Month: December 2025

  • Gizir Xanıya şəhidlik statusu verildi

    Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib.

    Teleqraf-ın xəbərinə görə, 23 sentyabr tarixində rayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib.

    Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyib.

    Qeyd edək ki, S.Əhmədov uzun müddət Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət edib. 44 günlük Vətən müharibəsinə də könüllü qatılıb.

  • DİN və prokurorluq Biləsuvardakı qətllə bağlı məlumat yaydı

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Biləsuvarda törədilmiş qətllə bağlı məlumat yayıb.

    Birgə məlumatda deyilir:

    “Biləsuvar Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Biləsuvar rayon İsmətli kənd sakini, 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qəsdən öldürülməsi müəyyən edilib.

    Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanı yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Qasım Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub”.

  • Şabranda qanunsuz ov edən şəxs saxlanılıb

    Şabranda qanunsuz ov edən şəxs saxlanılıb.

    Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən 1 nəfər saxlanılıb.

    Həmin şəxsdən 1 ədəd ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

  • Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

    Azərbaycanda daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov ilin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair müşavirədə deyib.

    Onun sözlərinə görə, son aylarda aparılan təhlillər nəticəsində ilkin dializ kateterinin qoyulması xidmətinin yalnız məhdud sayda müəssisədə mövcud olduğu müəyyən edilib:

    “Görülən tədbirlər nəticəsində hazırda bu xidmət 9 tibb müəssisəsində tətbiq olunur. Növbəti mərhələdə daha 5 müəssisədə bu xidmətin təşkili planlaşdırılır. Bundan əlavə, son 7 ay ərzində 30-a yaxın müəssisədə ehtiyat qan tədarükü otaqları yaradılıb”.

  • Gömrük generalı təqaüdə göndərildi

    Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

    Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib.

  • Türkiyədə tanınmış jurnalistlərin narkoloji test nəticəsi məlum oldu

    Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı saxlanılan “HaberTürk” telekanalının keçmiş baş redaktoru Mehmet Akif Ersoyun narkotik testinin nəticəsi müsbət çıxıb.

    Median.Az bu barədə “En Son Haber” saytına istinadən xəbər verir.

    Eyni təhqiqat çərçivəsində narkoloji testdən keçirilən “HaberTürk” telekanalının aparıcısı Ela Rümeysa Cebecinin də test nəticəsi müsbət olub. Onun test nəticəsində çətənə və kokain maddələri aşkarlanıb.

    Eyni iş üzrə saxlanılan televiziya aparıcısı Meltem Acetin narkoloji test nəticəsi isə mənfi olub.

  • Azərbaycanda bu məktəblər distant təhsilə keçəcək (VİDEO)

    Azərbaycanda elə təhsil müəssisələri var ki, orada şagird sayı yetərincə deyil. Azərbaycanda şagird sayı az olan bəzi məktəblər distant təhsilə keçəcək.

    Bbarədə Elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə eksklüziv müsahibəsində deyib.

    Daha ətraflı müsahibədə tanış ola bilərsiz:

  • Xaçmazın 26 kəndində qaz olmayacaq

    Xaçmaz rayonunda Qusarçay kəndi istiqamətində istismarda olan D-315 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq dekabrın 16-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

    “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xaçmaz şəhərinin bir hissəsinin və 26 kəndinin qaz təchizatında fasilə yaranacaq. Müşkür, Müzəffəroba, Müşfiq, Sabiroba, Mürşüdoba, Qadaşoba, Nərəcan, Ağtala, Qımıqışlaq, Mollabürhan, Mirzəmməd, Çinartala, Palçıqoba, Çuxuroba, Şıxlar, Hacısıoba, Maşıoba, Çiləgir, Hacıqurbanoba, Xaspolatoba, Gödəkli, Çaykənarı, Ağaşirinoba, Manafoba, Gəncəli, Şıxlı kəndlərində və şəhərin bir hissəsində – ümumilikdə 10 min 346 abonentə təbii qazın verilməsi müvəqqəti dayandırılacaq.

  • Vüqar Əhməd sərbəst buraxıldı

    Tanınmış nəğməkar şair Vüqar Əhməd axşam saatlarında sərbəst buraxılıb.

    Median.Az Manset.az-a istinadla xəbər verir ki, bu barədə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova bildirib.

  • В Сумгайыте найден ребенок: полиция ищет его родителей

    Сегодня около 18:00 в 10-м микрорайоне города Сумгайыта был обнаружен маленький ребенок в возрасте примерно 3-4 лет. Мальчик был доставлен в местное отделение полиции.

    Об этом говорится в сообщении Министерства внутренних дел.

    Лиц, знающих ребенка или его родителей, а также располагающих какой-либо информацией о них просят позвонить по номерам (018) 646-06-94, (070) 908-18-19 или обратиться в службу “102” МВД.