Month: December 2025

  • İnternet resurslarında təhqir və əxlaqa zidd paylaşımlar QADAĞAN EDİLİR

    İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri qadağan edən dəyişiklik üçüncü oxunuşda qəbul edilib.

    Bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik təklifi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

    Sənədə əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan ediləcək.

    Layihədə qeyd edilib ki, son zamanlarda kütləvi nümayiş etdirilməklə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışların edilməsi Azərbaycanda geniş müşahidə olunur.

    Bu proses cəmiyyətə təsir edərək milli-mənəvi dəyərlərimizin deqradasiyasını sürətləndirir, xüsusilə yeniyetmə və gənclərə mənfi təsir göstərərək onların davranış modellərində dəyişiklik yaradır. Eyni zamanda, sosial şəbəkələrin istifadəçilərinin diqqətini daha çox cəlb edən paylaşımları önə çıxarmağa əsaslanan iş prinsipi bu cür qeyri-etik paylaşımları sürətlə daha geniş auditoriyaya çatdırır. Nəticədə, yaranan informasiya axını ictimai mənəviyyata ciddi zərər vurur.

    Bildirilib ki, mövcud qanunvericilik yalnız müəyyən kateqoriya qadağan olunmuş məlumatlara görə məsuliyyət nəzərdə tutur. Mənəvi dəyərlərin qorunmasını təmin etmək, yeniyetmə və gənclərin zərərli informasiyadan müdafiəsini gücləndirmək, internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirmək və mövcud tənzimləməni təkmilləşdirmək üçün yeni qanun layihəsinin hazırlanması zərurəti yaranıb.

    Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
    //oxu.az

  • Polisin axtardığı şəxs Bosniyada saxlanıldı

    ​Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Bosniya və Herseqovina ərazisində yeri müəyyən olunub.

    Median.Az xəbər verir ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Nicat Namiq oğlu Rəhimov İnterpol kanalları vasitəsilə saxlanılıb.

    Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

    Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiqləyiblər.

  • 15 kiloqram narkotiklə yaxalanan şəxslərə HÖKM OXUNDU

    15 kiloqram narkotik vasitə olan marixuana ilə yaxalanan şəxslərin işi üzrə məhkəmə prosesi keçirilib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə baxılıb.

    Belə ki, Ramil Nuriyev və Murad Həmzəyev Bəhruz adlı İran vətəndaşı tərəfindən maddi maraq qarşılığında narkokuryerlik etməyə razılıq veriblər. Təqsirləndirilənlər külli miqdarda narkotik vasitəni əldə etmək, saxlamaq və daşımaq üçün qabaqcadan əlbir olan qrup şəklində hərəkət ediblər. Onlar 10-15 min manat qarşılığında əldə etdikləri narkotik vasitəni bildirilən ünvana çatdırmağa razılaşıblar.

    R.Nuriyev və M.Həmzəyev daha sonra razılaşdırılan kimi Zəngilan rayonunun Bartaz kəndinin ərazisində gizlədilmiş külli miqdarda narkotik vasitələri daşımaq üçün 2 oktyabr 2024-cü il tarixdə “Hyundai ix35” minik avtomobilini icarəyə götürüblər. Onlar portal icazəsi olmadan işğaldan azad edilmiş ərazilərə keçə bilməyəcəklərini bildikləri üçün komendant postlarından maneəsiz keçmək üçün birlikdə özbaşına özlərini vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu kimi təqdim etmək qərarına gəliblər.

    Təqsirləndirilənlər məqsədlə Şirvan şəhəri ərazisində yerləşən hərbi geyimlər satılan mağazadan özləri üçün Sərhəd Qoşunlarının hərbi qulluqçularına aid olan hərbi geyim formasını alaraq və Salyan rayonu, Qarabağlı kəndində Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsinin balansında olan MAZ markalı yük avtomobilinə aid iki ədəd hərbi qeydiyyat nömrə nişanını götürüblər.

    Onlar Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində keçirilən əməliyyat zamanı saxlanılıblar.

    Avtomobilə baxış zamanı ümumilikdə 14 770 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə onlar Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək altı il altı ay müddətində azadlıqdan məhrum ediliblər.
    //oxu.az

  • Dövlət qurumunun həyətində kişi infarktdan öldü

    İmişlidə dövlət qurumunun həyətində ölüm hadisəsi olub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Azərenerji”nin həyətində qeydə alınıb.

    Orada işləyən şəhər sakini 67 yaşlı Mehdi Məhərrəm oğlu Vəliyev ürək çatışmazlığından ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане запрещаются импорт, производство и продажа электронных сигарет

    В Азербайджане запрещаются импорт, экспорт, производство, хранение, оптовая и розничная продажа, а также использование электронных сигарет и их компонентов.

    Как передает Oxu.Az, это отражено в предложенных изменениях в закон “О табаке и табачных изделиях”, вынесенных на обсуждение на заседании Милли Меджлиса.

    Согласно проекту, электронные сигареты, содержащие никотин, включаются в понятие табачных изделий.

    Электронная сигарета – это продукт, за исключением пищевых продуктов, табачных изделий, лекарственных средств и медицинских устройств, предназначенный для поступления в организм человека путем вдыхания пара, содержащего или не содержащего никотин, и используемый с помощью устройства с мундштуком или другими компонентами, в том числе с картриджем и флаконом либо без них. Флакон электронных сигарет может использоваться один или несколько раз либо электронные сигареты могут перезаправляться с использованием одноразовых картриджей.

    Системы нагревания табака не будут считаться электронными сигаретами.

    Одновременно в рамках гармонизации законодательства вносятся соответствующие изменения в Налоговый кодекс и закон “О рекламе”. Это включает исключение “одноразовых электронных сигарет” и “жидкости для электронных сигарет” из списка подакцизных товаров с последующей отменой налоговых ставок, а также адаптацию запрета на рекламу к новым понятиям.

    Законопроект был вынесен на голосование и принят в третьем чтении. В случае принятия закон вступит в силу с 1 апреля 2026 года.

  • Elektron siqaretlərin satışı qadağan edilir

    Milli Məclis elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsini qadağan edən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

    Bununla bağlı “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

    Sənəddə qeyd edilib ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir.

    Belə ki, elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.

    Layihədə qeyd edilib ki, qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək.

    Vurğulanıb ki, qızdırılan tütün məmulatı tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.

    Bildirilib ki, anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensasiyasına imkan yaradacaq.

    Eyni zamanda, uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsində, “Reklam haqqında” qanunda müvafiq dəyişikliklər edilir. Buraya “birdəfəlik istifadə üçün elektron siqaret”in və “elektron siqaretlər üçün maye”nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir.

    Qanun layihəsi qəbul olunacağı halda 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.

    Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.
    //oxu.az

  • В центре Баку частично ограничат движение транспорта

    2 января с 10:00 движение транспортных средств будет частично ограничено на участке от пересечения проспекта Хатаи с улицей Абдулазала Демирчизаде до начала проспекта Гейдара Алиева.

    Об этом сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана (ГААДА).

    “Дорога полностью не закрывается. Ограничение движения будет действовать короткий период и только до завершения работ. Водителей просят с пониманием отнестись к проводимым работам и заранее использовать альтернативные маршруты”, – отметили в ведомстве.

  • Bakının mərkəzində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

    Yanvarın 2-də, saat 10:00-dan Bakının Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçələrinin kəsişməsindən Heydər Əliyev prospektinin başlanğıcına qədər hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    “Yol bağlanmır. Hərəkətin məhdudlaşdırılması işlər bitənə qədər, qısa müddət ərzində qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda vurğulanıb.

  • В Баку обнаружены боеприпасы (Видео)

    В Бинагадинском районе Баку обнаружены боеприпасы.

    Информация об этом поступила на горячую линию 112 Министерства по чрезвычайным ситуациям.

    Выехавшая на место оперативная группа Службы спасения особого риска МЧС совместно с сотрудниками правоохранительных органов обнаружила 10 ручных гранат Ф-1, коробку с взрывателями для гранат Ф-1 и РГД-5.

    Боеприпасы были вывезены специалистами МЧС для последующего обезвреживания.

    Дополнительный осмотр прилегающей территории не выявил других опасных или подозрительных предметов.

  • Bakıda on ədəd qumbara tapıldı (Video)

    Binəqədi rayonu ərazisində sursat aşkar edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlama yayıb.

    Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüşə yararlı 10 ədəd F-1 əl qumbarası, 1 qutu F-1 və RQD-5 əl qumbaralarının parladıcıları olduğu müəyyən olunub.

    Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.