Month: December 2025

  • Meksikadakı təyyarə qəzasında 7 nəfər ölüb

    Meksikanın paytaxtı Mexiko şəhərindən təxminən 50 kilometr qərbdə kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı yeddi nəfər həlak olub.

    Bu barədə xarici KİV yazıb.

    Mexiko Şəhər Mülki Müdafiə Koordinatoru Adrian Hernandez bildirib ki, təcili eniş etməyə çalışan təyyarə Toluka Hava Limanından 5 kilometr məsafədə qəzaya uğrayıb.

    Hernandez təyyarədə səkkiz sərnişin və iki heyət üzvünün olduğunu, lakin indiyə qədər yeddi nəfərin cəsədinin tapıldığını bildirib.

    Qəzanın səbəbi araşdırılır.
    //unikal.az

  • Salyanda ərzaq bazarında ciddi nöqsanlar aşkarlandı – Video

    Salyan rayonunda fəaliyyət göstərən ərzaq bazarında monitorinq aparılıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, AQTA-nın nəzarət tədbiri zamanı bazarda ciddi nöqsanlar aşkarlanıb:

    “Belə ki, bazarda turşu, mürəbbə, süd məhsulları və çiy toyuq ətinin antisanitar şəraitdə müvafiq sənədləri olmadan satışa çıxarıldığı məlum olub. Balıq məhsullarının, eləcə də ətin soyuducudan kənarda açıq şəkildə satıldığı müəyyən edilib.

    Nəzarət tədbiri zamanı bazarın sanitar-gigiyenik və sanitar-texniki tələblərə cavab vermədiyi, qida məhsullarının saxlanılması, temperatur rejiminin gözlənilməsi üçün müvafiq avadanlıqlarla təmin olunmadığı aşkarlanıb.

    Qeyd edək ki, ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təminatıdır. Bu tələblərin icrası, eləcə də aşkarlanan nöqsanların aradan qaldırılması, bazarların sağlamlaşdırılması üzrə əsas məsuliyyət isə onların rəhbərlərinin üzərinə düşür”.

  • В Баку выявлено заведение, нарушающее нормы пищевой безопасности

    Проведена внеплановая проверка в заведении общественного питания On numara, расположенном по адресу: город Баку, Наримановский район, улица А.Раджабли, дом 42С.

    Как сообщает Median.Az со ссылкой на Агентство продовольственной безопасности Азербайджана, в ходе проверки были выявлены многочисленные нарушения технических нормативных правовых актов и санитарных норм в области пищевой безопасности.

    По информации ведомства, установлено, что заведение функционировало незаконно, без регистрации в системе пищевой безопасности. Донеры, предлагаемые посетителям, не имели соответствующей сопроводительной документации, а приготовленное накануне мясо для донера хранилось в морозильной камере для повторного разогрева и подачи клиентам.

    Проверка также выявила, что в заведении не соблюдался принцип технологической последовательности, при приготовлении блюд использовалось сырье, не соответствующее установленным требованиям пищевой безопасности. Сотрудники кафе не проходили обязательное медицинское обследование, а режим хранения холодных закусок не отвечал нормативным требованиям. Кроме того, в кафе не были приняты меры для предотвращения проникновения вредителей в кухонную зону.

    По факту выявленных нарушений в отношении руководства объекта составлен административный протокол. Образцы готовых к употреблению продуктов были взяты для лабораторного анализа. До устранения выявленных недостатков деятельность по приготовлению холодных закусок и предоставление соответствующих услуг в заведении приостановлена.

  • “On numara” ictimai iaşə müəssisəsində ciddi nöqsanlar aşkarlanıb

    Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 42C ünvanında fəaliyyət göstərən “On numara” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib.

    Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, istehlaka təqdim edilən dönərlərin müvafiq müşayiətedici sənədlərinin olmadığı, əvvəlki gün bişirilmiş dönərin yenidən isidilərək istehlaka verilməsi məqsədilə dondurucuda saxlanıldığı, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, emal zamanı qida məhsullarının təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə cavab verən xammaldan istifadə edilmədiyi, işçilərin tibbi müayinədən keçirilmədiyi və soyuq qəlyanaltıların saxlanma rejiminin normativ tələblərə cavab vermədiyi aşkarlanıb. Bundan əlavə, zərərvericilərin mətbəx sahəsinə daxil olmasının qarşısını almaq üçün tədbirlərin görülmədiyi məlum olub.

    Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka hazır qidalardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Nöqsanlar aradan qaldırılanadək soyuq qəlyanaltıların emalı sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.

  • Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. “20 Yanvar” dairəsində;

    3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində;

    5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    6. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    7. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    9. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

    10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    11. Mirzə Qədim İrəvani küçəsi, Xətai prospekti istiqamətində;

    12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    13. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    15. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    16. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    17. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

    18. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    19. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    20. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

    21. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

    22. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    23. Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında sıxlıq müşahidə olunur.

  • Ərdoğandan Qara dənizdə gəmilərə hücumla bağlı – Xəbərdarlıq

    “Son günlər həyata keçirilən qarşılıqlı hücumlar Qara dənizdə gəmilərin hərəkət təhlükəsizliyinə ciddi təhdid yaradır”.

    Median.Az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ölkənin xarici ölkələrdə akkreditə olunmuş səfirləri ilə görüşündə deyib.

    Türkiyə lideri məsələ ilə bağlı ölkəsinin Ukraynadakı münaqişə tərəflərinə xəbərdarlıq etdiyini vurğulayıb:

    “Ticarət və mülki gəmiləri hədəf almaq heç kimə fayda verməyəcək. Hər iki tərəfə məsələ ilə bağlı xəbərdarlığımızı bildiririk”.

    Xatırladaq ki, noyabrın 29-da Türkiyənin Qara dəniz sahillərində Rusiyaya məxsus “Kairos” adlı neft tankeri və Qambiya bayrağı altında üzən “Virat” adlı gəmi sahildən bir qədər aralıda alovlanıb. Türkiyə rəsmiləri hər iki hadisənin “xarici təsir” səbəbindən baş verdiyini açıqlamışdı.

    Dekabrın 12-də isə Rusiya ordusu Ukraynanın Odessa limanında lövbər salmış Türkiyəyə məxsus “Cenk Roro” adlı yük gəmisini vurub.

  • Şəkidə qonşu qadınlar arasında dava: İş məhkəmədə yekunlaşdı

    Şəkidə qonşular arasında su üstündə mübahisə məhkəmədə yekunlaşıb.

    Hadisə rayonun Baş Göynük kəndində baş verib.

    Belə ki, Almaz (adlar şərtidir) digər 26 qonşu ilə birlikdə öz hesablarına su borusunu bərpa edərək özlərinə su xətti çəkiblər. Qonşular, eyni zamanda, yeni çəkilən xətdən öz həyətlərinə də su çəkilməsini təmin ediblər. Bu zaman bərpa üçün ödəniş etməyən Almaza xətdən evinə su daşımağa icazə versələr də, öz həyətinə su çəkməsinə icazə verməyiblər.

    Bu zaman Almaz və digər qonşular arasında mübahisə yaşanıb. Mübahisə zamanı Nəsibə və Almaz adlı qonşular arasında dava baş verib. Dava zamanı Nəsibə Almazın sifətinə və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

    Şəki Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək min manat məbləğində cərimə cəzasına məhkum edilib.
    //oxu.az

  • Bu mayenin hər litrinə 100 manat aksiz tətbiq edilecek

    Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı müddəlarda dəyişiklik ediləcək.

    Bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına və onların əvəzedicilərinə, energetik içkilərə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə və elektron siqaretlər üçün mayeyə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

    – birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərin hər bir ədədinə 2 manat;

    – elektron siqaretlər üçün mayenin hər litrinə 100 manat.

    Qanun layihəsində birdəfəlik istifadə üçün elektron siqaret və elektron siqaretlər üçün maye ilə bağlı müddəların qanunvericilikdən çıxarılması təklif edilir.

  • Dərslik deyil, yük daşıyırlar: Məktəblilərin qorxulu problemi

    Elm və təhsil naziri Emin Əmrullayev məktəbli çantalarının ağırlıq probleminə toxunub. Nazir dərs vəsaitlərindən kənar əşyaların çantaya qoyulduğunu bildirib:

    “Çantanın ağırlıq probleminin necə aradan qaldırılması ilə bağlı sual da yalnız Elm və Təhsil Nazirliyinə ünvanlanmalı deyil. Həmin çantanı yükləyən tərəf təkçə nazirlik deyil. İbtidai sinif səviyyəsində bir dərsliyin çəkisi 270-300 qram arasında dəyişir. Bu problem hər birimizin problemidirsə, hər birimiz həll etməliyik”.

    Təhsil eksperti Elçin Əfəndi Qaynarinfo-ya açıqlamasında bildirib ki, çanta ağırlığından qurtarmağın ən optimal üsulu dərsliklərin elektron formatda olmasıdr:

    “Bu üsul artıq bir neçə ildir ki, xarici ölkələrdə tətbiq olunur. Şagird sadəcə planşet daşımalıdır. Planşetdə isə dərsliklər elektron formada öz əksini tapmalıdır. Bunu tətbiq edəriksə, çanta problemi aradan qalxacaq”.

    Elçin Əfəndi problemə öz nümunəsində aydınlıq gətirib:

    “Məsələn, bu gün öz övladımı məktəbə apararkən onun çantasını çəkdim, 6 kiloqram gəldi. Çantanın ağırlığı şagirdin çəkisinin 10-12% həcmində olmalıdır. Belə bir halda oğlumun bu çantanı daşıması mümkün deyil. Elm və təhsil naziri bildirir ki, burada problem onlardan qaynaqlanmır, valideynlər də diqqətli olmalıdır. Düşünürəm ki, bu məsələdə həm valideynlər, həm də müəllimlər məsələyə diqqətli yanaşmalıdırlar ki, çantalar ağır olmasın, şagirdlərdə skolioz xəstəliyi, fəqərə əyriliyinə və s.-ə səbəb olmamalıdır”.

    Elçin Əfəndi bildirib ki, hazırda dərsliklər yarımil olaraq təqdim olunur:

    “Əvvəllər dərsliklər bir illik təqdim olunurdu. Bu da dərsliyin çəkisinin azalması deməkdir. Şagirdlər günün müəyyən hissəsini təhsil müəssisəsində olur, onların qidalanma məsələsi var. Valideyn də müvafiq qidalarla övladını təmin etməlidir. Bu da çantada ağırlıq yaradır. O cümlədən əlavə fənn müəllimləri test tapşırıqları verir, iç dəftərləri, şagirdin inkişafı ilə bağlı digər vəsaitlər çantaya qoyulanda onun ağırlığı daha da artır. Belə vəsaitlər siniflərdə saxlanılmalıdır, şagird onu daşımamalıdır”.

  • Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh sazişinə doğru mühüm mərhələ yaxınlaşır

    Azərbaycan və Ermənistan arasında uzun illərdir gözlənilən sülh sazişinin imzalanması real mərhələyə daxil olub. Tərəflər bu məqsədə indiyədək olmadıqları qədər yaxınlaşıblar.

    Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Beştəpədə keçirilən Türkiyə səfirlərinin 16-cı toplantısında çıxışı zamanı danışıb.

    Türkiyə lideri bildirib ki, uzun müddət münaqişə və gərginliklə yadda qalan Cənubi Qafqaz regionu hazırda tarixi dönüş nöqtəsini yaşayır. Onun sözlərinə görə, Azərbaycanla mövcud dialoq mühiti fonunda Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmaqdadır.

    “Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına heç vaxt bu qədər yaxın olmamışıq. Biz də Azərbaycanla qarşılıqlı anlaşma çərçivəsində Ermənistanla normallaşma prosesini davam etdiririk. Ümid edirik ki, gələn ilin əvvəlindən etibarən bu prosesdə rəmzi, lakin əhəmiyyətli addımların şahidi olacağıq”, – deyə Ərdoğan vurğulayıb.