Month: December 2025

  • Bu şəxslər vəfat etdikdə vərəsələrinə müavinət ödəniləcək

    Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək.

    Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.

    Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

  • Əmək Məcəlləsinə dəyişiklik: atalara ödənişli doğum məzuniyyəti veriləcək

    Uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Hazırda işçilərin xahişi ilə bir iş ilində arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək ödənişsiz məzuniyyətlər verilir. Gender bərabərliyinin təmin edilməsi məqsədilə uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulacaq.

    Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

  • Bakıda müştərinin “İphone-17”-si oğurlandı

    Bakıda müştərinin “İphone-17”-ni oğurlayan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, paytaxtın Səbail rayonunda bir nəfərə məxsus skuter, digər vətəndaşın isə 3800 manat dəyərində “İphone-17” markalı mobil telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən E.Acalov və T.Kərimli müəyyən edilərək saxlanılıblar.

    Nəsimi rayonunda isə evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən R.Vahabov da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun başqa bir nəfərə məxsus avtomobildən akkumulyator və təmir alətləri talaması da məlum olub.
    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Cəmil Həsənli DTX-yə çağırılıb

    Milli Şuranın sədri Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

    O, Abbas Abbasovla bağlı proses çərçivəsində DTX-yə çağırılıb.

    Xatırladaq ki, Azərbaycan Respublikası baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun istintaqa cəlb olunması barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

  • Bakıda illərdir istifadəsiz qalan avtobuslar (Video)

    Meyvəli bazarın yaxınlığında 2015-ci ildə alınmış “Iveco” markalı avtobuslar artıq iki ildən çoxdur ki, istifadəsiz vəziyyətdə saxlanılır.

    Median.Az xəbər verir ki, vətəndaşın BAKU.WS-in “qaynar xətti”nə müraciətində bildirdiyinə görə, sözügedən avtobusların qapıları açıqdır və texniki vəziyyəti baxımsız haldadır.

    Maraqlısı ondadır ki, paytaxtın bəzi kənd və qəsəbələrində xətt üzrə işləyən avtobuslar köhnə və istismar müddətini başa vurmuş vəziyyətdədir.

  • Уголовное дело против Мурада Гулиева передано в суд

    Заочно завершено уголовное дело в отношении Мурада Гулиева, возбужденное в Следственном управлении Генеральной прокуратуры Азербайджана.

    Как сообщает Teleqraf, дело направлено в Бакинский суд по тяжким преступлениям и передано в производство судьи Махиры Керимовой.

    Дата предварительного судебного заседания пока не определена.

    Следует отметить, что в отношении Мурада Гулиева первоначально было принято решение о привлечении в качестве обвиняемого по статье 281.1 (публичные призывы, направленные против государства) Уголовного кодекса (УК) Азербайджанской Республики (АР).

    В связи с тем, что Гулиев скрылся от следствия за пределами Азербайджана, он объявлен в розыск для предъявления обвинения. Решением Бинагадинского районного суда от 15 февраля этого года в его отношении избрана мера пресечения в виде заочного ареста.

    12 сентября, после внесения дополнений и изменений в содержание обвинения, было принято решение о привлечении М.Гулиева в качестве обвиняемого по статье 281.2 (публичные призывы, направленные против государства, совершенные неоднократно) УК АР.

    Мурад Гулиев 23 сентября 2019 года на своей странице в Facebook и 24 декабря 2023 года на канале RaffNaff на платформе YouTube, действуя в составе группы лиц по предварительному сговору, распространял публичные призывы к насильственным действиям против законно сформированной и действующей власти в Азербайджане.

  • Murad Quliyevin barəsində olan cinayət işi məhkəməyə göndərildi

    Murad Quliyevin barəsində Baş Prokurorluğun İstintaq İdarəsində başlanılmış cinayət işi üzrə qiyabi istintaq başa çatıb.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Mahirə Kərimovanın icraatına verilib.

    Məhkəmənin hazırlıq iclasının vaxtı bəlli deyil.

    Qeyd edək ki, Murad Qüdrət oğlu Quliyev barəsində Cinayət Məcəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

    O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il fevralın 15-dəki qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

    Sentyabrın 12-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Murad Quliyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar; eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

    Qeyd olunub ki, o, 2019-cu il sentyabrın 23-də “Facebook” platformasındakı səhifəsində və 2023-cü il dekabrın 24-də “YouTube” platformasındakı kanalında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar yayıb.

  • 14 yaşlı qızın toyu: Valideyn həbs olundu

    Tovuzun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin qarşısı alınıb.

    Valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib.

    Əldə etdiyimiz məlumata görə, bəy 1992-ci il təvəllüdlü olub, yəni qızdan 19 yaş böyük imiş.

    APA-nın məlumatına görə, 14 yaşlı qızına toy edən şəxs ögey ata olub.

    Saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb.

  • “Sizin ağanız mənəm” – Həbs edilən başçı

    Dövlət Təhlükəsizlik Xidmətinin Balakənin sabiq icra başçısı İslam Rzayevin həbsi ilə bağlı görüntüləri yaymasından sonra onun personası yenidən müzakirə mövzusuna çevrilib. Dünəndən bəri mediada Rzayevin əməllərinə dair yeni faktlar tirajlanır.

    Median.Az bildirir ki, Metbuat.az bu mövzuda maraqlı məlumat əldə edib. Balakən sakinlərindən biri sayta açıqlamasında deyib ki, 14 il icra başçısı vəzifəsində çalışan İslam Rzayev özünü dövlət qulluqçusu deyil, rayonun ağası kimi aparırmış. Tabeliyində çalışan şəxslərlə kobud rəftar onun xarakteri üçün vazkeçilməz xüsusiyyət olub.

    Məlumatlara görə, İslam Rzayev təkcə icra hakimiyyətinin əməkdaşlarına deyil, hətta ona tabe olmayan vəzifəli şəxslərə də qanunsuz göstərişlər verirmiş. O, regional təhsil idarəsinin müdiri, baş həkim, maliyyə idarəsinin rəisi, sosial təminat şöbəsinin sədri və digər vəzifəli şəxsləri həmişə təzyiq altında saxlayıb. Balakəndə müxtəlif dövlət qurumlarına rəhbərlik edən məmurları tez-tez kabinetinə çağırıb məzəmmət etmək Rzayevin sevimli məşğuliyyətlərindən biri olub. Balakənlilər onun dilindən “Bakıdakıları yaddan çıxarın, sizin ağanız mənəm” sözlərini tez-tez eşidirmiş. Onun razılığı olmadan rayonun heç bir xəstəxanasına baş həkim, heç bir məktəbə direktor təyin edilmirmiş. Hətta seçkili qurum olan bələdiyyələr də icra başçısının öz “üsulları” ilə formalaşırmış.

    Balakəndə idarə və təşkilat rəhbəri olan bəzi məmurların bu münasibətdən narazı qaldığı üçün Rzayevdən tez-tez mərkəzə şikayət etdiyi bildirilir.

    İslam Rzayev son iki ildə haqqında ən çox şikayət edilən icra başçılarından biri olub.

  • Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

    Dekabr ayının 15-də saat 23 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar olunub.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb.

    Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmaqla ümumi çəkisi 31 kiloqram narkotik vasitəni ölkə ərazisinə gətirməyə cəhd göstərən Lənkəran rayon sakinləri – 1985-ci il təvəllüdlü Qədir Hüseynağa oğlu Şahbazov və 1986-cı il təvəllüdlü Zamiq Mövsümağa oğlu Babayev saxlanılıblar.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

    Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.