Month: November 2025

  • Qan qrupuna görə xarakter: 99 faiz insanlarda nəticə üst-üstə düşür

    Hər bir insanın qanı dörd qrupdan birinə və iki rezusdan birinə malik olur. Ümumilikdə 8 mümkün kombinasiya mövcuddur.

    Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, elm qan qrupunun xarakterə təsiri ilə bağlı heç bir sübut təqdim etməsə də, bir çox insan bu xüsusiyyətin şəxsiyyətlə əlaqəli olduğuna inanır. Bu inanc xüsusilə Yaponiya və Koreyada geniş yayılıb. Hətta yaponlar tanışlıq zamanı belə sual verməyi adi hal hesab edirlər.

    Qan tipinə əsaslanan şəxsiyyət nəzəriyyəsi elmi təsdiqini tapmayıb, buna görə də ona həddindən artıq ciddi yanaşmaq lazım deyil. Qan qrupunuzu tibbi arayışdan, doğum haqqında sənəddən və ya kişilərdə hərbi biletdən öyrənə bilərsiniz. Donorluq zamanı isə qan qrupu və rezus amili pulsuz müəyyən edilir.

    1-ci qrup – Siz optimist, məqsədyönlü və özünəinamlı birisiniz. Həyatdan nə istədiyinizi dəqiq bilirsiniz. Təbiətən müşahidəçi olduğunuz üçün bir çox həyat imkanlarını görürsünüz. Uzaqgörənliyiniz isə gələcəkdən qorxmamağınıza kömək edir.

    Həmçinin 1-ci qan qrupunda xarakterə rezus amili də təsir edir. Müsbət rezuslu insanlar daha həyatsevər və bir qədər özlərinə yönəlik olurlar. Mənfi rezuslu şəxslər isə daha qətiyyətli və bəzən sərt xarakterə malikdirlər.

    2-ci qrup – Siz sakit və nizamlısınız, qaydanı sevir, münaqişələrdən qaçırsınız. Bütün hadisələri əvvəlcədən planlaşdırmağı xoşlayırsınız. Yaxınlarınız sizi düşüncəli və xırdalıqlara diqqət edən biri kimi tanıyır. Uzunmüddətli münasibətləri qiymətləndirir və boş söhbətləri sevmirsiniz.

    Rezus amili də xarakterə təsir edir – 2-ci qrup müsbət rezus yüksək emosional intellekt və tanınma istəyini göstərir. Mənfi rezuslu insanlar intizamlı və israrlıdır, lakin başqalarının emosiyalarına tez yoluxurlar.

    3-cü qrup – Azadlığı sevir və bəzən üsyankar olursunuz. Sizin üçün yaradıcı düşüncə, orijinallıq və tapıcılıq xarakterikdir. Lakin tez-tez nizamsız olur, səliqəyə diqqət yetirmir və görüşlərə gecikirsiniz.

    3-cü qrup müsbət rezus səxavət, emosionalıq və impulsivliklə xarakterizə olunur. Mənfi rezus isə daha çox qapalılığa işarə edir: belə insanlar həssas olsalar da, emosiyalarını daxilində saxlayırlar.

    4-cü qrup – Bu qrupun sahibləri sirli və çox duyğuludurlar. Xarakterə görə onlar zahirdə təmkinli görünsələr də, daxilən güclü düşüncə prosesləri yaşayırlar. Ətrafdakılar onları çox vaxt olduğundan az qiymətləndirir. Siz həmçinin xeyirxahlığa və qayğıya qadirsiniz, amma yalnız qarşılıq hiss etdiyiniz halda.

    4-cü qrup müsbət rezus inadkarlıq və məsləhətləri dinləməmək xüsusiyyəti ilə seçilir. Mənfi rezus isə yüksək intellekt və etimad problemlərinə işarə edir.

  • Hansı sahələrə güzəştli kreditlər daha çox verilir?

    Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) 5 355 layihənin maliyyələşdirilməsinə (il ərzində 13,4 % çox) 290,4 milyon manat məbləğində (54,3 %) güzəştli kredit verib.

    “Report”un fonda istinadən verdiyi xəbərə görə, verilmiş kreditlərin hesabına 3 865 yeni iş yerinin yaradılması planlaşdırılır.

    Verilmiş kreditlərin 46,2 %-i sənaye məhsullarının istehsalı və emalına, 44,1 %-i kənd təsərrüfatı məhsullarının istehsalına, 7,1 %-i xidmət, 2,6 %-i isə digər sahələrin payına düşüb.

    On ay ərzində maliyyələşdirilmiş layihələrin 99,7 %-i mikro (93,7 %), kiçik (4 %) və orta sahibkarlıq (2 %) subyektlərinin payına düşüb.

    Ayrılmış güzəştli kreditlərin ümumi məbləğinin 89 %-ni mikro (60,4 %), kiçik (14,7 %) və orta (13,9 %) biznes subyektləri əldə edib.

    Hesabat dövründə kreditlərin böyük hissəsi “Bank Respublika” ASC-nin xətti ilə verilib. Cari ilin yanvar-oktyabr aylarında bank sahibkarlara ümumi məbləği 58,9 milyon manat olan (1 579 layihə üzrə) güzəştli kredit verib. Verilən kreditlərin həcminə görə TOP-5-ə həmçinin “PASHA Bank” ASC daxildir ki, bu xətt üzrə 35 milyon manat, daha sonra “Yelo Bank” ASC – 32,3 milyon manat (1 108 layihə üzrə), “Kapital Bank” ASC – 31,4 milyon manat (342 layihə üzrə) və “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) – 30 milyon manat bölüşdürülüb.

    Xatırladaq ki, 2024-cü ildə ABİF-in vəsaitləri hesabına maliyyələşdirilən sahibkarlıq subyektlərinin sayı 5 722 olub (+74,3 %) və bunun ümumi məbləği 248,1 milyon manat (+28 %) təşkil edib.

  • Yayda gənc oğlunu itirdi, bu gün özü həyatdan getdi – Əhməd Oruc kimdir?

    Xəbər verdiyimiz kimi, fəaliyyəti dayandırılan Azadlıq Partiyasının sədri Əhməd Oruc vəfat edib. Günlər öncə insult keçirən tanınmış siyasətçi müalicə aldığı Yeni Klinikada gözlərini əbədi yumub.

    Musavat.com xəbər verir ki, Ə.Oruc müstəqillik illəri ərzində daim aktiv siyasətlə məşğul olub.

    1959-cu ildə Qazax rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1988-ci ildən Milli Azadlıq Hərəkatında aktiv iştirak edib.

    1992-ci ildə Nərimanov Rayon İcra Hakimiyyətində müavin, daha sonra Prezident Aparatında (Administrasiyada) sektor müdiri vəzifəsində çalışıb.

    2011-2012-ci illərdə Demokratiya Uğrunda İttifaq təşkilatının sədri olub. 2024-cü ildə Azadlıq Partiyası Ədliyyə Nazirliyi tərəfindən ləğv edilib.

    Əhməd Oruc bu ilin yayında övlad acısı yaşayıb. Oğullarından Günxan Oruc işlədiyi şirkətdə yıxılaraq çanaq sümüyündən xəsarət alıb. Xəstəxanada həkim gipsi açarkən G.Oruc ayağını tərpədən kimi şok keçirib. Şokun təsirindən huşu gedən gənc ürək masajı olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O hadisədən dərin sarsıntı keçirən Əhməd Oruc demək olar ki, siyasətdən uzaqlaşmışdı.

    Allah rəhmət eləsin!

  • NYP: самолет United Airlines столкнулся с метеозондом на высоте 11 км

    Пасcажирский самолет Boeing 737 Max американской авиакомпании United Airlines 16 октября совершил экстренную посадку в городе Солт-Лейк-Сити (штат Юта) из-за столкновения с метеорологическим зондом на высоте 11 км.

    Об этом сообщила газета New York Post (NYP) со ссылкой на отчет Национального совета по безопасности на транспорте США (NTSB).

    По ее информации, компания WindBorne Systems, запустившая метеозонд из города Спокан (штат Вашингтон), признала, что периодически теряла над ним контроль, что и могло привести к инциденту.

    Издание указало, что зонд разбил лобовое стекло воздушного судна, в результате чего кабину пилота засыпало осколками. После этого экипажу пришлось совершить экстренную посадку. Никто из пассажиров не пострадал.

  • ABŞ-də təyyarə 11 km hündürlükdə aerostat ilə toqquşub

    Oktyabrın 16-da United Airlines-a məxsus Boeing 737 Max sərnişin təyyarəsi 11 kilometr hündürlükdə meteoroloji məlumatlar üçün istifadə edilən hava şarı ilə toqquşduqdan sonra Yuta ştatının Solt-Leyk-Siti şəhərində təcili eniş edib.

    Bu barədə “New York Post” (NYP) ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) hesabatına istinadən məlumat yayıb.

    Belə ki, Vaşinqton ştatının Spokan şəhərindən hava şarını buraxan WindBorne Systems şirkəti vaxtaşırı ona nəzarəti itirdiyini etiraf edib ki, bu da insidentə səbəb ola bilər.

    Nəşr bildirib ki, zond təyyarənin ön şüşəsini sındırıb, pilotların otağı şüşə qırıntıları ilə dolub. Bundan sonra ekipaj təcili eniş etmək məcburiyyətində qalıb. Sərnişinlərdən xəsarət alan olmayıb.

  • Qazaxda müəmmalı ölüm: Meyiti qardaşının həyətində aşkarlandı

    Qazaxda evin həyətində kişi meyiti tapılıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Qaymaqlı kəndində qeydə alınıb.

    62 yaşlı Ənvər İmran oğlu Əhmədovun meyiti həmin kənddə qardaşına məxsus evin həyətində, ağaclıq ərazidə tapılıb. Mərhumun hansı səbəbdən ölməsi bəlli deyil.

    Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Yanvardan evlərin qiyməti ucuzlaşacaq?

    “Yanvar ayından hər hansı ucuzlaşma ehtimalı proqnozlaşdırılmır. Sadəcə 2026-cı il xərclərin optimallaşdırılması ili olacaq və yeni yanaşma metodlarını görəcəyik. Bu da daşınmaz əmlak bazarına təsir göstərəcək”.

    Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

    AQC sədri əlavə edib ki, gələn il bir sıra yerlərdə söküntü prosesləri davam edəcək, eyni zamanda yeni binalar tikiləcək:

    “Həmçinin bəzi söküntü olan yerlərdə binaların yerində parkların salınması planlaşdırılır. Buna görə, daşınmaz əmlak bazarına müraciətlərin sayı heç də az olmayacaq.

    Daşınmaz əmlakın dəyəri o zaman stabilləşir və yaxud aşağı düşür ki, ölkədə birja formalaşsın, vətəndaşlar investisiyanı şirkətlərə, banklara yatıra bilsin və öz aylıq, illik gəlirlərini əldə edə bilsin. Hələlik birja tam formalaşmadığına görə daşınmaz əmlak və o cümlədən zinət əşyaları, xüsusən də qızıl yeganə vasitədir ki, vətəndaşlar və sahibkarlar ona investisiya qoyur.

    Pandemiyadan sonra məlum oldu ki, fəal biznes bir çox hallarda gözlənilməyən səbəblər ucbatından dayana bilər, gəlir gətirə bilməz, iş yerləri bağlana bilər. Ona görə, daha çox dünya passiv gəlirlərə üstünlük verir. Passiv gəlirlər içərisində də dayanıqlı gəlir məhz kirayədən və yaxud da icarədən gələn gəlirdir.

    Belə ki, bu həm daşınmaz əmlakın ildən-ilə qiymətinin artması ilə nəticələnir, həm də stabil gəlir əldə etmək imkanları yaradır. Daşınmaz əmlak və qızıl məmulatları hazırda investisiya üçün cəlbedici olduğuna görə düşünürəm ki, 2026-cı ildə hər hansı ciddi qiymət azalması olmayacaq”.//Baku.ws

  • Mehdiabadda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

    Binəqədi rayonu, Mehdiabad qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

    Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

    Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 61 kv.m olan ikiotaqlı mənzilin 1 otağının ev əşyaları 10 kv.m sahədə yanıb. Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.

    Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 1-i azyaşlı olmaqla 5 nəfər bina sakini təxliyə olunub.

  • Şaxtanın açarını restoran sahiblərindən istədim, məni döydülər”

    “Yanğın baş verən zaman binanın təxliyə olunmaq üçün nəzərdə tutulan qapısı “Loft” restoranı tərəfindən nəzarətə götürülərək qapadılmışdı”.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri bir neçə gün əvvəl restoran əməkdaşları tərəfindən döyülən binanın ustası Yusif Həsənov jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, təxliyə qapısı vətəndaşların istifadəsində olsa idi, ölüm hadisəsi baş verməzdi:
    “Bir neçə gün əvvəl şaxtanın açarını restoran sahiblərindən istədim, vermədilər və məni döydülər. Komendant Samir Məhəmmədov oranı təmizləmək üçün mənə tapşırıq vermişdi. Amma icazə vermədilər. Məni döydülər və bundan sonra polisə şikayət etdik. Daha sonra üzr istədilər, barışdıq. Şaxtanın bizə aid olan hissəsini bağlayıblar, girişə icazə vermirlər. Orada avtomobillərin elektrikdoldurma cihazları üçün generator quraşdırıblar. Yanğın da orada başladı və tüstüdən insanlar zəhərləndilər. Amma düzü, bilmirəm, generator qurğuları o cihazlara qoşulub, ya yox. İki ilə yaxındır, burada çalışıram, amma bir dəfə də olsun, zirzəmiyə daxil ola bilməmişəm”.

    Xatırladaq ki, noyabrın 21-i, axşam saatlarında Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında üç nəfər həlak olub, 20-dən çox şəxs tüstüdən zəhərlənib.

  • Qazaxda kişinin meyiti qardaşının həyətindən tapıldı

    Qazaxda evin həyətində kişi meyiti tapılıb.  

    Median.Az xəbər verir ki, hadisə Qaymaqlı kəndində qeydə alınıb. 

    Belə ki, 1963-cü il təvəllüdlü Əhmədov Ənvər İmran oğlunun meyiti həmin kənddə qardaşına məxsus evin həyətində, ağaclıq ərazidə tapılıb. Mərhumun hansı səbəbdən ölməsi bəlli deyil.

    Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.//qafqazinfo.az