Month: December 2025

  • Masazırda fərdi yaşayış evində yanğın olub

    Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.

    Median.Az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.

    Məlumatda qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində fərdi yaşayış evində baş vermiş yanğın genişlənmədən, qısa müddətdə söndürülüb.

  • Rusiya XİN: “Moskva Bakı ilə əlaqələri genişləndirmək niyyətindədir”

    “Rusiya 2026-cı ildə ikitərəfli münasibətlərin bütün gündəliyi üzrə Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir”.

    Median.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi nazir müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev arasında keçirilən görüşdən sonra yaydığı bəyanatda bildirib.

    “Görüş zamanı Rusiya-Azərbaycan əməkdaşlığının son bir ildəki nəticələri ümumiləşdirilib. 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannaməyə və iki liderin 9 oktyabrda Düşənbədə keçirilən görüşündə əldə edilən razılaşmalara uyğun olaraq ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə qarşılıqlı sadiqlik təsdiqlənib. Bu kontekstdə, qarşıdan gələn 2026-cı ildə Rusiya-Azərbaycan münasibətlərinin bütün gündəliyi üzrə əlaqələrin genişləndirilməsi ilə bağlı ortaq niyyət ifadə edilib”, – deyə bəyanatda qeyd olunub.//oxu.az

  • Milli Qəhrəman Şahin Tağıyevin nəşi Azərbaycana gətiriləcək

    İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin nəşi Bakıya gətiriləcək.

    Median.Az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında Milli Qəhrəmanın oğlu Şahin Tağıyev məlumat verib.

    O bildirib ki, bunun üçün artıq Azərbaycanın İsveçdəki səfirliyinə müraciət ediblər:

    “Atamın nəşinin Bakıya aparılmasını planlaşdırırıq. Artıq bu barədə səfirliklə əlaqə saxlamışıq. Sağ olsunlar, çox kömək olurlar. Atamın harada dəfn olunacağı isə hələlik məlum deyil, çünki biz Azərbaycanda yaşamırdıq”, – deyə o qeyd edib.

    Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. 2001-ci ildən Azərbaycanı tərk edərək Avropaya köçüb.

    İsveçdəki Qocalar Evində yaşayan Azərbaycan Respublikasının Milli Qəhrəmanı uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

  • Goranboyda bir ailənin üç üzvü qidadan zəhərləndi

    Goranboyda bir ailənin üç üzvü zəhərlənmə diaqnozu ilə Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Nizami kənd sakini Səbirə Həmədova, 1990-cı il təvəllüdlü Mehriban Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova xəstəxanaya çatdırılıblar.

    İlkin məlumata görə, adıçəkilən şəxslər balıqdan zəhərləniblər. Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Yalançının evi yandı, heç kim inanmadı: Kəngərlidə baş verənlər vətəndaş məsuliyyətsizliyi, yoxsa təxribat?

    Torpaqların azad edilməsindən sonra keçmiş məcburi köçkünlərin qayıdışı prosesi geniş vüsət alıb. Təhlükəsizlik məsələsi həll edildikcə, dağıdılmış şəhər və kəndlər bərpa edildikcə on minlərlə insan öz yurdlarına qayıdır.
     
    Təkcə 2025-ci ildə Böyük Qayıdış proqramı çərçivəsində azad olunan ərazilərin 32 yaşayış məntəqəsinə – 7 şəhər, 22 kənd və 3 qəsəbəyə vətəndaşların köçürülməsi təmin edilib.
     
    30 il işğal altında olan torpaqların əsl sahibləri geri döndükcə bu yerlər də ikinci baharlarını yaşayırlar. Amma bununla belə bəzən elə insanlar da tapılır ki, öz məsuliyyətsizliklərini ört-basdır etmək üçün yalan iddialarla illərdir görülən işlərə kölgə salmaq istəyir.
     
    Belə ki, sosial şəbəkələrdə Ağdamın Kəngərli kəndinə köçən Murad Rüstəmov keçmiş məcburi köçkünlər üçün tikilmiş evlərin guya yanğın təhlükəsizliyinə cavab verməməsi ilə bağlı əsassız iddia ilə çıxış edib.


    Məsələnin mahiyyətindən xəbərdar olan və olmayan bir çox şəxslər də özlərində bu məsələni şərh etmək ehtiyacı görüblər. Hökumətin gördüyü işləri tənqid xatirinə tənqid etmək naminə hadisənin səbəbini öyrənmədən rəy yazanlar da sanki növbəyə düzülüb.
     
    Əslində isə, söhbət yanğın təhlükəsizliyinin ən elementar normalarına əməl etməməkdən gedir. Belə ki, M.Rüstəmov yaşadığı evin divara bitişik manqal qalayaraq, sonradan manqaldan çıxan odun evin divarlarına ziyan vurduğunu iddia edir. Bildirilir ki, evin divarlarına üzlük kimi penoplast istifadə olunub və bu da yanğına səbəb ola bilər.
     
    Amma elə həmin adamın özünün çəkdiyi videodan görünür ki, iddia özü yalandır, material penoplast deyil, müasir izolyasiya məqsədilə vurulan divar konstruksiyasında tətbiq edilmiş istilik izolyasiya materialı XPS (ekstruziya olunmuş polistirol köpük) olub. Layihə üzrə nəzərdə tutulmuş üzlük (üzləmə) qatları ilə birlikdə tətbiq edilib. XPS materialı üzləndikdən (müdafiəedici üzlük qatları tətbiq edildikdən) sonra qüvvədə olan normativ tələblərə uyğun olaraq Q1 yanğın təhlükəsizliyi sinfini ödəyir, yəni alovun yayılmasına şərait yaratmır və öz-özünə yanmanı dəstəkləmir. Əks təqdirdə, ev tam alovlanardı. Material alovu bloklayan xüsusiyyətə malikdir və məhz yanmadığı üçün əriyib.
     
    Məsələ ilə bağlı “Report”a şərh verən hadisənin səbəbkarı Murad Rüstəmov onun paylaşdığı videonun yanlış istifadə olunduğunu bildirib:
     
    “Bizim insanlar daim dövlətin yanında olub. Sadəcə olaraq mənim videomu bəzi vicdansızlar neqativ formada bəzəyib paylaşıblar. Mən özüm də məsələnin belə forma almasına bərk narahat oldum”.
     
    Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli “Report”a açıqlamasında bildirib ki, vətəndaşın Ağdamda fərdi yaşayış evinin divarında manqal quraraq kabab bişirməsi həmin binada istilik qatının əriməsinə gətirib çıxarıb:


    “Bütün ölkədə olduğu kimi işğaldan azad olunmuş ərazilərdə də tikilən bütün bina və qurğular ciddi nəzarət altındadır. Bu tiklilər tələb olunan bütün normalara cavab verir.
     
    O qeyd edib ki, normaya görə, birmərtəbəli fərdi yaşayış evlərində yanğına dair tələb digər tikililərdən fərqlənir.
     
    “Bu binalar 40 sm qalınlığı olan əhəng daşından tikilib. Üzlüyündə olan istilik qatı binalarda istiliyi və soyuğu tənzimləyir. Əslində, bu evləri taxtadan da tikmək olar. Tikinti norması bunu qadağan etmir. Taxtanın yanında da oddan istifadə etsən, təbii ki, yanğına səbəb olacaq”, – T.Hüseynli deyib.
     
    FHN rəsmisi vurğulayıb ki, Ağdamda tikilən evlərdə heç bir təhlükə yoxdur:
     
    “Mən sakinlərə məsləhət görürəm ki, yanğın təhlükəsizliyi qaydalarına əməl etsinlər və oddan bu formada istifadə etməsinlər. Bu yanğınla əlaqəli məsələləri evdən kənarda etsinlər. Divarın kənarında od qalamaq məsuliyyətsizlikdir. Qeyd edim ki, bu binalar təhlükəsiz binalardır və 8-9 ballıq zəlzələyə tab gətirə biləcək formada inşa edilib. İndiyə kimi Azərbaycanda bu cür möhkəm fərdi yaşayış evləri tikilməyib. Burada divarların künclərindən dəmir- beton vasitələrdən istifadə olunub. Bu evlər həm möhkəmlik baxımdan, həm də yanğın təhlükəsizliyi baxımdan bütün tikinti təhlükəsizliyi normalarına uyğun inşa olunub”.
     
    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yağına Nəzarət Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev isə “Report”a açıqlamasında Ağdamda fərdi yaşayış evinin fasad hissəsinin üzlənməsində istifadə olunan material çətin yanan tikinti materialları qrupuna daxil olduğunu deyib.
     

    O bildirib ki, Ağdam rayonun Kəngərli kəndində vətəndaşın çəkdiyi video materialla tanış olublar:

    “Video materialda səsləndirilən məsələ ilə bağlı əraziyə baxış keçirildi. Müvafiq sənədlər təhlil olunaraq müəyyən edildi ki, fərdi yaşayış evinin fasad hissəsinin üzlənməsində istifadə olunan material istilik, izolyasiya edən fasad sistemləri qrupuna daxil olan tikinti materialıdır. Materialın akkreditasiya olunan laboratoriyada sınağı keçirilib. Məlum olub ki, sözügedən tikinti materialı çətin yanan tikinti materialları sinfinə daxildir. Tikinti norma və tələblərinə uyğun olaraq bunların tətbiqi məhdudlaşdırılmır”.

    C. Xusiyev əlavə edib ki, alovun təsirinə məruz qalan bu material təhlükəli material olsaydı, yanğını səthi üzrə yayaraq yaşayış evinin alovlanmasına səbəb olardı:

    “Videodan aydın görünür ki, alovun təsirinə məruz qalan hissə temperaturun təsirindən deformasiyaya uğrayaraq əriyib. Bu materiallar öz-özünə alovlanmır və yanğının yaranmasına şərait yaratmayan material kimi qiymətləndirilir. Metal materiallar belə uzun müddətli temperatur təsirinə məruz qaldıqda onlar da deformasiyaya uğrayaraq əriyir. Vətəndaşlar qeyd olunanları nəzərə alaraq ərazilərdə açıq oddan istifadə edərkən binalarla məsafəni gözləməlidirlər. Ətrafı yanan materiallardan təmizləməlidilər ki, bu hallarda baş verən yanğın digər ərazilərə keçməsin”.

    Jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa-Tikinti İdarəetmə Xidmətinin Keyfiyyətə Nəzarət və Əməyin Təhlükəsizliyi departamentinin müdir müavini, Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Ramin Quliyev bildirib ki, Ağdamın Kəngərli kəndində yaşayış evlərinin üzərinə çəkilmiş fasad suvaq-izolyasiya qatı onu açıq alovdan tam şəkildə mühafizə edir.

  • Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib

    Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Hörmətli cənab Prezident.

    Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Zati-alinizə uzun ömür, xoşbəxtlik və davamlı uğurlar arzulayıram.

    Eyni zamanda, Sizi Yeni – 2026-cı il münasibətilə də təbrik edirəm. Uca Allahdan Yeni ilin və qarşıdakı illərin Sizə, xalqınıza və bütün xalqlara səadət, xeyir-bərəkət, sülh və müvəffəqiyyət gətirməsini arzu edirəm.

    Zati-aliləri, qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm”.

  • Nazir Agentliyə yeni rəis müavini təyin etdi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində yeni təyinat olub.
     
    Median.Az qaynarinfo-ya istinadla bildirir ki, nazir  Kəmaləddin Heydərovun müvafiq əmri ilə Bəxtiyar Tağıyev sözügedən Agentlikdə rəis müavini təyin edilib. 
     
    Buna qədər Bəxtiyar Tağıyev bu Agentliyin tərkibindəki Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsində çalışıb.
     
    Xatırladaq ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur.

  • Qazaxda MAXE yol qəzasında qəza oldu

    Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az unikal-a istinadla xəbər verir ki, qəza sürəti 2003-cü il etibarilə Səbuhi Əliyev nəticəsində itirib.

    S.Əliyev MAXE idi və işğaldan azad edilmiş ərazilərdə xidmət edirdi.

    Qeyd edək ki, mərhum bu gün Qazax rayonu Qaymaqlı kəndində torpağa tapşırılıb.

  • Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın son iki günündə…

    Milli Hidrometeorologiya Xidməti dekabrın 30-da və 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
     
    Bu barədə  xidmətdən məlumat verilib.
     
    Bildirilib ki, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki, Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.
     
    Bakıda və Abşeron yarımadasında, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Balakən, Zaqatala, Qax, Yevlax, Bərdə, Tərtər, Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Ağdaş, Cəbrayıl, Ucar, Zərdab, Ağcabədi, Xocavənd, Ağsu, Şamaxı, Gəncə, Gədəbəy, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

  • Beş BÜRC yeni ilə partlayışla başlayacaq

    29 dekabr – 4 yanvar 2026-cı il tarixləri arasında vəziyyət xüsusilə beş bürc üçün əlverişlidir. Yeni ilə keçid vərdişlərin yenidən qiymətləndirilməsinə və daha davamlı strategiyaların hazırlanmasına səbəb olur.
     
    Median.Az-ın məlumatına görə, bu bürclər daha çox aydınlıq, ilham və diqqət mərkəzində olacaqlar.
     
    Buğa
     
    Öz ehtiyaclarınıza və fiziki rahatlığınıza diqqətiniz artır. Ayın Əkizlər bürcünə keçidi rahat şəkildə araşdırıla bilən yeni mövzulara və ideyalara marağı artırır. 
    Oğlaq bürcündəki Mars, məqsədlər üzərində aktiv işləməyi və mövcud layihələrin inkişafını təşviq edir. Köməyi qəbul etmək və rəyləri nəzərə almaq istəyi xüsusilə faydalı olacaq. Bu dövrdə edilən səhvlər şübhə mənbəyi deyil, böyümə mənbəyinə çevrilir.
     
    Əkizlər
     
    Hər şeyi birdən həll etməyə çalışmaqdansa, ardıcıllıq daha faydalı olacaq. Həftənin əvvəlində Buğa bürcündəki Ay düşüncələrinizi qurmağa və sonrakı addımlar üçün təməl qoymağa kömək edir. 
    Yanvarın 3-də Xərçəng bürcündəki Tam Ay maliyyə məsələlərinə daha praktik yanaşmağı təşviq edir. Bu, büdcənizi nəzərdən keçirmək və ya yeni mühasibat sistemi qurmaq üçün əlverişli zamandır.
     
    Xərçəng
     
    İntuisiya etibarlı bir bələdçiyə çevrilir və özünə qulluq əsas yer tutur. Dövrün əvvəlində Buğa bürcündəki Ay daxili tarazlığı qorumağa kömək edir. Bu dövrdə yaradıcı səylər üçün yeni maraqlar və ya ilham yarana bilər. Hörmətli insanlarla əlaqə böyüməni və inkişafı stimullaşdırır. 
     
    Bu həftə həyatınızı təzə təcrübələrlə dolduran yeni fəaliyyətlər, gəzintilər və ya kiçik planlar vasitəsilə şəxsi məkanınızı genişləndirmək üçün əlverişlidir.
     
    Əqrəb
    Oğlaq bürcündəki Merkuri diqqəti və intizamı artırır, işləri sona qədər görməyə kömək edir. Sosial aktivlik də artır, bu da yeni icmalara qoşulmağı və ya mövcud dairələr daxilində əlaqələri gücləndirməyi asanlaşdırır. 
     
    Təqvim tədricən görüşlər və tədbirlərlə dolur və ünsiyyət yalnız zövq deyil, həm də faydalı perspektivlər gətirir.
     
    Balıqlar
     
    Bir çoxları əvvəllər başlamış ideyalara qayıtmaq və onları məntiqi nəticəyə çatdırmaq istəyi hiss edəcəklər. Oğlaq mövsümü və Xərçəngdəki Tam Ayın birləşməsi uzunmüddətli iş üçün lazım olan səbr və daxili dözümlülük təmin edir. Bürcünüzdəki Saturn dəstək verir, diqqətinizi və öz qabiliyyətlərinizə inamı qorumağa kömək edir. 
     
    Bu həftə sizə yalnız yaratmağa deyil, həm də prosesdən məmnunluq hiss etməyə imkan verir, səylərinizin düzgün istiqamətdə olduğunu hiss edirsiniz.