Month: November 2025

  • Türkiyə meşə yanğınlarının söndürülməsində İrana kömək edəcək

    Türkiyə Mazandaran ostanında baş verən böyük meşə yanğınlarını söndürmək üçün İrana təyyarə göndərəcək.
     
    Bu barədə İRNA İran rəsmisinə istinadən məlumat yayıb.

    Qeyd olunub ki, Türkiyə tərəfi yanğının söndürülməsi üçün iki təyyarə, bir helikopter və yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi barədə göstəriş verib.

    “Türkiyədən tələb olunan təyyarə ən pis hava şəraitində belə manevr edə bilir və sabah (noyabrın 23-də – Qeyd) Elita meşələrində baş verən yanğınların söndürülməsi üçün hava əməliyyatına qoşulması planlaşdırılıb”, – deyə agentlik rəsmidən sitat gətirib.

    Qeyd edək ki, İranın şimalında Mazandaran ostanının dağlıq Elit bölgəsində bir neçə gündür ki, Hirkani meşələrində güclü yanğın davam edir. Quraqlıq və yağışın olmaması yanğının yayılmasına şərait yaradır. Tehran dünən yanğınların söndürülməsi üçün beynəlxalq ictimaiyyətə müraciət edib.//report

  • Yanğında ölənlərdən biri də dəfn edildi

    Dünən Yasamalda baş verən güclü yanğın zamanı həlak olanlardan biri də Samir Kamal oğlu Məmmədovdur.

    Median.Az “Sumqayit24.az”a istinadən xəbər verir ki, o, bu gün Köhnə Saray qəbiristanlığında dəfn edilib.

    Qeyd edək ki, mərhumun ailəsi də hazırda reanimasiyadadır. Belə ki, onun övladları – 2021-ci il təvəllüdlü Məhəmməd Mikayıl Samir oğlunun və Məhəmməd Daniel Samir oğlunun müalicələri Toksikologiya şöbəsində davam etdirilir.

    Məlumata görə, o “Kapital Bank”da layihə meneceri olaraq çalışıb. 

    Bundan əlavə, o yanğın baş verən binanın komendantı kimi fəaliyyət göstərirdi.

  • Alyona Əliyeva Lənkəran səfərindən paylaşım edib

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva öz “Instagram” hesabında Lənkəran səfərindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Azərbaycanda kişi “WhatsApp” statusuna görə cərimələndi

    Sabirabadda kişi “WhatsApp”ın hekayə (status) bölməsində etdiyi paylaşım səbəbindən saxlanılıb.

    Median.Az lent.az-a istinadla xəbər verir ki, rayonun Qaralar kənd sakini, 39 yaşlı Fərid Mövsümov (ad və soyad şərtidir) “WhatsApp” mobil tətbiqində “125 nömrəli YPX avtomobilinin videosu kimdə varsa, göndərin” məzmunlu status paylaşaraq, həmin avtomobilin görüntülərini axtarıb. Onun paylaşımının səbəbini öyrənmək üçün Fərid rayon Dövlət Yol Polisi Bölməsinə dəvət olunub. Lakin burada o, yol polisi inspektorları ilə mübahisə edib və onların qanuni tələblərinə tabe olmayıb.

    Etdiyi hərəkətə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə protokol tərtib edilib.

    İnzibati icraat zamanı Fərid Mövsümov bildirib ki, 125 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobili onun şəklini çəkib. Ona görə də həmin YPX avtomobilinin görüntülərini tapmaq üçün bu barədə status paylaşdığını, lakin qısa müddət sonra paylaşımı sildiyini qeyd edib:

    “Əvvəlcə rayon Polis Şöbəsinə dəvət olundum. Sonra məni DYP-yə göndərdilər. Orada statusumun səbəbini izah edəndə mənə irad bildirildi. Buna görə əsəbiləşdim”.

    Fərid Mövsümov əməlindən peşman olduğunu, iki azyaşlı övladı olduğunu və ilk dəfədir ki, belə bir xəta törətdiyini bildirərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

    Sabirabad Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 50 manat məbləğində inzibati cərimə tətbiq edilib.

  • Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”la heç-heçə edib

    Misli Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

    “Report”un məlumatına görə, günün ilk matçında “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

    Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

    “Araz-Naxçıvan”ın heyətində Ba-Muaka Simakala 29-cu dəqiqədə fərqlənib. Qonaqlardan Ayxan Hüseynov 78-ci dəqiqədə adını tabloya yazdırıb.

    Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran Tovuz klubu hələlik ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 20 xalla altıncıdır.

    Günün ikinci oyununda “Qəbələ” səfərdə “Zirə” ilə üz-üzə gələcək.

    Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün “Kəpəz” səfərdə “Karvan-Yevlax”ı (2:1), “Qarabağ”ı isə “Sumqayıt”ı (4:2) məğlub edib.

  • Azərbaycanda kərə yağı ehtiyatı 5 dəfəyə yaxın artıb

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22 min 115,5 ton kərə yağı istehsal edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır.

    Noyabrın 1-nə ölkədə 174,3 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 4,6 dəfə çoxdur.

    Hesabat dövründə Azərbaycanda 4 milyard 191,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,5 % çoxdur.

  • Зеленский проинформировал Туска о переговорах с Европой и США

    Президент Украины Владимир Зеленский провел телефонный разговор с премьер-министром Польши Дональдом Туском.

    Об этом Зеленский сообщил в соцсетях.

    Он проинформировал Туска о деталях дипломатической работы с Европой и США.

    Зеленский подчеркнул, что Украине важно проинформировать о ситуации партнеров, которые были с ним с начала военных действий. Политик поблагодарил Туска и народ Польши за поддержку.

    Ранее президент Украины сообщил о том, что проведет консультации с партнерами о шагах, необходимых для окончания боевых действий.

  • Zelenski Tusku Avropa və ABŞ ilə aparılan danışıqlar barədə məlumatlandırıb

    Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tuskla telefon danışığı aparıb.

    Zelenski bu barədə sosial şəbəkələrdə bildirib.

    O, Tusku Avropa və ABŞ ilə diplomatik işin detalları barədə məlumatlandırıb.

    Ukrayna lideri vurğulayıb ki, ölkə üçün müharibə başlayandan bəri yanında olan tərəfdaşları vəziyyətdən xəbərdar etmək vacibdir. Siyasətçi Tuska və Polşa xalqına dəstəyə görə təşəkkür edib.

    Daha əvvəl Ukrayna Prezidenti döyüşlərin başa çatması üçün atılmalı addımlar barədə tərəfdaşlarla məsləhətləşmələr aparacağını qeyd etmişdi.

  • UEFA “Qarabağ”ın rəqibini cərimələyib

    “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəyi Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu cərimələnib.

    Bu barədə Avropa futbol qurumu qərar çıxarıb.

    Buna Frankfurt təmsilçisinin evdə İngiltərənin “Liverpul” komandasına uduzduğu matçda yaşananlar səbəb olub.

    Bundesliqa klubu ümumilikdə 39250 avro ödəməli olacaq. “Ayntraxt” sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə 11000, pirotexniki vasitələrdən istifadəyə görə 10750, idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə görə 17500 avro ziyana düşüb.

    Qeyd edək ki, qarşılaşma Frankfurt klubunun 1:5 hesablı məğlubiyyəti ilə bitib. Almaniya komandası “Qarabağ”la 2026-cı il, yanvarın 21-də Bakıda üz-üzə gələcək.

  • Ələt-Astara avtomobil yolunun Cəlilabad və Biləsuvardan keçən hissəsi qəzalı vəziyyətə düşüb

    Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad və Biləsuvar rayonlarından keçən hissəsi qəzalı vəziyyətə düşüb.

    Bu barədə “Report”un Muğan bürosuna bir qrup rayon sakini məlumat verib.

    Onların sözlərinə görə, illərdir ki, təmir olunmayan sözügedən yol sürücüləri təhlükə ilə üz-üzə qoyur.

    “Hər gün bu yoldan istifadə edirik. Yol bərbad olduğuna görə, demək olar ki, hər gün burda qəzalar olur. Hərdən yolun bəzi hissələrində təmir işləri aparılır. Ancaq bu işlər kifayət deyil. Yolda əmələ gələn iri çatlar və çalalar problemi daha da artırır. Bu yol yenidən salınmalıdır. Belə vəziyyət avtomobillərin də tez-tez sıradan çıxmasına səbəb olur. Aidiyyəti qurumlardan kömək olmalarını xahiş edirik”, – deyə sakinlər vurğulayıblar.

    Sözügedən problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli “Report”un Muğan bürosuna bildirib ki, qeyd olunan yolun artıq 32-103 və 217-243-cü km-lik hissələri yenidən qurularaq istifadəyə verilib:

    “Qalan 103-217-ci km-lik hissə üzrə təkliflər hazırlanaraq aidiyyəti üzrə göndərilib. Maliyyə vəsaiti ayrılan kimi sözügedən hissənin də tərəfimizdən yenidən qurulması həyata keçiriləcək”.