Month: December 2025

  • Скончалась известная британская писательница Джоанна Троллоп

    В возрасте 82 лет скончалась известная британская писательница Джоанна Троллоп.

    Об этом сообщила Би-би-си со ссылкой на ее семью.

    Писательница умерла в четверг, 11 декабря в своем доме в Оксфордшире. Причина смерти не называется.

    Джоанна Троллоп была автором популярных романов, посвященных романтическим и семейным историям в современной и викторианской Англии. Среди ее самых известных работ – “Дочь пастора Хардинга”, “Жена ректора”, “Женитьба на любовнице” и “Невестки”. Ее книги переведены на более чем 25 языков, а некоторые из них были экранизированы для телевидения.

    Писательница приходилась родственницей классику английской литературы XIX века Энтони Троллопу. Она окончила Оксфордский университет, работала в британском Министерстве иностранных дел, а свою первую книгу опубликовала в 1980 году.

  • Məşhur britaniyalı yazıçı vəfat edib

    Məşhur britaniyalı yazıçı Coanna Trollop 82 yaşında vəfat edib.

    Bu barədə BBC onun ailəsinə istinadən bildirib.

    Yazıçı dekabrın 11-də Oksfordşirdəki evində həyatını itirib. Onun ölüm səbəbi açıqlanmayıb.

    C.Trollop müasir və Viktoriya dövrü İngiltərəsində romantik və ailədaxili münasibətlərə həsr olunmuş romanların müəllifidir.

    Onun ən məşhur əsərləri arasında “Keşiş Hardinqin qızı”, “Rektorun arvadı”, “Gəlinlər” kimi romanlar var. Yazıçının kitabları 25-dən çox dilə tərcümə edilib və bir neçəsi televiziya üçün ekranlaşdırılıb.

  • Baş Prokurorluq məlumat yaydı

    “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarında qulluğa qəbul olunmaq istəyən şəxslər üçün 15 aprel 2025-ci il tarixdə elan edilmiş 27-ci müsabiqəyə yekun vurulub.
     
    Bu barədə  Baş Prokurorluqdan məlumat verilib.
     
    Qeyd edilib ki, müsabiqənin sonuncu mərhələsinə buraxılmış 71 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə dekabrın 4-12-də Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.
     
    Müsabiqənin nəticələrinə görə, yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin təmin edilməsi məqsədilə müsabiqə üzrə elan edilmiş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 12 dekabr 2025-ci il tarixli qərarına əsasən artırılaraq 51 ştat vahidi müəyyən edilib.
     
    Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na əsasən müsabiqə üzrə müvəffəqiyyət qazanmış 51 namizəd dekabrın 15-dən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində (Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 160) icbari təlimə cəlb ediləcəklər.
     
    İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin ediləcəklər.
     
    Prokurorluqda qulluğa qəbulla bağlı elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında yerləşdirilib.
     
    Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-77, 361-00-79, 361-00-80 və 361-00-81 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

  • Azərbaycan universitetlərində təhsil müddəti: Gürcüstan modeli effekt verə bilər?

    Gürcüstanda bəzi ixtisaslar istisna olmaqla bakalavr və magistr təhsilinin müddəti qısaldılacaq.

    Bununla bağlı Gürcüstan parlamentində “Ali təhsil” haqqında Qanuna təklif olunan dəyişikliklər qəbul edilib. Yeni qərara əsasən, bakalavr təhsilinin müddəti azaldılaraq 3, magistr təhsilinin müddəti isə 1 il nəzərdə tutulub.

    Bu modelin Azərbaycanda da tətbiqinin mümkünlüyü, tədris prosesinə, kadır hazırlığına təsirləri haqqında danışan təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya bildirib ki, Azərbaycanda tətbiq olunması prinsip etibarilə mümkündür, lakin mexaniki şəkildə deyil:

    “Təhsil haqqında” Qanunun 14-cü maddəsi ali təhsilin pillələr üzrə təşkilini müəyyən etsə də, hazırkı normativ bazada bakalavr və magistratura müddətlərinin çevik dəyişdirilməsi üçün hüquqi mexanizmlər mövcuddur. Ona görə də hesab edirəm ki, Gürcüstanın tətbiq etdiyi 3+1 modeli Azərbaycanda da həyata keçirilə bilər, lakin bu, yalnız təhsil müddətinin azaldılması kimi yox, ali təhsilin məzmun, metodologiya və idarəetmə baxımından yenidən qurulması fonunda baş verməlidir. Proqramlar sıxlaşdırılmalı, təkrarlanan fənlər ixtisar olunmalı, magistratura real ixtisaslaşma mərhələsinə çevrilməli, orta təhsillə ali təhsil arasında keçid boşluqları aradan qaldırılmalıdır. Bu şərtlər təmin olunduqda təhsil müddətinin azaldılması keyfiyyət itkisi deyil, əksinə, daha çevik, daha rəqabətli və əmək bazarına uyğun kadr hazırlığı ilə nəticələnə bilər. Elm və Təhsil Nazirliyinin apardığı islahatlar bu keçidin mümkün olduğunu göstərir və düzgün planlaşdırma ilə bu model Azərbaycan üçün də effektiv nəticələr verə bilər.

    Digər tərəfdən, Azərbaycan artıq Bolonya prosesinin iştirakçısıdır və AKTS sistemi tətbiq olunur. Bu isə o deməkdir ki, hüquqi baxımdan 3 illik bakalavr və 1 illik magistratura modelinə keçid mümkündür. Lakin təhlil göstərir ki, əsas problem hüquqi deyil, institusional və akademik hazırlıqla bağlıdır”.

    Bu modelin tətbiqinin ölkə universitetlərində tədris prosesinə təsirləri haqqında danışan Kamran Əsədov bildirib ki, təhsil müddətinin azaldılması müsbət və mənfi nəticələr yarada bilər:

    “Müsbət tərəfi haqqında danışarkən qeyd etmək lazımdır ki, proqramlar daha sıx, məqsədyönlü və praktik yönümlü hazırlanmağa məcbur olacaq. Hazırda Azərbaycan universitetlərində bakalavr proqramlarının əhəmiyyətli hissəsi fənn təkrarı, ümumi və bəzən əmək bazarı ilə zəif əlaqəli kurslarla yüklənib. Statistik göstəricilərə görə, yerli bakalavr proqramlarında ümumi təhsil xarakterli fənlərin payı Avropa universitetləri ilə müqayisədə təxminən 25–30 faiz daha yüksəkdir. Təhsil müddətinin azaldılması bu yükün ixtisarına, əsas ixtisas biliklərinin ön plana çəkilməsinə səbəb ola bilər. Bu, tədrisin səmərəliliyini artıra və tələbənin real kompetensiyalar qazanmasını sürətləndirə bilər.

    Digər tərəfdən, mövcud şəraitdə müddətin azaldılması risklər də yaradır. Azərbaycan ali təhsilində orta məktəblə universitet arasında akademik keçid hələ də problemlidir. PISA və milli qiymətləndirmə nəticələri göstərir ki, ali məktəblərə daxil olan tələbələrin əhəmiyyətli hissəsi analitik oxu, akademik yazı və tənqidi düşünmə bacarıqlarında zəifdir. OECD məlumatlarına görə, ali təhsilə hazırlıq səviyyəsi aşağı olan ölkələrdə təhsil müddətinin azaldılması keyfiyyət itkisi riski yaradır. Bu baxımdan, orta təhsilin keyfiyyəti paralel şəkildə yüksəldilmədən bakalavr müddətinin azaldılması tədris yükünün sıxlaşması fonunda səthi bilik formalaşmasına gətirib çıxara bilər”.

    Kamran Əsədovun sözlərinə görə, bu modelin kadr hazırlığına təsir məsələsi daha həssasdır:

    “Əmək bazarı üzrə aparılan yerli təhlillər göstərir ki, işəgötürənlərin təxminən 60 faizi məzunların praktik bacarıqlarının zəifliyindən şikayətlənir. Təhsil müddətinin azaldılması yalnız o halda müsbət nəticə verə bilər ki, praktik komponentlər gücləndirilsin, dual təhsil mexanizmləri tətbiq olunsun və magistratura daha çox ixtisaslaşma mərhələsinə çevrilsin. Gürcüstanın modelində də məhz bu yanaşma əsas götürülür: bakalavr ümumi baza və peşə yönümlü biliklər verir, magistratura isə dərin ixtisaslaşma və tədqiqat mərhələsi kimi qurulur. Azərbaycanda isə hazırda magistraturanın əhəmiyyətli hissəsi bakalavrın təkrarı təsiri bağışlayır və bu, islahat aparılmadan müddətin azaldılmasını riskli edir”.

    Təhsil eksperti bildirib ki, müqayisəli statistika təhsil müddəti ilə keyfiyyət arasında birbaşa əlaqə olmadığını göstərir. Ona görə də müddətin azaldılması ilə bərabər proqramların yenidən dizaynı əsas şərtdir:

    “Finlandiyada bakalavr 3 il olsa da, bu ölkə PISA nəticələrində və məzunların əmək bazarına uyğunluq göstəricilərində dünyanın ilk sıralarındadır. ABŞ-da isə bakalavr 4 il davam edir, lakin ilk iki il əsasən ümumi təhsil xarakteri daşıyır. Azərbaycan modeli bu iki sistem arasında qalır: 4 illik bakalavr var, lakin nə ümumi təhsil tam formalaşıb, nə də ixtisaslaşma kifayət qədər dərinləşib. Bu baxımdan müddətin azaldılması ilə yanaşı, proqramların yenidən dizaynı əsas şərtdir”.

    Ali təhsildə təhsil müddətinin azaldılması ilə bağlı Gürcüstan parlamentinin qəbul etdiyi dəyişiklikləri də şərh edən ekspert bildirib ki, bu qərarla region ölkələri ali təhsili kəmiyyət deyil, məzmun üzərindən yenidən düşünməyə başladığını demək olar:

    “Bu qərar təsadüfi deyil və uzun illərdir Avropa Ali Təhsil Məkanında aparılan struktur islahatlarının regional davamı kimi qiymətləndirilməlidir. Təhlil göstərir ki, məsələ illərin sayının azaldılması deyil, həmin illərin hansı akademik məzmunla doldurulmasıdır və Gürcüstan bu addımı atarkən məhz bu məntiqdən çıxış edir”.

    Həmsöhbətimiz qeyd edib ki, Gürcüstanın qəbul etdiyi model faktiki olaraq Bolonya prosesinin “3+1” formatının normativ səviyyədə tətbiqidir:

    “Avropa Ali Təhsil Məkanına daxil olan ölkələrin əhəmiyyətli hissəsində bakalavr təhsili 180 AKTS, magistratura isə 60–120 AKTS həcmində təşkil olunur. Statistikaya görə, Avropa İttifaqı ölkələrinin təxminən 65–70 faizində bakalavr proqramlarının əsas hissəsi artıq 3 illik model üzrə qurulub. Almaniya, Hollandiya, Belçika, İtaliya, Skandinaviya ölkələrinin böyük qismində bu model uğurla tətbiq olunur. Gürcüstan da bu təcrübəni milli qanunvericilik səviyyəsinə çıxararaq ali təhsilin çevikliyini artırmağa çalışır. Burada əsas məqsəd tələbənin daha tez əmək bazarına daxil olması və ali təhsilin daha rasional planlaşdırılmasıdır”.

  • Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi

    Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.   
     
    Bununla bağlı, Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
     
     
    Xəbərdarlığa əsasən, dekabrın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi 14-ü gündüz saatlarına kimi davam edəcək. 
     
    Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 28-33 m/s, açıq dənizdə isə 35-38 m/s-dək güclənəcəyi gözlənilir.
     
    Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 5.5-7.5 m. çatacağı proqnozlaşdırılır.

  • Azərbaycanda yaxın günlərdə amnistiya aktı imzalana bilər

    “Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə amnistiya aktı imzalana bilər”.

    Bunu Qaynarinfo-ya açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

    Onun sözlərinə görə, ilin sonunda bununla bağlı qərarın verilməsi gözlənilir:

    “Hazırda bununla bağlı məlumatlar yayılır. Milli Məclis tərəfindən amnistiya qərarı verilə bilər. 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Azərbaycanın həyatında böyük bir hadisədir. Bu il həm də Zəfərimizin 5-ci il dönümüdür”.

    Qeyd edək ki, sonuncu dəfə amnistiya 2021-ci ildə elan edilib.

  • Ukrayna cəbhədə PUA-lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib – “Forbes”dən detallar

    Ukrayna cəbhədə rus piyada bölmələrinə qarşı mübarizə aparmaq üçün bir neçə yeni PUA istifadəsi taktikası hazırlayıb.

    Bu barədə “Forbes” yazır.

    Jurnalistlərin qeyd etdiyinə görə, Ukrayna ruslara döyüş meydanında yanlış təsəvvür yaratmaq üçün səsucaldıcılarla təchiz edilmiş dronlardan istifadə edir. Söhbət xüsusən texnika səslərinin imitasiya edilməsindən gedir ki, bu da Rusiyanı öz kəşfiyyat dronlarını havaya qaldırmağa məcbur edir. Bu, Rusiyanın birdəfəlik PUA-lar şəklində resurslarını tükəndirməklə yanaşı, həm də operatorların mövqelərini aşkara çıxarır. Bəzən bu səsucaldıcılardan rus hərbçilərinin qışqırıqları və kömək çağırışları səsləndirilir ki, bununla rus piyadaları səngərlərdən çıxmağa təhrik olunur.

    Digər taktika yerüstü dronlardan istifadə ilə bağlıdır. Qeyd edilir ki, Rusiya pis hava şəraitindən, xüsusən dumanlı havadan bəhrələnərək bəzi uğurlar əldə edə bilir, çünki belə şəraitdə havadan işləyən PUA-ların fəaliyyəti çətinləşir. Bunun qarşısını almaq üçün Ukrayna çox sürətlə yerüstü dronlar şəklində həll hazırlayıb. Bu dronlar rus qoşunlarının yaxınlaşma yolları boyunca gizlənərək hərəkət edən nəqliyyat vasitələrini aşkar etmək üçün yolları monitorinq edir. Hərəkət qeydə alındıqda, onların koordinatlarını və hərəkət istiqamətini PUA operatorlarına ötürürlər.

    Operatorlar isə dərhal zərbə PUA-larını işə salaraq rus texnikasını məhv edirlər. Məlumata görə, bu yanaşma çoxsaylı rus zirehli texnikasını sıradan çıxarıb və rus qüvvələrinin irəliləyişini ləngidib.

    Jurnalistlər həmçinin bir taktikanı xatırladırlar: Pokrovskda nasaz ukraynalı PUA binanın daşıyıcı divarına ilişib qalmışdı. Rus əsgəri həmin drona yaxınlaşıb onu götürmək istədikdə, PUA partlayıb və nəticədə bina içəridə olan rus hərbçilərinin üzərinə çöküb.

    Jurnalistlərin qeyd etdiyinə görə, müharibə başlayandan bəri Ukrayna getdikcə daha müasir dronlar hazırlayır və tətbiq edir. Bu yeni sistemlər tez bir zamanda cəbhəyə çatdırılır və Ukrayna ordusu tərəfindən sınaqdan keçirilir.

    Bundan əvvəl “Breaking Defense” yazmışdı ki, Ukrayna dronların cəbhəyə çatdırılması üçün unikal üsul tətbiq etməyə başlayıb. Artıq istehsalçı dronları birbaşa əsgərlərə göndərir, anbarlarda saxlamır. Bunun üçün “Amazon”a bənzər “blockchain defense” adlı veb-saytdan istifadə olunur.

    Bu arada “The Times” yazır ki, cəbhədə PUA-ların dominantlığı fonunda Ukrayna Qərbin hərbi güc barədə təsəvvürünü dəyişib. Qeyd olunur ki, Qərb tədarükçü rolunu itirərək alıcıya çevrilir. Çünki Ukrayna artıq müdafiə sənayesi sahəsində öz müttəfiqlərini qabaqlayır.
    //qaynar.az

  • Şamaxıda film kimi oğurluq: “İmperial”ın sahibinin 49 minlik qızılını apardılar

    Şamaxıda fəaliyyət göstərən “İmperial” qızıl mağazasının sahibinə məxsus 48 989 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

    Qaynarinfo xəbər verir ki, hadisə mağazanın satıcısı qızılları evə apararkən baş verib.

    Satıcı evinə çatarkən əlindəki qızıl-zinət əşyaları olan çantanı giriş qapısının qarşısına qoyub. Bu zaman bir neçə nəfər yaxınlaşaraq onu söhbətə tutub. Naməlum adamlar getdikdən sonra satıcı qızıl dolu çantanın yoxa çıxdığını görüb. O, bu barədə mağaza sahibinə məlumat verib. Mağaza sahibi isə ona dərhal hadisə barədə polisə məlumat verməyi tapşırıb. Polisə məlumat verildikdən sonra hadisəni törədənlər saxlanılıb.

    Onların ifadələrindən məlum olub ki, oğurluğu əvvəlcədən planlaşdırıblar. Satıcının söhbətə tutulması da oğruluq planının tərkib hissəsi olub. Hər üç şəxsə Cinayət Məcəlləsinin 177.2.1(Oğurluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.3 (Oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

    Cinayət işinə Şamaxı Rayon Məhkəməsinin hakimi Fərid Yaqubovun sədrliyi ilə baxılıb.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

  • “İnter”in futbolçusu 1 ay oynamayacaq

    “İnter”in heyətində ciddi itki baş verib. Müdafiəçi Françesko Açerbi sıradan çıxıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    İtaliyalı futbolçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunun “Liverpul”la matçında (0:1) sıradan çıxıb.37 yaşlı mərkəz müdafiəçisi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

    Qeyd eədk ki. Açerbi bu mövsüm “İnter”in heyətində 14 oyuna çıxıb və 1 qol ötürməsi edib.

  • Vardanyanın məhkəməsində sənədlər araşdırıldı

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 12-də davam etdirilib.

    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

    Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

    Sonra R.Vardanyanın müdafiəçisi Emil Babışov iki vəsatət təqdim edib.

    Müdafiəçi birinci vəsatətində cinayət işi üzrə ibtidai istintaq zamanı ifadə verən bütün şahidlərin və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kamo Hayrapetyanın, Muşeq Qriqoryanın və digər tədqiq olunan şahid ifadələrinin mötəbər sübut hesab edilməyərək, iş üzrə təqsirləndirilən R.Vardanyanla əlaqəsinin olmaması səbəbindən sübut siyahısından çıxarılması və təqsirləndirilən şəxsə qarşı sübut kimi istifadə olunmamasını, eləcə də yekun məhkəmə qərarı qəbul edilən zaman nəzərə alınmamasını xahiş edib.

    E.Babışov ikinci vəsatətlə bağlı qeyd edib ki, məhkəmə istintaqı zamanı ittihamın əsasını təşkil edən bir sıra sübutlar tədqiq olunub, yüzlərlə zərərçəkmiş şəxs, habelə zərərçəkmiş şəxslərin hüquqi varisləri ifadə verib, prosesdə iştirakı müəyyən səbəblərdən mümkün olmayan şəxslərin ifadələri, digər aidiyyəti sənədlər elan edilib, bir çox şəxslərin aldığı xəsarətlər barədə faktlar açıqlanıb. Vəkil deyib ki, buna baxmayaraq, hüquqlarını müdafiə etdiyi şəxsin mövqeyinə görə, həmin şəxslərin verdiyi ifadələrin təqsirləndirilən şəxslə heç bir əlaqəsi yoxdur.

    Belə ki, zərərçəkmiş şəxslərin verdikləri ifadələrdən məlum olub ki, onların aldıqları xəsarətlər müxtəlif tarixləri əhatə edir. Həmin tarixlərin müəyyən hissəsi iş üzrə təqsirləndirilən şəxs R.Vardanyanın Ermənistan Respublikasının vətəndaşı olmadığı, yəni Rusiya Federasiyası vətəndaşı olaraq şəxsi biznesi ilə çalışdığı dövrlə üst-üstə düşür. Ona görə də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varislərinin məhkəmədə verdiyi ifadələrinin iş üzrə təqsirləndirilən şəxs R.Vardanyanla əlaqəsinin olmaması səbəbindən yekun məhkəmə qərarı çıxarılarkən təqsirləndirilən şəxsə qarşı sübut olaraq istifadə edilməməsini xahiş edib.

    Təqsirləndirilən şəxs vəsatətləri dəstəklədiyini bildirib.

    Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətlərə münasibət bildirərək qeyd edib ki, hər iki vəsatət eyniməzmunlu xarakter daşıyır. Təqsirləndirilən şəxs Ermənistan dövləti tərəfindən formalaşdırılmış, Azərbaycan Respublikasının suveren ərazilərinin işğalı zamanı, həmçinin işğal dövründə çoxsaylı cinayətlər törətmiş cinayətkar birliyə daxil olaraq, ümumi cinayətkar niyyət və məqsədlərə uyğun fəaliyyət göstərib, zərərçəkən şəxs qismində ifadə verən şəxslər də həmin dövrdə yaralandıqlarına, öldürülmələrinə cəhd olunduğuna, eləcə də hüquqi varislərin ifadələrində göstərildiyi kimi, zərərçəkən şəxslərin öldürülmələrinə görə müvafiq ittihamlar verilib.

    T.Məmmədova ikinci vəsatətlə bağlı çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar barədə xəbərdar olan şəxslərin ifadələri də şahid ifadəsi hesab olunur.

    Dövlət ittihamçısı bildirib ki, bunlar müşavirə otağında qiymət veriləsi xüsusatlardır. “Odur ki, hazırkı mərhələdə vəsatətlərin baxılmamış saxlanmasını xahiş edirik”, – deyə o əlavə edib.

    Məhkəməyə sədrlik edən yerində müşavirədən sonra bildirib ki, hər iki vəsatətdə göstərilən xüsusatlar yekun məhkəmə qərarı qəbul edilən zaman qiymət verilməli hallar olduğundan hazırda bu vəsatətlər baxılmamış saxlanılır.

    Məhkəmə prosesi ittiham tərəfinin vəsatəti əsasında cinayət işi üzrə digər zəruri sənədlərin tədqiqi ilə davam etdirilib.

    Tədqiq olunan sənədlərdə göstərilib ki, Xankəndi şəhərində yerləşən radioqəbuledici və radio veriliş mərkəzinə baxış zamanı tünd yaşıl rəngli 03-11 31PB qeydiyyat nişanlı hərbi təyinatlı avtomobil aşkarlanıb. Avtomobilin üzərində xüsusi radio avadanlıq və arxa hissəsində “Repellant-1” sisteminin quraşdırıldığı müəyyən edilib. Sistem pilotsuz uçan aparatların idarəetmə sisteminin siqnallarının 30-35 kilometr məsafədən susdurulması üçün nəzərdə tutulub. Avtomobilin içərisində monitor, idarəetmə sistemi, soyuducu sistem olub.

    Eyni zamanda, Xocalı rayonunda yerləşən hərbi hissədə saxlanılan 7 ədəd müxtəlif ölçülü tünd yaşıl rəngli qablaşmada olan avadanlıqlara baxış zamanı avadanlığın “Polya-21” adlı radiomaneə stansiyası olduğu və həmin stansiyanın da təyyarələrin “GPS” sisteminə maneə yaratmaq üçün istifadə edilməsi müəyyənləşib.

    Bundan başqa, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycanın hava məkanında peyk naviqasiyası siqnallarının maneəyə məruz qalması ilə bağlı Azərbaycan Respublikasının Baş nazirinə göndərilən 2021-ci il 27 sentyabr tarixli məktubda bildirilir ki, 2021-ci ilin iyul ayının əvvəllərindən ölkənin hava məkanında uçuşlar yerinə yetirən müxtəlif aviaşirkətlərin hava gəmiləri ekipajlarından qlobal peyk naviqasiya sisteminin (GNSS) siqnallarının qeyri-sabit işi, o cümlədən bu siqnalların söndürülməsi və təhrif edilməsi halları göstərilməklə çoxsaylı şikayətlər daxil olur.

    Qeyd olunan dövrdə müxtəlif hava dəhlizləri üzrə uçuşlarda, həmçinin müəyyən edilmiş qalxma, gəliş və hava limanlarına enmə uçuş prosedurları zamanı ən azı 42 şikayət qeydə alınıb. Azərbaycanın hava məkanında qlobal peyk naviqasiyasının işinin sabitliyinin itirilməsi hava gəmilərinin uçuşlarının təhlükəsizliyi üçün ciddi təhdid törədir. Belə ki, bu hava gəmilərinin əksəriyyətində uçuş trayektoriyasına əsas nəzarət vasitəsi GNSS siqnallarını qəbul edən avadanlıqdır. Peyk siqnalının olmaması və ya dəqiqliyinin təhrif edilməsi ciddi nəticələrə gətirib çıxara bilər.

    Həmçinin havadan kəşfiyyat aparılaraq Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı dəstələrinə məxsus radiomaneə vasitələrinin yerləri (koordinatları) pilotsuz uçuş aparatları vasitəsilə çəkiliş aparılaraq fotogörüntüləri aşkarlanıb.

    Bundan sonra təqsirləndirilən şəxs R.Vardanyan bir sıra sənədlərin cinayət işinə əlavə olunmasını məhkəmədən xahiş edib.

    Müdafiəçi təqsirləndirilən şəxsin vəsatətini müdafiə edib.

    Dövlət ittihamçıları etiraz etməyiblər.

    Məhkəmə qərara alıb ki, təqdim olunan sənəd rus dilində olduğu üçün Azərbaycan dilinə tərcümə edilərək cinayət işi materiallarına əlavə olunsun.

    Təqsirləndirilən şəxs R.Vardanyan daha sonra cinayət işi üzrə 1-15-ci cildləri nəzərdən keçirmək istədiyini, onun saxlanılması ilə əlaqədar həmin cildlərdə adı keçən şahidlərin məhkəməyə dəvət olunmasını xahiş edib.

    Vəkil E.Babışov vəsatətlərin təmin olunmasına etiraz etməyib.

    Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, əgər vəsatət cinayət işi üzrə hansısa materialları əldə etməklə bağlıdırsa, etiraz yoxdur. Şahidlərin dindirilməsinə gəldikdə, sənədlər tədqiq olunanda təqsirləndirilən şəxs indiyədək sənədlərin heç birinə nə münasibət bildirib, nə etiraz edib, aşkar olunan sənədlərin ona məxsus olub-olmadığı ilə bağlı fikir söyləməyib. Protokolda olan hansısa məlumatın səhv olduğunu bildirməyib.

    “Hazırkı mərhələdə həmin protokolda qeyd olunan məlumatların nə üçün mübahisəli, şübhəli olduğu görünmür. Hesab edirik ki, ortada bir ziddiyyət yoxdur, mübahisə yoxdur. Ona görə vəsatətin təmin olunmamasını xahiş edirik”, – deyə o əlavə edib.

    Məhkəməyə sədrlik edən yerində müşavirədən sonra bildirib ki, təqsirləndirilən şəxsin cinayət işinin müvafiq cildləri ilə tanış olmağa dair vəsatəti təmin edilir, şahidlərin məhkəməyə dəvət olunması ilə bağlı vəsatətə isə sonra baxılacaq.

    Ardınca R.Vardanyan cinayət işi ilə bağlı audio-video materialları nəzərdən keçirməyə imkan yaradılmasını da istəyib.

    Məhkəməyə sədrlik edən qeyd edib ki, hansı audio-video materiallar lazımdırsa, siyahısı təqdim olunsun və ona bu şərait yaradılacaq.

    Məhkəmənin növbəti iclası dekabrın 16-na təyin edilib.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.