Month: December 2025

  • Azərbaycanın Baş naziri: “Bakı Türkmənistanın Neytrallıq Universitetinin yaradılması təşəbbüsünü dəstəkləyir”

    “Azərbaycan Türkmənistanın BMT-nin himayəsi altında Neytrallıq Universitetinin yaradılması təşəbbüsünü dəstəkləyir”.

    Bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanın neytrallığının 30 illiyinə həsr olunmuş “Beynəlxalq sülh və etimad forumu”nda çıxışı zamanı bildirib.

    “Türkmənistanda BMT-nin himayəsi altında Neytrallıq Universiteti yaradılır. Azərbaycan Respublikası Türkmənistanın onun yaradılması üzrə təşəbbüsünü yüksək qiymətləndirir və universitetin fəaliyyətində fəal şəkildə iştirak etməyə hazır olduğunu ifadə edir”, – deyə Əsədov bildirib.

    Baş nazir vurğulayıb ki, Azərbaycan BMT-də Türkmənistan tərəfindən irəli sürülən neytrallıqla bağlı qətnamələri ardıcıl olaraq dəstəkləyib və “Beynəlxalq sülh və etimad ili – 2025” qətnaməsinə həmmüəllif kimi qoşulub.

    “Biz qardaş Türkmənistanın bu təşəbbüslərini qlobal sülh və təhlükəsizlik arxitekturasına mühüm töhfə kimi nəzərdən keçiririk”, – deyə hökumət başçısı vurğulayıb.

  • Фазаил Агамалы прокомментировал обращение его сына в Министерство юстиции

    Председатель партии Ana Vətən (“Родина”) Фазаил Агамалы прокомментировал обращение его сына Эльчина Агамалы в Министерство юстиции.

    Как сообщает Oxu.Az, после посещения могилы великого лидера Гейдара Алиева он заявил журналистам, что партия продолжает свою деятельность.

    На вопрос об обращении Эльчина Агамалы в Министерство юстиции Фазаил Агамалы ответил: “Спросите об этом у моего сына”.

    Отметим, что некоторое время назад прошел съезд партии Ana Vətən. Эльчин Агамалы утверждал, что победил на съезде, однако Фазаил Агамалы не признал этого.

  • Fəzail Ağamalıdan oğlunun Ədliyyə Nazirliyinə müraciəti ilə bağlı AÇIQLAMA

    Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı oğlu Elçin Ağamalının Ədliyyə Nazirliyinə müraciəti ilə bağlı fikirlərini bölüşüb.

    Oxu.Az xəbər verir ki, o, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında partiyanın fəaliyyətini davam etdirdiyini bildirib.

    F.Ağamalı oğlunun Ədliyyə Nazirliyinə müraciəti ilə bağlı suala isə – “gedin onu oğlumdan soruşun”, – deyə reaksiya verib.

    Qeyd edək ki, bir müddət əvvəl AVP-nin qurultayı keçirilib. E.Ağamalı qurultayda keçirilən partiya sədri seçkisində qalib gəldiyini iddia etsə də, F.Ağamalı bunu qəbul etməyib.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light (CIF) подешевела на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке снизилась на 0.87 доллара, или 1.33% – до 64.36 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 65.23 доллара.

  • Azərbaycan neftinin qiyməti azalıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.87 ABŞ dolları və ya 1.33% azalaraq 64.36 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65.23 ABŞ dolları təşkil edib.

  • Walt Disney предоставила OpenAI доступ к своим персонажам и 1 млрд долларов

    OpenAI заключила трехлетнее лицензионное соглашение с компанией Walt Disney. Теперь пользователи ChatGPT Images и Sora смогут использовать более 200 персонажей из вселенных Disney, Marvel, Pixar и Star Wars при создании изображений и видеороликов. Кроме того, Disney инвестирует в OpenAI 1 млрд долларов.

    Об этом говорится на сайте компании OpenAI.

    Walt Disney станет первым крупным партнером по лицензированию контента на платформе создания видеороликов Sora. А подборка видео, созданных пользователями платформы от OpenAI, станет доступна для просмотра на Disney+.

    “Технологические инновации постоянно трансформируют индустрию развлечений, открывая новые способы создания и распространения великолепных историй,- сказал генеральный директор The Walt Disney Company Роберт А. Айгер – Благодаря сотрудничеству с OpenAI мы будем вдумчиво и ответственно расширять эти возможности с помощью генеративного ИИ, уважая и защищая при этом создателей и их произведения”.

    Ранее Walt Disney судилась из-за использования своих персонажей пользователями ИИ-платформ. В июне этого года компания совместно с Comcast подала в суд на другого крупного разработчика моделей ИИ для генерации изображений – Midjourney. Истцы обвинили компанию в нарушении авторских прав, в том числе краже изображений героев “Звездных войн”, “Симпсонов”, “Шрека” и “Миньонов”, и запросили по 150 000 долларов за каждое нарушение авторских прав.

    К OpenAI подавались и другие иски о нарушении авторских прав. В конце 2023 года газета The New York Times обвинила OpenAI в несанкционированном использовании и воспроизведении своих статей.

  • “Disney” “OpenAI”a bir milyard dollarlıq investisiya yatıracaq

    “OpenAI” şirkəti “Walt Disney” şirkəti ilə üçillik lisenziya müqaviləsi imzalayıb.

    Median.Az bu barədə “OpenAI” şirkətinin saytına istinadən xəbər verir.

    Bununla da “ChatGPT Images” və “Sora” istifadəçiləri “Disney”, “Marvel”, “Pixar”a məxsus filmlərdən 200-dən çox personajın təsvir və videoçarxlarını yaratmaq imkanına malik olacaqlar.

    Bundan əlavə, “Disney” “OpenAI”a bir milyard dollarlıq investisiya yatıracaq.

  • Səbailin bitmək bilməyən yol problemi: Sakinlərin şikayətinə niyə baxılmır? (Video)

    Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış sahəsində yolların yararsız vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə asfalt örtüyünün olmaması, xüsusilə də yağan yağışlar nəticəsində yolları tamamilə keçilməz hala salıb.

    Sakinlər yaranmış vəziyyətin gündəlik həyatlarına mane olduğunu və hər kəsin əziyyət çəkdiyini bildirirlər:

    “Yağış yağanda qalxıb düşmək olmur, uşaqlar məktəbə gedə bilmirlər. Yaşlı, cavan hər kəs əziyyət çəkir. Ayağımıza “salafan” geyinib qalxırıq bu palçıqdan”.

    Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən açıqlama verilib. Bildirilib ki, son illər ərzində Səbail rayonunun müxtəlif ünvanlarında 70 kilometrdən artıq yolların asfalt örtüyü bərpa edilib.

    İcra Hakimiyyətindən onu da qeyd ediblər ki, 2026-cı ildə də mərhələli şəkildə yolların asfalt örtüyü ilə təmin edilməsi işləri davam etdiriləcək.

    Daha ətraflı Baku TV-nin videomaterialında:

  • Президент Ильхам Алиев и первая леди Мехрибан Алиева посетили могилу общенационального лидера Гейдара Алиева

    Минуло 22 года со дня кончины архитектора и основателя современного независимого Азербайджанского государства, всемирно известного политического деятеля, общенационального лидера нашего народа Гейдара Алиева.

    Как сообщает АЗЕРТАДЖ, 12 декабря Президент Азербайджанской Республики Ильхам Алиев, первая леди Мехрибан Алиева и их дочь Лейла Алиева посетили на Аллее почетного захоронения могилу Общенационального лидера нашего народа Гейдара Алиева.

    Президент Ильхам Алиев возложил венок к могиле Великого лидера.

    Прозвучал государственный гимн Азербайджанской Республики.

    Глава государства Ильхам Алиев, первая леди Мехрибан Алиева и их дочь Лейла Алиева также почтили память спутницы жизни Великого лидера, выдающегося ученого-офтальмолога, академика Зарифы ханым Алиевой, возложили цветы к ее могиле.

    Была также почтена память известного государственного деятеля Азиза Алиева и профессора Тамерлана Алиева, к их могилам возложены цветы.

  • İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

    Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 22 il ötür.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

    Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.

    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıblar, məzarı üzərinə gül dəstələri qoyublar.

    Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

    Azərbaycanın dövlətçilik tarixində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətləri bütöv bir epoxanı özündə ehtiva edir. Onun dahiyanə siyasi uzaqgörənliyi, dövlət quruculuğu sahəsində atdığı addımlar, müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən qərarları xalqımızın yaddaşında silinməz iz buraxıb. Ulu öndərin hakimiyyəti illərində ölkəmizin sabitliyə qovuşması, iqtisadiyyatın dirçəldilməsi, ordu quruculuğunun möhkəmləndirilməsi Azərbaycanın gələcək yüksəlişini təmin edən əsas dayaqlara çevrildi.

    Xalqımız ağır və taleyüklü dönəmlərdə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasını dərin minnətdarlıqla xatırlayır. Məhz onun rəhbərliyi illərində Azərbaycan qarşılaşdığı təhlükələrdən xilas oldu, milli özünüdərk gücləndi, müstəqilliyimizin əbədiliyi üçün möhkəm təməllər qoyuldu. Hər il dekabrın 12-də və mayın 10-da minlərlə insanın Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət etməsi xalqın dahi övladının xatirəsinə əbədi ehtiramının və sədaqətinin bariz ifadəsidir.

    Ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Qarabağın azad edilməsi idi. Onun bu arzusu illər sonra öz layiqli davamçısı tərəfindən həyata keçirildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və əzmkarlığı nəticəsində Ordumuz tarixi Zəfər qazandı, ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa olundu, üçrəngli bayrağımız işğaldan azad edilmiş şəhər və kəndlərimizdə ucaldıldı.

    Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü, həmçinin gələcəyə olan inamını əks etdirir. Azad olunan torpaqlarda yeni həyatın başlanması ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarının davamlılığının və uğurla həyata keçirilməsinin göstəricisidir.

    Ulu öndərin müəyyənləşdirdiyi inkişaf yolu bu gün də ölkəmizin siyasi və iqtisadi tərəqqisinin əsasını təşkil edir. Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırıb, ölkəmizi bölgədə mühüm tərəfdaş və güclü dövlətə çevirib. Dövlətimizin milli maraqlarının qətiyyətlə müdafiə olunması, təhlükəsizlik və inkişaf strategiyasının ardıcıl şəkildə davam etdirilməsi dahi Heydər Əliyev idealarının yaşayaraq inkişaf etdiyini göstərir.

    Qəti şəkildə demək olar ki, Azərbaycan xalqı ümummilli Lider Heydər Əliyevin ideyalarına daim sadiq olacaq, onun müəyyənləşdirdiyi inkişaf yolu ölkəmizi daha böyük uğurlara doğru aparmaqda davam edəcək.