Month: December 2025

  • Sumqayıtda azyaşlı uşaq tapıldı: Polis valideynlərini axtarır

    Bu gün saat 18 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən 3-4 yaşlarında uşaq tapılıb və ərazi üzrə polis orqanına gətirilib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 646-06-94 şəhər və (070) 908-18-19 mobil nömrələrinə, həmçinin Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə müraciət etmələri xahiş olunur.

  • Bakı-Şamaxı yolunda ard-arda qoyulan eyni yol nişanları DİQQƏT ÇƏKDİ

    Sosial şəbəkələrdə Bakı-Şamaxı yolu üzərində yol nişanlarının ard-arda təkrar şəkildə qoyulması ilə bağlı görüntülər yayılıb.

    Görüntülərdən aydın olur ki, təkrarlanan eynitipli yol nişanları bir-birinə yaxın məsafədə quraşdırılıb. Sürücülər bunun səbəbini anlamadıqlarını bildiriblər.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən nişanların təkrarlanmasına səbəb köhnələrin yenisi ilə əvəz edilməsidir. Qeyd olunub ki, köhnə nişanlar yaxın zamanlarda söküləcək.

  • Лейла Алиева побывала в гостях у жителей Шамахинского района (Видео)

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева побывала в гостях у жителей Шамахинского района.

    Соответствующей публикацией она поделилась на своей странице в Instagram.

    “Мы побывали в гостях у жителя села Ширван Шамахинского района Ихтияра Годжаева и жителя села Мейсари Вели Шахвердиева.

    Благодарю за искреннее гостеприимство”, – отметила Лейла Алиева.

  • Leyla Əliyeva şamaxılı ailənin qonağı olub (Video)

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şamaxılı ailənin qonağı olub.

    Leyla Əliyeva bu barədə “Instagram” hesabında paylaşım edib.

    “Şamaxı rayonunun Şirvan kənd sakini İxtiyar Qocayevin və Meysəri kənd sakini Vəli Şahverdiyevin evlərində qonaq olduq.

    Səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm”, – deyə Leyla Əliyeva qeyd edib.

  • СМИ: Беспилотники СБУ в третий раз ударили по нефтяным платформам РФ на Каспии

    Дальнобойные дроны Центра специальных операций “Альфа” Службы безопасности Украины (СБУ) в третий раз за последнюю неделю поразили работающие в Каспийском море нефтедобывающие платформы российской компании “Лукойл-Нижневолжскнефть”.

    Как передает Median.Az, об этом сообщили источники УНИАН в спецслужбе.

    Согласно информации, на этот раз удару подверглась платформа на нефтегазоконденсатном месторождении имени Корчагина. Отмечается, что в результате атаки беспилотников СБУ было повреждено критически важное оборудование объекта, производственные процессы остановились.

    Как сообщалось, 11 и 12 декабря дроны СБУ уже поражали нефтедобывающие платформы имени Филановского и Корчагина. 11 декабря в результате атаки остановилась добыча нефти и газа из более 20 скважин, которые обслуживает платформа имени Филановского. 12 декабря беспилотники СБУ повредили критическое оборудование на обеих платформах, что привело к приостановке производственных процессов.

    Месторождение имени Филановского – одно из крупнейших разведанных в России и в российском секторе Каспия. Его запасы составляют 129 млн тонн нефти и 30 млрд кубометров газа.

  • Ukrayna Xəzər dənizindəki Rusiya neft platformasına yenidən zərbə endirdi

    Ukrayna Silahlı Qüvvələrinin “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin uzunmənzilli dronları son bir həftə ərzində Xəzər dənizində fəaliyyət göstərən “LUKOIL-Nijnevoljskneft” neft hasilatı platformalarına üçüncü dəfə zərbə endirib.

    Median.Az UNIAN-a istinadən xəbər verir ki, bu dəfə hədəf neft və qaz kondensatı yatağındakı platforma olub.

    Dronlar obyektdəki vacib avadanlıqlara zərər vuraraq istehsal proseslərinin dayandırılmasına səbəb olub.

    Qeyd edək ki, daha əvvəl dronlar dekabrın 11-i və 12-də Filanovski və Korçaqin neft hasilatı platformalarına zərbələr endiriblər.//oxu.az

  • Bakıda avtomobil yandı – Video

    Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində avtomobildə yanğın baş verib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    “Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Kia” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub”, – deyə məlumatda qeyd edilib.

  • Sumqayıtda azyaşlı uşaq tapıldı – Valideynləri axtarılır+Foto

    Bu gün saat 18:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən 3-4 yaşlarında uşaq tapılıb.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, azyaşlı ərazi üzrə polis orqanına gətirilib.

    “Azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 646-06-94 şəhər və (070) 908-18-19 mobil nömrələrinə, həmçinin Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə müraciət etmələri xahiş olunur”,- deyə məlumatda qeyd edilib.Bu gün saat 18:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən 3-4 yaşlarında uşaq tapılıb.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, azyaşlı ərazi üzrə polis orqanına gətirilib.

    “Azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 646-06-94 şəhər və (070) 908-18-19 mobil nömrələrinə, həmçinin Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə müraciət etmələri xahiş olunur”,- deyə məlumatda qeyd edilib.//qafqazinfo

  • Vüqar Əhməd saxlanıldı – AÇIQLAMA

    Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılıb.

    Median.Az bildirir ki, manset.az-ın əldə etdiyi məlumata görə, o səhər saatlarında işə gedərkən saxlanılıb.

    Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.

    V.Əhmədin saxlanılması ilə bağlı xəbəri Manset.az-a çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.

    “Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq”.

  • Sumqayıtda gənc qız qazdan boğuldu

    Sumqayıtda 19 yaşlı qız dəm qazından boğulub.

    Median.Az xəbər verir ki, Z.Hüseynovanın hamamda dəm qazından boğularaq öldüyü bildirilir.

    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.//apa