация о лекарствах – действующее вещество, дозировки, заболевания, при которых они применяются, и степени компенсации – будет размещена на официальном сайте и обновляться каждый квартал.

    Согласно информации агентства по ОМС, лекарства будут назначаться по электронному рецепту. Пациенты смогут приобретать препараты, назначенные по электронным рецептам, в частных аптеках, имеющих договор с госагентством. Эти частные аптеки будут обозначены специальными логотипами для удобства граждан.

    “В настоящее время проводятся необходимые подготовительные работы по обеспечению амбулаторного лекарственного обеспечения за счет обязательного медицинского страхования – интеграция электронных рецептов с базой данных обязательного медицинского страхования, разработка механизмов сотрудничества с аптеками и обеспечение отчетности”, – подчеркивается в сообщении Госагентства по ОМС.

  • Gələn ildən bəzi əməliyyatlar və dərmanlar pulsuz olacaq

    Növbəti ildən Xidmətlər Zərfinə ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması planlaşdırılır.

    Median.Az xəbər verir ki, bu barədə Milli.Az-a İcbari Tibbi Sığorta Agentliyindən məlumat verilib.

    Bildirilib ki, bunlar arasında kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələr yer alır.

    Eyni zamanda, qeyd olunub ki, gələn ildən ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması planlaşdırılır. İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri üzrə dərman vasitələri Xidmətlər Zərfinə daxil ediləcək:

    “Qeyd edək ki, Nazirlər Kabineti əhalinin dərman vasitələri ilə təminatının yaxşılaşdırılması, tibbi sığorta sistemində şəffaflığın və maliyyə dayanıqlığının artırılması məqsədilə dərman təminatının tənzimlənməsinə dair bir sıra qərarlar qəbul edib. Bu qərarlarla dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib”.

    Hazırda pozitiv siyahı hazırlandığı nəzərə çatdırılaraq əlavə olunub ki, bu siyahıya ürək-damar xəstəliklərində istifadə olunan antihipertenziv dərmanlar daxil ediləcək. Vurğulanıb ki, siyahı təsdiq olunduqdan sonra bütün dərmanlarla bağlı məlumatlar – təsiredici maddə, dozalar, tətbiq edilən xəstəliklər və kompensasiya dərəcələri rəsmi saytda yerləşdiriləcək və siyahı hər rüb yenilənəcək.

    Agentliyin verdiyi məlumata görə, dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Elektron reseptlər vasitəsilə təyin olunmuş dərman vasitələrini pasiyentlər agentliklə müqaviləsi olan özəl apteklərdən ala biləcəklər. Bu özəl apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar apteki rahatlıqla tapa bilsinlər:

    “Hazırda icbari tibbi sığorta hesabına dərmanların ambulator şəraitdə qarşılanması istiqamətində zəruri hazırlıq işləri – elektron reseptlərin icbari tibbi sığortanın məlumat bazası ilə inteqrasiyası, apteklərlə əməkdaşlıq mexanizmlərinin qurulması və hesabatlılığın təmin olunması həyata keçirilir”.

  • ВС РФ взяли под контроль Затишье в Запорожской области

    Подразделения группировки войск “Восток” взяли под контроль населенный пункт Затишье в Запорожской области.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщили в Минобороны России.