Month: December 2025

  • DYP sürücü və piyadalara müraciət etdi

    Dekabrın 29-u gecəsi Kiyev Rusiya prezidentinin Novqorod vilayətindəki 91 PUA-dan istifadə edərək hücuma keçib.

    Median.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

    Lavrovun sözlərinə görə, itki və ya ziyan barədə məlumat yoxdur.

  • Bakıda zəncirvari qəza: üç avtobus toqquşdu

    Bakıda sərnişin avtobuslarının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

    Bildirilib ki, hadisə zamanı üç marşrut avtobusu və bir avtomobil toqquşub.

    Qəzada xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

  • Tehranda “Santa Klaus”la şəkil çəkdirmək qadağan olunub

    Tehranda Milad bayramı ilə əlaqəli əşyalar satan mağazanın fonunda, xüsusilə “Santa Klaus”la şəkil çəkdirməyə qadağa qoyulub.

    Report xəbər verir ki, bu barədə “Iran International” nəşri məlumat yayıb.

    Xəbərdə “Şəkil çəkdirmək qadağandır!” cümləsinin əks olunduğu foto da yer alıb.

    Qeyd edək ki, əvvəllər həmkarlar ittifaqları və hökumət nümayəndələri dəfələrlə “Halloween”, Milad və Yeni illə bağlı əşyaları satanlarla mübarizənin zəruri olduğunu vurğulayıblar. Bu səbəbdən bir sıra mağazalar bağlanıb.

  • İranda təbii fəlakət səkkiz nəfərin həyatına son qoyub

    İranın cənub və mərkəzi rayonlarında daşqınların, qar yağışı və çovğunların eyni zamanda baş verməsi nəticəsində 8 nəfər ölüb.

    Report xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

    Bildirilib ki, hazırda 42 min 112 nəfərin humanitar yardıma ehtiyacı yaranıb.

    Təbii fəlakətə səbəb kimi isə islam respublikasının quraqlıqla mübarizə üçün süni yağış yaratmaq məqsədilə bulud səpmə prosesinə başlaması göstərilir.

  • ВБ опубликовал первую оценку Азербайджана в рамках B-Ready

    Всемирный банк (ВБ) впервые оценил Азербайджан в рамках нового отчета Business Ready-2025 (B-Ready, “Вхождение в бизнес”).

    Как сообщает report со ссылкой на ВБ, исследование охватило 101 экономику и оценивает деловой и инвестиционный климат по трем ключевым показателям – нормативно-правовая база, государственные услуги и операционная эффективность, а также формирует усредненные оценки по тематическим направлениям.

    По показателю нормативно-правовой базы Азербайджан набрал 71,92 балла из 100 и занял 32-е место. Наиболее высокие оценки страна получила в сфере финансовых услуг (94,1 балла) и коммунальной инфраструктуры (83,6 балла), относительно устойчивые показатели зафиксированы в создании предприятий (74,2 балла), разрешении споров (74,7 балла), несостоятельности бизнеса (70,8 балла) и расположении бизнеса (70,5 балла). Более сдержанные результаты отмечены в международной торговле (64,5 балла), налогообложении (66,7 балла), трудовых ресурсах (68,1 балла) и рыночной конкуренции (52 балла).

    По второму показателю – государственные услуги – Азербайджан получил 62,7 балла и занял 40-е место. Лучшие результаты зафиксированы в создании предприятий (87,2 балла) и финансовых услугах (89,8 балла), тогда как относительно низкие оценки отмечены в международной торговле (49,2 балла), рыночной конкуренции (38,5 балла) и сфере несостоятельности бизнеса (37,5 балла).

    По уровню операционной эффективности страна набрала 63,3 балла, расположившись на 42-м месте. При этом особенно высоко оценены процедуры создания предприятий (96,7 балла), расположение бизнеса (85,9 балла) и коммунальные услуги (87,9 балла). В то же время слабые позиции сохраняются в международной торговле (48,5 балла), рыночной конкуренции (45,3 балла), трудовых ресурсах (57,3 балла), а показатель несостоятельности бизнеса в этом блоке оценен в ноль баллов.

    В среднем по всем тематическим направлениям Азербайджан получил наиболее высокие оценки в создании предприятий (86 баллов), финансовых услугах (87,2 балла) и коммунальных услугах (83 балла). Более умеренные показатели зафиксированы в налогообложении (67,8 балла), разрешении споров (65,3 балла), трудовых ресурсах (64 балла) и международной торговле (54,1 балла), тогда как наиболее проблемными направлениями остаются рыночная конкуренция (45,3 балла) и несостоятельность бизнеса (36,1 балла).

    Для других стран Южного Кавказа результаты различаются: у Армении оценки по трем основным показателям варьируются в диапазоне от 61,2 до 73 баллов, у Грузии – от 70,3 до 78 баллов.

    В отличие от предыдущих отчетов Doing Business, в B-Ready больше не делается упор на рейтинги стран. ВБ ставит перед собой цель расширить число стран, охватываемых B-Ready, до 180 к 2026 году.

    B-Ready является новым проектом Группы Всемирного банка по сбору и анализу данных о деловом и инвестиционном климате и сопровождается ежегодным флагманским докладом. Он стал частью обновленной стратегии ВБ, направленной на стимулирование частных инвестиций, создание рабочих мест и повышение производительности, а также заменил отчет Doing Business, предложив более сбалансированный и прозрачный подход к оценке бизнес-среды. Методология B-Ready основывается на рекомендациях экспертов Всемирного банка, правительств, частного сектора и организаций гражданского общества и предполагает баланс между показателями de jure и de facto, а также сопоставимость и репрезентативность данных.

    Напомним, что в сентябре 2021 года ВБ объявил об отказе от дальнейшей подготовки отчетов Doing Business после выявления нарушений при формировании данных в предыдущие годы. Азербайджан вошел в число четырех стран, упомянутых в этом контексте. При этом если в отношении Китая и Саудовской Аравии речь шла о завышении показателей, то рейтинги Азербайджана в отчетах Doing Business за 2018 и 2020 годы, напротив, были занижены вследствие предвзятого подхода со стороны авторов.

  • Dünya Bankı ilk dəfə Azərbaycanı “B-Ready” hesabatı üzrə qiymətləndirib

    Dünya Bankı yeni “Business Ready-2025” (“B-Ready”, “Biznesə daxilolma”) hesabatı çərçivəsində ilk dəfə olaraq Azərbaycanı qiymətləndirib.

    Report Dünya Bankına istinadən xəbər verir ki, 101 iqtisadiyyatı əhatə edən tədqiqatda biznes və investisiya mühiti üç əsas göstərici üzrə dəyərləndirilib: normativ-hüquqi baza, dövlət xidmətləri və əməliyyat səmərəliliyi. Bununla yanaşı, tematik istiqamətlər üzrə orta göstəricilər də müəyyən edilib.

    Normativ-hüquqi baza göstəricisi üzrə Azərbaycan 71,92 bal toplayaraq 32-ci yerdə qərarlaşıb. Bu istiqamətdə ölkə ən yüksək nəticələri maliyyə xidmətləri (94,1 bal) və kommunal infrastruktur (83,6 bal) sahələrində göstərib.

    Müəssisələrin yaradılması (74,2 bal), mübahisələrin həlli (74,7 bal) və biznesin iflası (70,8 bal) sahələrində nisbətən sabit göstəricilər qeydə alınıb.

    Beynəlxalq ticarət (64,5 bal), vergitutma (66,7 bal), əmək resursları (68,1 bal) və bazar rəqabəti (52 bal) üzrə isə daha mülayim nəticələr müşahidə olunub.

    Dövlət xidmətləri göstəricisi üzrə Azərbaycan 62,7 bal toplayaraq 40-cı yeri tutub. Ən yaxşı nəticələr müəssisələrin yaradılması (87,2 bal) və maliyyə xidmətləri (89,8 bal) sahələrində qeydə alınıb.

    Bununla yanaşı, beynəlxalq ticarət (49,2 bal), bazar rəqabəti (38,5 bal) və biznesin iflası (37,5 bal) istiqamətlərində nisbətən aşağı göstəricilər qeydə alınıb.

    Əməliyyat səmərəliliyi göstəricisi üzrə Azərbaycan 63,3 bal toplayaraq 42-ci yerdə qərarlaşıb. Bu blokda xüsusilə müəssisələrin yaradılması prosedurları (96,7 bal), biznesin yerləşməsi (85,9 bal) və kommunal xidmətlər (87,9 bal) yüksək qiymətləndirilib.

    Eyni zamanda, beynəlxalq ticarət (48,5 bal), bazar rəqabəti (45,3 bal) və əmək resursları (57,3 bal) üzrə göstəricilər zəif olaraq qalıb. Biznesin iflası isə bu istiqamətdə sıfır balla qiymətləndirilib.

    Ümumilikdə, Azərbaycan bütün tematik istiqamətlər üzrə ən yüksək nəticələri müəssisələrin yaradılması (86 bal), maliyyə xidmətləri (87,2 bal) və kommunal xidmətlər (83 bal) sahələrində göstərib.

    Vergitutma (67,8 bal), mübahisələrin həlli (65,3 bal), əmək ehtiyatları (64 bal) və beynəlxalq ticarət (54,1 bal) üzrə nisbətən mötədil göstəricilər qeydə alınıb.

    Bazar rəqabəti (45,3 bal) və biznesin iflası (36,1 bal) isə hesabatda ən problemli istiqamətlər kimi qiymətləndirilib.

    Cənubi Qafqazın digər ölkələri üzrə nəticələr isə fərqlənir. Ermənistanın üç əsas göstərici üzrə balları 61,2-73, Gürcüstanın göstəriciləri isə 70,3-78 bal aralığında dəyişir.

    Əvvəlki “Doing Business” hesabatlarından fərqli olaraq, “B-Ready” hesabatında ölkələrin ümumi reytinq mövqelərinə xüsusi önəm verilmir. Dünya Bankı 2026-cı ildə “B-Ready” çərçivəsində qiymətləndirilən ölkələrin sayını 180-ə çatdırmağı planlaşdırır.

    Dünya Bankı Qrupunun yeni təşəbbüsü olan “B-Ready” layihəsi biznes və investisiya mühiti üzrə məlumatların toplanmasını və təhlilini əhatə edir və illik hesabat formatında təqdim olunur. Layihə Dünya Bankının özəl investisiyaların təşviqi, yeni iş yerlərinin yaradılması və məhsuldarlığın artırılmasına yönəlmiş yenilənmiş strategiyasının tərkib hissəsidir.

    “Doing Business” hesabatını əvəz edən “B-Ready”, biznes mühitinin qiymətləndirilməsində daha balanslaşdırılmış və şəffaf yanaşma təklif edir. Hesabatın metodologiyası Dünya Bankının ekspertlərinin, hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyəti institutlarının tövsiyələri əsasında formalaşdırılıb. Bu yanaşma “de jure” və “de facto” göstəricilər arasında tarazlığın qorunmasını, eləcə də məlumatların müqayisə oluna bilməsini və reprezentativliyini nəzərdə tutur.

    Xatırladaq ki, 2021-ci ilin sentyabrında Dünya Bankı əvvəlki illərdə məlumatların toplanması və təqdimatında pozuntuların aşkar edilməsindən sonra “Doing Business” hesabatlarının hazırlanmasından imtina etdiyini açıqlayıb. Azərbaycan bu kontekstdə adı çəkilən dörd ölkədən biri olub.

    Araşdırmalar nəticəsində Çin və Səudiyyə Ərəbistanının göstəricilərinin şişirdildiyi, Azərbaycanın isə 2018 və 2020-ci illər üzrə “Doing Business” hesabatlarında reytinqlərinin müəlliflərin qərəzli yanaşması səbəbindən süni şəkildə aşağı salındığı müəyyən edilib.

  • Taksilərlə bağlı RƏSMİ AÇIQLAMA – Yanvardan etibarən…

    2026-cı ilin yanvar ayından etibarən taksi minik avtomobilləri ilə sərnişindaşımaları üçün verilən icazələrin qeydiyyatı və baxılması növbəlilik gözlənilməklə və şəffaflıq təmin edilməklə həyata keçiriləcək.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, kvota ilə bağlı müraciət ərizələrinin qəbulu vaxtı isə 30 dekabr saat 23:59-da bitir.

    “Növbəlilik sırası gücləndirilmiş imza (elektron imza) ilə göndərilən elektron ərizənin tarix və vaxtına görə müəyyən edilir. Növbədə olan nəqliyyat vasitələrinin sayı haqqında məlumatı AYNA-nın saytından əldə etmək mümkün olacaq. Saytda, həmçinin buraxılış kartı qüvvədə olan nəqliyyat vasitələrinin sayı və kvotada yaranan boş yer barədə məlumatlar yer alacaq. Kvotada boşalan yer sayı növbədə duran şəxsin nəqliyyat vasitələrinin sayından az olduqda növbə çatdıqda kvotadakı boş yer sayı qədər nəqliyyat vasitəsinə buraxılış kartı veriləcək, yerdə qalan nəqliyyat vasitələrinin növbədə qalması davam edəcək. Növbədəki müraciətlərə ardıcıllıqla baxılacaq. Bir növbəyə baxılma bitmədikdə növbəti növbədəki müraciət ilə bağlı sistem üzərindən qərar qəbul edilməsi mümkün olmayacaq”, – deyə AYNA-nın məlumatında bildirilir.

  • Бейонсе стала долларовым миллиардером

    Американская певица Бейонсе (полное имя – Бейонсе Жизель Ноулз-Картер) стала пятым музыкантом в списке Forbes, чей доход преодолел отметку в миллиард долларов, передает Oxu.Az.

    По данным Forbes, в списке миллиардеров 22 артиста, из них пятеро – музыканты. В их числе, помимо Бейонсе, ее муж Jay-Z (настоящее имя – Шон Картер), Брюс Спрингстин, Рианна (полное имя – Робин Рианна Фенти) и Тейлор Свифт. Бейонсе смогла получить новый статус благодаря выпущенному в 2024 году альбому Cowboy Carter и “самому кассовому концертному туру” этого года.

    Бейонсе родилась в 1981 году в Техасе. Считается одной из самых популярных и влиятельных исполнительниц в США двух последних десятилетий. Продано более 200 млн ее записей, она выигрывала престижную премию “Грэмми” 32 раза – больше любого другого артиста.

  • Amerikalı məşhur müğənni milyarderlərin siyahısına düşdü

    Amerikalı məşhur müğənni Beyonse “Forbes” nəşrinin son siyahısında gəliri milyard dolları keçən beşinci musiqiçi olub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, milyarderlərin siyahısında 22 sənət adamı var, onlardan beşi musiqiçidir. Bu şəxslərin arasında Beyonsedən başqa, onun əri olan məşhur reper Cey Zi, Bryus Sprinqstin, Rihanna və Teylor Svift də var. Beyonse yeni statusa 2024-cü ildə çıxan “Cowboy Carter” albomundan əldə olunan gəlirlər sayəsində nail olub.

    44 yaşlı musiqiçi son iyirmi ildə ABŞ-nin ən populyar və nüfuzlu ifaçılarından biri hesab olunur. O, 200 milyondan çox albom satıb və 32 dəfə nüfuzlu “Qremmi” mükafatını qazanıb.

  • Sabiq deputat: “Nəvələrimi kənddən uzaqlaşdırmışam ki, gedib şəhərdə mədəniyyət, qabiliyyət sahibi olsunlar”

    Sabiq deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası Qalib Salahzadə 23 yaşlı nəvəsi Həsən Salahzadənin paytaxtın Xəzər rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsi ünvanında ümumi sahəsi 1 286 kvadratmetrlik üç binadan ibarət obyekt açmasının müzakirə yaratmasına, belə bir biznesi qurmaqda babasının ona dəstək verməsi barədə fikirlərə münasibət bildirib.

    Median.Az xəbər verir ki, Q.Salahzadə Pravda.az-a açıqlamasında məlumatın həqiqətə uyğun olmadığını deyib.

    “Bilgəhdə nə qədər desəniz, obyektim var. 23 yaşında nə obyekt açmaq? Həsən şəhərdə yaşayır. Ayrı ev-eşiyi var, Bilgəhdə nə işi var? Heç Bilgəhə gəlir ki, hələ bir obyekt də açsın? Vallah, Həsəni görəndə sevinirəm. Bilgəhdəki obyektlərin hamısını mən açmışam. Qohumlarımın adına da salmışam, bu, başqa şeydir. Həsənin adına heç eşşək də yoxdur. Nəvələrimin hamısını kənddən uzaqlaşdırmışam ki, qoy gedib şəhərdə mədəniyyət, qabiliyyət sahibi olsunlar. Bilgəhdə nə var ki, obyekt açsınlar? Bir hacı Qalib var, ancaq ondan yazırlar. Nəvələrimi oxutdururam. Həsən Salahzadənin nə işlə məşğul olduğunu heç bilmirəm. Bircə bunu bilirəm ki, haradasa ciddi işlərlə məşğuldur. Başlayıblar ki, Şeyx Həsənə kömək edib. Şeyxin öz övladları var. Məgər mən ölmüşəm ki, icazə verəm, nəvələrim kiməsə ağız açsınlar? 73 yaşım var, yaxın iyirmi ildə planımda ölmək yoxdur. Uşaqlar həddindən artıq qabiliyyətlidirlər. Mən onları tərbiyə ilə böyütmüşəm. Övlad hər şeydən əzizdir. Nə pul, nə var-dövlət? Kimsə “övladım 25 yaşında gənc biznesmen olub” deyirsə, sübut edərəm ki, hamısı yalandır. Mən bu həyatı yaşamışam. İnsan ancaq 30 yaşından sonra biznesmen ola bilər, o da ağlı başında olsa… 23 yaşında birinin atası, babası ona kömək olmasa, o heç bir biznes qura bilməz. Bu söhbətləri yayanlar məqsəd güdürlər, uşağın adını mətbuata buraxırlar. Həsən çox savadlıdır. ABŞ-də oxuyub. Qohum-əqrəbadan başqa adam tanıyır ki? İndi yer-göy ev tikir. Mən də bir ev tikdim, dron çıxarıb ev-eşiyimi çəkib internətə yerləşdirdilər ki, hacı Qalibin 85 milyonluq mülkü. Heç mənim vecimə deyil…”

    Q.Salahzadə ötən ay Allahşükür Paşazadənin qızı, deputat Əliabbas Salahzadənin həyat yoldaşı Xatirə Salahzadənin Bilgəhdə Zuğulba prospekti, giriş 258A ünvanında obyekt açması ilə bağlı yayılan iddialardan da danışıb: “Əliabbas Salahzadənin xanımı heç vaxt heç bir işə qarışmayıb, heç nədən xəbəri yoxdur”.