Month: December 2025

  • Gümüşün qiyməti tarixi maksimumu yenilədi

    “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) gümüş füçerslərinin dəyəri tarixi maksimumu yeniləyərək, bir troya unsiyası üçün (təqribən 31 qram – red.) 65 dolları ötüb.

    Bunu ticarət məlumatları göstərir.

    Bakı vaxtı ilə saat 18:27-ə olan məlumata görə, qiymətli metalın dəyəri 0.72 faiz artaraq, bir troya unsiyası üçün 65.06 dollara çatıb.

  • Azərbaycanda təsirli hadisə – Pişik uşağı ölümdən xilas etdi

    Bu yaxınlarda Mingəçevirdə qəribə hadisə baş verib. Zirzəmiyə atılan azyaşlını pişik xilas edib.

    Bunu Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

    “1-2 yaş arası uşaq zirzəmiyə atılan uşağı polislər 4 gündən sonra tapıblar. Həmin uşaq xəstəxanaya yerləşdirilib və müalicə almğa başlayıb.

    Araşdırmalar zamanı məlum olub ki, həmin 4 gün ərzində zirzəmidə olarkən müxtəlif heyvanlar və həşəratlar uşağa zərər vurmaq istəyiblər.

    Lakin pişik uşağı qoruyub. Pişik uşağın üstündən tərpənməyib. Yaxınlaşan siçan və digər gəmiriciləri pişik qovub.

    Həkimlər deyirdilər ki, uşağın bütün bədəni pişiyin tükü idi”, – deyə qurum rəsmisi bildirib.

  • Bakıda “Porsche”nin üstündə beton qarışdırdılar – Video

    Bakıda “Porsche”nin üstündə beton qarışdırıblar. Avtosfer.az xəbər verir ki, “Porsche” hərəkətdə olarkən çuxura düşüb. Avtomobildən düşən 2 şəxs yoldakı çökəyi örtmək üçün qumla sementi avtomobilin üstündə qarışdırıblar. Daha sonra asfaltı təmir edərək, yola davam ediblər. Video sosial şəbəkələrdə maraqla qarşılanıb.

    Sözügedən anları təqdim edirik:

  • Dəmir yolu ilə yük daşımaların həcmi 17 milyon tona yaxın olub

    Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 16 milyon 927,6 min ton təşkil edib.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 570,7 min ton və ya 9,3 % azdır.

    Qeyd edək ki, 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 217,9 milyon ton olub. Yüklərin 7 %-i dəmir yolu ilə daşınıb.

  • Naxçıvanda yas mərasimində 20-dən çox şəxs dəm qazından zəhərləndi

    Naxçıvan Muxtar Respublikasında (MR) 20-dən çox şəxs yas mərasimində dəm qazından zəhərlənib.

    “Report”un məlumatına görə, hadisə Babək rayonunun Kültəpə kəndində baş verib.

    İlkin məlumata görə, 20-dən çox şəxs dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.

  • Azərbaycanda ağır yol qəzası: Ölənlər və yaralananlar var

    Biləsuvarda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
     
    Median.Az xəbər verir ki, Cəlilabad rayon Alar kənd sakini idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən, ötmə əməliyyatını düzgün yerinə yetirməyib və qarşıdan gələn Biləsuvar rayon Ovçubərə kənd sakini Elxan Feyziyə məxsus “VAZ 2107” markalı avtomobillə toqquşub.
     
    Qəza zamanı “VAZ 2107”-də olan yaxın qohumlar – sürücü və onun azyaşlı nəvəsi ölüb. Sürücünün oğlu və yeznəsi isə ağır yaralanıb.
     
    Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılıb.
     
    Faktla bağlı araşdırma aparılır./teleqraf

  • Azərbaycanda 600-dən çox hərbçiyə mənzil veriləcək

    Azərbaycan Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın dekabrın 12-də növbəti iclası keçirilib.

    Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

    Komissiyanın sədri, maliyyə naziri Sahil Babayev Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində Fərmanla qarşıya qoyulan vəzifələrin icrası olaraq indiyədək Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib.

    Nazir bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və ordu quruculuğu xəttinin ardıcıl davamı olan bu siyasət hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət problemlərinin həll edilməsinə mühüm töhfə verir.

    S.Babayev Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxıldığını və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçuların mənzil növbəsinə əlavə edildiyini bildirib.

    Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 606 nəfər hərbi qulluqçunun tam təmirli mənzillərlə təmin olunmasına dair qərar qəbul olunub. Qeyd edilib ki, cari il üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına alınan tam təmirli mənzillər növbəti il ərzində hərbi qulluqçulara təqdim olunacaq.

    Bu günə qədər dövlət vəsaiti hesabına 4167 hərbi qulluqçu mənzillərlə təmin olunub.

  • Kamran Əsədova cinayət işi açıldı

    Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az Qafqazinfo.az-a istinadən xəbər verir ki, ekspert tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur.

    Gündüz Abbasov bu iş üzrə həbsdədir. Kamran Əsədov barəsində isə istintaq dövründə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

    İttiham ondan ibarətdir ki, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 abituriyentin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.

    Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb.

    Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib.

    Qurğular isə imtahanda iştirak edənlərin ayaqqabılarında gizlədilib. Bunun üçün əvvəlcə ayaqqabıların altı kəsilərək boşluq yaradılıb və texniki vasitələr həmin yerə yerləşdirilib. Daha sonra imtahan iştirakçılarına binanın tualetində qurğunu üzərlərinə yerləşdirərək sual vərəqini kamera ilə çəkmələri, ardınca qulaqlıq vasitəsilə cavabları gözləmələri izah edilib.

    Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.

    Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.

    Hazırda cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılır. Bu gün keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah olunub və barələrində seçilmiş qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılması qərara alınıb.

    Əsas iclas dekabrın 19-da keçiriləcək.

    Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edilməsi olub. DTX-dən göndərilən materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. İstintaq nəticəsində yuxarıda qeyd edilən şəxslərdən əlavə daha bir neçə nəfərə cinayət işi açılıb. Onların da işi hazırda məhkəmədədir.

  • Sumqayıt-Yalama dəmir yolu xəttinin tikintisi yekun mərhələdədir

    “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması işləri yekun mərhələdədir.

    Sumqayıt–Yalama dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinin icrasına 2020-ci ildən başlanılıb. Yenidənqurma işlərinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub. Sumqayıt–Yalama dəmir yolu xəttinin ox üzrə uzunluğu 333,69 kilometr, yan yollarla birlikdə isə 362,12 kilometr təşkil edir.

  • Azərbaycan və Türkiyənin NATO çərçivəsində əməkdaşlığı müzakirə edildi

    Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürklə görüşüb.

    Görüşdə Sülh Naminə Tərəfdaşlıq, NATO çərçivəsində qarşılıqlı əməkdaşlıq, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.

    Türkiyənin NATO-dakı daimi nümayəndəsi Basat Öztürk Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və onun davamlı irsinə dərin hörmətlə yanaşdığını bildirib.