Month: December 2025

  • Bakı-Şamaxı yolunda eyni nişanların təkrarlanması ilə bağlı RƏSMİ AÇIQLAMA

    Sosial şəbəkələrdə Bakı-Şamaxı yolu üzərində yol nişanlarının ard-arda təkrar şəkildə qoyulması ilə bağlı görüntülər yayılıb.

    Görüntülərdən aydın olur ki, təkrarlanan eynitipli yol nişanları bir-birinə yaxın məsafədə quraşdırılıb. Sürücülər bunun səbəbini anlamadıqlarını bildiriblər.

    Maraqlıdır, bəs görəsən, eyni nişanlar niyə təkrar quraşdırılıb?

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, hazırda ölkənin magistral yollarında standartlara uyğun nişanların quraşdırılması həyata keçirilir:

    “Eyni zamanda, köhnə, istismar vaxtı bitmiş nişanlar da yeniləri ilə əvəzlənir. Köhnə nişanlar hündürlüyünə, ölçüsünə və ən əsası işıqqaytarma qabiliyyətinə görə standartlara cavab vermir. Gecə saatlarında bir çox magistral yollarda işıqlandırma olmadığından nişanların işıq qaytarıcılıq qabiliyyəti təhlükəsizlik baxımından çox böyük önəm kəsb etdiyinə görə bu amilə xüsusi diqqət ayrılır. Köhnə nişanların işıqqaytarma qabiliyyəti ya zəifləyib, ya da tamamilə itirilib. Yeni nişanlar vahid rəng və ölçü standartlarına uyğun formada istehsal olunur, bütün nəqliyyat vasitələrinin sürücülərinin rahat görə biləcək hündürlükdə quraşdırılır və qaranlıqda yüksək işıqqaytarma qabiliyyətinə malikdir.

    Bütün yol nişanları standartlara gətirilir. Nümunə olaraq, ötən il ərzində eyni proses Aeroport şosesində aparılmış və çoxlu sayda həm yol nişanı, həm də istiqamət göstərən məlumatverici nişan (böyük tablolar) quraşdırılıb, köhnə nişanlar isə əvəzlənib.

    Quraşdırmanı və demontajı fərqli qruplar həyata keçirdiklərinə görə bəzi yerlərdə proses ərzində müvəqqəti təkrarlanma halları müşahidə olunur”./oxu.az

  • Тысячи пищевых добавок, импортированных из России, были уничтожены

    Проведено исследование биологически активной пищевой добавки “Глицин Биокор с витаминами B1 и B6” в количестве 10 000 штук, импортированной ООО Nord Star Pharma из России.

    Об этом сообщили в Агентстве продовольственной безопасности Азербайджана (АПБА).

    Было отмечено, что в результате исследования в пищевых добавках было обнаружено содержание витамина B1 ниже нормы.

    На основании соответствующего решения, принятого по данному факту, партия продукции была уничтожена.

  • Rusiyadan idxal olunan minlərlə qida əlavəsi məhv edildi

    “Nord Star Pharma” MMC-nin Rusiyadan idxal etdiyi 10 000 ədəd “Qlisin Biokor” B1 və B6 vitaminləri ilə” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi həyata keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, müayinə nəticəsində qida əlavələrində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb.

    Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

  • Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi

    Kikboksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimlinin barələrində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərin şikayətinə baxılaraq onlar barədə verilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

    Qeyd edək ki, idmançılar Abşeron rayonu ərazisində törədilmiş quldurluqda təqsirləndirilirlər. Onlar dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirməkdə, onun 110 manat pulunu ələ keçirərək quldurluq etməkdə ittiham olunurlar.

    Elgün Həsənli

  • Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı

    Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvətalma ittihamı ilə 8 il 6 ay həbsə məhkum edilmiş sabiq müdiri Rüfət Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının çoxu özünə qaytarılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun yalnız Quba şəhərindəki 2 evi və bir neçə ünvanda yerləşən boş torpaq sahələri müsadirə edilib.

    Həmin əmlakların orta bazar dəyəri 164 min manat qiymətləndirilib.

    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı ilə Rüfət Hacıyevin özünün, valideynlərinin və həyat yoldaşı ilə qızının adına rəsmiləşdirilən daha çox əmlak isə həbsdən azad edilib:

    – Abşeron rayonu, Xırdalan şəhərində mənzil;

    – “Jeep” markalı (bu maşını cinayət işi başlanandan sonra satmaq istəmişdi – red.) avtomobil;

    – Quba şəhəri, Heydər Əliyev prospektində və daha 3 ünvanda yerləşən mənzillər;

    – Qubanın Təngəaltı, II Nügədi kəndlərində və şəhər ərazisində yerləşən torpaq sahələri.

    Qeyd edək ki, Rüfət Hacıyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin bu hökmündən razı qalmayıb. Hazırda onun apellyasiya şikayətinə baxılır.

  • Evdən 8 min dollarlıq qızıl oğurlayan şəxs saxlanıldı

    Bakının Sabunçu rayonunda evdən 8 min dollarlıq qızıl oğurlayan şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Bildirilib ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən 8 min dollar dəyərində qızıl-zinət əşyasının naməlum şəraitdə talanmasını bildirib. Əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən M.Vəlizadə müəyyən edilərək saxlanılıb.

    Sözügedən ərazində daha bir nəfərə məxsus qarajdan 1500 manat dəyərində naqil, Nizami rayonundakı yarımtikililərin birindən 2915 manatlıq təmir alətləri oğurlamaqda şübhəli bilinən R.Məmmədov və E.Məmmədov saxlanılıb.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Xətaidə 480 qutu pirotexniki vasitə satmaq istəyən şəxs saxlanıldı

    Bakının Xətai rayonunda 480 qutu pirotexniki vasitə satmaq istəyən şəxs müəyyən edilib.

    Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində pirotexniki vasitələrin satışını təşkil edən 38 yaşlı Ə.İbrahimov saxlanılıb.

    Ondan 480 qutu səs və 290 ədəd işıq effekti yaradan pirotexniki vasitələr aşkar edilib. Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

  • Bakıda Yeni il yolkalarının qiymətləri – SİYAHI

    Qarşıdan Yeni il bayramı gəlir. Bu bayramın əsas atributlarından biri yolka ağaclarıdır. Bayram yaxınlaşdıqca, yolkalarda bahalaşma hiss olunur. Satıcılar bildirir ki, bu il qiymətlər əvvəlki illə müqayisədə təxminən 25–30% yüksəkdir. 

    Valyuta.az bayram ərəfəsində yolka ağaclarının qiymətini araşdırıb. Qiymətlər ölçü və kateqoriyaya görə fərqlənir.

    1. Kiçik ölçülü yolkalar

    Kiçik ölçülü yolkalar (60 sm – 1,5 m)

    Qiymət aralığı: 10–200 AZN

    Bu yolkalar daha ucuzdur, lakin sadə və kompakt dizayna malikdir.

    2. Orta və böyük ölçülü yolkalar

    Geniş otaqlar, biznes salonları və açıq məkanlar üçün nəzərdə tutulur.

    1,5 m ölçülü yolkalar: 99–155 AZN

    1,8 m ölçülü yolkalar:  155 AZN

    2,4 m hündürlükdə olanlar:  299 AZN

    2,4–2,7 m arası iri yolkalar: 469–649 AZN

    3 m və daha böyük modellər: 1 099 AZN

    Bu kateqoriya həm süni, həm də bəzəkli modelləri əhatə edir.

    3. Təbii (real) yolkalar

    Təbii çam və şam ağaclarından hazırlanmış yolkaların qiyməti də yüksəkdir.

    1,5 m ölçülü real yolkalar: 400–450 AZN və daha bahadır.

    Bu yolkalar daha qısa ömürlü olsalar da, təbii görüntüsü və ətri ilə seçilir.

    4. Premium və iri modellər

    Premium yolkalar xüsusi dizaynlı, LED işıqlı və daha sıx budaqlıdır.

    Qiymət: 500 AZN-dən yuxarı, bəzi modellər isə 1 000 AZN-dən də bahadır.

    Bu kateqoriya iri obyektlər, hotellər və biznes məkanları üçün nəzərdə tutulur.

  • Sabah Bakıda hava yağmursuz keçəcək

    Bakıda və Abşeron yarımadasında dekabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

    Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

  • Gürcüstan 43 əcnəbini deportasiya etdi – Aralarında azərbaycanlılar da var

    Gürcüstan son bir neçə gün ərzində ölkədə miqrasiya qanunvericiliyini pozaraq yaşayan 43 əcnəbini deportasiya edib.

    Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

    Məlumata görə, Gürcüstandan deportasiya olunan şəxslər Azərbaycan, Banqladeş, Misir, İran, Hindistan, İordaniya, Pakistan, Rusiya, Tacikistan, Türkiyə, Türkmənistan və Efiopiya vətəndaşlarıdır.

    Bildirilir ki, ümumilikdə ilin əvvəlindən etibarən ölkədən 1200 qanunsuz miqrant çıxarılıb, bu isə son bir neçə ilin ümumi göstəricilərindən çoxdur.

    Qeyd edək ki, Gürcüstanda qanunsuz miqrasiya ilə mübarizəni daha da gücləndirmək üçün miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər oktyabrın 1-də qüvvəyə minib. Dəyişikliklərə əsasən, bu ölkədə yaşama müddətini aşan əcnəbilər 1000 ilə 3000 lari arasında (təqribən 630 AZN-dən 1890 AZN-dək) cərimələnəcək. Cərimə onların Gürcüstanda qanunsuz qalma müddətindən asılı olaraq dəyişəcək. Cərimə ilə yanaşı, qanunsuz immiqrantın Gürcüstana girişi də qadağan olunacaq.