Month: November 2025

  • “Tiktok”dakı paylaşıma görə dava düşdü – Vəzifəli şəxs döyüldü

    Beyləqanda vəzifəli şəxsə küçədə hücum edərək ona zərbələr endirən 44 yaşlı Vasif Fətiyev hakim qarşısına çıxarılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini Fətiyev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib.

    Məlum olub ki, Vasif Fətiyev “TikTok” səhifəsində “Azərişığ”ın Beyləqan Elektrik Şəbəkəsi ilə bağlı ardıcıl neqativ paylaşımlar edib. Bu səbəbdən də idarənin rəisi Fikrət Əhmədov tərəfindən məhkəməyə verilib. Daha sonra onlar Gəray Əsədov küçəsində qarşılaşıb və insident baş verib.

    Hadisə zamanı Fətiyev rəisin ünvanına nalayiq ifadələr işlədib, bir dəfə yumruqla sinə nahiyəsinə zərbə endirib. Ardınca əlindəki mobil telefonu silah qismində istifadə edərək sol gözaltı, sol qol və ağız nahiyələrinə bir neçə dəfə zərbələr vurub. Bu səbəbdən Əhmədovun sol gözaltı, sol bazu və döş qəfəsi nahiyələrində qançırlar, alt dodağın selikli qişasında yara yaranıb ki, bunlar qısa müddətdə sağlamlığın pozulmasına səbəb olan yüngül bədən xəsarətləri hesab olunur.

    Fətiyev həmin yerə yaxın məsafədə Əhmədova məxsus avtomobilin ön kapotuna sağ əli ilə bir neçə zərbə endirərək 100 manat məbləğində zərər vurub və ictimai qaydanı kobud şəkildə pozub.

    Araşdırmalar göstərib ki, V.Fətiyev əvvəllər də məhkumluq həyatı yaşayıb.

    Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Vasif Fətiyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

  • Azərbaycan Texnologiya Universitetinin sabiq dosenti vəfat edib

    Azərbaycan Texnologiya Universitetinin Maşın mühəndisliyi və logistika kafedrasının sabiq əməkdaşı Namiq Rza oğlu Əsgərov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

    Bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib.

    Bildirilib ki, Namiq Əsgərov 1979-cu ildən Azərbaycan Texnologiya Universitetində assistent, baş müəllim, dosent, Həmkarlar İttifaqı Komitəsinin sədri, kafedra müdiri, dekan vəzifələrində çalışıb, 1993/94-cü illərdə rektor səlahiyyətlərini icra edib. 2025-ci ilin sentyabr ayından səhhəti ilə əlaqədar olaraq AzTU-da əmək fəaliyyətini dayandırıb.

    Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetinin professoru Mahal Şaban oğlu Qurbanov da dünən vəfat edib.

  • Burun əməliyyatdan sonra qızın komaya düşməsinə görə klinika barədə protokol tərtib olunub

    Uğursuz rinoplastika əməliyyatı səbəbindən Səhiyyə Nazirliyinə “MedAura” klinikası ilə bağlı protokol göndərilib.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

    Bildirilib ki, noyabrın 7-də, 12-də və 13-də klinikada plandankənar (növbədənkənar) yoxlamalar keçirilib:

    “Yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar üzrə tədbirlər görülmüş və inzibati xəta məsuliyyəti yaradan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib”.

    Qeyd edək ki, Bakıda “MedAura” klinikasında gənc qız burun əməliyyatından sonra komaya düşüb. Bu barədə qızın bacısı İlhamə Budaqlı sosial media hesablarında paylaşım edib.

  • В многоэтажке в Баку вспыхнул пожар

    В одной из квартир многоэтажного дома, расположенного на улице Мирали Гашгая в Насиминском районе Баку, вспыхнул пожар.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу Министерства по чрезвычайным ситуациям Азербайджана, на место происшествия незамедлительно были направлены силы Государственной службы пожарной охраны и Службы спасения особого риска ведомства.

    В настоящее время продолжаются мероприятия по тушению огня.

  • Bakıda çoxmərtəbəli binada yanğın başladı

    Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzillərdən birində yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

  • Винисиус может покинуть “Реал” в январе: кто заинтересован в бразильце?

    Бразильский нападающий мадридского “Реала” Винисиус Жуниор может покинуть клуб в зимнее трансферное окно.

    Об этом сообщает известный инсайдер Экрем Конур в социальной сети X.

    По данным источника, вингер не может договориться со “сливочными” о новом контракте, на этом фоне интерес к бразильцу проявили “Манчестер Сити”, “Челси” и некоторые саудовские клубы.

    Винисиусу 25 лет, за “Реал” он выступает с 2018-го. В нынешнем сезоне бразилец провёл 23 матча на клубном уровне, забил шесть голов и сделал пять результативных передач. Действующий контракт Винисиуса с “Реалом” рассчитан до конца июня 2027 года.

    Интернет-портал Transfermarkt оценивает рыночную стоимость футболиста в 150 млн евро.

  • Vinisius yanvarda “Real Madrid”i tərk edə bilər

    “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior qış transfer pəncərəsində klubu tərk edə bilər.

    Bu barədə insayder Ekrem Konur “X” sosial şəbəkəsində məlumat verib.

    O bildirib ki, vinger klubla yeni müqavilə məsələsində razılığa gələ bilmir. Eyni zamanda, ona “Mançester Siti”, “Çelsi” və bəzi Səudiyyə Ərəbistanı klubları ciddi maraq göstərirlər.

    Qeyd edək ki, 2018-ci ildən “Real Madrid”də çıxış edən 25 yaşlı vinger cari mövsümdə klub səviyyəsində keçirdiyi 23 matçda altı qol vurub və beş məhsuldar ötürmə edib.

    Vinisiusun “Real”la mövcud müqaviləsi 2027-ci ilin iyun ayının sonunadək nəzərdə tutulub. Futbolçunun bazar dəyəri 150 milyon avro qiymətləndirilir.

  • Yanğında həlak olan Samir Məhəmmədovun ölümündən öncəki SƏSYAZISI (Video)

    Bir neçə gün əvvəl Yasamalda baş verən və üç nəfərin ölümü, 27 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı mübahisələr davam edir. Sakinlər faciəyə görə binadakı obyektin sahibi və icarədarını – “Loft” restoranının rəhbərliyini günahlandırırlar. Əlbəttə, kimin günahkar olduğu hüquq-mühafizə orqanlarının araşdırmasından sonra üzə çıxacaq.

    Bununla belə, yanğında həlak olan binanın komendantı Samir Məhəmmədov hadisədən bir müddət öncə, noyabrın 11-i Bakupost.az-a müraciət edərək, zirzəminin qanunsuz satıldığını və həmin sahədə “Loft” restoranının saxta sənədlərlə fəaliyyət göstərdiyini bildirib, müxtəlif sənədlər təqdim edibmiş. Lakin qarşı tərəflərlə əlaqə saxlamaq cəhdləri baş tutmadığı üçün materialın yayılması yubanıb. Artıq faciəli hadisədən sonra bütün tərəflərin mövqeyi mediada işıqlandırılıb.

    Samir Məhəmmədovun səsyazısını təqdim edirik:

  • Küçədə vəzifəli şəxsə hücum edənə HÖKM OXUNDU

    Beyləqanda vəzifəli şəxsə küçədə hücum edərək ona zərbələr endirmiş 44 yaşlı şəxsin məhkəməsi keçirilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayon sakini Vasif Fətiyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.

    Məlum olub ki, Vasif “TikTok” səhifəsində “Azərişıq”ın Beyləqan Elektrik Şəbəkəsi barəsində ardıcıl olaraq neqativ məzmunlu paylaşımlar edib və buna görə idarənin rəisi Fikrət Əhmədov onu məhkəməyə verib.

    Bundan sonra Vasif Fətiyev Gəray Əsədov küçəsində Fikrət Əhmədovla qarşılaşıb və aralarında insident baş verib.

    Hadisə zamanı Vasif rəisin ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib. Ardınca sinə nahiyəsinə bir dəfə yumruqla, daha sonra əlində olan mobil telefonla sol gözaltı, sol qol və ağız nahiyələrinə bir neçə dəfə zərbələr vurub.

    Nəticədə ona sol gözaltı, sol bazu və döş qəfəsi nahiyələrində qançırlar, alt dodağın selikli qişasında yara xarakterli sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib.

    Daha sonra həmin yerə yaxın məsafədə olan Fikrət Əhmədova məxsus “Changan CS 55 Plus” markalı avtomobilin ön kapot hissəsinə sağ əli ilə qəsdən bir neçə dəfə zərbə endirərək, ona 100 manat məbləğində zərər vurmaqla, ictimai qaydanı kobud şəkildə pozub.

    O da məlum olub ki, V.Fətiyev əvvəllər bir dəfə məhkumluq həyatı yaşayıb.

    Beyləqan Rayon Məhkəməsinin hökmü ilə V.Fətiyevə üç il həbs cəzası verilib.

  • В Гонконге число заболевших лихорадкой чикунгунья достигло 70 человек

    Еще двое заболевших лихорадкой чикунгунья зафиксированы в Гонконге, общее число инфицированных в мегаполисе в 2025 году достигло 70 человек, передает Median.Az со ссылкой на ТАСС.

    Как сообщил местный центр охраны здоровья, это число почти в три раза превышает общее число зафиксированных заболевших за все предыдущие годы.

    “Зарегистрировано еще два завозных случая лихорадки чикунгунья. Заболели мужчина и женщина, которые недавно совершили поездку в материковый Китай. Последние случаи увеличили общее число подтвержденных случаев заражения в городе до 70 с начала года”, – говорится в сообщении.

    По данным центра, первые случаи заболевания этой инфекцией, которую разносят комары, были отмечены в 2006 году (3 случая), затем заболевания фиксировались в 2016 году (8 случаев), в 2017 году (1 случай), в 2018 году (2 случая) и в 2019 году (11 случаев). Всего за это время было выявлено 25 заболевших, и все эти пациенты завезли болезнь извне. После этого до 2025 года новых случаев заболевания чикунгуньей в Гонконге выявлено не было.

    Однако в текущем году число заболевших в Гонконге продемонстрировало резкий скачок, зафиксирован и один смертельный случай, когда умер 77-летний мужчина. Большинство случаев признаны завезенными извне – из материкового Китая и Бангладеш, которые посещали заболевшие. Однако в этом году в Гонконге также впервые были зафиксированы четыре случая местного заражения, а это значит, что разносящие вирус комары появились в мегаполисе.

    Медицина пока не знает ни лекарства, ни вакцины от этого вируса. Инкубационный период обычно составляет от 3 до 12 дней. Начало болезни всегда внезапное – резко повышается температура, появляются озноб, боли в спине и суставах, сыпь. Переносчиками являются комары двух видов – Aedes aegypti и Aedes albopictus.