Month: December 2025

  • Azərbaycanla bu ölkə arasında hava əlaqəsi olacaq

    Milli Məclis Azərbaycan ilə Ruanda arasında yeni sənədi təsdiq edib.

    Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

    Sənədin iki ölkə arasında əmkdaşlığa mühüm töhfə verəcəyi qeyd edilibş

    Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbu edilib.
    //qaynar.az

  • “Məktəblərin yaxınlığında köşklərdə dənə-dənə siqaretlər satılır” – Komitə sədri

    “Elektron siqaretlərin qadağan olunması bizi gələcəkdə gözləyən daha böyük təhlükələrin bəri başdan önlənməsinə xidmət edən proflaktik addım kimi olduqca əhəmiyyətlidir”.

    Bunu Milli Məclisdə 3 komitənin birgə iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.

    Komitə sədri bildirib ki, tütün məmulatları, tütün məmulatlarının istifadəsinin məhdudlaşması, onun reklamının qadağan olunması haqqında bizim bir neçə qanunlarımız var:

    “Təəssüflər olsun ki, qaununlarımız kifayət qədər hüquqi cəhətdən əsaslandırılmış və mükəmməl qanun olsa da, onun işləməsi haqqında bu sözləri deyə bilmirik. Xüsusilə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunumuz demək olar ki, işlənilmir. Qanunun işləməsinə nəzarət edən qurumlar da bu nəzarəti kifayət qədər aparmırlar. Məktəblərin lap yaxınlığında köşklər qoyulub və siqaretlər satılır. Hətta dənə-dənə satılır. Bunlar hamısı qanunun ciddi şəkildə pozulmasıdır”.
    //unikal.az

  • Bakıda tələbə faciəli şəkildə öldü

    Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Ağa Anar oğlu Əhmədov faciəli şəkildə ölüb.

    Bu barədə universitet öz sosial şəbəkəsində paylaşım edib.

    Şirvan şəhər sakini olan tələbə yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb.

    Qeyd edək ki, Ağa Əhmədov Turizm və qonaqpərvərlik fakültəsində Tərcümə ixtisası üzrə təhsil alırmış. O, dördüncü kurs tələbəsi imiş.

  • Bu işçilərə ödənilən müavinət artırılacaq

    Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarında dəyişiklik ediləcək.

    Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

    Mövcud qanunvericiliyə görə, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət ödəyir.

    Layihəyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyəcək.

    Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
    //qaynar.az

  • Pərviz Həsənovu reabilitasiya mərkəzinə oğurlayaraq gətiriblər – Qoluna qandal vurulubmuş

    Abşeron rayonunda yerləşən “Həyat üçün şans” reabilitasiya mərkəzinə müalicə üçün gətirilən və bir gün sonra orada dünyasını dəyişən Pərviz Zərdan oğlu Həsənovun ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim qarşısına təqsirləndirilən şəxs qismində Mustafa Mustafayev çıxarılıb.

    Məlum olub ki, Mustafa Mustafayev digərləri ilə birlikdə Pərvizi reabilitasiya mərkəzinə zorla, qanunsuz əməlləri icra etməklə gətiriblər.

    Belə ki, Pərvizin bacısı ATV-də yayımlanan “Bizimləsən” verilişində sözügedən mərkəzin reklamını görərək “Həyat üçün şans”ın rəhbəri Elgiz Alxanovla əlaqə saxlayıb.

    O, narkotikdən əziyyət çəkən qardaşının könüllü müalicə olunmayacağını bildirib. Bu zaman Pərvizin bacısı Elgiz Alxanova özlərini prokurorluq əməkdaşı kimi təqdim etməyi, yalnız bu vasitə ilə qardaşını reabilitasiya mərkəzinə gətirə biləcəklərini deyib.

    Elgiz Alxanovdan göstəriş alan Mustafa Mustafayev Pərvizi gətirmək üçün digərləri ilə Göygölə yollanıb. Pərvizi avtomobilin arxa oturacağına məcburi əyləşdirən şəxslər onun qoluna qandal da vurublar. Nəticədə Pərviz “Həyat üçün şans” reabilitasiya mərkəzinə qollu qandallı gətirilib.

    Onların əməli adam oğurluğu kimi qiymətləndirilib.

    Hadisə şahidlərinin sözlərinə görə, Pərviz mərkəzə gətirildiyini biləndə buna qarşı çıxıb, orada qalmaq istəməyib. O, adının narkoman kimi hallandırılmasını istəməyib. Pərviz Həsənov getmək istəyəndə buna qarşı çıxıblar və onu aşağı mərtəbəyə keçiriblər. Bu zaman Pərvizin ürəyi gedib. Təcili tibbi yardıma zəng edəndə isə Pərvizin keçindiyi müəyyən olunub.

    Məhkəmənin hökmünə əsasən, Mustafa Mustafayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, onun cəzası 1 il 6 ay müddətinə şərti hesab edilib.

    Qeyd edək ki, “Həyat üçün şans” reabilitasiya mərkəzi nizamnaməsində göstərilən fəaliyyət istiqamətlərindən fərqli olaraq belə asılılıqdan əziyyət çəkən şəxslərin qeyri-tibbi formada, psixoloji yardımla reabilitasiyası ilə məşğul olan və bu zaman hər hansı müqavilə bağlamadan, maliyyə fəaliyyətini rəsmiləşdirmədən fəaliyyət göstərib.

    Xatırladaq ki, sözügedən hadisədən sonra mərkəzin rəhbəri Elgiz Alxanov da həbs edilib. Keçirilən digər məhkəmə prosesində o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • “Qarabağ” azarkeşlərinə görə cərimələndi

    “Qarabağ” azarkeşlərinə görə cərimələnib.

    Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

    Ağdam klubu Misli Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”la matçın 2-ci hissəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat ziyana düşüb. “Araz-Naxçıvan” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

    “Kəpəz” – “Qəbələ” oyununda Gəncə komandası “Kəpəz” komandası 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. “Qəbələ” isə 36-cı dəqiqədə futbolçusu İbrahim Sanqarenin ciddi qayda pozuntusuna görə 1000 manat ziyana düşüb. İ.Sanqare isə 2 oyunluq diskvalifikasiya olunub.

    “Karvan-Yevlax” “İmişli” ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. “Sumqayıt” isə “Neftçi” il matçda sarı vərəqə alan 5 futbolçusuna görə eyni məbləğdə cərimə ödəməli olacaq.

  • Elektron siqaretlərin reklamı qadağan edilir

    Azərbaycanda nikotin tərkibi olmayan elektron siqaretlərin reklamı qadağan ediləcək.

    Bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan “Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Mövcud qanunvericiliyə görə, narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının və bu Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir.

    Layihəyə əsasən, nikotin tərkibi olmayan elektron siqaretlərin reklamına da yol verilməyəcək.

    Mövcud qanunvericiliyə görə, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.

    Qanun layihəsində elektron siqaretlərlə bağlı yuxarıdakı müddəanın qanunvericilikdən çıxarılması təklif edilir.
    //unikal.az

  • Yaxın günlərdə telefonuma zəng çatmasa, bilin ki… – Nura Suri

    İnsanlar var ki, bu həyatda hər şeyi hədə-qorxu və şantajla etdirə bilirlər və edirlər. Mənə hədə-qorxu gəlməyin – onsuz da bu həyat mənasızdır, ölümdən də qorxmuram. Ört-basdır etsəniz də, bəzi məsələləri hamı anlayır.

    Bu sözləri tanınmış müğənni Nura Suri qeyd edib.

    “Şəxsən mən bu gün (dünən) baş verən hadisəyə də, verilən təkzibə də inanmadım (Ötən gün nəğməkar şair Vüqar Əhmədin saxlanılması, sonra isə azad edilməsi barədə xəbər yayılmışdı. V.Əhməd özü saxlanılması barədə xəbəri təkzib edib). Yaxın günlərdə telefonuma 10 dəqiqə zəng çatmasa, bilin ki, nəsə olub – hətta sonradan təkzib versəm belə”, – o bildirib.

    Qeyd edək ki, Nura Suri, şair Vüqar Əhmədin qızı, müğənni Almaxanım Əhmədova və bir çox sənət adamı dövlət tədbirlərinə dəvət olunmadıqları ilə bağlı qalmaqallı açıqlama vermişdilər.

    Dünən isə Vüqar Əhmədin saxlanılması ilə bağlı məlumat yayılmışdı.
    //publika.az

  • Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib

    2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 344 milyon 206.6 min ABŞ dolları dəyərində 1 milyon 81 min 332 ədəd smartfon idxal edilib.

    Dövlət Statistika Komitəsinin məlumatına, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 7.3% və ya 84.9 min ədəd azalıb, dəyər baxımından isə 5.5% və ya 17.9 milyon ABŞ dolları artıb. Belə ki, 2024-cü ilin ilk 10 ayı ərzində ölkəyə 326 milyon 243.6 min dollar dəyərində 1 milyon 166 min 285 ədəd smartfon gətirilib.

    Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 541 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 475.5 manat idi.

    Bu dövrdə ölkəyə smartfon əsasən Çindən ( 863 min 707 ədəd), Vyetnamdan (205 min 315 ədəd), Hindistandan (11 min 439 ədəd), İndoneziya ( 606 ədəd) və Koreyadan ( 230 ədəd ) gətirilib. Bu məhsul Çindən 517 manata, Vyetnamdan 619 manata, Hindistandan 989 manata, İndoneziyadan 472 manata Koreyadan isə 204 manata idxal edilib.

    Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 256.2 min ABŞ dolları dəyərində 1428 ədəd smartfon ixrac edilib. Gürcüstana (803 ədəd) və Çexiya ( 625 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 305 manat təşkil edib.

  • Bu şəxslər cəzalarından tam azad ediləcək

    Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad ediləcək.

    Median.Az apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb.

    Layihəyə əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər:

    – Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

    – Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);

    – bu Qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları.

    Yuxarıda qeyd olunan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmayacaq, başlanılmış cinayət təqibinə isə xitam veriləcək.