Month: December 2025

  • 13 il əvvəl törədilmiş qətlin üstü açıldı

    2012-ci ildə Lənkəranda itkin düşmüş qadının qətlə yetirildiyi müəyyən edilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Təranə Ağayevanı qətlə yetirməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Əliağa Kazımov saxlanılıb.

    Qadının meyitinin qalıqları basdırıldığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, bir neçə il əvvəl T.Ağayevanın qardaşı Fuad şübhəli şəxs qismində tutulmuşdu. Lakin o, bacısının meyitinin qalıqlarının olduğu yeri göstərə bilməmiş, daha sonra sərbəst buraxılmışdı.

  • Боксер Джошуа попал в аварию, в результате которой погибли два человека

    Бывший чемпион мира по боксу по трем версиям в супертяжелом весе британец Энтони Джошуа попал в аварию в Нигерии, в результате которой погибли два человека.

    Как передает Median.Az, об этом сообщила газета Punch.

    По информации источника, автомобиль, в котором находился Джошуа, врезался в неподвижный грузовик. Отмечается, что боксер получил незначительные повреждения и был доставлен в больницу. Обстоятельства аварии расследуются. Два человека, находившихся в машине вместе с Джошуа, погибли.

    Джошуа 36 лет, на его счету 29 побед (26 нокаутом) и 4 поражения. В прошлом бою 19 декабря британец победил американца Джейка Пола нокаутом в шестом раунде. В сентября 2024 года Джошуа проиграл соотечественнику Даниэлю Дюбуа и не смог завоевать титул чемпиона мира по версии Международной боксерской федерации (IBF). Тогда Джошуа прервал серию из четырех побед после после двух поединков с украинцем Александром Усиком. В первом, прошедшем в Лондоне в сентябре 2021 года, британец проиграл решением судей и расстался с титулами чемпиона мира по версиям Всемирной боксерской ассоциации (WBA, с приставкой “супер”), Всемирной боксерской организации (WBO) и IBF. Второй бой, прошедший в августе 2022 года, также завершился победой решением судей Усика, защитившего титула чемпиона мира по трем престижным версиям. После этого Джошуа победил американца Джермейна Франклина решением судей, финна Роберта Хелениуса нокаутом в седьмом раунде, шведа Отто Валлина техническим нокаутом в пятом раунде и француза Фрэнсиса Нганну нокаутом во втором раунде.

    До поединков с Усиком Джошуа владел титулом чемпиона мира IBF с 2016 по 2019 и с 2019 по 2021 год, WBA – в 2017-2019, 2019-2021 годах, WBO – в 2018-2019, 2019-2021 годах.

  • Tanınmış boksçu iki nəfərin ölümü ilə nəticələnən qəzaya düşüb

    Üç versiya üzrə superağır çəkidə boks üzrə keçmiş dünya çempionu, britaniyalı Entoni Coşua Nigeriyada iki nəfərin ölümü ilə nəticələnən qəzaya düşüb.

    Median.Az xəbər verir ki, bu barədə “Punch” qəzeti məlumat yayıb.

    Məlumata görə, Entoni Coşuanın olduğu avtomobil yol kənarında dayanmış yük maşınına çırpılıb. Qəza nəticəsində boksçu yüngül xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri hazırda araşdırılır.

    Avtomobildə Coşua ilə birlikdə olan iki nəfər isə həyatını itirib.

    Qeyd edək ki, 36 yaşlı Entoni Coşuanın peşəkar karyerasında 29 qələbə (26-sı nokautla) və 4 məğlubiyyət var. Boksçu son döyüşünü dekabr 19-da keçirib və həmin görüşdə rəqibi, yutuber Ceyk Polu altıncı raundda nokautla məğlub edib.

  • Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib

    Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Məğrur İsa oğlu Hüseynova məxsus “Kovan” ictimai iaşə müəssisəsində yoxlama aparılıb.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən bildirçin, toyuq, balıq və mal ətləri aşkarlanıb.

    Sahibkar sosial şəbəkələrdə yayımlanan video ilə bağlı verdiyi izahatda ov quşlarının satışının həyata keçirilmədiyini, həmin görüntülərin yalnız müştəri cəlb etmək məqsədilə reklam xarakteri daşıdığını bildirib.

    Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib.//oxu.az

  • Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirilir

    Türkiyə və Ermənistanın diplomatik, xidməti və xüsusi pasport sahibləri 1 yanvar 2026-cı il tarixindən etibarən ödənişsiz olaraq e-viza ala biləcəklər.

    Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, bu qərar iki ölkə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında əldə olunmuş razılıq çərçivəsində və qarşılıqlı əsasda qəbul edilib.

  • Лейла Алиева посетила Азербайджанский национальный музей ковра

    Вице-президент Фонда Гейдара Алиева, руководитель Общественного объединения IDEA Лейла Алиева 29 декабря посетила Азербайджанский национальный музей ковра.

    Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, гостью встретили директор Азербайджанского национального музея ковра Амина Меликова и художник Эмиль Азиз.

    В ходе посещения музея Лейла Алиева в первую очередь ознакомилась с персональной выставкой Эмиля Азиза “Нахыш и силуэт”, представленной в музее. Экспозиция объединяет около 50 произведений, в которых автор обращается к богатому наследию азербайджанского ковра, переосмысливая традиционные орнаменты в современном художественном языке. Особое место в работах занимают образы карабахских лошадей и женские портреты, где движение, сила и пластика силуэта органично сочетаются с ритмом и структурой ковровых мотивов. Было отмечено, что выставка продлится до 12 января.

    Затем вице-президент Фонда Гейдара Алиева Лейла Алиева осмотрела ретроспективную выставку Заслуженного художника Азербайджана Фаига Ахмеда “Faiq Əhməd: 2011-2024-cü illər”. Экспозиция охватывает ключевые этапы творчества автора и демонстрирует его новаторский подход к традиционному азербайджанскому ковру, в котором классическое ткачество соединяется с современным художественным мышлением, философией и актуальными визуальными практиками. Было подчеркнуто, что произведения Фаига Ахмеда широко представлены в ведущих музеях и коллекциях мира и пользуются международным признанием.

    Она также ознакомилась с экспозицией, посвященной Лятифу Керимову – выдающемуся художнику, ученому, исследователю и основателю Азербайджанского национального музея ковра. Лейле Алиевой была представлена информация о том, что в 2026 году исполняется 120 лет со дня рождения Лятифа Керимова, сыгравшего ключевую роль в формировании научной школы азербайджанского ковроведения и в институционализации ковра как важнейшего явления национальной культуры.

    Лятиф Керимов – народный художник Азербайджана, лауреат государственных и международных премий, автор фундаментальных научных трудов, создатель уникальных ковровых композиций и эскизов, многие из которых стали знаковыми для национального искусства. Лейла Алиева ознакомилась с коврами, автором которых является Лятиф Керимов, его оригинальными эскизами, а также архивными материалами.

    Кроме того, Лейла Алиева осмотрела обновленную экспозицию III этажа музея, где представлены современные авторские ковры и произведения декоративно-прикладного искусства. Среди авторов экспозиции – Эльдар Микаилзаде, Эльдар Гаджиев, Самира Аллахвердиева, Чингиз Бабаев, Тариэль Баширов, Али Парияба, а также другие мастера современного азербайджанского ковроткачества.

    В обновленной экспозиции III этажа представлены также ранее не демонстрировавшиеся произведения. Наряду с уникальными ковровыми образцами здесь экспонируются редкие работы 1970-1980-х годов в области керамики, резьбы по дереву, батика, гобелена, художественного стекла, а также других направлений декоративно-прикладного искусства.

    Посещение Лейлой Алиевой этого очага культуры подчеркнуло значимую роль Азербайджанского национального музея ковра как центра сохранения, изучения и актуализации национального коврового искусства, объединяющего историческое наследие и современные художественные процессы.

  • Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

    Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və rəssam Emil Əziz qarşılayıblar.

    Muzeyin ziyarət edilməsi zamanı Leyla Əliyeva, ilk növbədə, Emil Əzizin hazırda muzeydə nümayiş olunan “Naxış və siluet” adlı fərdi sərgisi ilə tanış olub. Sərgi rəssamın Azərbaycan xalçaçılığının zəngin irsini, ənənəvi naxışları müasir bədii dildə yenidən təsvir etdiyi təxminən 50 əsərini birləşdirir. Qarabağ atlarının təsvirləri və siluetin hərəkəti, gücü və zərifliyi xalça motivlərinin ritmi və quruluşu ilə mükəmməl şəkildə birləşdirilən qadın portretləri əsərlərdə xüsusi yer alıb. Sərginin yanvarın 12-nə qədər davam edəcəyi qeyd edilib.

    Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın Əməkdar rəssamı Faiq Əhmədin “Faiq Əhməd: 2011-24-cü illər” adlı retrospektiv sərgisinə baxıb. Sərgi müəllifin yaradıcılığının əsas mərhələlərini əhatə edir və ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşmasını nümayiş etdirir. Burada klassik toxuculuq müasir bədii düşüncə, fəlsəfə və aktual vizual təcrübələrlə birləşir. Vurğulanıb ki, Faiq Əhmədin əsərləri dünyanın aparıcı muzeylərində və kolleksiyalarında geniş şəkildə təmsil olunur və beynəlxalq səviyyədə tanınır.

    O, həmçinin görkəmli rəssam, alim, tədqiqatçı və Azərbaycan Milli Xalça Muzeyinin təsisçisi Lətif Kərimova həsr olunmuş sərgi ilə tanış olub. Leyla Əliyevaya məlumat verilib ki, 2026-cı ildə Azərbaycan xalçaşünaslıq elmi məktəbinin formalaşmasında və xalçanın milli mədəniyyətin həyati bir fenomeni kimi institutlaşmasında mühüm rol oynamış Lətif Kərimovun anadan olmasının 120 ili tamam olur.

    Lətif Kərimov Azərbaycanın Xalq rəssamı, dövlət və beynəlxalq mükafatlar laureatı, fundamental elmi əsərlərin müəllifi, bir çoxu milli incəsənətdə əfsanəvi olan unikal xalça kompozisiyaları və dizaynlarının yaradıcısıdır. Leyla Əliyeva Lətif Kərimovun müəllifi olduğu xalçalarla, onun orijinal eskizləri ilə, eləcə də arxiv materialları ilə tanış olub.

    Bundan əlavə, Leyla Əliyeva muzeyin III mərtəbəsində yenilənmiş sərgi ilə tanış olub, burada müasir müəllif xalçaları və dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunur. Sərgidə iştirak edən rəssamlar arasında Eldar Mikayılzadə, Eldar Hacıyev, Samirə Allahverdiyeva, Çingiz Babayev, Tariel Bəşirov, Ali Pariyab və müasir Azərbaycan xalçaçılığının digər ustaları var.

    Üçüncü mərtəbədəki yenilənmiş sərgidə əvvəllər nümayiş olunmamış əsərlər də təqdim olunur. Unikal xalça nümunələri ilə yanaşı, burada 1970-ci və 1980-ci illərin keramika, ağacoyma, batik, qobelen, bədii şüşə və digər dekorativ-tətbiqi sənət sahələrində nadir əsərlər də nümayiş olunur.

    Leyla Əliyevanın bu mədəniyyət ocağını ziyarət etməsi Azərbaycan Milli Xalça Muzeyinin milli xalça sənətinin qorunması, öyrənilməsi və təbliğində, eləcə də tarixi irsi müasir bədii proseslərlə birləşdirən bir mərkəz kimi mühüm rolunu nümayiş etdirir.

  • Azərbaycanlı veteran futbolçu vəfat edib

    “Şahdağ Qusar”ın veteran futbolçusu Şərafədin Məmmədov vəfat edib.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

    O, 55 yaşında vəfat edib.

    Xatırladaq ki, keçən il Ş.Məmmədovda beyin şişi aşkarlanıb. Təcrübəli məşqçi dostlarının köməyi ilə Bakıda əməliyyat olunub və beynindəki şiş götürülmüşdü.

    Qeyd edək ki, Şərafəddin Məmmədov futbolçu karyerasını 2000-ci ildə başa vuraraq, məşqçi kimi işə başlayıb. 2009-cu ildə “Şahdağ Qusar”ın qısa müddət baş məşqçisi olmuş mütəxəssis daha sonra Qusar Uşaq Gənclər İdman Şahmat Məktəbində (UGİŞM) uşaq futbol məşqçisi kimi çalışıb.

  • Cari ildə Bakıda sənaye, tikinti və ticarət sahələrində artım qeydə alınıb

    2025-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 46 milyard manat təşkil edib.

    Oxu.Az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ümumi sənaye məhsulunun 72.8 faizi mədənçıxarma, 23.5 faizi emal sənayesi, 2.6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1.1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

    Hesabat dövründə Bakı sənayesində qeyri-dövlət sektorunun payı 83.1 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsullarının xüsusi çəkisi 88.7 faiz, sənaye xarakterli xidmətlərin payı isə 11.3 faiz təşkil edib. İstehsal edilmiş məhsulun əsas hissəsi istehlakçılara göndərilsə də, 2025-ci il dekabrın 1-nə Bakı şəhərində fəaliyyət göstərən sənaye müəssisələrinin anbarlarında 413.8 milyon manat dəyərində hazır məhsul ehtiyatı qalıb. Bununla yanaşı, satış üçün nəzərdə tutulmuş və digər müəssisələrdən alınmış məhsulların dəyəri 48 milyon manat olub.

    2025-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85.6 faizi inşa, yenidənqurma və bərpa, 7.3 faizi əsaslı təmir, 4.3 faizi cari təmir, 2.8 faizi isə sair tikinti işlərindən ibarət olub. Ümumi inşaat işlərinin 92.1 faizi qeyri-dövlət tikinti müəssisələri tərəfindən icra edilib.

    Hesabat dövründə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10.3 faiz artaraq 8 milyard 160.4 milyon manata çatıb. Bu xidmətlərin 7 milyard 281.3 milyon manatı hüquqi şəxslər tərəfindən göstərilib ki, bu da ümumi həcmin 89.2 faizinə bərabərdir.

    Bakıda ictimai iaşə dövriyyəsinin həcmi də artım nümayiş etdirib. 2025-ci ilin yanvar-noyabr aylarında bu göstərici real ifadədə 14.6 faiz artaraq 1 milyard 948.7 milyon manat olub. Hüquqi şəxslər tərəfindən həyata keçirilən ictimai iaşə dövriyyəsi 933.0 milyon manat və ümumi dövriyyənin 47.9 faizinə bərabər olub.

    Pərakəndə ticarət dövriyyəsinin həcmi isə 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 4 faiz artaraq 34 milyard 605.5 milyon manata yüksəlib. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 0.4 faiz artaraq 19 milyard 253.8 milyon manata, qeyri-ərzaq mallarının dəyəri isə 9.5 faiz artaraq 15 milyard 351.7 milyon manata çatıb. Real ifadədə pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə 6.4 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2.7 faiz artıb. İstehlak məhsullarının 36.6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52.2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11.2 faizi isə bazar və yarmarkalarda satılıb.

  • Bakı sakini kanalizasiya quyusuna düşdü

    Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində vətəndaş kanalizasiya quyusuna yıxılaraq, köməksiz vəziyyətdə qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1984-cü il təvəllüdlü Nəbiyev Rövşən Feyruz oğlu dərinliyi təqribən 15 metr olan kanalizasiya quyusuna yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

    Xilasedicilər xüsusi vasitələrin köməyi ilə R.Nəbiyevi quyudan çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.