Month: December 2025

  • Leyla Əliyeva Lənkəran səfərindən paylaşım edib – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında Lənkəran səfərindən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • 90-cı illərdən qalan və bu gün də fəaliyyət göstərən 8 ikonik veb-sayt

    1990-cı illərdə həyatımıza daxil olan “World Wide Web”in ilk günləri sadə və həvəskar dizaynlarla yadda qalıb. CERN-dəki ilk veb səhifədən avtomatik şikayət məktubu yaradan qəribə saytlara qədər internetin doğulduğu dövrün ruhunu daşıyan və bu gün də fəaliyyətini davam etdirən 8 ikonik veb-sayta nəzər salırıq.

    1990-cı illər internet dünyası üçün artıq çox qədim bir dövr hesab olunur. Həmin illərdə “World Wide Web” yenicə formalaşırdı və ABŞ əhalisinin cəmi 14 faizi internetə çıxış əldə edə bilirdi. İnternetə qoşulanlar isə telefon xətləri üzərindən, o məşhur cızıltılı “dial-up” səsi ilə bağlanırdı.

    O dövrün veb-saytları bu günün dizayn anlayışı ilə müqayisədə həvəskar görünə bilərdi. Bunun əsas səbəbi texniki məhdudiyyətlər və hələlik formalaşmamış dizayn standartları idi.

    Həmin dövrdən qalan saytların çoxu artıq mövcud deyil: “Amazon” və “Coca-Cola” kimi nəhənglərin səhifələri isə onlarla dəfə yenidən dizayn edilib. Lakin bəzi saytlar sahiblərinin domen ödənişlərini davam etdirməsi sayəsində bu günə qədər gəlib çatıb. Statik HTML ilə hazırlanmış səhifələrin işləmə ehtimalı daha yüksəkdir. Bununla belə, həmin saytların müasir təhlükəsizlik protokollarına sahib olmadığını nəzərə alıb, onları ziyarət edərkən diqqətli olmaq tövsiyə olunur.

    İnternet tarixinin başlanğıcına işıq salan və 90-cı illərin ruhunu yaşadan 8 ikonik veb-sayt:

    1. CERN: internetin ilk ünvanı

    WWW buradan başladı. Britaniyalı kompüter alim Tim Berners-Li 1989-cu ildə CERN-də çalışarkən, alimlərin müxtəlif qurumlar arasında məlumat mübadiləsini asanlıqla apara biləcəyi bir sistem yaratmaq məqsədi ilə HTTP, HTML və URL kimi bu gün də istifadə olunan protokolları icad etdi.

    Dünyanın ilk veb səhifəsi, serveri və brauzeri Berners-Li tərəfindən hazırlanmışdı. Bu sadə səhifə 1991-ci ilin avqustunda yayıma verildi və WWW-nin nə olduğunu izah edirdi. CERN 2013-cü ildə bu tarixi qorumaq üçün layihə başladığından, həmin ilk səhifə bu gün də ziyarət oluna bilir.

    2. Youngmonkey

    İlk veb-saytların çoxu universitetlərə və elmi laboratoriyalara məxsus olduğu halda, “Youngmonkey” əyləncə məqsədilə yaradılan ən erkən saytlardan biridir. 1991 və ya 1992-ci illərdə açılan sayt 1997-ci ildəki dizaynını bu gün də saxlayır. Rəqəmsal musiqi, sənət, fantastik mətnlər və müxtəlif texnologiya xidmətləri təqdim edən səhifə “Who Nose” kimi qəribə başlıqlarla diqqət çəkir.

    3. The Barney Fun Page

    1994-cü ildə yaradılan bu oyun bu gün də işləyir. Sadə qara-ağ “Barney “dinozavr təsvirinə top, mərmi və ya Uzi silahı ilə atəş açmaq mümkündür. Silahdan asılı olmayaraq “Barney”nin nə qədər tez “öldüyü” yalnız neçə dəfə atəş açdığınızdan asılıdır. Sadə qrafikalarına baxmayaraq, 30 illik bu oyun internetin ilk dövrlərinə nostalji ilə baxanların yaddaşında qalır.

    4. CBSS, Inc.

    Şəbəkə konsaltinq şirkəti CBSS-in saytı internetə erkən daxil olan korporativ səhifələrdən biri oldu. 1992-ci ildə açılan sayt 1998-ci ildə yenilənib. Burada dövrün artıq mövcud olmayan “PSINet” kimi şirkətlərlə əməkdaşlıq məlumatları, “ARCNet” və “Token-Ring” kimi tarixi texnologiya terminləri yer alır.

    5. Skott Pakinin avtomatik şikayət məktubu generatoru

    1994-cü ildən bəri yayımlanan bu generator, şikayət məktubu ünvanlamaq istədiyiniz şəxs və ya təşkilatın adını daxil etdikdən sonra “Emmanın murdar zəngin sifəti var” kimi təsadüfi ifadələrlə dolu bir mətn yaradır. Yaradıcısı Skott Pakin funksionallığı qorusa da, saytin görünüşü 1990-cı illərdən bəri dəyişməyib.

    6. FogCam

    Dünyanın ən qədim veb kamerası olan “FogCam” 1994-cü ildə San-Fransisko Dövlət Universitetində quraşdırılıb və 31 ildir fəaliyyət göstərir. Görüntü durağan görünməsinə baxmayaraq, hər 20 saniyədə yenilənir. O dövrdə veb kameralar geniş yayılmadığı üçün sistem köhnə bir “Mac” kompüteri və kamera ilə hazırlanmışdı. Universitet 2019-cu ildə kameranın fəaliyyətini qeyri-müəyyən müddətə dəstəkləyəcəyini açıqladı.

    7. Dole/Kemp 1996 kampaniya səhifəsi

    1996-cı ildə respublikaçı senator Bob Doul və keçmiş konqres üzvü Cek Kempin Bill Klintona qarşı apardığı seçki kampaniyası üçün yaradılan bu sayt, ən erkən prezidentlik kampaniyası səhifələrindən biridir. Saytda o dövrün siyasətinə dair maraqlı texnoloji qeyd və açıqlamalar yer alır. Səhifə sonuncu dəfə 1996-cı ilin noyabrında yenilənsə də, hələ də onlayndır.

    8. Mimi’s Cyber Kitchen

    1996-cı il Dünya sərgisinin iştirakçılarından biri olan bu sayt ilk dəfə 1995-ci ildə yaradılıb. Saytda resept kolleksiyası təqdim edilir və veb öncüsü Mimi, “AltaVista” kimi axtarış sistemlərinin necə işlədiyini izah edərək internetə yeni gələnlərə kömək etməyə çalışırdı. Səhifədə sosial media dövründən əvvəl məşhur olan “virtual təbrik kartı” bölməsi də mövcuddur, lakin artıq işləmir.
    //valyuta.az

  • Avro bahalaşır: 2026-cı ildə valyutanı nə gözləyir?

    Gələn həftə avro yenidən bahalaşa bilər. Valyutaya əsas təsir edən amil Avropa Mərkəzi Bankının iclası olacaq.

    Valyuta.az “Bloomberg”ə istinadən xəbər verir ki, Avropanın vahid valyutası ABŞ Federal Ehtiyat Sisteminin ardıcıl üçüncü dəfə faiz dərəcələrini azaltmasından sonra son iki ayın maksimumu yaxınlığında hərəkət edir.

    Vəziyyəti Avropa Mərkəzi Bankının İcraiyyə Şurasının üzvü İzabel Şnabelin şərhləri də qızışdırıb. Sərt pul-kredit siyasətinin tərəfdarı olan alman ekspert əmindir ki, investorlar Avropa Mərkəzi Bankının növbəti faiz artırılmasını müsbət qiymətləndirirlər.

    Bazar əhvalı, həqiqətən də, son üç ayda ən optimist səviyyədədir.

    Mərkəzi Bank 2026-cı ildə faiz dərəcələrini artırmasa belə, “Morgan Stanley” strateqləri avronun 2026-cı ilin ikinci rübünə qədər 1,30 dollara yüksələcəyini proqnozlaşdırırlar.

    Qeyd etmək lazımdır ki, bu ay avronun qiyməti 1,18 dollardır.

  • Tarixin ən etibarlı 10 avtomobili seçildi

    “TopSpeed” portalı bir araşdırma apararaq tarixin ən etibarlı 10 avtomobilinin siyahısını dərc edib.

    2015-ci il “Toyota Camry” sedanı 100 etibarlılıq balından 90-nın toplayaraq birinci yerdə qərarlaşıb.

    2015-ci ildən olan “Lexus ES” 89 balla bazardakı ən etibarlı avtomobillər arasında ikinci yerdədir. 2007-ci il istehsalı olan “Toyota Corolla” ilk üçlüyü tamamlayır (88 bal).

    Tarixin ən etibarlı 10 avtomobili arasında 2007-ci il istehsalı olan “Honda Accord”, 2018-ci il istehsalı olan “Toyota RAV4”, 2019-cu il istehsalı “Mazda MX-5 Miata”, 2021-ci il istehsalı olan “Lexus GX”, 2022-ci il istehsalı olan “Toyota Prius”, 2022-ci il istehsalı “Mazda CX-9” və “Subaru Legacy” də yer alıb.
    //valyuta.az

  • Ölkəyə gətirilən minik və yük avtomobillərinin sayı açıqlandı

    2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 86909 ədəd minik avtomobili, 6588 ədəd yük avtomobili, 702 ədəd avtobus idxal olunub.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, idxal olunan malların 49,2 faizini avtomobil, 31,1 faizini hava, 10,1 faizini dəniz, 9,3 faizini dəmir yolu nəqliyyatı ilə gətirilmiş, 0,3 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

    İxracın 46,9 faizini İtaliyaya, 13,0 faizini Türkiyəyə, 4,5 faizini Rusiyaya, 3,3 faizini Çexiyaya, 3,1 faizini Yunanıstana, 3,0 faizini Bolqarıstana, 2,9 faizini Xorvatiyaya, 2,6 faizini Gürcüstana, 2,5 faizini Almaniyaya, 2,3 faizini Rumıniyaya, 2,0 faizini Portuqaliyaya, 1,8 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş Krallığa, 1,0 faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla Niderland və Ukraynaya, 0,8 faizini Tunisə, 0,7 faizini Fransaya, 0,6 faizini Hindistana, 0,5 faizini Serbiyaya, 5,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

  • Ən çox əməkhaqqı alan peşələr – CƏDVƏL

    2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1086,3 manat təşkil edib.

    Bu statistika 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artımın olduğunu deməyə əsas verir.

    Məlumata görə, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

    //valyuta.az

  • Ölkədə 50 minə yaxın ölüm halı qeydə alınıb

    Bu ilin on ayı ərzində (yanvar-oktyabr) Azərbaycanda 49 min 846 ölüm halı qeydə alınıb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Qeyd olunub ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.

  • Bakıda siçovullar yasayış binasına girir, maşınlara zərər vurur – Video

    Bakının Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında yerləşən binaya siçovullar darışıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, siçovullar avtomobillərin su və yanacaq borusunu gəmirərək yararsız hala salıb.

    Burdakı yaşayış binasında yaşayan sakinlər 2 aydır ki, siçovullarla mübarizə apardıqlarını deyirlər.

    Sakinlərin sözlərinə görə, binanın ətrafına məişət tullantıları atıldığı üçün siçovullar burada məskən salıb.

  • Ən çox şikayət olunan banklar – SİYAHI

    Bu ilin noyabr ayı üzrə Azərbaycanda ən çox şikayət olunan bankların siyahısı açıqlanıb.

    Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ən çox şikayət edilən banklar sırasında 5,11 indeksi ilə “BTB” Bank birincidir.

    “Yelo Bank” 2,88 indeksi ilə siyahıda ikinci, “Unibank” isə 2,34 indeksi ilə üçüncü olub.

  • Ekrem İmamoğlunun hakim qarşısına çıxacağı vaxt açıqlandı

    İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya təhqiqatı çərçivəsində şəhər meri vəzifəsindən uzaqlaşdırılmış Ekrem İmamoğlu 2026-cı il martın 9-da hakim qarşısına çıxacaq.

    Median.Az bu barədə “Haber Global” telekanalına istinadən xəbər verir.

    Bildirilir ki, sözügedən korrupsiya işi üzrə İmamoğlu ilə yanaşı, 407 nəfər şübhəli qismində hakim qarşısına çıxacaq. Onlardan 107-si barədə həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya təhqiqatı çərçivəsində ittiham aktı noyabrın 25-də məhkəmə tərəfindən qəbul edilib.