Month: December 2025

  • İlin sözü seçildi

    “Slop” sözü Merriam-Webster lüğətinə görə ilin sözü seçilib.

    “Slop”, süni intellekt vasitəsilə çoxlu miqdarda və aşağı keyfiyyətli rəqəmsal məzmundur: absurd videolar, saxta xəbərlər, absurd kitablar və bütün digər aşağı keyfiyyətli media məhsullarını nəzərdə tutur.

    Bu söz 18-ci əsrdə yaranıb və palçıq, torpaq, daha sonra isə çirkab və zibil mənasını verib.

  • Velosipeddən yıxılan 9 yaşlı uşaq öldü

    Ağdamda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə rayonun Alıbəyli kəndi ərazisində baş verib.

    Kənd sakini 2016-cı il təvəllüdlü H. Baxşəliyevin velosipeddən yıxılaraq öldüyü bildirilir.

    Faktla bağlı araşdırma başlanıb.

  • Naxçıvanın Ali Məhkəməsinin yeni sədri kimdir? – DOSYE

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Aida Əli qızı Hüseyn Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

    Aida Hüseyn bu təyinatadək Azərbaycan Ali Məhkəməsinin hakimi idi.

    Aida Hüseyn 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Universitetinin Beynəlxalq hüquq fakültəsindən, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub.

    1998-2002-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında laborant işləyib.

    2002-2005-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında elmi işçi olub.

  • Məhkuma telefon ötürülməsinin qarşısı alınıb

    Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

    Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə məhkumla qısamüddətli görüşə gəlmiş həyat yoldaşının üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasında gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunaraq müəssisəyə keçirilməsinin qarşısı alınıb.

    Faktla bağlı araşdırma aparılır.

    “Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır”, məlumatda deyilir.

  • Qurban Qurbanov Əkbərlə görüşdü – Video

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qarabağ” – “Ayaks” oyununu sığınacaqda tək izləyən Əkbərlə görüşüb.

    Görüş ötən gün baş tutan “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan sonra olub.

    Görüşdə “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə də iştirak edib.

  • Ukraynada 100 gün ərzində prezident seçkiləri keçirilə bilər

    Ukrayna münaqişəsinin həlli üçün Berlində keçirilən danışıqlar zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin müəyyən şərtlər daxilində 100 gün ərzində prezident seçkiləri keçirməyə və NATO üzvlüyündən çıxmağa hazır olduğu bildirilir.

    Bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

    Hadisələrin səbəbi açıqlanmayıb. Mənbə həmçinin bildirib ki, Ukrayna hakimiyyəti mövcud təmas xəttini “dondurmağa” hazırdır, lakin qoşunlarını bütün Donbasdan çıxarmaqdan imtina edir.

  • Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlandı

    Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq.

    Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

    Bildirlib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur.

    Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.

  • “Eliko”nun vəzifəli şəxsi cərimələndi

    Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarının iştirakçısı olan “Eliko” MMC-nin vəzifəli şəxsini cərimələyib.

    Median.Az bu barədə AMB-yə istinadən xəbər verir.

    Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.4-cü maddəsinə əsasən “Eliko”nun vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 10 000 manat cərimə edilib.

  • FHN 3 nəfərin meyitini aşkarlayıb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 115 yanğına çıxış, 25 halda köməksiz vəziyyətdə qalma, 5 avtonəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 5-i azyaşlı olmaqla 29 nəfər xilas edilib, 20 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, əməliyyatlar zamanı 3 nəfərin meyiti təhvil verilib.

  • “Neftçi” xal itirdi

    Futbol üzrə Misli Premyer Liqasında XV tura yekun vurulub.
     
    Son oyun günündə iki görüş keçirilib.
     
    “İmişli” “Karvan-Yevlax”la heç-heçə edib – 1:1.
     
    “Neftçi” isə doğma meydanda “Sumqayıt”la bərabərə qalıb – 2:2.
     
    Qonaqlar 27 xalla 4-cü, meydan sahibləri isə 17 xalla 8-ci pillədə qərarlaşıb.
     
    Turun əvvəlki oyunlarında “Şamaxı” “Zirə”yə 2:1, “Sabah” “Turan Tovuz”a 3:1, “Kəpəz” “Qəbələ”yə 1:0, “Qarabağ” isə “Araz-Naxçıvan”a 5:1 hesabı ilə qalib gəlib.