Month: December 2025

  • Azərbaycan neftinin qiyməti azalıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 1.05 ABŞ dolları və ya 1.58% enərək 65.57 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

  • Нетаньяху согласился с условиями Трампа по Газе

    Премьер-министр Израиля Биньямин Нетаньяху в США согласился двигаться ко второму пункту соглашения по Газе, несмотря на несогласие с командой президента Дональда Трампа по поводу его реализации.

    Об этом сообщает портал Axios со ссылкой на американского чиновника и еще один источник.

    Встреча состоялась 29 декабря в резиденции Трампа в Мар-а-Лаго в штате Флорида.

    Помимо прочего Нетаньяху принял просьбу Трампа о возобновлении переговоров с правительством Сирии по поводу потенциального соглашения о безопасности.

    Издание отмечает, что послание США на встрече Трампа с Нетаньяху состояло в том, что изменение курса Израиля на Западном берегу реки Иордан необходимо для восстановления отношений страны с государствами Европы и, возможно, расширения Авраамовых соглашений.

    По словам источников портала, на встрече Нетаньяху с государственным секретарем США Марко Рубио, спецпосланником американского лидера Стивом Уиткоффом, зятем Трампа Джаредом Кушнером, а затем и на встрече с самим президентом обсуждались вопросы насилия со стороны израильтян на Западном берегу Иордана, финансовых проблем Палестинской администрации и расширения израильских поселений.

  • Netanyahu Trampın Qəzza planı ilə razılaşdı

    İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ səfəri zamanı Qəzza sazişinin II bəndinin müzakirəsinə keçməyə razılaşıb.

    Bu barədə “Axios” məlumat yayıb.

    Xəbərdə o da vurğulanır ki, Netanyahu ilə Trampın komandası arasında planın həyata keçirilməsi ilə bağlı fikir ayrılığı qalmaqdadır.

    İki ölkənin rəhbərlərinin görüşü dekabrın 29-da Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında baş tutub.

    Netanyahu həmçinin ABŞ liderinin Suriya hökumətinə dair potensial təhlükəsizlik razılaşması ilə bağlı danışıqları bərpa etmək tələbini qəbul edib.

  • Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb

    Dekabrın 30-da saat bir radələrində Qax rayonu ərazisində VAZ-21099 avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

    Qəza nəticəsində sürücü, 1985-ci il təvəllüdlü Tural Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

  • Parkdakı ilk palıd ağacını Prezident əkdi – Fotolar+Video

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva bu gün “Bakı Ağ Şəhər”də olublar.

    Median.Az xəbər verir ki, onlar Palıd meydanı parkında ilk palıd ağacını əkiblər.

    Qeyd edək ki, parkda çox sayda palıd, çinar, zeytun, ağcaqayın, maqnoliya, palma və digər mövsümi ağacların əkilməsi planlaşdırılır.

  • Sumqayıtda 25 yaşlı gəncin meyiti tapıldı

    Sumqayıt şəhərində ölüm faktı qeydə alınıb.
     
    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində 2001-ci il təvəllüdlü Fuad Elçin oğlu Əhmədovun meyiti aşkarlanıb.
     
    Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
     
    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
     
    Faktla bağlı araşdırma aparılır.

  • “Qışqırdım ki, qız külə dönür, onu çıxarın” – Binəqədidə 35 yaşlı qadının ölümünün TƏFƏRRÜATI

    Paytaxtın Binəqədi rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

    Hadisə rayonun Səttar Bəhlulzadə küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Məlumata görə, yanğın zamanı evdə iki qadın və üç uşaq olub.

    Yanğın nəticəsində ev sahibinin baldızı, 35 yaşlı qadın ağır yanıq xəsarətləri alıb və hadisə yerində dünyasını dəyişib.

    “Pəncərəni açıb qonşuları köməyə çağırdım. İki-üç dəfə dəmir barmaqlığa təpik vurdum, amma sınmadı. Qonşular sağ olsunlar, kömək etdilər, barmaqlığı sındırdılar. Mən tullananda yıxıldım. Qışqırdım ki, qız külə dönür, onu çıxarın. Çıxaranda bədəni yanmışdı, amma hələ nəfəs alırdı. Təcili tibbi yardım çağırdım, lakin onlar gələnədək baldızım dünyasını dəyişdi” , – deyə ev sahibi bildirib.

    “Qadını dörd kişi böyük çətinliklə çıxardı. Təcili reanimasiya tədbirləri görüldü, amma o an can verdi” , – qonşulardan biri əlavə edib.

    Daha ətraflı Baku TV-nin videomaterialında:

  • Azərbaycanda polkovnik vəfat etdi

    Daxili Qoşunların Hərbi Hospitalına uzun müddət rəhbərlik etmiş tibb xidməti polkovniki Mirtənzil Seyidəliyev vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

    Qeyd edək ki, mərhum 1951-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. O, uzun müddət daxili işlər və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə xidmət edib.

  • Правительство Боснии и Герцеговины легализует медицинский каннабис

    Совет министров Боснии и Герцеговины (БиГ) принял решение, разрешающее использование каннабиса в медицинских целях.

    Как передает Median.Az, об этом пишет Vijesti.

    О принятом решении заявил депутат парламента БиГ Саша Магазинович, много лет подряд лоббировавший легализацию медицинского каннабиса. По его словам, этот процесс был отмечен многочисленными препятствиями, а также убедительными показаниями пациентов, которым препараты на основе каннабиса помогли в лечении.

    Постановление правительства переместило каннабис из колонки 1, где вещества были строго запрещены, в колонку 2, где его использование разрешено под строгим контролем и в медицинских целях. В эту группу уже входят такие вещества, как опиум и морфин, которые используются в системе здравоохранения на протяжении многих лет.

    Депутат отметил, что, хотя решение уже принято, работа еще не завершена, поскольку реализация правительственного решения будет зависеть от правил и точных процедур.

  • Bosniya və Herseqovinada çətənənin tibbi məqsədlərlə istifadəsinə icazə verildi

    Bosniya və Herseqovinanın Nazirlər Şurası çətənənin (kannabis) tibbi məqsədlərlə istifadəsinə icazə verən qərar qəbul edib.

    Median.Az bu barədə “Vijesti” portalına istinadən xəbər verir.

    Hökumətin qərarına əsasən, çətənə maddəsi qəti qadağan olunan 1-ci qrupdan, istifadəsinə ciddi nəzarət altında və tibbi məqsədlərlə icazə verilən 2-ci qrupa keçirilib.

    Qeyd edək ki, bu qrupa artıq uzun illərdir səhiyyə sistemində istifadə olunan tiryək və morfin kimi maddələr daxildir.