Month: December 2025

  • “Yaxşı sürücü qışda tanınar” – Yolda qalmaq istəməyənlər üçün vacib qaydalar

    Ölkədə keçən cari mövsümünə xarakterik olmayan hava şəraitindən sonra artıq bir neçə gündür payız-qış mövsümü özünü hiss etdirməyə başlayıb. Payız-qış mövsümünün gəlişi ilə isə hava şəraiti sürücülər üçün əlavə risklər yaradır. Soyuq, qar, buzlu və dumanlı hava şəraiti yalnız sürüş təhlükəsini artırmır, eyni zamanda avtomobilin texniki hazırlığının da vacib olduğunu aktuallaşdırır. Bu səbəbdən, yola çıxan hər bir sürücünün həm öz təhlükəsizliyini, həm də digər yol istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün müəyyən qaydalara riayət etməsi çox böyük əhəmiyyət kəsb edir.

    Qaynarinfo belə havalarda yola çıxan sürücülər ekspertlərin açıqladığı bir neçə əsas təhlükəsizlik qaydasını təqdim edir: 
     
    Maşında daha az istifadə edin

    Ekspertlər ilk olaraq vurğulayırlar ki, hava və yol şəraiti çətinləşdikdə ən təhlükəsiz davranış vacib olmadıqca maşından istifadə etməməkdir.

    Onlar bildirir ki, asfalt sürüşkən olduğu vəziyyətlərdə sürəti azaltmaq, ani sükan hərəkətləri, ani sürətlənmə və ani əyləc istifadə etmədən sabit bir sürüş təmin edin etmək lazımdır.  Xüsusi ilə yenicə avtomobil idarə etməyə başlayan sürücülər üçün hava və yol şəraiti çətinləşdikdə ən təhlükəsiz davranış avtomobil istifadə etməməkdir.
    Əgər işiniz səbəbilə avtomobil ilə çıxmaq məcburiyyəti yoxdursa, ən yaxşısı, belə havalarda ictimai nəqliyyatdan istifadə etməkdir.

    Qış təkərləri vacibdir

    Artıq mövsüm başlayarkən avtomobilinizin təkərlərini mövsümə uyğun dəyişmək lazımdır. Bəzi ölkələrdə bu hətta məcburi bir qaydadır. Qış təkərlərinin diş hündürlüyü minimum 4 mm olmalıdır. Qarlı havada yarana biləcək qəzanın qarşısını almaq üçün ən yaxşı vasitələrdən biri də təkər zəncirinin olmasıdır. Bu zəncirlər işlək vəziyyətdə olmalıdır. Qeyd edək ki, bütün qar zənciri növlərinin istehsalçılarına görə maksimum sürət adətən 30 mph (48,28 km/s) təşkil edir. Bu, qarla örtülmüş yollarda təhlükəsiz sürüş təmin edir. Sürət həddinə riayət etmək, zəncirlərin yol səthinə zərər verməsinin qarşısını da alır.
     
    Elektromobillərdə diqqət edilməli məqamlar

    Ekspertlər mövsümlə bağlı elektrikli avtomobil istifadəçilərinə də xəbərdarlıq edir.  Onlar bildirir ki, avtomobilin isitmə sistemini yoxlamaq çox vacibdir. Həmçinin tamamilə enerjisiz yolda qalmamaq üçün şarj stansiyalarının ünvanlarını əvvəldən müəyyən etmək lazımdır.
     
    Səhər saatlarına diqqət edin

    Nəqliyyat ekspertləri vurğulayır ki, xüsusi ilə səhər saatlarında asfaltın sürüşkən olduğu vaxtda təhlükənin qarşısının alınmasında ən yaxşı üsullardan biri sürət həddinin aşağı salınmasıdır. Unutmayın, sizin üçün çətin olan şərait, digər sürücülər üçün də çətindir deməkdir.  Asfaltın sürüşkən olduğu vaxtlarda sürətinizi azaldın, ani sükan hərəkətləri etməyin, ani sürətlənmə və ani əyləc etmədən sabit bir sürüş təmin edin. Özünüz üçün təhlükəsizlik məsafəsi saxlayın. Təhlükəsiz məsafə üçün sürətinizin yarısı metr hesabı çətin ola bilər, amma qanuni sürət limitlərində və quru, açıq havada 3–4 saniyə sayaraq önünüzdəki avtomobildən uzaqda olmalısınız. Yerin yaş, sürüşkən və ya bərbad olduğu, havanın dumanlı olduğu hallarda bu məsafə 6–8 saniyəyə qədər artırılmalıdır.
     
    Diqqət rula – kənar maneələrdən uzaq durun

    İstər qarlı havalarda, istərsə də digər günlərdə sürücülərin diqqətini dağıdan əsas maneələrdən biri mobil telefonlardan istifadədir.  Çünki telefonlardan istifadə zamanı ani diqqət yayğınlığı baş verir ki, bu da ölümlə nəticələnən qəzalara da səbəb ola bilir. 

    Unutmayın, avtomobilinizi qış mövsümünə hazırlamaq sizin və insanların həyatı üçün çox vacibdir.  Soyuq havalarda yola çıxarkən ilk olaraq avtomobilinizin təhlükəsiz sürüş üçün hazır olduğundan əmin olun. Yola çıxmazdan əvvəl avtomobilinizi diqqətlə yoxlayın.
     
    Bundan başqa, yola çıxarkən avtomobilinizin şüşə silənlərinin işlək olmasına və suya antifriz qatılmasına diqqət edin.. Qışda antifrizsiz su donar və sürücünü çətin vəziyyətə salır. Antifrizdən sonra ön və arxa şüşələri təmizləyin. Avtomobilin üstündə qalan qar sürüş zamanı ön şüşəni bağlaya bilər, bunu üçün uyğun vasitələrdən istifadə edin.”

    Avtomobilinizi yola çıxmağa hazırlamaq üçün ayıracağınız vaxt və xərclər qəza və ya yolda qalma zamanı çəkəcəyiniz vaxt və xərclərdən çox az olacaq. 

  • Avropa ölkəsi həyəcan təbili çalır: Afrika donuz taunu 30 il sonra qayıtdı

    İspaniyada 30 ildən artıq müddətdir görünməyən Afrika donuz taununun yenidən ortaya çıxması rəsmiləri həyəcan vəziyyətinə salıb.

    Epidemiya bir tədqiqat laboratoriyasından sızmış ola biləcəyi ehtimalı araşdırmanın əsas istiqamətlərindən birinə çevrilib.

    İspaniyanı narahat edən Afrika donuz taunu (ADT) ilə bağlı aparılan araşdırmada rəsmilər “laboratoriya sızıntısı” ehtimalını yoxlayırlar. Bu vaxta qədər 13 vəhşi donuzda xəstəlik təsdiqlənib.

    İlkin mərhələdə virusun yabanı donuzların yediyi yoluxmuş qida vasitəsilə bölgəyə daşındığı düşünülürdü. Lakin Kataloniyadakı hadisələrlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin apardığı analizlər müəyyən edib ki, təsbit edilən ştamm Avropa İttifaqı ölkələrində dövr edən viruslardan fərqlidir. Nazirliyin hesabatına görə müəyyən edilən ştamm 2007-ci ildə Gürcüstanda baş verən böyük epidemiya zamanı qeydə alınan “Georgia 2007” ilə oxşarlıq göstərir. Bu ştammın xüsusilə eksperimental yoluxdurma işlərində və peyvənd hazırlanmasında laboratoriyalarda tez-tez istifadə olunduğu bilinir.

    İspaniya Kənd Təsərrüfatı Nazirliyi bu günə qədər təsdiqlənmiş 13 hadisənin hamısının ilkin yoluxma nöqtəsindən 6 kilometrlik radiusda aşkar edildiyini bildirib. Bölgədə ölü tapılan 37 yabanı heyvanın da araşdırıldığı, lakin heç birində xəstəliyə rast gəlinmədiyi qeyd edilib.

    “The Guardian”ın məlumatına görə, bölgədə polis və yabanı həyat qruplarına dəstək məqsədilə 100-dən çox hərbi qulluqçu yerləşdirilib.

    Afrika donuz taunu insanlara yoluxmur. Araşdırma həm ölkənin heyvandarlıq sektoruyla, həm də Avropanın epidemiya təhlükəsizliyi ilə birbaşa əlaqəli olduğu üçün diqqətlə izlənir. Rəsmilər xəstəliyin dəqiq mənşəyinin müəyyənləşdirilməsi üçün işlərin davam etdiyini vurğulayırlar.
    //qaynar.az

  • Bankların müştərilərin xəbəri olmadan “qopardığı” xidmət haqları – Bu, nə qədər qanunidir?

    Bəzi banklar müştərinin kartından, işsiz qalması halında kredit öhdəliyini qarşılamaq məqsədilə əlavə sığorta ödənişləri və s. xidmət haqları tutur. Bu ödənişlər bir çox müştəri tərəfindən narazılıqla qarşılanır, çünki ödənişlərin məcburi olub-olmaması, tutma qaydaları və geri qaytarılma imkanları barədə kifayət qədər məlumat olmur.

    Bəs Azərbaycan qanunvericiliyinə görə, hər bir əlavə xidmət müştərilərin razılığı olmadan aparıla bilər? Bunu istehlakçı hüquqlarının pozulması hesab etmək olarmı?

    Bank eksperti İsmayıl Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bankların əsas missiyası şəffaflıq, etibar və təhlükəsiz xidmətdir, ona görə də əlavə sığorta məhsullarının heç biri məcburi ola bilməz:

    “Bu xidmətlər yalnız müştərinin könüllü razılığı ilə təqdim olunur. İstənilən vaxt da imtina mümkündür. Əgər bank “məcburidir” deyirsə, bu, həm qanunsuz, həm də etik olmayan yanaşmadır. Çünki bankın birbaşa vəzifəsi kart əməliyyatlarının təhlükəsizliyini təmin etmək, 3D Secure, SMS təsdiqləmə və monitorinq sistemlərini ödənişsiz təqdim etmək, riskləri idarə etməkdir. “Dələduzluq sığortası” bankın öz təhlükəsizlik öhdəliyini müştəriyə satması demək deyil”.

    Ekspertin sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, banklar tərəfindən əlavə xidmətin ödənişi müştərinin açıq və aydın razılığı olmadan tutulmamalıdır:

    “Mülki Məcəllənin 422 və 423-cü maddələri, həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 10-cu maddəsi tələb edir ki, bütün müqavilə şərtləri müştəriyə əvvəlcədən, açıq şəkildə təqdim olunsun. “İşsizlik sığortası”, “dələduzluq sığortası” və digər əlavə xidmətlər yalnız müştərinin yazılı və ya elektron təsdiqi ilə aktivləşdirilə bilər. Razılıq yoxdursa, tutulmuş məbləğ hüquqi qüvvə daşımır və bu, istehlakçı hüquqlarının pozulmasıdır”.

    İsmayıl Məmmədov vurğulayıb ki, Azərbaycan qanunvericiliyində vətəndaşın hüquqları çox açıq şəkildə qorunur:

    “Bunun üçün banklar tərəfindən ödəniş razılıqsız tutulubsa, müştəri:

    – Bankdan yazılı izahat tələb edə və vəsaitin geri qaytarılmasını istəyə bilər
    – Cavab qane etməzsə – Azərbaycan Mərkəzi Bankına şikayət verə bilər
    – Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər
    – Son mərhələ olaraq – məhkəmə qaydasında mübahisə edilə bilər

    Çünki bu, artıq istehlakçı hüquqlarının pozulması faktı kimi qiymətləndirilir”.

    Ekspertin sözlərinə görə, Bank xidmətləri üzrə şərtlər və tariflərdə dəyişikliklər ən azı 30 gün əvvəl müştəriyə rəsmi kanallarla çatdırılmalıdır:

    “Ancaq ən əsas norma budur ki, müştəri kartı sifariş etməzdən və müqaviləni imzalamazdan əvvəl bütün xidmətlər barədə tam məlumatlandırılmalıdır”.

    “Bu ödəniş bir dəfəlikdir, yoxsa hər ay tutulur?” sualına cavab olaraq isə həmsöhbətimiz qeyd edib ki, bu bankdan bankа dəyişir: “Bəzi banklar aylıq, bəziləri isə illik sığorta haqqı tətbiq edir”.

  • Azərbaycanlı gimnast beynəlxalq turnirdə 2 qızıl medal qazandı

    Serbiyanın Novi-Sad şəhərində idman gimnastikası üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Miryusif Əhmədzadə uğurlu çıxışla yadda qalıb.

    Məşqçi Zaur Dadaşovun yetirməsi olan Miryusif Əhmədzadə yarışdan iki qızı medalla dönüb.

    Dəstəli at və paralel qollar üzrə Miryusifi üstələyən olmayıb.

  • Qarpız almağa getdi, satıcının “iPhone 16 Pro” telefonunu oğurladı

    Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 1054 ünvanında səyyar meyvə-tərəvəz satışı ilə məşğul olan şəxsin “iPhone 16 Pro” markalı telefonu oğurlanıb.

    Oğurluğu “alıcı” edib. Həmin “alıcı” 15 kiloqram qarpız alacağını deyərək satıcının başını qarışdırıb. Satıcının qarpız seçməyə başı qarışdığından ona məxsus telefonu oğurlayıb.

    O, həmin telefonu 20 yanvar ərazisında 150 manata sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib. Satıcı telefonunun oğurlanmasından xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

    Hadisəni törədən şəxs saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

    Cinayət işinə Sabunçu Rayon Məhkəməsində Mirsadiq Seyidovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı həmin şəxs özünü verilmiş ittiham üzrə təqsirli sayıb. O, bildirib ki, bundan əvvəl də oğurluq cinayətinə görə məhkum olunub və həbsxanadan yenicə çıxıb. Təqsirləndirilən şəxs əlavə edib ki, həqiqətən də qarpız almaq istəyib. Lakin satıcının məşğul olduğunu görüb ona məxsus telefonu oğurlamaq qərarına gəlib.

    Məhkəmənin hökmü ilə ona 1 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bakı Apellyasiya 30 oktyabr 2025-ci il tarixli qərarı ilə təyin edilmiş 3 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 3 il 7 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
    //qaynar.az

  • Bu ərazilərdə kirayə evlər fantastik qiymətə qalxıb – 5 min AZN-dək…

    “Hazırda şəhərin mərkəzində Səbail, Nəsimi, Nərimanov rayonları, o cümlədən Yasamal rayonunun prestijli hissəsində qiymətlər çox yüksəkdir”.

    Bu sözləri Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

    AQC sədri əlavə edib ki, qiymətlər otaqların sayı, təmiri və komfort səviyyəsinə görə 800-2000 manat arasında dəyişir:

    “Qiyməti daha baha qiymətə olan mənzillər də var ki, orada xarici vətəndaşlar, səfirlik işçiləri, xarici şirkət nümayəndələri yaşayrılar. Bu mənzillərdə kirayə qiymətlər isə 5 min AZN-ə qədər yüksəlir”.

  • Sabah Bakı və Abşeronda leysan yağacaq

    Bakı və Abşeronda dekabrın 9-da leysan xarakterli yağış yağacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Gündüz yağıntıda qısa müddətə fasilə olacaq. Mülayim şimal, şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-10, gündüz 10-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-6, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

  • Bulvarda dənizdən tanınmış fotoqrafın meyiti tapıldı

    Bakıda 39 yaşlı fotoqraf dənizdə boğularaq ölüb.

    Əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltac Rasim oğlu Zeynalovun meyiti dekabrın 6-da Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb.

    Onun hansı şəraitdə dənizə düşərək boğulması araşdırılır.

    Qeyd edək ki, Eltac Zeynalov fotoqrafdır. O, həm də bir sıra sosial layihələrdə könüllü kimi iştirak edirdi.

    Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
    //qafqazinfo.az

  • Qanun dəyişir: 8 min manatlıq müavinət kimlərə veriləcək?

    “Azərbaycanda yeni müvainətin verilməsinə başlanılacaq. Belə ki, “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur”.

    Bunu deputat Vüqar Bayramov deyib.

    Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər.

    “Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək. 2024-cü ilin yekunlarına əsasən, dövlət qulluqçularının sayı 27,4 min nəfərdir və onların orta aylıq nominal məvacibi təxminən iki min manatdır. Bu o deməkdir, yeni müavinətin məbləği orta hesabla 8 min manat (orta aylıq dövlət məvacibi- 2 min manat X 4) olacaq. Bu müavinətin təyinatında məqsəd vətəndaşlarımızın sosial təmminatını daha da gücləndirmək və dövlət qulluqçularının ailələri üçün sosial müdafiə imkanlarını genişləndirməkdir”, deyə Vüqar Bayramov qeyd edib.

  • В Агдашском районе обнаружено тело 65-летнего мужчины

    В Агдашском районе найдено тело мужчины.

    Как сообщает Oxu.Az, случай зафиксирован в селе Шекили.

    Согласно информации, местный житель Шахин Мамедов (1960 г.р.) был обнаружен мертвым на крыше своего дома.

    По данному факту проводится расследование.