Sabah Bakıda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə atəşfəşanlıq keçiriləcək.
Bayram atəşfəşanlığı Dənizkənarı Milli Park ərazisində təşkil olunacaq. Paytaxt sakinləri və şəhərə gələn qonaqlar rəngarəng atəşfəşanlığı dekabrın 31-nə keçən gecə, saat 00:00-da həmin məkandan izləyə biləcəklər.
Month: December 2025
-
Bakıda Yeni il və Həmrəylik Günü münasibətilə atəşfəşanlıq olacaq
-
Azərbaycanda qaz və elektrik enerjisinə görə aylıq tarif BİR MANAT olacaq
Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib.
Bununla bağlı Tarif (qiymət) Şurası qərar qəbul edib.Bildirilib ki, “Elektroenergetika haqqında” və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minən yeni “Qaz təchizatı haqqında” qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilmişdir. Qeyd edək ki, elektrik enerjisi və təbii qaz təchizatında abonentlərdən hər ay sabit ödənişlərin alınması bir çox ölkələrdə tətbiq olunur. Beynəlxalq təcrübədə sabit ödənişlərin tətbiqi istehlakçının istifadə etdiyi elektrik enerjisi və təbii qazın miqdarından asılı olmayaraq, infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərinin qarşılanmasında mühüm əhəmiyyət kəsb edir.
Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və 1 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 1 manat, 3 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilib.
Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 1 manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilib.
Qərarlar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.
-
“Kəlbəcər” tankeri həyəcan siqnalı verdi – SƏBƏB
İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib.
Median.Az xəbər verir ki, ASCO-dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.
Bildirilib ki, hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir. Hadisə zamanı gəmidə yük olmayıb.
Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur. Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.
Xatırladaq ki, Türkiyə KİV-in məlumatına əsasən, İstanbulun Mərmərə dənizi sahillərində Azərbaycan və Türkiyə bayrağı altında üzən iki tankerdən həyəcan siqnalı daxil olub. 141 metr uzunluğundakı “Kəlbəcər” və 115 metr uzunluğundakı “Alatepe” tankerləri toqquşub. Qəzada ölən və xəsarət alanların olmadığı bildirilib.
-
Maaşlar ayda iki dəfə veriləcək
Əmək haqqının verilməsi müddətləri ilə bağlı qaydalarda dəyişiklik ediləcək.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.Mövcud qanunvericiliyə görə, aylıq əmək haqqı işçilərə bir qayda olaraq iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir.
Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
Layihəyə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir.
Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə biləcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
//qaynar.az -
Milli Qəhrəmanımızın nəşi Azərbaycana gətiriləcək
Diasporla İş üzrə Dövlət Komitəsi İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin Vətənə gətirilməsi məsələsini nəzarətə götürüb.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, hazırda cənazənin Azərbaycana gətirilməsi üçün sənədləşmə və digər texniki işlər görülür.
“Məsələ ilə bağlı mərhumun ailə üzvləri ilə davamlı əlaqə saxlayırıq”, – Dövlət Komitəsindən bildirilib.
Qeyd edək ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. 2001-ci ildən Azərbaycanı tərk edərək Avropaya köçüb. İsveçdəki Qocalar Evində yaşayan Azərbaycan Respublikasının Milli Qəhrəmanı uzunsürən xəstəlikdən sonra vəfat edib.
-
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılacaq.
Bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.Mövcud qanunvericiliyə əsasən, bu müddət ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədərdir.
Təklif olunan dəyişikliyə əsasən, bu müddət ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.
Qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
//qaynar.az -
Bu cərimələr 10 dəfəyə qədər artırlır
Vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulmasına görə bəzi cərimələr artırılacaq.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdə vergi orqanına təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə fiziki şəxslər 300 manat (hazırkı cərimə 50 manatdır) məbləğində, hüquqi şəxslər 1000 manat (hazırkı cərimə 100 manatdır) məbləğində cərimə ediləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.//qaynar.az
-
Милли Меджлис окончательно одобрил запрет на аморальный контент в интернете
Милли Меджлис в третьем чтении принял законопроект, запрещающий распространение в интернете информации, выражающей открытое неуважение к обществу и оскорбляющей общественную мораль.
Как сообщает Oxu.Az, соответствующие поправки вносятся в закон “Об информации, информатизации и защите информации”.Речь идет об информации, распространяемой публично в социальных сетях или различных интернет-ресурсах. В частности, запрещается использование нецензурных выражений, жестов, создающих подобное впечатление, а также демонстрация частей тела в форме, противоречащей нормам общественной морали и национально-духовным ценностям.
В проекте отмечается, что в последнее время в социальных сетях все чаще наблюдаются неэтичные публикации и призывы, выражающие неуважение к обществу и не соответствующие моральным ценностям. Подчеркивается, что такие процессы негативно воздействуют на общество, особенно влияют на подростков и молодежь, формируя у них искаженные модели поведения.
Алгоритмы социальных сетей, продвигающие наиболее “вирусный” контент, дополнительно усиливают распространение подобных материалов.
Разработчики инициативы считают, что действующее законодательство охватывает не все категории вредоносной информации, поэтому необходимо уточнить механизмы ответственности и усилить защиту детей и молодежи от вредного контента.








