Month: December 2025

  • Bu şəxslər “TikTok”dan milyonlar qazanır

    “TikTok” qısa videolar formatında sosial media dünyasını kökündən dəyişdi. Platformada milyonlarla izləyici qazanan gənc kontent yaradıcıları bu populyarlığı böyük kommersiya uğuruna çevirə bildilər. Onlar yalnız videolar çəkməklə qalmayıb, öz şəxsi brendlərini formalaşdıraraq musiqi, moda, kosmetika, texnologiya və digər sahələrdə sərvət toplayıblar.

    Valyuta.az bu siyahıda 2025-ci ilin ən zəngin “TikTok” ulduzlarına yer verib. Onların qazanc mənbələri – “TikTok” videoları, “Instagram” və “YouTube” gəlirləri, D2C (birbaşa istehlakçıya) məhsulları, podkastlar və brend əməkdaşlıqlarıdır.

    1. Charli D’Amelio

    Sərvəti: $30–50 milyon
    “TikTok”da 150 milyondan çox izləyicisi var. “The D’Amelio Show” (Hulu), “D’Amelio Brands” və “D’Amelio Footwear” kimi layihələrlə məşhurdur. Brendlərlə əməkdaşlıqları arasında “Dunkin’”, “Procter & Gamble” və “Hollister” kimi nəhənglər yer alır. Moda, gözəllik və media sahəsində gəlirlərini artırır.

    2. Addison Rae

    Sərvəti: $28–37 milyon
    90 milyondan çox izləyiciyə sahibdir. “Netflix” filmlərində rol alıb, musiqi karyerasına başlayıb. “American Eagle”, “YSL Beauty” və “Reebok” kimi brendlərlə əməkdaşlıq edib. Öz kosmetika markası olan “Item Beauty”nin təsisçisidir.

    3. Zach King

    Sərvəti: $20–35 milyon
    İllüziya videoları ilə məşhurlaşıb. “TikTok” və “YouTube” platformalarında böyük auditoriyası və yüksək gəliri var. “Chipotle” və “McDonald’s” kimi brendlərlə əməkdaşlıq edib. Uşaqlar üçün kitablar, AR tətbiqləri və tədris paketləri təqdim edib.

    4. Dixie D’Amelio

    Sərvəti: $12–20 milyon
    “TikTok” və musiqi sahəsində fəaliyyət göstərir. “Pull&Bear” və “Lulus” kimi markalarla əməkdaşlıqları var. “The D’Amelio Show” serialında ailəsi ilə birlikdə iştirak edir. Musiqi turlarından və moda-kosmetika satışlarından gəlir əldə edir.

    5. Bella Poarch

    Sərvəti: $12–18 milyon
    90 milyondan çox “TikTok” izləyicisinə sahibdir. “Build a Bitch” kimi hit mahnılarla musiqi sahəsində uğur qazanıb. “Moncler” və “Valentino” ilə kampaniyalarda yer alıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş üzvüdür.

    6. Josh Richards

    Sərvəti: $10–20 milyon
    25 milyondan çox izləyicisi var. “Ani Energy” içki markasının və “Animal Capital” fondunun təsisçisidir. “CrossCheck Studios” ilə media məzmunu istehsal edir. “BFFs” adlı populyar podkastın aparıcılarından biridir.

    7. Loren Gray

    Sərvəti: $6–10 milyon
    “TikTok” və musiqi sahəsində populyardır. “&Always” adlı zinət əşyaları brendini qurub. “Skechers” və “Hyundai” kimi brendlərlə işləyib. Musiqi, sosial media və D2C (birbaşa istehlakçıya) biznesləri ilə gəlirini artırır.

    8. Michael Le (JustMaiko)

    Sərvəti: $5–9 milyon
    50 milyondan çox izləyicisi ilə rəqs və ailə temalı məzmunlar paylaşır. “Disney”, “Ray-Ban” və “Hot Wheels” kimi markalarla əməkdaşlıq edib. Öz geyim brendini yaradıb və texnoloji startup-lara sərmayə qoyur.

    9. Spencer X

    Sərvəti: $3–6 milyon
    55 milyondan çox “TikTok” izləyicisi var. “Beatbox” janrında kontentlər hazırlayır. “Oreo”, “Sony Music” və “HBO” kimi tanınmış markalarla iş birliyi qurub. Təhsil məqsədli kurslar və musiqi platformalarından gəlir əldə edir.

    10. Avani Gregg

    Sərvəti: $3,5–6 milyon
    45 milyon izləyicisi var. Gözəllik və makiyaj mövzusunda kontent hazırlayır. “Morphe, “NYX Cosmetics” ilə əməkdaşlıq edib, öz makiyaj brendini qurub və kitab nəşr etdirib. Müxtəlif platformalarda fəaliyyətini genişləndirir.

  • Şikayətlərə görə işdən çıxarılan keçmiş rəis yeni vəzifəyə təyin olunub

    Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri olduğu dönəmdə işdən çıxarılan Əfqan Qəribov yeni vəzifəyə təyinat alıb.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Əfqan Qəribov Muxtar Babayevin dövründə Şamaxı Regional Meşə Təsərrüfatı Birliyinin rəisi vəzifəsində işləyib. Barəsində çoxsyalı şirkayətlər olduğundan, həmçinin Baş Prokuror Korrupsiyaya Qarşı Mübarizə İdarəsində barəsində araşdırma aparıldığından Muxtar Babayev onun tutduğu vəzifədən azad edib.

    Maraqlıdır ki, Muxtar Babayev nazir postundan getdikdən sonra Əfqan Qəribov yenidən ekologiya sferasına qayıdıb. O, hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsinin direktor müavini vəzifəsində çalışır. Onun bu vəzifəyə konkret nə zaman təyin olunduğu məlum deyil. Məlum olan odur ki, Əfqan Qəribovla bağlı yeni təyinat Muxtar Babayevin nazir olmadığı dövrdə baş verib.

    O, bu vəzifəyə təyin olunar-olunmaz mediada və sosial şəbəkələrdə Şahdağ Milli Parkının İsmayıllı hissəsində ağacların kəsilməsi barədə məlumatlar yayılmağa başlanıb. Həmin məlumatlarda ağacların kəsilməsinə görə Əfqan Qəribov ittiham edilir. Eyni zamanda onun Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifədə çalışan Cabbar Qəribov tərəfindən himayə olunduğu bildirilir.

    İddialara görə, Cabbar Qəribov Əfqan Qəribovun əmisidir. Onun yenidən vəzifəyə qayıdışı da Cabbar Qəribovun gərgin əməyinin nəticəsi kimi izah edilir.

    Bu iddialarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, Əfqan Qəribov 3 sentyabr 2025-di ildən Şahdağ Milli Parkının İsmayıllı bölməsində sahə müfəttişi vəzifəsində işləyir.

    Şahdağ Milli Parkının İsmayıllı hissəsində ağacların kəsilməsinə gəlincə, Xidmətdən bildirilib ki, ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən meşə və milli parkların ərazilərində mütəmadi monitorinqlər aparılır:

    “Aşkar edilən qanun pozuntuları ilə bağlı aidiyyəti qurumlarla birgə qanunamüvafiq tədbirlər görülür. Şahdağ MP-nın ərazisində ağacların kəsilməsi ilə bağlı yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırılıb. İlkin araşdırmalara görə ağac kəsintisi baş verən ərazinin Şahdağ Milli Parkının ərazisi olmadığı müəyyən edilib.

    Sözügedən ərazinin mülkiyyətiçisini müəyyənləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub. Araşdırma yekunlaşdıqdan sonra qanunamüvafiq tədbirlər görüləcək və dəymiş ziyanın məbləği cinayət tərkibi yaradarsa toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək”.

  • Böyük satışda balans dəyişir: “Netflix”in qarşısına 108 milyard dollarlıq maneə çıxdı

    “Netflix”in ötən həftə “Warner Bros.” satış prosesindən qalib çıxdığını elan etməsi sektorda böyük təəccüb yaradıb. Bu vəziyyətə ən sərt reaksiya verənlərdən biri isə təklifi rədd edilən “Paramount” olub. Şirkət bu məğlubiyyəti səssizcə qəbul etməyə hazır deyil.

    “Paramount Skydance”ın baş direktoru Devid Ellison Hollivud səhnəsinə sürətli giriş edib. “Skydance”in ilin əvvəlində “Paramount”u 8 milyard dollara devralmasından sonra sektorda güc balansını dəyişdirən Ellison bu səhər CNBC-yə açıqlamasında studiyanın “Warner Bros.” investorlarına birbaşa təkliflə müraciət edəcəyini təsdiqləyib.

    Məlumata görə, “Netflix” hər səhm üçün təxminən 28 dollar təklif edib və ümumilikdə 83 milyard dollarlıq razılaşma əldə olunub. “Paramount” isə səhm başına 30 dollar təklif etməklə bu rəqəmi üstələyir. Bu isə ümumilikdə 108 milyard dollarlıq satınalma deməkdir.

    Lakin iki təklif arasındakı fərq yalnız məbləğdə deyil. “Netflix” sadəcə “Warner Bros.”un kino və televiziya studiyalarını, yayım infrastrukturunu və oyun bölmələrini almağı hədəfləyir. “Paramount”un 108 milyard dollarlıq təklifi isə bütün “Warner Bros. Discovery” şirkətinin tamamını əhatə edir.

    Ellison CNBC-yə açıqlamasında “Bura başladığımız işi bitirmək üçün gəldik” deyərək niyyətlərini açıq şəkildə ifadə edib.

    Bu təklif, “Paramount”un “Warner Bros.”un satış prosesini açıq şəkildə tənqid etməsindən sonra gəlib. Şirkət rəhbərliyi prosesi “Netflix”in xeyrinə yönləndirməkdə ittiham edir. “Paramount Skydance” ilin əvvəlindən bəri “Warner Bros.”u aqressiv şəkildə almağa çalışırdı.

    Ellison, ABŞ prezidenti Donald Tramp administrasiyası ilə olan əvvəlki əlaqələrinin “Paramount”un təklifini gücləndirdiyini iddia edir. O, CNBC-yə açıqlamasında prezidentlə əla danışıqlar apardıqlarını. bildirib. “Paramount” özünün “Netflix”dən daha kiçik bir şirkət olması səbəbilə hüquqi təsdiq prosesində daha az maneə ilə qarşılaşacağını irəli sürür. Ellison ailəsinin Tramp ilə yaxın münasibətləri bu prosesə təsir göstərə biləcək mühüm amil kimi dəyərləndirilir.

    ABŞ prezidenti də həftəsonu verdiyi açıqlamalarda “Netflix” – “Warner Bros.” razılaşmasının əhəmiyyətli hüquqi çətinliklərlə üzləşə biləcəyini bildirib. O, bazar payının artmasının “problem yarada biləcəyini” vurğulayıb.

    “Paramount”un “Warner Bros.”u satın alması halında ən çox müzakirə olunan məqamlardan biri şirkətin ölkənin iki ən təsirli xəbər qurumu — CNN və CBS-ə nəzarət edəcək olmasıdır. Tramp administrasiyasına açıq dəstək verdiyi bilinən bir rəhbərliyin bu iki media qurumunu idarə etməsi hökumətin ictimai rəyə təsir imkanlarını əhəmiyyətli dərəcədə artırmış ola bilər. Bundan əlavə, hər nə qədər “Netflix”lə bağlı narahatlıqlar qədər ciddi olmasa da, belə bir anlaşma antitrest risklərini də gündəmə gətirir.

    Ellison ailəsinin hüquqi maneələri aşmaq üçün Tramp administrasiyası ilə təmas qurmağa hazır olması fonunda bu narahatlıqların nə dərəcədə təsirli olacağı hələlik aydın deyil. Bütün bu qeyri-müəyyənliklər fonunda həm “Warner Bros.”un, həm də ümumilikdə Hollivudun gələcəyi hələ də qaranlıq görünür.
    //valyuta.az

  • ABŞ bu il 85 min vizanı ləğv edib

    ABŞ hakimiyyəti 2025-ci ilin yanvar ayından indiyədək immiqrasiya ilə bağlı olmayan 85 min vizanı ləğv edib.

    Bu göstərici ötənilki nəticələri iki dəfədən çox üstələyir.

    Ləğv olunanlardan 8 mini tələbə vizasıdır.

    Bu qərarın qanunvericiliyin pozulması və milli təhlükəsizliyin gücləndirilməsi tədbirləri ilə əlaqədar olduğu bildirilir.

    Vizalar daha çox sərxoş vəziyyətdə nəqliyyat idarəetmə, hücum və oğurluq kimi hüquq pozuntularına yol vermiş əcnəbilərdən geri alınıb.

    Məlumata görə, Dövlət Departamenti bununla bağlı sosial şəbəkələrin yoxlanmasını gücləndirib, vizanın ləğvi üçün əsaslar siyahısı genişləndirib.
    //Qafqazinfo

  • Evdən oğurluq edən kürəkən saxlanıldı

    Dekabrın 8-i Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən evlərin birindən 6800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

    Polis tərəfindən hadisənin təfərrüatı araşdırılarkən mənzildə kənar müdaxilə izləri aşkar edilməyib. Bu hal oğurluq hadisəsində zərərçəkənin ailə üzvlərindən birinin iştirakına dair əsaslı şübhələr yaradıb.

    Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ev sahibinin kürəkəni 22 yaşlı O. İsmayılov talama cinayətini törətməkdə şübhəli bilindiyi üçün saxlanılıb. O, verdiyi izahatda qızıl-zinət əşyalarını sataraq nağd pula çevirmək məqsədilə oğurladığını etiraf edib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Bu xəstəxanalarda “vozafiks” yoxa çıxdı – Həkimlər TƏBİB-i günahlandırır

    Bakıda xəstəxanalarda venadaxili katater (vozafiks) çatışmazlığı yaranıb.

    Qaynarinfo-ya daxil olan məlumata görə, artıq 5 gündən çoxdur venadaxili katater xəstəxanalara müraciət edən xəstələrin özlərinə aldırılır.

    Bu hal Kliniki Tibbi Mərkəzin tabeliyində olan müəsisələrdə yaranıb.

    Xəstələr bu vəziyyətdən şikayət edərkən isə onlara bildirilib ki, son günlər çoxalan qrip infeksiyası ilə bağlı müraciət edənlərin sayı çox olduğundan xəstəxanalarda “vozafiks” çatışmır. TƏBİB isə xəstələxanları bu kataterlərlə təmin etmir.

    Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

  • Ölümdən sonrakı həyat: Bakının adı Misirin 3500 illik “Ölülər kitabı”nda niyə çəkilir? (VİDEO)

    Qədim Misirin bəşər tarixindəki izi danılmazdır. Ehramları, əfsanələri, fironları və ağlasığmaz ləl-cəvahiratı ilə heç kəsi etinasız buraxmayıb.

    Bu qədim torpaqlarda dünyadan köçənlər üçün məzara axirət kitabı qoyurdular ki, ruhlarına kömək olsun.

    Burada adı çəkilən Qafqaz toponimləri, hidronimlərinin adı qədim Misir sivilizasiyanın yaratdığı kitabdadır.

    Bəs doğma şəhərimiz Bakının adı Misirin “Ölülər kitabı”nda niyə çəkilir? “Bakhau” deyə adlandırılan Gündoğan doğrudanmı Bakıdır? Bu və digər suallara Baku TV-nin mövzu ilə bağlı araşdırmasında aydınlıq gətirilib.

    Daha ətraflı videomaterialda:

  • Rusiyada hərbi təyyarə qəzaya uğradı: 7 nəfər öldü

    An-22 hərbi nəqliyyat təyyarəsi Rusiya Federasiyasının İvanovo bölgəsində qəzaya uğrayıb.

    Qaynarinfo TASS-a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində yeddi nəfər olub. Təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsusdur.

    TASS-ın mənbəsi bildirib ki, qəza Uvodski su anbarı ərazisində baş verib, təyyarənin qalıqları suda tapılıb. Onun sözlərinə görə, An-22 təmirdən sonra planlaşdırılmış uçuş həyata keçirib.

    Qəzaya uğrayan An-22 təyyarəsinin heyətinin öldüyü bildirilir. Axtarışlar davam edir.

    “Təyyarə boş ərazidə qəzaya uğrayıb. Axtarış-xilasetmə qrupu heyət üzvlərinin taleyini müəyyən etmək üçün qəza yerinə uçub”, deyə məlumatda bildirilir.

  • Ehtiyac meyarı 15 manat artırıldı

    Milli Məclis 2026-cı il üçün ehtiyac meyarının həddi üçüncü oxunuşda qəbul edib.

    Qaynarinfo xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində öz əksini tapıb.

    Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.

    Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddinin 15 manat, yəni təxminən 5,26 % artırılması nəzərdə tutulub.

    Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.

    Layihə 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

  • Tom Kruzun keçmiş həyat yoldaşları ayrıldığı sevgilisini dəstəklədi

    Tom Kruzun keçmiş həyat yoldaşları – aktrisalar Nikol Kidman və Keti Holms – Hollivud superulduzu ilə ayrılıqdan sonra Ana de Armasa dəstək veriblər.

    “Radar Online”ın mənbələrinin məlumatına görə, qadınlar 37 yaşlı de Armasın 63 yaşlı Kruzla münasibətləri bitirmək qərarına təəccüblənməyiblər.

    Nikol onunla əlaqə saxlayan Riz Uizerpun vasitəsilə Anaya dəstək sözləri göndərib, Keti isə kubalı aktrisanın tərəfində çıxış edib:

    “Ana ayrılıqdan sonra çox dəstək aldı, lakin onu ən çox təsirləndirən Nikol və Ketinin də onun arxasında dayanmasıdır. Onlar özləri Tomla münasibətlərdən keçiblər və onun nə yaşadığını yaxşı bilirlər”, – deyə nəşr yazıb.

    Mənbələr həmçinin bildirir ki, Tom Kruz Hollivudun uzunmüddətli münasibətlər üçün ən az uyğun şəxslərindən biri kimi reputasiyaya malikdir. Onun aktrisa Mimi Rodjerslə ilk nikahı 1990-cı ildə üç ildən az davam edib. Daha sonra o, Kidmanla 2001-ci ildə, Holmsla isə 2012-ci ildə boşanıb.

    Xatırladaq ki, Ana de Armas bu ilin fevralında ilk dəfə Tom Kruzla birlikdə görüntülənmişdi. Onların münasibətləri yaş fərqi səbəbindən mediada geniş müzakirə olunurdu: Kruz 63, Ana isə 37 yaşındadır.

    Münasibətlər bir neçə ay davam edib və KİV-in məlumatına görə, Kruz aktrisaya evlilik təklifi etməyi planlaşdırsa da, Ana oktyabr ayında gözlənilmədən münasibətləri bitirib.
    //qaynar.az