
Президент Азербайджанской Республики Ильхам Алиев поделился публикацией в связи с Днем памяти общенационального лидера Гейдара Алиева.
Median.Az представляет данную публикацию:

Президент Азербайджанской Республики Ильхам Алиев поделился публикацией в связи с Днем памяти общенационального лидера Гейдара Алиева.
Median.Az представляет данную публикацию:
Сегодня годовщина со дня кончины Общенационального лидера азербайджанского народа Гейдара Алиева.
Со дня смерти великого лидера минуло 22 года.
Гейдар Алирза оглу Алиев родился 10 мая 1923 года в городе Нахчыван. После окончания в 1939 году Нахчыванского педагогического техникума он поступил на факультет архитектуры Азербайджанского индустриального института (ныне Азербайджанский государственный университет нефти и промышленности). Начавшаяся война не позволила ему завершить образование. С 1941 года Гейдар Алиев работал заведующим отделом в Народном комиссариате внутренних дел Нахчыванской АССР и Совете народных комиссаров Нахчыванской АССР. В 1944 году был направлен на работу в органы государственной безопасности.
Гейдар Алиев с 1964 года занимал пост заместителя председателя, а с 1967 года – председателя Комитета государственной безопасности при Совете Министров Азербайджанской ССР, ему было присвоено звание генерал-майора. Он получил специальное высшее образование в Ленинграде (ныне Санкт-Петербург), а в 1957 году окончил исторический факультет Азербайджанского государственного университета.
На пленуме Центрального комитета Коммунистической партии Азербайджана в июле 1969 года Гейдар Алиев был избран первым секретарем Центрального комитета Коммунистической партии АзССР и стал руководителем республики.
В декабре 1982 года Гейдар Алиев был избран членом Политбюро Центрального комитета Коммунистической партии Советского Союза, назначен на пост первого заместителя председателя Совета министров СССР и стал одним из руководителей СССР. В течение двадцати лет Гейдар Алиев являлся депутатом Верховного совета СССР и пять лет занимал пост заместителя председателя Верховного совета СССР.
В октябре 1987 года Гейдар Алиев в знак протеста против политики, проводимой Политбюро Центрального комитета Коммунистической партии СССР и лично генеральным секретарем Михаилом Горбачевым, ушел в отставку с занимаемых должностей.
В связи с кровавой трагедией, учиненной советскими войсками 20 января 1990 года в Баку, Гейдар Алиев, выступив на следующий день в представительстве Азербайджана в Москве с заявлением, потребовал наказать организаторов и исполнителей преступления, совершенного против азербайджанского народа.
В знак протеста против двуличной политики руководства СССР в связи с возникшей в Нагорном Карабахе острой конфликтной ситуацией, в июле 1991 года Гейдар Алиев покинул ряды Коммунистической партии Советского Союза.
Возвратившись в июле 1990 года в Азербайджан, Гейдар Алиев жил сначала в Баку, а затем в Нахчыване, в том же году был избран депутатом Верховного Совета Азербайджана. В 1991-1993 годах он занимал пост председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики, заместителя председателя Верховного Совета Азербайджанской Республики.
На проведенном в 1992 году в городе Нахчыван учредительном съезде Партии “Ени Азербайджан” Гейдар Алиев был избран ее председателем.
Когда в мае-июне 1993 года в результате крайнего обострения правительственного кризиса в стране возникла угроза гражданской войны и утраты независимости, азербайджанский народ выступил с требованием вернуть к власти Гейдара Алиева. Тогдашние руководители Азербайджана были вынуждены официально пригласить Гейдара Алиева в Баку. 15 июня 1993 года Гейдар Алиев был избран председателем Верховного совета Азербайджана, а 24 июля – постановлением Милли Меджлиса стал выполнять полномочия президента Азербайджанской Республики. 3 октября 1993 года в результате всенародного голосования Гейдар Алиев был избран президентом Азербайджанской Республики.
11 октября 1998 года, набрав на выборах 76,1 процента голосов, он вновь был избран президентом Азербайджанской Республики.
Гейдар Алиев, давший согласие на выдвижение своей кандидатуры на намеченных на 15 октября 2003 года президентских выборах, отказался от участия в них в связи с проблемами со здоровьем и снял свою кандидатуру в пользу Ильхама Алиева. 12 декабря того же года общенациональный лидер Азербайджана Гейдар Алиев скончался в США в Кливлендской клинике.
Гейдар Алиев был четырежды удостоен ордена Ленина, ордена Красной Звезды, награжден многочисленными медалями, дважды получил звание Героя Социалистического Труда, награжден многочисленными орденами и медалями различных зарубежных государств. В Киеве 27 марта 1997 года главе азербайджанского государства вручили высшую награду Украины, орден “Ярослава Мудрого”, 13 апреля 1999 г. – удостоен наивысшей награды Турции “Премии Ататюрка во имя Мира”.
20 января 2001 г. президент Азербайджанской Республики Гейдар Алиев был удостоен звания “Почетного профессора” Московского государственного университета.
Великий лидер пришел к власти в период, когда экономика Азербайджана пришла в упадок, страна находилась в условиях гражданского противостояния и войны с Арменией. С возвращением Гейдара Алиева к власти в Азербайджане была восстановлена стабильность и спокойствие.
Когда Общенациональный лидер Гейдар Алиев стал руководителем Азербайджана, его главным делом стало освобождение оккупированных земель от вражеского гнета. За время пребывания на посту главы государства он основал современный Азербайджан, и своей деятельностью, проводимой политикой заслужил симпатию и любовь народа. Общенациональный лидер, не жалея сил для освобождения Карабаха, Восточного Зангезура, заложил основы устойчивой политики в Азербайджане. Именно благодаря политике, заложенной великим лидером, сегодня свободны и Карабах, и Восточный Зангезур.
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümüdür.
Azərbaycan xalqı bu gün Ümumilli Liderin xatirəsini hörmətlə anır.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Memarlıq fakültəsində təhsil alıb. Müharibənin başlaması ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.
Təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib.
O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zaman rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Prezidenti seçilib.
1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. Həmin il dekabrın 12-də Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib.
Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub. O, Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov adına mükafata layiq görülüb. Rusiyanın yüksək mükafatı – Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanıb. 20 yanvar 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin “Fəxri professoru” adı verilib. 13 aprel 1999-cu ildə Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu – “Atatürk Sülh Mükafatı”na layiq görülüb. 27 mart 1997-ci ildə isə Kiyevdə H. Əliyevə Ukraynanın ali mükafatı “Yaroslav Mudrı” ordeni təqdim edilib.
Ulu Öndər Azərbaycanda sosial rifahın bərbad vəziyyətdə olduğu, iqtisadiyyatın tənəzzülə uğradığı, vətəndaş qarşıdurmasının, eləcə də ermənilərlə müharibə şəraitinin hökm sürdüyü bir dövrdə hakimiyyətə gəlib. Bununla yanaşı, dünyada Azərbaycana qarşı yürüdülən ikili standartlar ölkənin az qala müvazinətinin itirilməsinə səbəb olmuşdu. Bütün bunların fonunda Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməklə ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi.
Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə gələn zaman başlıca amalı Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından azad etmək olub. O, ölkə rəhbəri olduğu müddətdə müasir Azərbaycanın qurucusuna çevrildi və gördüyü işlərlə, yürütdüyü siyasətlə xalqın əbədi rəğbətini qazandı. Qarabağın, Şərqi Zəngəzurun azad olunması üçün səylərini əsirgəməyən mərhum lider Azərbaycanda davamlı siyasətin əsasını qoydu. Ömrünün 80-ci ilində dünyasını dəyişsə də, onun adı, siyasəti və dəsti xətti əbədiyaşar ideologiyaya çevrildi. Məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin davamı olaraq bu gün Qarabağ da, Şərqi Zəngəzur da azaddır.

Xalq artisti Röya Ayxan Xalq artisti Aygün Kazımova ilə barışıqlarından danışıb.
Median.Az xəbər verir ki, müğənni “Qonaqcanlı” verilişində küsülü olaraq keçən illəri boş yerə itirdiklərini bildirib:
“Aygün Kazımova ilə barışmağımıza bütün ailəmiz çox sevindi. Anamın mənə göndərdiyi səsli mesajı Aygün xanıma da yolladım. Anam o qədər dua edib, o qədər sevinib ki… Mən başa düşdüm ki, biz neçə illər hər şeyi sadəcə boşuna itirmişik. Çünki çox önəmli problemlərimiz olmayıb. Bir-birimizi görəndə salamlaşmışıq, hətta öpüşüb-görüşmüşük. Yol səyahətində də bu baş verib. Amma baxırdım ki, yenə də bir soyuqluq var. Görürdüm ki, kimsə bir-birinə salam vermir, çünki bu onun komandasıdır, digəri isə mənim. Bu nə ayrı-seçkilikdir? Özü də Azərbaycan sənətkarlar yetişdirən bir ölkədir. Mən niyə öz sənətkarımla küsülü olum ki? Ona görə də çox sevindim. Üstəlik, bu qəlbdən, istəyərək və təmiz ürəklə olan bir barışıq idi və kiminsə bundan sonra ona toxunmasına icazə vermərəm. Bu bir bayramdır”. //Axşam.az
Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən və 3 nəfərin ölümü ilə nəticələnən yanğının baş verdiyi bina hazırda boş vəziyyətdədir. Burada aparılan işlər hələ də yekunlaşmayıb.
Median.Az Xəzər TV-yə istinadən bildirir ki, bina sakinlərinə 100 min manatdan çox pul ayrıldığı deyilir.
Həmin binanın komendantı Heydər Mirzənin sözlərinə görə, sakinlərə kirayə haqqı üçün ayrılmış vəsait artıq bank hesabındadır.
Yanğında ölən şəxslərin yaxınlarına və zərərçəkənlərə kompensasiyanın nəzərdə tutulması ilə bağlı hələlik heç bir məlumatın olmadığı deyildi. Heydər Mirzənin sözlərinə görə, binada görüləcək iş çoxdur. Əsas problem isə liftlərin bərpasıdır ki, bu da yüksək məbləğ tələb edir.
Hazırda binada yalnız təmir-bərpa işləri ilə məşğul olan işçilər var.
Bina nəzarətçisi isə kamera qarşısında danışmaq istəməsə də, şifahi olaraq bildirdi ki, bu ayın sonuna qədər sakinlərin binaya köçürülməsi gözlənilir.
Qeyd edək ki hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Sabunçu rayonu ərazisində yaşadıqları evdə oğul atanı ailə münaqişəsi zəminində qətlə yetirib.
APA xəbər verir ki, dekabrın 11-də axşam saatlarında 2006-cı təvəllüdlü Ayxan Vəlizadə atası 1981-ci il təvəllüdlü İftixar Vəlizadəyə kəsici alətlə xəsarət yetirib. O, aldığı xəsarətlərdən ölüb.
Polis cinayət əməlində şübhəli bilinən A.Vəlizadəni saxlayıb.
Araşdırma aparılır.
Məşhur Fransa aktyoru Alen Delonun oğlu Alen-Fabyen İsveçrə ədliyyə orqanlarına müraciət edib.
Median.Az xəbər verir ki, o, bunu RTL radiosuna müsahibəsində açıqlayıb.
Alen-Fabyen bacısı Anuşkanın adının atasının ölümündən iki il əvvəl tərtib etdiyi vəsiyyətnamədən çıxarılmasını tələb edir.
“İstəyirəm ki, ona bir qəpik belə verilməsin”, – deyə 31 yaşlı Delon bildirib.
Məhkəmə gələn ilin mart ayında keçiriləcək.
Söhbət 300 milyon avroluq vəsiyyətnamədən gedir. Onun son versiyasına əsasən, yüzlərlə filmdə rol almış aktyorun müəllif hüquqları qızına qalmalıdır.
Delonun oğlunun iddiasına görə, ilkin vəsiyyətə edilən bu dəyişiklik üçün 35 yaşlı Anuşka və onun ortaqları atasını İsveçrədəki klinikadan zorla çıxararaq notariusun yanına aparıblar.
Xırdalan şəhərinin bəzi ərazilərində qazın verilişi dayandırılıb.
Median.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Qeyd olunub ki, saat 17:45-də “AF Park” ərazisində avtomobil qaz xətlərini sındırıb. Bu səbəbdən “AF Park” yaşayış kompleksinin, Mehdi Hüseynzadə, Alim Qəhrəmanov, Əhməd Cavad küçələrinin qaz təchizatı dayandırılıb.
Süni intellekt əsaslı söhbət robotlarının gündəlik dilimizə və onlayn mühitə təsiri o qədər güclənib ki, artıq özümüzün yazdığı mətnlərin belə “robot məhsulu” kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi sual altındadır.
Valyuta.az xəbər verir ki, süni intellekt tərəfindən öyrədilən və formalaşdırılan bir dil ekosistemində insanlar fərqinə varmadan robotların danışıq tərzini təqlid etməyə başlayır və bu hal ən sadə forumlardan ən ciddi siyasi çıxışlara qədər geniş sahələrə sirayət edir.
Maks Plank İnstitutunun tədqiqatçıları tərəfindən yayımlanan bir araşdırma da bu təsirin miqyasını ölçməyə çalışıb. ChatGPT-nin istifadəyə verilməsindən sonra “YouTube” istifadəçilərinin söz ehtiyatında “vurğulamaq”, “qavramaq”, “gücləndirmək” kimi sözlərin daha tez-tez işləndiyi müəyyən edilib. Tədqiqatçılar bu dəyişikliyin söhbət robotlarına məruz qalmaqla sıx əlaqəsi olduğunu bildirirlər.
Bu vəziyyət yalnız akademik təhlillərlə məhdudlaşmır. “Reddit” kimi platformaların icma rəhbərləri onlayn məkanların keyfiyyətsiz, süni zəka tərəfindən yaradılan paylaşımlarla dolduğundan şikayət edirlər. Xüsusilə real insan hekayələri və dram axtarılan icmalarda paylaşımların süni zəka tərəfindən hazırlanması həmin icmaların varlıq səbəbini təhlükəyə atır. Moderatorlar isə bu cür məzmunu ayırd etmə üsullarının yalnız “hissə” əsaslandığını etiraf edirlər. Hətta bəziləri əsas problemin artıq insanların da süni zəka kimi yazmağa başlaması olduğunu düşünür. Bir icma rəhbəri bunu belə ifadə edir: “İnsanlar süni zə kanı, süni zəka isə insanları daha çox xatırladır”.
Siyasətdən qəhvə dükanlarına qədər yayılan qəribə üslub
Bu mədəni ötürülmənin ən diqqətçəkən nümunəsi siyasi sahədə müşahidə olunub. Bir esse müəllifi Birləşmiş Krallıq parlamentinin üzvlərinin çıxışlarını ChatGPT-yə yazdırdıqları iddialarını araşdırarkən maraqlı bir detal aşkarlayıb. ABŞ qanunvericilərinə aid olan “Danışmaq üçün ayağa qalxıram” kimi ifadələrin ingilis deputatları tərəfindən heyrətamiz dərəcədə tez-tez işləndiyi müəyyən edilib. Müəllif bildirir ki, bu ifadə bir gün ərzində 26 müxtəlif millət vəkili tərəfindən səsləndirilib. Bu hal süni zəkanın “mədəni praktikaları onlara aid olmayan məkanlara daşıması” kimi şərh olunur.
Bu yeni və süni üslub ictimai məkanlarda da nəzərə çarpır. Məsələn, məşhur bir qəhvə şəbəkəsinin filiallarında asılan və “Bura sizin qəhvə evinizdir, gündəlik ritminizə toxunmuş, xatirələrin yarandığı…” kimi emosional, lakin formaca uğursuz cümlələrdən ibarət lövhələrdə, ChatGPT-nin ortaya çıxmasından sonra yaranan qəribə və narahatedici düzyazı tərzi özünü göstərir. Fərqinə varsak da, varmasaq da, bu üslubun müəyyən hissəsi artıq hamımızın düşüncə tərzinə yerləşib və dilimizin təbii axınını təhdid edir.